Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-440/2020 16.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, X1, onun nümayəndəsi və vəkili X5, cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-461/2019 saylı xx xxx 2019-cu il tarixli qətnaməsindən və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1238/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsindən X2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı üçüncü şəxs qismində X7 göstərməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1931-ci il təvəllüdlü anası X8 xx xxxxxx 2014cü ildə əqd bağlanan zaman fəaliyyət qabiliyyətsiz olması faktının müəyyən edilməsi, göstərilən faktın müəyyən edilməsinin nəticəsi olaraq, Sumqayıt şəhəri 1 saylı Notariat Kontorunda təsdiq edilmiş xx xxxxxx 2014-cü il tarixli Ə-472 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-461/2019 saylı xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddaçı apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Bundan başqa, İddiaçı cavabdehlər Bakı şəhəri 12 saylı notariat ofisi, DƏDRX-in Sumqayıt şəhər Ərazi İdarəsinə qarşı üçüncü şəxslər X13, Cavabdeh1 və Cavabdeh2 cəlb etməklə iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 12 saylı notariat kontorunun xx xxx 2008-ci il tarixdə 2V-1-121 reyestr nömrəli X8 adına verilmiş Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0,2 ha torpaq sahəsi, yaşayış sahəsi 22,72 kv.m., köməkçi sahə 44,18 kv.m., ümumi sahəsi 66,9 kv.m. iki yaşayış otağı, ümumi sahəsi 19,19 kv.m. qarajı olan 1113 nömrəli bağ evinə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında X8 adına verilmiş xx xxxx 2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1238/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə bu iddiada təmin edilməmişdir. Qətnamədən X2 apellyasiya şikayəti daha sonra apellyasiya şikayətinə dəqiqləşmə verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6138/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə hər iki mülkı iş birlikdə baxılmaq üçün bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında X2 apellyasiya şikayətlərini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X11 da apellyasiya şikayətlərini müdafiə etdi, həmçinin bildirdi ki, birinci instansiya məhkəmələrinin qətnamələri qanunsuz və əsassızdır. Maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunub. x xxx 2008-ci ildə müraciət edib həmin gün də vərəsəllik haqqında şəhadətnamə almışdır. Bağ sahəsi Gülşənin atasının istifadəsində olub. O, da miras əmlak sayılır. Anaları Solmaz 2005-ci ildə müqaviləni dəyişib. Lakin 8 il sonra həmin torpaq sahəsini rəsmiləşdirib çıxarış almışdır. x xxxxxxxx 2000-ci ildən qüvvədə olan Mülki Məcəllə tətbiq edilməli idi. Məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətlərinə etiraz edərək bildrdi ki, mərhum anası uşaqlarına yaxşı baxıb. İddiaçıya ev də verib, yenə də razılaşmır. Rayon məhkəməsi düzgün qərar qəbul edib. Bağ sahəsinin anasının adına keçməsindən iddiaçının da xəbəri var idi. Çünki, razılaşmışlar ki, bağ sahəsi mərhum anasının adına keçirilsin. Atası rəhmətə gedəndən sonra anası ilə qalırdı. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətlərinə etiraz edərək qardaşının dediklərini təsdiq etdiyini bildirdi. İşə baxılmasının vaxtı və yeri haqqında işdə iştirak etməli olan digər şəxslərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında digər şəxslər iştirak etmədilər. Apellyasiya instansiya məhkəməsi, işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi 2(004)-461/2019 saylı iş üzrə xx xxx 2019cu il tarixli qətnaməni qəbul edərkən qənaətini belə əsaslandırmışdır ki, Sumqayıt şəhəri 1 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli 4Ə-472 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən 1113 saylı bağ evi X15 tərəfindən 1/2 hissədə Cavabdeh1 oğluna və 1/2 hissədə Cavabdeh2 bağışlanmışdır. Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx xxx 2015-ci il tarixdə vəfat etmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 7220 saylı, xx xxxxx 2019-cu il tarixli Ekspert rəyindən görünür ki, X8 adında olan xx xxxxxx 2014-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanma müqaviləsində “Hədiyyə verən” qrafasındakı imza, həmçinin həmin müqavilənin qeydiyyatdan keçdiyi (Sumqayıt şəhəri 1 saylı Notariat Kontoru) 01234 saylı reyestr kitabının 33-cü vərəqəsində 472 saylı qeydiyyatlar qarşısında “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasında imza -X15 tərəfindən icra olunmuşdur. Bakı şəhər Baş Səhiyyə İdarəsi 16 saylı şəhər Poliklinikası tərəfindən verilmiş 401 saylı, xx xxxxxxx 2018-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, 1931-ci il təvəllüdlü X4 rayonu 16 saylı şəhər poliklinikasında psixiatrik və nevroloji kabinetlərində dispanser qeydiyyatda olmayıb. Bakı şəhər Baş Səhiyyə İdarəsi X24 baş həkimi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli sorğuya cavab məktubunun məzmunundan görünür ki, KTM-nin ümumi reanimasiya şöbəsinin həkimi S.Dadaşzadənin işlətdiyi “senil demensiya”, “qocalıq kəmallığı”, “psixi və fizioloji köməksizlik” ifadələri mərhumə Solmaz Ağayevanın xəstəlik tarixində bir dəfə də belə rast gəlinmir. Göründüyü kimi, müvafiq bağ evinin xx xxxxxx 2014-cü il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsi əsasında məhz X27 tərəfindən oğullarına bağışlanılması işin mübahisəsiz halını təşkil edir. Solmaz Ağayeva həmin müqavilə ilə iradə ifadəsini nümayiş etdirmişdir. İddiaçı anasının müqavilə bağlandığı anda fəaliyyət qabiliyyətsiz olduğunu iddia etsə də, bunu təsdiq edə biləcək tutarlı sübut təqdim etməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi isə 2(004)-1238/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən qənaətini belə əsaslandırmışdır ki, Yasamal rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-5381/2019 saylı qətnaməsi ilə iddiaçının onun atasının ölümündən sonra onda miras qalmış əmlakı, yəni Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən bağ sahəsini nə notariat kontoruna müraciət etməklə, nə də faktiki idarə etməklə qəbul etməməsi müəyyən edildiyindən onun həmin miras əmlaka anasının adına verilmiş qanun üzrə vərəsəlik haqqında şəhadətnaməni və həmin şəhadətnaməyə əsasən mülkiyyət hüququna dair çıxarışı mübahisələndirməyə hüququ yoxdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətlərində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissələrdə ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətlərinin obyektini birinci instansiya məhkəməsinin qətnamələri, yəni birləşdirilmiş hər iki iş üzrə iddianın təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissələrdə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəmələrinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. İddiaçı mərhum anası tərəfindən bağışlama müqaviləsi bağlanarkən fəaliyyət qabiliyyətsiz olduğuna, o cümlədən fəaliyyət qabiliyyətli olmasını istisna edən hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Əksinə işdə olan sübutlar X27nın fəaliyyət qabiliyyətli olmasını istisna edən hər hansı bir psixi xəstəlikdən əziyyət çəkdiyini təkzib edir. Bu cür vəziyyətdə X27nın zədəli olmayan iradə ifadəsinin nəticələrini necə mübahisələndirmək olar. Əlbətdə ki, iddiaçı bu cür iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl özü üçün bu halları dəqiqləşdirməli idi. Çünki, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas olmalıdır. Yəni, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla heç kəs mülkiyyətində olan əmlak üzərində sərəncam vermək hüququndan məhrum edilə bilməz. X27 da bu hüququndan istifadə etmişdir. İş üzrə ölmüş şəxs barəsində məhkəmə psixiatrik ekspertizasının keçirilməsi üçün də əsaslar və zərurət olmalıdır. Belə bir əsasın və zərurətin olması isə işdən görünmür. Bundan əlavə, Bakı şəhəri 12 saylı notariat kontorunun xx xxx 2008-ci il tarixdə X8 adına verdiyi mübahisəli bağ evinə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi üçün də əsas olmalıdır. Belə ki, iddiaçının vərəsəlik hüququ ilə bağlı mülki qanunvericiliyin tələblərinin pozulduğu dəlili də əsaslı deyildir. Belə ki, mübahisəli bağ sahəsi və orada yerləşən ev X9 icarəsində olsa da xx xxxxxx 2000-ci il tarixdə onun vəfat etməsi ilə əlaqədar avtomatik olaraq miras açıla bilməzdi. Çünki, birləşdirilmiş işdən də(s.25) görünür ki, mübahisəli bağ sahəsinə dair X3 XDS-nin İcraiyyə Komitəsinin X21 arasında xx xxxx 1982-ci il tarixli xx xxxxx 1991-ci ilədək qüvvədə olan “bağ sahəsinin və tikilərin uzunmüddətli icarəyə verilməsi barədə” müqavilə bağlanmışdır. Demək mübahisələndirilən bağ sahəsi Tofiq Ağayevin ölənədək icarəsində olmuşdur. Başqa cür ola da bilməzdi. Çünki, bağ sahələri həmin vaxt dövlət mülkiyyətində olmuşdur. Dövlət mülkiyyətində olan bağ sahəsinə dair Tofiq Ağayevin ölümü ilə əlaqədar həmin vaxt necə miras açıla bilərdi? İşdən görünmür ki, Tofiq Ağayevin ölümündən sonra həmin bağ sahəsinə dair kiminləsə yeni, məhz X21 ilə müqavilə bağlanıb. Müqavilənin müddəti isə hələ mərhum ölməmişdən qabaq xx xxxxx 1991-ci ildə bitmişdir Demək mübahisəli bağ sahəsi Tofiq Ağayevin ölümündən sonra faktiki olaraq onun arvadı Solmaz Ağayevanın istifadəsində qalsa da hər hansı bir hüquqla, yəni qanuni əsaslarla ona məxsus olmamışdır(Sumqayıt Bələdiyyəsi ilə X27 arasında mübahisəli bağ sahəsinə dair 2005-ci ildə bağlanmış müqavilənin qanuniliyinin yoxlanması apellyasiya icraatının predmetini təşkil etmədiyindən və həmin müqavilə mübahisələndirilmədiyindən onun sadəcə mövcudluğu hazırki mübahisənin düzgün həllinə maneə olmur). İddiaçı da bağ sahəsinin mərhum anasının istifadəsində olmasını mübahisələndirmir. Yalnız respublikamız müstəqillik əldə etdikdən sonra ölkəmizdə həyata keçirilən torpaq islahatlarının davamı olaraq bağ torpaq sahələrinin də özəlləşdirilməsi üçün hüquqi mexanizmlər yarandı. Ona görə də mərhum Tofiq Ağayevin mübahisəli bağa dair mirası xx xxxxxx 2000-ci ildə açılması və bu mirası həmin vərəsələr tərəfindən məhz altı ay müddətində yəni, ən geci xx xxxxxx 2000-ci il tarixdə qəbul edilməli olması dəlili əsaslı hesab edilə bilməz. Təsadüfü deyil ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X26 tərəfindən mübahisəli bağ sahəsi xx xxxx 1982-ci il tarixli müqavilə əsasında xx.xx.2008-ci il tarixdə ilk dəfə mərhum Tofiq Ağayevin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Yalnız bundan sonra qanun üzrə vərəsəlik hüququna əsasən Solmaz Ağayevanın mülkiyyətinə keçmişdir. Üçüncüsü, iddiaçı bu iddia ərizəsi ilə 2020-ci ildə məhkəməyə müraciət etmiş, yəni xx xxx 2008-ci il tarixdə təsdiqlənmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığını mübahisələndirilməsi üçün Mülki Məcəllənin 354-cü maddəsində müəyyən edilmiş kəsici müddəti də ötürmüşdür. Belə ki, qeyd olunan müddətin tətbiq edilməsi üçün ərizə verilməsinə ehtiyac yoxdur. Ona görə bu hal iddianın təmin edilməsini istisna edən haldır. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnamələri faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: X1 apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-461/2019 saylı xx xxx 2019-cu il tarixli qətnaməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1238/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-440/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-440/2020
16.11.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver