Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4414/2022 10.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Həmidov Həmid Üzeyir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-2134/2022 saylı, 06 may 2022-ci il tarixli qərardadından cavabdeh İddiaçı ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və müstəqil tələb irəli sürməyən 3 saylı bakı ASAN Notariat Ofisinə qarşı mirasın faktiki qəbul edilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-2134/2022 saylı, 06 may 2022-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı ASC-yə qarşı pul tələbinə dair 2(005)- 698/2022 saylı və İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2(004)-257/2022 saylı mülki işlərə baxılanadək dayandırılması qərara alınmışdır. Bakı şəhəri YasamalRayon Məhkəməsinin eyni saylı, 17 may 2022-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin nümayəndəsinin qərardaddan verdiyi şikayət ərizəsi təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyaisya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayət yazılı icraat qaydasında təyin edilmiş, daha sonra işin halları və tərəflərin dinlənilməsinin zəruriliyi nəzərə alınaraq şikayət üzrə işə məhkəmə iclasında baxılması barədə müvafiq qərardad qəbul edilmişdir. Şikayətə tərəflərin iştirakı və onların dinlənilməsi təmin edilməklə baxılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi M.İsmayılov şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 şikayətlə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Həmin Məcəllənin 256.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Kollegiya hesab edir ki, rayon məhkəməsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı ASC-yə qarşı pul tələbinə dair və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2(004)-257/2022 saylı mülki işlərlə hazırki mülki iş bir-birilə əlaqəli olduğundan, iddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və müstəqil tələb irəli sürməyən 3 saylı bakı ASAN Notariat Ofisinə qarşı mirasın faktiki qəbul edilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2(004)-2134/2022 nömrəli mülki iş üzrə icraat həmin mülki işlərə baxılanadək dayandırmaqla düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-2134/2022 saylı, 06 may 2022-ci il tarixli qərardadı onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Həmid Həmidov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-4414/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4414/2022
10.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver