Məhkəmə qərarları › İş №2(103)-4421/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4421/2021

30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4421/2021 30.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, ünvan 1ixli qərardadından Cavabdeh MTK tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "Cavabdeh" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan 5273,4 manat tutulması, cavabdehin müqavilə üzrə götürdüyü öhdəlik nəticəsində vurduğu ziyan olaraq, 27.08.2018-ci il tarixdən etibarən çıxarılacaq məhkəmə qərarı icra edilənədək 5273,4 manat vəsaitdən illik 5 faizin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan əlavə iddiaçı iddianı təmini tədbiri barədə ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, cavabdehə məxsus daşınmaz əmlak və bank hesablarında olan pul vəsaitləri üzərinə iddianı təmin etmə tədbiri olaraq həbs qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 19.01.2021-ci il tarixli, 2(004)-902/2021 saylı qərardadı ilə ərizə qismən təmin edilərək mübahisə məhkəmədə mahiyyəti üzrə həll olunana qədər cavabdeh "Cavabdeh" MTK-ya məxsus olan bank hesablarında olan pul vəsaitləri üzərinə iddia tələbi həcmində həbs qoyulmuşdur. Qərardaddan həmin mülki iş üzrə Cavabdeh MTK tərəfindən 02 mart 2021-ci il tarixdə poçt vasitəsi ilə apellyasiya şikayəti verilmişdir. ünvan 1ixli qərardadı ilə şikayətin geri qaytarılması qərara alınmışdır (Hakim: Təhminə Xəlilova). Qərardaddan narazı qalan Cavabdeh MTK məhkəməyə şikayət ünvanlayaraq ünvan 1ixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-902/2021 saylı, 01.04.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılması vaxtı və yeri haqqında tərəflərə məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, 19.01.2021-ci il tarixli, 2(004)-902/2021 saylı qərardad cavabdehə poçt vasitəsilə göndərilmiş, iş materiallarına əlavə edilmiş poçt göndərişlərinin izlənməsindən (i.v. 27) görünür ki, həmin qərardad 02 fevral 2021-ci il tarixdə Cavabdeh MTK tərəfindən alınmışdır. Lakin şikayətə aid zərfin üzərində olan poçt şöbəsinin ştampından görünür ki, şikayət poçta 25 fevral 2021-ci il tarixdə, qərardadı aldığı gündən 23 gün sonra təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə həmin şikayət birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, cavabdeh tərəfindən şikayətin verilməsi üçün Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş prosessual müddət ötürüldüyündən və müddətin üzürlü səbəbdən ötürülməsini göstərən hər hansı hal aşkar edilmədiyindən şikayətin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, ünvan 1ixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh MTK tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə ünvan 1ixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar