Məhkəmə qərarları › İş №2(103)-4424/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4424/2020

28.07.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4424/2020 28.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, Cavabdeh və onun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi və ödənilmiş pul məbləğinin qaytarılması tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı qanunsuz inşa edilmiş tikilinin sökülməsi, mənzilin bərpa edlməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-429/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı İddiaçı MMC ilə Cavabdeh arasında 02QYS saylı, xx.xx.2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh əsassız yerə ödənilmiş 66800 manat məbləğində pulun İddiaçı MMC-yə qaytarılması haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən, ona məxsus olan mənzilin sökülərək onun yerləşdiyi yerdə tikilmiş çoxmərtəbəli binanın sökülməsi, mənzilinin həmin yerdə tamamilə yenidən tikilərək bərpa edilməsi və ona verilməsi, ona vurduğu mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 50000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-429/2020 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələbləri rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilərək iddianın tam təmin edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2(103)-4424/2020 saylı qərardadı ilə apelyasiya şikayəti mümkün hesab edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən Bakı Apelyasiya Məhkəməsinə məktub göndərilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-429/2020 saylı qətnaməsindən ilk iddia üzrə İddiaçı MMC-nin apelyasiya şikayətinin daxil olması bildirilmiş və həmin şikayətin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin rayon məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-429/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti apelyasiya baxışından çıxarılmalı, mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-429/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti apelyasiya baxışından çıxarılsın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-429/2020 saylı qətnaməsindən ilk iddia üzrə İddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayətinin Azərbaycan Respublikası MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar