Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4399/2020 05.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Murtuzayeva Yeganə Hüseyin qızının katibliyi ilə, iddiaçı X3 Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx xxxxxx 2020-ci il tarixli qərardaddan cavabdeh Birliyin verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının cavabdeh Birliyə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasının təmin edilməsi qət edilmişdir. Cavabdeh Birlik həmin qətnamədən apellyasiya şikayəti vermiş, Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadla apellyasiya şikayətini geri qaytarmışdır. Cavabdeh Birlik qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununu ilə dövlət rüsumuna aid tələblər rüsumun kimin adından və hansı məhkəməyə ödənilməsinin göstərilməsidir ki, bu tələblərə də Birlik tərəfindən əməl olunmuşdur. İş üzrə ödəniləcək dövlət rüsumunun tez və ya gec ödənilməsi barədə məhdudiyyət isə həmin Qanunda nəzərdə tutulmamışdır. Şikayətə baxmış Rayon Məhkəməsi qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti əsassız hesab edərək təmin etməmiş və şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.4.1-ci maddəsinə görə, apellyasiya şikayətinin verilməsinə görə birinci instansiya məhkəməsinə müraciət edilərkən bu Qanununun 8-ci maddəsində müəyyən edilmiş rüsumun 120 faizi məbləğində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (MPM) görə, apellyasiya və kassasiya şikayətləri verildikdə, eləcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verildikdə dövlət rüsumu ödənilir (maddə 108.1.4.). Apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir (maddə 361.3.). Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (maddə 363.1.2.). İddiaçı Birliyin apellyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə ********* №-li “Mədaxil qəbzindən” görünür ki, rüsum xx.xx.2019-cu il tarixdə, yəni hazırki işin başlanmasına əsas olmuş iddia ərizəsinin hələ məhkəməyə daxil olmasından təxminən 7 ay əvvəl ödənilmişdir. Halbuki, yuxarıda qeyd olunan hüquq normaları dövlət rüsumunun konkret iş üzrə qəbul edilmiş məhkəmə aktlarından ödənilməsini tələb edir. Odur ki, apellyasiya şikayətinə əlavə olunmuş “Mədaxil qəbzi” dövlət rüsumunun hazırki iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən apellyasiya şikayəti verilməsi üçün ödənilmiş kimi qəbul oluna bilməz. Belə olan təqdirdə Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi cavabdeh Birlik tərəfindən verilmiş apellyasiya şikayətinin qaytarılması barədə qərardad qəbul etməkdə və həmin qərardaddan verilmiş şikayəti təmin etməməkdə haqlıdır. Barəsində şikayət verilmiş qərardadın ləğv edilməsi üçün əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdehn şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayət verilmir. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Rəşad Həsənov “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-4399/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4399/2020
05.06.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver