Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4397/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi, İlk iddia üzrə və birləşdirilmiş iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil, ilk iddia üzrə və birləşdirilmiş iş üzrə Cavabdeh2 MMC-nin nümayəndələri X1 və Nümayəndə iştirakları ilə, İlk iddia üzrə və birləşdirilmiş iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-nə qarşı “müqavilə öhdəliyini icra etmə faktının təsdiq edilməsi, əmrin etibarsız hesab edilməsi və cavabdehlərin öz öhdəliklərinə əməl etməyə məcbur edilməsi və s. tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 208/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 MMC nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İlk iddia üzrə və birləşdirilmiş iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 MMC-yə qarşı “müqavilə öhdəliyini icra etmə faktının təsdiq edilməsi, əmrin etibarsız hesab edilməsi və cavabdehlərin öz öhdəliklərinə əməl etməyə məcbur edilməsi və s. tələbi”nə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış 20.12.2018-ci il tarixli B-128/2 nömrəli müqavilə öhdəliyinə İddiaçı əməl etməsi, onun Cavabdeh1 MTK tərəfindən ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin B blokunun 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 172,19 kv.m, yaşayış sahəsi 156,50 kv.m olan, 4 otaqlı B-03 saylı mənzilə görə hər kv.m 1.300 manat olmaq şərti ilə, cəmi 223.847 manat məbləğində pulu 20.12.2018-ci il tarixdə Cavabdeh1 MTK-nın hesabına tam ödəməsi, habelə birləşdirilmiş iddia üzrə və Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış 04.06.2019-cu il tarixli B-266/19 saylı müqavilə öhdəliyinə İddiaçı əməl etməsi, onun Cavabdeh1 MTK tərəfindən ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin B blokunun 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 172,19 kv.m, yaşayış sahəsi 156,50 kv.m olan, 4 otaqlı B-03 saylı mənzilə görə hər kv.m 1.100 manat olmaq şərti ilə, cəmi 189.409 manat məbləğində pulu 04.07.2019-cu il tarixdə Cavabdeh1 Mənzil Tikinti Kooperativinin hesabına tam ödəməsi və həmin mənzillər üzərində mülkiyyət hüququ əldə etməsi faktının təsdiq edilməsini, Cavabdeh1 MTK-nin “podratçının icraçı direktoru tərəfindən satılmış mənzillərə dair vətəndaşlarla bağlanmış müqavilələrin və maliyyə arayışlarının ləğv edilməsi haqqında” 02.12.2019-cu il tarixli 01 saylı əmri etibarsız hesab etməklə əmrin etibrasız hesab olunması ilə əlaqədar Cavabdeh1 MTK-nin 09.12.2019-cu il tarixli 02 saylı əmrinin 1-ci bəndi də qüvvəsini itirmiş hesab edilməsi, “xxxx” MMC və Cavabdeh1 MTK tərəfindən bağlanmış müqavilə şərtlərinə əməl edilməsi və ünvan 2 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin B blokunun 12-ci mərtəbəsində və 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 172,19 kv.m, yaşayış sahəsi 156,50 kv.m olan, 4 otaqlı B-03 saylı mənzillərin İddiaçı (tikinti norma və qaydalarına uyğun, qüsursuz və yüksək keyfiyyətlə) təhvil verilməsi öhdəliyinin icrasının təmin edilməsini, “xxxx” MMC tərəfindən yaradılmış maneələr aradan qaldırılaraq İddiaçı Mülki Məcəllənin 178.2-ci maddəsinin (yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyesterində qeydə alındığı andan əmələ gəlir) tələblərinə uyğun olaraq öz hüquqlarını həyata keçirməsi və bu hüququn maneəsiz şəkildə, sərbəst reailzə edilməsinin təmin edilməsini, ödənilmiş dövlət rüsumunun məbləği cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməsini, məhkəmə işə baxarkən Cavabdeh1 MTK-nin vəzifəli şəxslərinin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, bu barədə xüsusi qərar çıxarmaqla prokurora xəbər verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-208/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış 20.12.2018-ci il tarixli B-128/2 nömrəli müqavilə əsasında və 04.06.2019-cu il tarixli B-266/19 saylı müqavilə əsasında ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin B blokunun 12-ci mərtəbəsində və 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 172,19 kv.m, yaşayış sahəsi 156,50 kv.m olan, 4 otaqlı B-03 saylı mənzillərin Cavabdeh1 MTK tərəfindən iddiaçıya təhvil verilməsi, Cavabdeh1 MTK-nın 09.12.2019-cu il tarixli 02 saylı əmrinin 1-ci bəndi Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış müqavilələrə münasibətdə qüvvədən düşmüş hesab edilməklə 02.12.2019-cu il tarixli 01 saylı əmrinin ləğv edilməsi, iddia üzrə ödənilmiş dövlət rüsumundan 30 manat məbləğində pulun Cavabdeh1 MTK tərəfindən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh2 MMC-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili vəsatət təqdim edərək, onlarında qətnamədən apellyasiya şikayəti, həmçinin apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət etdiklərini bildirmiş və müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər Cavabdeh1 MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, kollegiya onunn iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən apellyasiya şikayətinin Mülki- Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması, həmçinin müddətin bərpasına dair ərizəyə baxılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, iş həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Nərimanov Rayon Məhkəməsinin 2(005)-208/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 MMC-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılsın və həmin qətnamədən ilk iddia üzrə və birləşdirilmiş iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması, həmçinin apellyasiya şiakyəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair ərizənin müzakirə edilməsi məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4397/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4397/2021
28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver