Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4404/2021 17.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil X3 və cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4764/2020 nömrəli saylı işi üzrə 12 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4764/2020 nömrəli saylı işi üzrə 12 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və **********10011 abunə kodundan 2002-2006-cı illər üçün hesablanmış 19553,75 manat məbləğində borc silinməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi, iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil X3 məhkəmə təqdim etdiyi ərziəsini müdafiə edərək, qarşı tərəfin şikayəti müddət keçdikdən sonra verildiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, qarşə tərəfin bildirdiklərinə etiraz etdiyini bildirmişdir. Məhkəmə kollegiyası bu xüsusata dair müəyyən etmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4764/2020 nömrəli saylı işi üzrə 12 noyabr 2020-ci il tarixli qətnaməsi 14.12.2020-ci il tarixində məhkəmə-elektron informasiya sisteminə yerləşdirilib imzalanmışdır. Qətnamənin informasiya sisteminə 14.12.2020-ci il tarixində yerləşdirilməsi iddiaçının məhkəməyə təqdim etdiyi ərizəyə əlavə edilmiş elektron bildirişdə də qeyd edilmişdir (səh.130). Cavabdehin apellyasiya şikayəti məhkəməyə 08.02.2021-ci il tarixində daxil olmuşdur (səh.100). Şikayət verilərkən birinci instansiya məhkəməsi tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin ötürülüb-ötürülməməsi və bununla bağlı ayrıca ərizə verilməməsi məsələsinə səlahiyyəti daxilində hüquqi qiymət verilməmişdir. Diqqətə çatdırılmalıdır ki, mülki prosessual qanunvericilik qanuni qüvvəsini almayan məhkəmə aktlarından şikayət vermək mümkünlüyünü təsbit etmişdir və qanuni qüvvəsini almış qətnamədən verilmiş şikayət üzrə prosessual müddət ötürülmədiyinə və ya üzürlü səbəbdən ötürülməsinə dair müzakirə aparılması üçün müraciət olmalıdır ki, icra yönəlmiş (qanuni qüvvəsini almış) icra sənədindən şikayət verilərkən iş üzrə belə müraciət mövcud olmamışdır. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62- 67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 128-133, 135.3, 135.5, 357, 360-366, 402-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4764/2020 nömrəli saylı işi üzrə 12 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş baxışdan çaxarılaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4404/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4404/2021
17.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver