Məhkəmə qərarları › İş №2(103)-4420/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4420/2024

23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4420/2024 23.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və X3 qarşı “zərərin ödənilmiş əvəzi miqdarında tələbin təmin edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1767/2009 nömrəli 02 sentyabr 2009-cu il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi barədə Cavabdeh2 nümayəndəsi-vəkili tərəfindən verilmiş ərizəyə baxılmasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1767/2009 nömrəli 15 yanvar 2024-cü il tarixli qərardadından Cavabdeh2 nümayəndəsivəkili tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1767/2009 nömrəli 02 sentyabr 2009-cu il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və X1 ödənilmiş sığorta haqqı olan 7468,05 manat, nümayəndəyə çəkilmiş xərc kimi 1867 manat və iddia ərizəsinin verilməsi ilə bağlı 20 manat dövlət rüsumu, cəmi 9355,05 manatın alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ("xxxx" ASC-nin hüquqi varisinə) verilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh2 nümayəndəsi-vəkili ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin xx.xx.2009-cu il tarixli qiyabi qətnaməsinin ləğv edilməsini və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1767/2009 nömrəli 15 yanvar 2024-cü il tarixli qərardadı ilə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh2 nümayəndəsi-vəkili tərəfindən verilmiş şikayət məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1767/2009 nömrəli mülki iş “Saxlanılmalı olmayan məhkəmə sənədlərinin məhv edilmək üçün ayrılması haqqında” xx.xx.2022-ci il tarixli akta əsasən məhv edildiyindən və qeyd edilən mülki iş mövcud olmadığından hazırki ərizəyə baxılması qeyri-mümkündür. İş materiallarında olan arayışdan müəyyən edilir ki, “Saxlanılmalı olmayan məhkəmə sənədlərinin məhv edilmək üçün ayrılması haqqında” xx.xx.2022-ci il tarixli akta əsasən Suraxanı Rayon Məhkəməsinin arxivində saxlanılmış İddiaçı Sığorta ASC-nin Cavabdeh2 və digərinə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” 2(010)-1767/2009 nömrəli mülki iş məhv edilmişdir. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 1998-2010-cu illər üzrə 12220 iş ekspertizadan keçirilib, qətnamələr və qərardadlar işlərdən çıxarılıb qovluqlarda saxlanıb və göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetiinn xx.xx.2000-ci il tarixli 32 nömrəli qərarına əsasən 12220 iş məhv edilə bilər. Göründüyü kimi sözügedən mülki iş məhv edilmişdir. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq mülki iş mövcud olmadığından hazırki ərizəyə baxılmasının qeyri-mümkün olması əsası ilə ərizənin geri qaytarılması qənaətinə gəlmişdir. Mülki Prosessual Məcəlləyə “İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi” barədə Əlavəyə əsasən başa çatması barədə qətnamə qəbul edilmiş və ya xitam verilmiş mülki iş üzrə itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın tam və ya qismən bərpa edilməsi bu Əlavə ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həyata keçirilir. İtirilmiş məhkəmə icraatı və ya icra üzrə icraatın bərpası işdə iştirak edən şəxslərin ərizəsi üzrə başlanır. Məhkəmə icraatının bərpası haqqında ərizə mübahisənin mahiyyəti üzrə qətnamə və iş üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarmış məhkəməyə verilir. İtirilmiş icra icraatının bərpasına dair ərizə icranın olduğu yerə görə məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1767/2009 nömrəli 15 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar