Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4395/2023 20.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı (X5 üçüncü şəxs qismində cəlb edilməklə) “cavabdehlərin evdən çıxarılması, evin təhvil verilməsi və evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 846/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətin mümkünlüyünə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı (X3 üçüncü şəxs qismində cəlb etməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Əliyev küçəsində inşa edilmiş fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin ona təhvil verilməsi və onun həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Cavabdeh1 məhkəməyə vəsatət təqdim edərək, vəsatətini onunla əsaslandırmışdır ki, iş üzrə cavabdeh olan atası Cavabdeh2 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində hazırkı iş üzrə iddiaçı M.Zamanovaya qarşı Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 19/3, mənzil 23 və Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,0423 ha torpaq sahəsinin aralarında bölünərək hər birinin həmin əmlaklar üzərində payının ½ hissədə müəyyən olunması və birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26, bina 7-də yerləşən 705 saylı mənzilin satışından əldə edilmiş pulun yarısının -101500 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi, 50 manat mediasiya xərcinin və 392 manat köçürdüyü dövlət rüsumunun ondan nəfinə tutulması tələbinə dair mülki iş vardır. Göründüyü kimi, onların çıxarılmaları iddia edilən ev və yerləşdiyi torpaq sahəsi ilə bağlı başqa məhkəmə mübahisəsi vardır. Həmin iş üzrə qəbul ediləcək qərarın hazırkı işin nəticəsinə təsirini nəzərə alaraq, cavabdeh mülki iş üzrə icraatın həmin işlə bağlı yekun qərar qəbul olunana qədər dayandırılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-846/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh1 verdiyi apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən 2(008)-846/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, qərardaddan verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Bakı şəhəri Suraxan Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1 və 366.2-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Mülki Prosessual Məcəllənin 395-ci maddəsinə görə işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: bu Məcəllədə göstərilən hallarda; məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Bu Məcəllənin 264.0.7-ci maddəsinə görə isə, ayrıca akt şəklində qəbul edilən qərardadda həmçinin əgər qərardaddan şikayət verilə bilərsə, şikayət vermə qaydası və müddəti göstərilməlidir. Həmin Məcəllənin 258.2-ci maddəsinə əsasən, iş üzrə icraatın dayandırılması barədə məhkəmənin qərardadından şikayət verilə bilər. Mülki Prosessual Məcəllənin sadalanan maddələrinin mənasından göründüyü kimi qanunvericilikdə məhkəmənin işə baxarkən qəbul etdiyi bütün qərardadlardan şikayət verilməsi imkanı nəzərdə tutulmamışdır. Yalnız Mülki Prosessual Məcəllədə birbaşa göstərilən hallarda, həmçinin qərardad işin sonrakı hərəkətinə mane olduqda qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. İşin icraatının dayandırlımaması barədə qərardaddan şikayət verilməsinin mümkünlüyü mülki prosessual qanunvericilikdə nəzərdə tutulmadığı və bu qərardad işin sonrakı hərəkətinə mane olmadığı üçün ondan şikayət verilə bilməz. Birinci instansiya məhkəməsi isə qanunvericilikdə nəzərdə tutulmamasına baxmayaraq icraatın dayandırılmaması barədə qərardaddan şikayət vermə müddəti və qaydasının izahını həmin qərardadın nəticə hissəsində göstərmiş, qərardaddan verilmiş şikayəti təmin etməyərək apelyasiya instansiyası məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 402.2-ci maddəsində icra sənədinə izah verilməsi, yaxud icrada dönüş haqqında məsələ üzrə məhkəmə qərardadları, kassasiya şikayəti verilməsi mümkün olan qərardadlara aid edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi zamanı Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-846/2023 saylı 20 aprel 2023-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və şikayət cavabdehə qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Həmçinin qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllədə bu kateqoriyadan olan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmadığından, hazırki qərardaddan da kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-846/2023 saylı 20 aprel 2023-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilsin və şikayət ona geri qaytarılması üçün işlə birlikdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-4395/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4395/2023
20.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver