Məhkəmə qərarları › İş №2(103)-4425/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4425/2024

09.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4425/2024 09.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2(008)- 5775/2019 saylı qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 8(008)- 5775/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi 38 saylı bağ evindən ibarət miras əmlaka dair Cavabdeh1 və Cavabdeh2 adlarına verilmiş xx.xx.2014-cü il tarixli 2V/İ-19 saylı reyestrlə qeydə alınmış, eyni zamanda həmin miras əmlaka dair Cavabdeh5 adına 18 avqust 2012-ci il tarixdə 2V/İ-274 saylı reyestrlə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi 38 saylı bağ evindən ibarət miras əmlaka dair Cavabdeh3 Yusuppoviçin 5/16, İddiaçı 5/16, Cavabdeh5 1/8, Cavabdeh1 1/8 və X1 1/8 payının müəyyən edilməsi qət edlmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh5 qətnamədən apellyasiya şikayəti vermişdir. Mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş məhkəmənin dəftərxanasına daxil olduqdan sonra İddiaçı nümayəndəsi və vəkili xx.xx.2024-cü il tarixdə məhkəmənin elektron kabinetinə ərizə göndərərək, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-5775/2019 saylı qərardadından xx.xx.2024-cü il tarixdə şəxsi kabinet vasitəsilə elektron qaydada şikayət verdiyini bildirmiş və bununla əlaqədar olaraq mülki işin Sabunçu Rayon Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş qərardaddan İddiaçı tərəfindən verilmiş şikayətlə bağlı müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ərizəsi Bakı Apellyasiya Məhkəməsinə daxil olanadək Cavabdeh5 28 oktyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi şikayətin mümkünlüyü məsələsinə baxılmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 395-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 oktyabr 2019-cu il tarixli, 2(008)- 5775/2019 saylı qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş şikayət üzrə mülki iş İddiaçı nümayəndəsi və vəkili Vəkil1 müraciətinə əsasən Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)-5775/2019 saylı qərardadından verilmiş şikayətə baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar