Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4423/2021 27.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X6 qarşı “əqdin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında 16.08.2017-ci ildə 54.000 (əlli dörd min) ABŞ dolları borcun etirafı müqaviləsinin və qəbzin etibarsız sayılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4047/2020 saylı 06 noyabr 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçıya izah olunmuşdur ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(005)-4047/2020 saylı qərardadından şikayət verərərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi təqdim edilərkən cavabdehin qeydiyyatını sübut edən sənədin tələb olunması göstərilməmişdir. İddiaçı öz iddia ərizəsində cavabdehin ünvanını qeyd etmişdir. İndiki dövrdə isə istənilən şəxsin yaşadığı ünvanı müəyyən etmək heç də çətin deyil. Hal-hazırda məhkəmələrdə tətbiq edilən elektron sistemlə, xüsusilə hər bir şəxs haqqında kifayət qədər məlumat toplanması mümkün olan halda cavabdehin ünvanını məhkəmə müəyyən etməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh X7 məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə cavabdeh X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X4 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası izahatları dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(005)-4047/2020 saylı qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hazırki iddia ərizəsindən göründüyü kimi, cavabdehin qeydiyyat yerinin Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, ev 12, mənzil 34 olduğunu qeyd etsə də, iddia ərizəsinə cavabdehin Bakı şəhəri, Nərimanov rayonu ərazisində qeydiyyatını təsdiq edən sənəd əlavə etməmişdir. Digər tərəfdən iddia ərizəsinə əlavə edilmiş tərəflər arasında 16.08.2017-ci il tarixdə bağlanmış müqavilənin surətindən görünür ki, cavabdeh X1 Federasiyasının vətəndaşıdır. Onun müqavilə bağlanan tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində müvəqqəti yaşadığı qeyd edilsə də hazırda cavabdehin yaşadığı və qeydiyyat yeri barədə məlumatlar iddiaçı tərəfindən təqdim edilməmiş, eyni zamanda “Azemis” elektron məhkəmə sistemi vasitəsilə cavabdehin qeydiyyatını təsdiq edən məlumatlar aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Kollegiya qeyd edir ki, iddiaçının nümayəndəsinin məhkəmə kollegiyasına təqdim etdiyi, hazırki iş üzrə cavabdeh X5, hazırki iş üzrə İddiaçı qarşı borcun tutulması barədə iddia tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etdiyi iddia ərizəsinin surətindən görünür ki, X9 iddiaçı kimi öz ünvanını ünvan 2mişdir. Həmin iddia tələbi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli qətnaməsinə əsasən qismən təmin edilmişdir. Kollegiya eləcə də qeyd edir ki, hazırki iş materiallarından görünür ki, iddiaçı verdiyi iddia ərizəsində məhz cavabdehin ünvanı kimi, cavabdeh X5 ona qarşı qaldırdığı iddia ərizəsində öz ünvanı kimi göstərdiyi Bakı şəhəri, Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi, ev 12, mənzil 34 ünvanını göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(005)-4047/2020 saylı qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(005)- 4047/2020 saylı qərardadı ləğv edilsin və iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-4423/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4423/2021
27.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver