Məhkəmə qərarları › İş №2(103)-4430/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4430/2025

16.02.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4430/2025 16.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ( Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə ) QƏTNAMƏSİ Açar sözlər: (şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi) hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, fəaliyyət qabiliyyətsiz hesab olunması tələb edilən şəxsin nümayəndəsi vəkil Nümayəndə2 iştirakı ilə, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ( Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə) “ şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-475/025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən Ərizəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “xx.xx.1965-ci il təvəllüdlü Cavabdeh fəaliyyət qabiliyyəti olmayan hesab olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi1 xx.xx.1989-cu il tarixdə, Ərizəçi2 isə xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuşlar. Valideynləri Cavabdeh və X4r. Ataları Cavabdeh hələ onlar doğulmamışdan əvvəldən də psixi xəstəliyi olmuşdur. Anaları atalarının psixi xəstəliyini bilmədən onunla 1987-ci il tarixdə nikaha daxil olaraq, ailə həyatı qurmuşdur. Valideynlərin nikahı 1994-cü il tarixdə pozulmuşdur. Bundan bir neçə il sonra ataları ikinci dəfə nikaha daxil olmuşdur. AR Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞin Baş direktorunun xx.xx.2024-cü il tarixli məktubunda göstərilir ki, Cavabdeh xx.xx.1981xx.xx.1981 və xx.xx.1981-xx.xx.1982-ci il tarixlərdə həmin xəstəxanada müalicədə olmuşdur. Həmin vaxt atalarına “psixiatriya oyanıq tipli” diaqnozu qoyulmuşdur. AR Səhiyyə Nazirliyi 2 nömrəli X2 Baş həkiminin xx.xx.2024-cü il tarixli məktubundan isə məlum olur ki, Cavabdeh X15 Stansiyasının göndərişinə əsasən ilk dəfə xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək, təkrarən isə yenə X15 Stansiyasının göndərişinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək həmin xəstəxanada stasionar müalicələrdə olmuşdur və hər ikisində ona “şizofreniya paranoid forma” diaqnozu qoyulmuşdur. Ataları psixi xəstəliyinə görə öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Bununla belə atalarına münasibətləri normal olmuşdur. Lakin son zamanlar onun yaxın ətrafında olan şəxslər onun xəstəliyindən istifadə edərək, ondan ərizəçilərin əleyhinə hərəkətlər etməyə nail olurlar. Məsələn, atalarının adından 6 saylı notariat ofisində tərtib edilmiş xx.xx.2024-cü il tarixli vəsiyyətnaməyə görə o, ərizəçiləri mirasdan məhrum etmişdir. Atalarının bunu etməsi üçün heç bir əsas – pis rəftar, hər hansı münaqişə və s. olmamışdır. Ondan bunun səbəbini soruşduqda belə bir vəsiyyətnaməni xatırlamamışdır. Şərh olunanlara əsasən hesab edilir ki, Cavabdeh fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. 2.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-475/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ərizə rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 101.7, 119.1, 217.1, 218.1, 218.3, 220.4, 317.2, 318.2, 319-cu maddələrinə istinadən qeyd edilmişdir ki, təqdim olunmuş sənədlərdən göründüyü kimi, barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə verilmiş şəxs Cavabdeh şizofreniya remissiya vəziyyəti aşkar edilsə də, şizofreniya paranoid forma remissiya vəziyyətində olduğundan öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarındadır. Belə ki, ərizəçilərin atalarının fəaliyyət qabiliyyətli olubolmamasının müəyyən edilməsi məqsədilə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının müvafiq rəyi ilə Cavabdeh fəaliyyət qabiliyyətli olması müəyyən edilmişdir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş olunan şəxsin ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsi iş materialları ilə sübut olunmur, həmçinin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi tələb edilən şəxs Cavabdeh məhkəmə zalında dindirilməsi zamanı verdiyi ifadələrdən və məhkəmə psixiatrik ekspertizasının rəyindən müəyyən olunur ki, Cavabdeh öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malikdir. Həmçinin, mülki iş materialları əsasında müəyyən edilir ki, Cavabdeh öz hüquqlarının həyata keçirilməsi üçün vəkilə etibarnamə vermiş, verilən etibarnamə isə müvafiq notarius tərəfindən fəaliyyət qabiliyyəti yoxlanılmaqla təsdiq edilmişdir. Bundan əlavə, məhkəmə qeyd edir ki, ərizəçilərin nümayəndəsi və vəkili tərəfindən iş üzrə təkrar məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsinə dair vəsatət təqdim edilsə də, məhkəmə tərəfindən araşdırma zamanı hazırkı ekspert rəyi kifayət qədər aydın və tam olduğundan, verilmiş vəsatət formal mülahizələrdən çıxış etdiyindən və məhkəmə prosesinin lüzumsuz uzanmasına səbəb olacağından həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Bundan əlavə , iddiaçının nümayəndəsi və vəkili tərəfindən təkrar ekspertizanın keçirilməsi üçün əsas səbəb kimi şəxs barəsində tərtib edilmiş rəyin bir ekspert tərəfindən verilməsi və bunun üç ekspert tərkibdə rəyin verilməsi əsas gətirilmişdir. Bununla bağlı isə, ilk öncə məhkəmə tərəfindən şəxs dindirilmiş və onun məhkəmə iclası zamanı vermiş olduğu izahatlarında sərbəst , səlis, axımlı izahat verməsi müəyyən edilmişdir. Bundan sonra isə məhkəmə tərəflər arasındakı şəxsin fəaliyyət qabiliyyətli olub-olmaması barədə qeyri-müəyyənliyin aradan qaldırılması, məhkəməyə inamın artırılması, həmçinin məhkəmə üçün daxildə olan şübhənin aradan qaldırılması üçün buna baxmayaraq məhkəmə psixatrik ekspertizası təyin edilmiş və verilmiş rəyə əsasən də şəxsin fəaliyyət qabiliyyətli olması müəyyən edilmişdir. Yəni bu halda belə ekspertizanın keçirilməsində bir yox, üç ekspertin iştirak etməsinin məcburi olması və bu səbəbdən həmin ekspert rəyinin mötəbər sübut növü kimi sayılmaması artıq formal olaraq yanaşma kimi qiymət verilməlidir. Bu isə məhkəmənin iş yükününü, tərəflərin məhkəmə çəkişməsində uzun müddət qalmalarına gətirib çıxaracağından qeyd edilən etiraz əsaslı hesab edilməməlidir. Belə olan təqdirdə hər hansı ruhi xəstəlikdən əziyyət çəkməyən və bununla bağlı müvafiq qeydiyyata alınmamış, habelə müvafiq ekspert rəyinə əsasən fəaliyyət qabiliyyətli olması müəyyən edilmiş şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair ərizəçilər X8 və Ərizəçi2 ərizəsi təmin edilə bilməz. 3.Birinci instansiya məhkəməsində müəyyən edilən hallar: XV-ЖГ seriyalı, 267688 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, X9 xx xxxxxx 1989-cu il tarixdə doğulmuş, atası Cavabdehdur; - XV-ЖГ seriyalı, 267602 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, Ərizəçi2 xx xxxxxx 1990-cı il tarixdə doğulmuş, atası Cavabdehdur ;- Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən, Cavabdeh xx.xx.1965-ci il tarixdə anadan olmuşdur; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 360 saylı Rəyə əsasən, yoxlanılan şəxs Cavabdeh şizofreniya, remissiya vəziyyəti aşkar olunur. Yoxlanılan şəxs Cavabdeh müəyyən edilən şizofreniya paranoid forma remissiya vəziyyətində olduğundan o, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Cavabdeh psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar yoxdur . Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.Ərizəçi2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-475/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və ərizəsinin təmin olunmasına dair yekun məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 5-ci hissəsinə istinadən qeyd edilmişdir ki, məhkəmənin iş üzrə çıxardığı qətnamə onların hüquqlarını pozmaqla bərabər qanunvericiliyin tələblərinə ziddir. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, iş üzrə fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxs Cavabdeh digər iddiaçı ilə onun doğma atasıdır. Atalarının Cavabdeh hələ onlar doğulmamışdan əvvəldən də psixi xəstəliyi olmuşdur. X1 atalarının psixi xəstəliyini bilmədən onunla 1987-ci il tarixdə nikaha daxil olmuşdur. Valideynlərinin nikahı 1994-cü il tarixdə pozulmuş və bundan bir neçə il sonra atası ikinci dəfə nikaha daxil olmuşdur. Atalarından boşanmasına səbəb artan psixoloji vəziyyəti və özünü idarə edə bilməməsi olmuşdur. Buna baxmayaraq onların ataları ilə daim münasibətləri və gediş-gəlişi olmuşdur. Son zamanlar atalarının yaxın ətrafında olan şəxslər onun xəstəliyindən istifadə edərək, onların əleyhinə hərəkətlər etməyə nail olurlar. Məsələn, atalarının adından 6 saylı notariat ofisində tərtib edilmiş xx.xx.2024-cü il tarixli vəsiyyətnaməyə görə, onları mirasdan məhrum etmiş, əmlaklarını özgəninkiləşdirmiş, bağışlamış və s. Atalarının bunu etməsi üçün heç bir əsas – pis rəftar, hər hansı münaqişə və s olmamışdır. Atalarından bunun səbəbini soruşduqda belə bir vəsiyyətnaməni xatırlamadığını bildirmişdir. Qeyd olunanlarla bağlı daha geniş və ətraflı məlumatlarla bərabər ərizə ilə məhkəməyə müraciət etsə də, məhkəmə şərh olunanları nəzərə almadan öz mülahizəsinə uyğun qətnamə çıxarmışdır. Hesab edir ki, mülki iş üzrə çıxarılmış xx.xx.2025-ci il tarixli qətnamə apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməli və iş üzrə yeni araşdırma aparılmaqla ərizəmizin təmin olunmasına dair qətnamə çıxarılmalıdır. məhkəmənin vəzifəsi həqiqəti müəyyən etməkdir. Bunun üçün işə baxan hakim maddi və prosessual qanunvericiliyin verdiyi bütün imkanlardan istifadə etməli, faktlara istinad etməlidir. Birinci instansiya məhkəməsi işə baxarkən onların təqdim etdiyi sübutlara hüquqi qiymət verməmiş, işin faktiki hallarını nəzərə almamış və işdə marağı olan digər şəxslərin etirazlarını dəlil kimi qiymətləndirərək qətnamə çıxarmışdır. İş üzrə cavabdeh olan müvafiq icra hakimiyyəti orqanı ərizələrinə dair heç bir etiraz təqdim etməmişdir. Bundan başqa cavabdehin əməkdaşları da qeyd olunan məsələ ilə bağlı çoxdan məlumatlıdırlar. Belə ki, atalarının xəstəliyi yeni yaranmamışdır və bütün qohumları daxil olmaqla bütün lazımi orqanlar məlumatlıdırlar. Atalarının məhkəmə iclasında elə izahat verməsinə səbəb isə analıqlarının ona təzyiq göstərməsi olmuşdur. Əlavə olaraq bildirmək istərdi ki, işin hərtərəfli araşdırılmasını təmin etmək məqsədilə iş üzrə müvafiq icra hakimiyyəti orqanını işə cəlb etməli və işə onların iştirakı ilə baxmalı idi. Belə olduğu halda hesab edir ki, iş apelyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericilikdə nəzərdə tutulan imkanlardan istifadə etməklə yenidən araşdırılmalıdır. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, guya atası proses gedişatı zamanı ona telefon zəngi edərək işin yekunlaşması ilə bağlı həyəcan keçirdiyini, yuxu dərmanlarından istifadə etdiyini bildirmişdir. Bu qeydlər tamamilə yalandır. Məhkəmə gedişatında onlar ataları ilə daim telefon danışığında olmuşdur, o, onu bu cümlələrə "kimlərinsə" məcbur etdiyini dəfələrlə telefon danışığında bildirmişdir. Atasının hazırkı həyat yoldaşı onun psixoloji vəziyyətindən sui-istifadə edərək onun adına olan əmlakı öz adına keçirmiş və atasını yalnız qoyaraq başqa ölkəyə getmişdir. O, atasını aldadaraq guya onu da öz yanına aparacağını bildirsə də, atasını dərmanlara "boğaraq" tək başına yaşadır. Atası məhkəmə iclasında guya onların tüfeyli həyat tərzi yaşadıqlarını və onunla münasibət qurmadığını bildirsə də, sonradan bacısı ilə telefon danışığında olarkən atası dediyi sözlərə görə ağlamış və üzr istəmişdir. O də, bacısı da bu dövlətin adi bir vətəndaşıdırlar. Heç bir zaman adları pis hallanmamışdır. Bacısı evlidir və ailəsi ilə birlikdə Türkiyə Cumhuriyyətində yaşayır. O da daimi əmək faəliyyəti ilə məşğuldur. Yəni, məhkəmə iclasında atası tərəfindən deyilən məlumatlar heç biri həqiqəti əks etdirmir, işin fakiki hallarına ziddir. AR Səhiyyə Nazirliyi 2 nömrəli X2 Baş həkiminin xx.xx.2024-cü il tarixli məktubundan isə məlum olur ki, Cavabdeh X15 Stansiyasının göndərişinə əsasən ilk dəfə xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək, təkrarən isə yenə X15 Stansiyasının göndərişinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək həmin xəstəxanada stasionar müalicələrdə olmuşdur və hər ikisində atalarına “şizofreniya paranoid forma” diaqnozu qoyulmuşdur. Atalarının psixi xəstəliyinə görə öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. buna baxmayaraq, məhkəmə bu sübutlara hüquqi qiymət verməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar: 5.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə stasionar məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsinin xx.xx.2025-ci il tarixli, 153 saylı rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Anamnestik məlumatlara və hazırkı psixiatrik müayinənin nəticəsinə əsasən yoxlanılan şəxs Cavabdeh müəyyən edilən «Paranoid şizofreniya» psixi xəstəliyinin dinamikasının təhlili zamanı müəyyən edilir ki, həmin xəstəlik xoşxassəli gedişə malik olub, dinamikasında gec-gec kəskinləşmələri olur. Aldığı müalicələrdən sonra Cavabdeh praktik sağalmaya bərabər, uzunmüddətli və yüksəkkeyfiyyətli remissiya vəziyyəti yaranmışdır. «Paranoid şizofreniya» xroniki psixi xəstəliyinin müalicəsi tam mümkün olmasa da, müalicə ilə remissiya (yaxşılaşma) vəziyyətinin yaranması və saxlanılması mümkündür. Cavabdeh psixi durumuna görə hazırda özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etmir. Cavabdeh müəyyən edilən həmin psixi xəstəlik uzunmüddətli və dayanıqlı remissiya mənasını anlamaq və öz hərəkətlərini idarə etmək iqtidarındadır. Cavabdeh hazırkı psixi durumuna görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar yoxdur. 6.Məhkəmə kollegiyasının iclasında iştirak edən fəaliyyət qabiliyyətsizliyi tələb edilən şəxsin nümayəndəsi vəkil Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini əsassız hesab etdiyini, iş üzrə keçirilmiş sonuncu ekspert rəyinin də nəzərə alınaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. 7.Məlumatlandırılması üçün qanunverciliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən ərizəçilərin və maraqlı şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 8.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 9.Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1, 80-82, 385-390-cı maddələrinə əsasən qeyd edilməlidir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.28.2. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. 31.1. Fiziki şəxs heç bir halda hüquq qabiliyyətindən məhrum edilə bilməz. Fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti yalnız qanunla müəyyənləşdirilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında; 317.2. Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 317.3. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. 318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. 320.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır.320.3. Məhkəmə, ərizə vermiş şəxslərin bilə-bilə əsassız olaraq şəxsin fəaliyyət qabiliyyətini məhdudlaşdırmaq və ya şəxsi fəaliyyət qabiliyyətindən məhrum etmək üçün vicdansız hərəkətlərini müəyyən etdikdə, məhkəmə xərclərini onlardan tutur və yüz on manatadək cərimə edir. 12.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək, belə qənaətə gəlir ki, şikayətin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Kollegiya həmçinin ərizəçinin şikayətin dəlillərinə münasibətdə diqqətə çatdırır ki, şikayətin dəlilləri nəzərə alınmaqla məhkəmə tərəfindən stasionar məhkəmə psixiatriya ekspertizası təyin edilmiş və ekspert rəyi ilə şəxsin fəaliyyət qabiliyyətsizliyi üçün əsasların olmadığı öz təsdiqini bir daha tapmışdır. 13.Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalıdır. 14.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Ərizəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-475/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi ( elektron məhkəmə informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar