Məhkəmə qərarları › İş №2(103)-4431/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4431/2022

02.06.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4431/2022 02.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh2 qarşı “yaradılmış maneənin aradan qaldırılması və sair tələbi barədə” ilk iddiasına, cavabdehin iddiaçıya qarşı “özbaşına tikilinin sökülməsi tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 03 fevral 2022-ci il tarixli qətnamədən iş üzrə tərəflərin verdikləri apellyasiya şikayətləri üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: Hazırki mülki işə baxmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə hər iki iddianın qismən təmin edilməsini qət etmişdir. İş üzrə tərəflər həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə bildirir ki, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddətin axımı qətnamənin tərəfə rəsmi təqdim edildiyi vaxtdan başlayır. İş materiallarında olan sənədlərdən görünür ki, hazırki mülki iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə Cavabdeh2 xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir (iş v. 105). Belə olan təqdirdə hesab edilməlidir ki, Cavabdeh2 münasibətdə qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin sonuncu günü xx.xx.2022-ci il hesab edilir. Lakin elektron məhkəmə sistemindən görünür ki, onun apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə verilmişdir. Beləliklə, Məhkəmə tərəfindən müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən apellyasiya şikayətinin verilməsi müddəti Cavabdeh2 tərəfindən ötürülmüşdür. Apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddəti ötürmüş Cavabdeh2 “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etməmişdir. MPM-nin 363.1.3-cü maddəsinə görə, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, o, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin, Rayon Məhkəməsi qanunun bu tələbinə əməl etməmiş, prosessual müddətin ötürülübötürülməməsi məsələsini müzakirə etmədən şikayəti mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-nin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, Məhkəmə hesab edir ki, Cavabdeh2 verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Bundan əlavə Məhkəmə bildirir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkündür. Lakin Cavabdeh2 şikayəti prosessual müddətin ötürülməsi ilə verildiyindən İddiaçı apellyasiya şikayəti üzrə apellyasiya baxışı hələ ki mümkün hesab edilməməli və Cavabdeh2 tərəfindən verilmiş şikayətin qaytarılması üçün mülki iş Rayon Məhkəməsinə göndərilməlidir. Buna görə də yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 366-cı maddəsinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Hazırki mülki iş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 03 fevral 2022-ci il tarixli qətnamədən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və həmin apellyasiya şikayətinin qaytarılması üçün mülki iş Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar