Məhkəmə qərarları › İş №2(103)-4432/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4432/2025

09.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4432/2025 09.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdehnə qarşı "pulun və dəymiş mənəvi zərərin ödənilməsi" tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "maneələrin aradan qaldırılması və pul" tələbinə dair qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə Açar sözlər: (podrat müqaviləsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil, Qarşılqılı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-780/2025 saylı qətnaməsindən qarşılqılı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Satıcı qismində Cavabdeh MMC-nin direktoru İlkin Manafov və alıcı qismində İddiaçı arasında bağlanmış 02 aprel 2024-cü il tarixli, 6666 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı müxtəlif növ mebel avadanlıqlarını alıcıya satmağı, alıcı isə malı alıb, bu müqavilədə nəzərdə tutulmuş qaydada dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür (bənd 1.1). Satıcı ilə alıcı arasında ödəmə prosesi aşağıdakı ardıcıllıqla həyata keçirilir. Müqaviləyə əsasən ödənişi müqavilə bağlanan gün 6200 (altı min iki yüz) manat, mebel istehsala ötürüldükdə 3400 (üç min dörd yüz) manat, mebel tam təhvil verildikdə 2400 (iki min dörd yüz) manat, ümumi müqavilə dəyəri 12000 (on iki min) manatdır (bənd 2.6). Alıcıya malın çatdırılmasını müqavilə və onun ayrılmaz tərkib hissəsi olan Əlavə 1,Əlavə 2 və Əlavə 3 imzalandığı gündən 40 iş günü müddətinə qədər həyata keçirilir (bənd 4.1). Müqavilənin 4.1-ci bəndində göstərilən vaxtda sifarişin çatdırılması və quraşdırılması mümkün olmadıqda, tərəflərin qarşılıqlı razılığı əsasında bu müddət uzadıla bilər (bənd 4.2). Alıcı sifariş edilən mebelin satıcı tərəfindən gecikdirildiyi hallarda, hər gecikən iş günü üçün mebel dəyərinin 0,1% dəyərində kompensasiya istəmə hüququna malikdir (bənd 4.9).

2. Müqaviləyə 1 nömrəli Əlavədən görünür ki, mətbəx və masanın məbləği 10700 manat, Tv stendinin məbləği 1300 manat olmaqla, ümumi ödəniş 12000 manat məbləğində müəyyən edilmişdir.

3. İddiaçı tərəfindən Cavabdeh MMCnin direktoru İlkin Manafova ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, 02 aprel 2024-cü il tarixdə aralarında müxtəlif növ mebel avadanlıqlarının hazırlanıb və müəyyən edilmiş məbləğ dəyərində satılması barədə müqavilə imzalanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən 40 iş günü ərzində müqavilədə göstərilən mebel avadanlıqaları hazırlanıb ünvana təhvil verilməli idi. Müqavilənin şərtinə əsasən tərəfindən 02 aprel 2024-cü il və 22 aprel 2024-cü il tarixlərdə müvafiq olaraq 6200 və 3400 manat məbləğində pul ödənilmişdir. 2024-cü ilin iyun ayının əvvəllərində mətbəx mebeli ünvana gətirilsə də, tam qüsurlu olmağı səbəbindən əməkdaşların iştirakı ilə geri qaytarılmış və tərəflərindən qüsurların tez bir zamanda aradan qaldırılmasına dair söz verilmişdir. Lakin həmin gündən 3 aydan çox müddət keçməsinə baxmayaraq müqavilədə göstərilən mebel avadanlıqları təhvil veilməmiş, bununla bağlanmış müqavilənin şərtləri pozulmuş və bu da öz növbəsində bağlanmış müqavilənin xitam verilməsinə əsasdır. Göstərilənlərə və müqavilənin 6.1 bəndinə əsaslanaraq bildirilir ki, 02 aprel 2024-cü il tarixdə aralarında bağlanmış müqaviləyə xitam verir. Bundan başqa, müqavilənin şərtlərinə əsasən tərəfindən ödənilmiş 9600 manat və hər gecikdirilmiş günə 0,1 % hesablanmaqla (100 gün) 960 manat, ümumilikdə 10560 manat məbləğində pulun müqavilə xitam verilənədək ona ödənilməsini təklif edir. Əks halda, qeyd edilən mübahisənin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmə qaydasında baxılmasını, bu zaman dövlət rüsumun, göstərilən hüququ xidmətin və sair xərclərin artmasını, eləcə də istehlakçı hüquqlarının pozulmasına görə dəymiş mənəvi zərərin tələb edilməsi ehtimalı nəzərə çatdırılmışdır.

4. Cavabdeh MMC tərəfindən verilən xx.xx.2024-cü il tarixli ödəniş sənədindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC “Mutfakçı” mebel salonuna ödənilən məbləğ 6200 manat, qalıq borc 5800 manatdır.

5. Cavabdeh MMC tərəfindən verilən xx.xx.2024-cü il tarixli ödəniş sənədindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC “Mutfakçı” mebel salonuna mətbəx mebeli üçün ödənilən məbləğ 3400 manat, qalıq borc 2400 manat, hamam dolabı üçün ödənilən məbləğ 1500 manat, qalıq borc 400 manat olmaqla, cəmi ödənilən məbləğ 4900 manat, qalıq borc 2800 manat olmuşdur.

6. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 5 saylı Vəkil Bürosuna 1.000 manat məbləğində hüquqi xidmət xərci ödənilmişdir.

7. xx.xx.2024-cü il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh MMC tərəfindən iddia qaldırılması üçün 72 manat məbləğində dövlət rüsumu ödənilmişdir. a)Birinci instansiya məhkəməsində icraat

8. İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdehnə qarşı "pulun və dəymiş mənəvi zərərin ödənilməsi" tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən ödənilmiş 9600 manat məbləğində pulun və 960 manat məbləğində kompensasiyanın, 1000 manat məbləğində hüquqi yardıma görə xərcin, həmçinin dəymiş mənəvi zərərə görə 10000 min manatın, cəmi 21560 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, 02 aprel 2024-cü il tarixdə tərəflər arasında müxtəlif növ mebel avadanlıqlarının hazırlanıb və müqavilədə müəyyən edilmiş məbləğ dəyərində satılması barədə müqavilə imzalanmışdır. Həmin müqavilənin predmeti sayılan məhsulların siyahısı və qiymətləri müqavilənin ayrılmaz tərkib hissələri olan Əlavə 1, 2 və 3 ilə müəyyən edilmişdir. Müqavilənin 2.6 bəndinə əsasən müqavilə bağlanan gün 6200 manat, mebel istehsala ötürüldükdə 3400 manat, mebel tam təhvil verildikdə isə 2400 manat, ümumilikdə 12000 manat olmaqla ödəniş olmalı idi. Həmin müqavilənin şərtlərinə əsasən 40 iş günü ərzində (yəni xx.xx.2024-cü il tarixədək) müqavilədə göstərilən mebel avadanlıqları hazırlanıb ünvana təhvil verilməli idi. Müqavilənin şərtinə əsasən iddiaçı tərəfindən 02 aprel 2024-cü il və 22 aprel 2024-cü il tarixlərdə müvafiq olaraq 6200 və 3400 manat məbləğində pul ödənilmişdir. 2024-cü ilin iyun ayının ilk on günlüyündə mətbəx mebelinin bir hissəsi ünvana gətirilsə də, onun tam qüsurlu olması səbəbindən cavabdehin əməkdaşları tərəfindən geri qaytarılmış və qüsurların tez bir zamanda aradan qaldırılmasına dair söz verilmişdir. Lakin həmin gündən 4 aydan çox müddət keçməsinə baxmayaraq müqavilədə göstərilən mebel avadanlıqları təhvil verilməmiş, bununla bağlanmış müqavilənin şərtləri pozulmuş və bu da öz növbəsində bağlanmış müqavilənin xitam verilməsinə səbəb olmuşdur. Müqavilənin 6.1 bəndinə əsaslanaraq tərəfimdən xx.xx.2024-cü il tarixdə cavabehə müqvilənin xitam verilməsi və ödənilmiş pulun geri qaytarılmasına dair bildiriş göndərilmişdir. Nəticədə, müqavilə iddiaçı tərəfindən ləğv edilmişdir. Cavabdeh tərəfindən həmin bildirişin xx.xx.2024-cü il tarixdə qəbul edilməsinə baxmayaraq heç bir nəticə olmamışdır. Müqavilənin 4.9 bəndinə əsasən alıcı sifariş edilən mebelin satıcı tərəfindən gecikdirildiyi hallarda, hər gecikən iş günü üçün, mebel dəyərinin 0,1 % dəyərində kompensasiya istəmə hüququ yaranır. Bu hüququndan istifadə edərək iddiaçı tərəfindən ödənilmiş 9600 manat və hər gecikdirilmiş günə 0,1 % hesablanmaqla (100 gün) 960 manat, ümumilikdə 10560 manat məbləğində pulun tələb etmək hüququ yaranmışdır. İlkin olaraq qüsurlu mebelin ünvana gətirilməsi, onun qüsurların vəd edilmiş müddətdə aradan qaldırılmaması, sonradan mebel üçün ödənilmiş pulun qaytarılmaması nəticəsində cavabdeh (satıcı) tərəfindən iddiaçının qanunla müəyyən edilmiş istehlakçı hüquqlarının pozulması səbəbindən o və ailəsi əsəb gərginliyi, psixoloji sarsıntı və mənəvi iztirab keçirmişlər və nəhayət, hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilənlərə əsasən Cavabdeh MMCdən ödənilmiş 9600 manat məbləğində pulun və 960 manat məbləğində kompensasiyanın, 1000 manat məbləğində hüquqi yardıma görə xərcin, həmçinin dəymiş mənəvi zərərə görə 10000 min manatın, cəmi 21560 manat məbləğində pulun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

10. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı " maneələrin aradan qaldırılması və pul" tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024- ci il tarixli alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş və hazırlanmış mebellərin cavabdehə məxsus evə quraşdırılmasına cavabdeh İddiaçı tərəfindən törədilən maneələrin aradan qaldırılması, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-ci il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən ödənilməmiş 5200 manat məbləğində vəsaitin və tərəflərindən ödənilmiş 72 manat məbləğində məhkəmə dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən Satıcı (Cavabdeh MMC) müxtəlif növ mebel avadanlıqlarını alıcıya (İddiaçı) satmağı, alıcı isə malı alıb, müqavilədə nəzərdə tutulmuş qaydada dəyərini satıcıya ödəməyi öhdəsinə götürüb. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malın adı, dəyəri, rəngi, ölçüləri, forması, istifadə edilən mexanizm – aksessuarların sayı və digər detalların hər biri alıcı ilə yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmçinin, müqavilənin 2.6-cı bəndinə əsasən satıcı ilə alıcı arasında ödəmə prosesi aşağıdakı ardıcıllıqla həyata keçirilir. Müqaviləyə əsasən ödənişi müqavilə bağlanan gün 6200 manat, sifariş istehsala ötürüldükdə 3400 manat, mebel təhvil verildikdə isə 2400 manat olacaqdır. Müqavilənin 4.1-ci maddəsində alıcıya malın çatdırılması müqavilə imzalandığı gündən 40 iş günü müddətinə qədər həyata keçirilir. Həmin müqavilənin 4.2ci bəndinə əsasən bu müqavilənin 4.1-ci bəndində göstərilən müddətdə sifarişin çatdırılması və quraşdırılması mümkün olmadıqda, tərəflərin qarşılıqlı razılığı əsasında bu müddət uzadıla bilər. Nəzərə çatdırılır ki, müqavilə öhdəliklərinin icrası İddiaçı tərəfindən bugünkü tarixədək süni şəkildə ləngidilir. Dəfələrlə onunla aparılan şifahi telefon danışıqlarına əsasən, cavabdeh tərəfindən mebel avadanlıqlarının cavabdehin evində quraşdırılmasına və təhvil verilməsinə, eyni zamanda müqavilə öhdəlikləri üzrə qalıq məbləğ 2400 manat ödənilməmişdir. Qeyd edilən mebellər tam olaraq vaxtında hazır edilmiş, lakin cavabdeh mebelləri qəbul etməkdən imtina edərək, müqavilənin tərəflərindən icra edilməsinə məqsədli maneələr törətmişdir. Qeyd edilən məhsullar sırf cavabdehin sifarişi əsasında xüsusi olaraq hazırlanmışdır və hazırda həmin mebellərin başqa qaydada istifadə edilməsi qeyri-mümkündür. Ona görə də cavabdeh tərəfindən mebellərin evə quraşdırılmasına törədilən maneələr aradan qaldırılmalıdır. Bundan başqa, cavabdeh tərəfindən əlavə olaraq mətbəx və hamam dolabı da sifariş edilmiş, lakin onların da pulu ödənilməmiş və 2800 manat da borc qalmışdır. Qeyd olunanlardan göründüyü kimi müqavilə öhdəlikləri tərəflərindən tam formada icra olunmuş, lakin cavabdeh tərəfindən hazır mebellərin quraşdırılmasına süni maneələr yaradılmışdır. Ona görə də hesab edilir ki, müqavilə öhdəlikləri üzrə cavabdehin mebellərin cavabdehə məxsus evə quraşdırılmasına cavabdeh tərəfindən törədilən maneələrə son qoyulmalı və ödənilməyən 5200 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024- ci il tarixli alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş və hazırlanmış mebellərin cavabdehə məxsus evə quraşdırılmasına cavabdeh İddiaçı tərəfindən törədilən maneələrin aradan qaldırılması, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-ci il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən ödənilməmiş 5200 manat məbləğində vəsaitin və tərəflərindən ödənilmiş 72 manat məbləğində məhkəmə dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir.

12. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-ci il tarixli alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş və hazırlanmış mebellərin cavabdehə məxsus evə quraşdırılmasına cavabdeh İddiaçı tərəfindən törədilən maneələrin aradan qaldırılması, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-ci il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən ödənilməmiş 2800 manat məbləğində vəsaitin və tərəflərindən ödənilmiş 72 manat məbləğində məhkəmə dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbinə isə etiraz edərək, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq, əlavə olaraq edilən 1500 manat ödənişin müqavilədən kənar əşyaya görə yerində ödənilən pul olmasını, dolab üçün 1500 manatı ödədiyini, lakin 400 manatın qalmasını, ilkin malın qüsurlu olması barədə sübutunun olmadığını, sadəcə ustaların bunu etiraf etdiklərini, quraşdırılmamanın səbəbi kimi 2 dəfə boyanın ələ çıxmasının olması, divar ilə bağlı problem olmadığını, çünki ölçüləri özlərinin götürdüklərini, bununla bağlı iddiaçıda yazışmaların olduğunu, iyul ayında yenidən gətirildiyini, lakin yenə mebeldə qüsur olduğunu və mebelin həyətə belə düşürülmədiyini, buna səbəb isə Vüsal adlı ustanın mebellərin yenə əvvəlki vəziyyətdə olmasını görməsini, tərəflərindən nə qədər buraxılmış zənglər olduğunu, mebellərin gətirildiyini etiraf etdiklərini, 4 sentyabr 2024-cü ildə iddiaçının həyat yoldaşı ilə birlikdə oraya getdiyini, orada ona 1 gündə gözləmələrini bildirdiklərini, iddiaçının heç nə istəmədiyini və pulunu geri qaytarmalarını bildirdiyini, 17 iyundan 5 sentyabra kimi heç bir problemin həll olmadığını, ilk dəfə müqaviləyə xitam verilməsi ilə bağlı iyun ayından müraciətlər olduğunu, sonuncu dəfə sentyabr ayında “Mutfakçı”da söhbət edildiyini və dava ilə nəticələndiyini, sentyabr ayında bildiriş göndərildiyini bildirmişdir.

14. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi Nümayəndə ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini isə müdafiə edərək izahatında qeyd etmişdir ki, qarşı tərəf qeyd edir ki, mallarda qüsur olduğuna görə quraşdırılmamışdır. İlkin iddiaçı öncə ölkə xaricində olduğunu qeyd etmiş, daha sonra isə həmin malların evdə quraşdırılmasına maneəçilik törətmişdir. Bununla bağlı, yazışmalar da mövcuddur ki, həmin yazışmalarda xahiş edilir ki, quraşdırılma üçün şərait yaradılsın. Bundan əvvəlki yazışmalardan da görünür ki, 2024- cü il iyun ayının 16 və 17-sinə olan yazışmalarda və əldə olan videodan görünür ki, usta evin divarında problem olduğunu və buna görə mebeli yerləşdirə bilmədiyini bildirir. İlkin iddiaçı bundan sonra şirkətə bildirir ki, usta belə bir problem olduğunu bildirib və bunu həll etmək istəyir. İlkin iddiaçı qeyd edir ki, artıq 4 iyun tarixindən sonra münasibətləri soyuyur, lakin 17 iyun tarixli yazışmadan da görünür ki, Səməd bəy müqavilənin uzadılmasına razılıq verir. Buna görə də hesab edirlər ki, müqavilə tərərflərin razılığına əsasən uzadılmışdır və burada hər hansısa bir qüsurdan söhbət gedə bilməz. Həmin mebellər halhazırda şirkətdə saxlanılır, lakin quraşdırıldıqdan sonra iddiaçı qüsur aşkar edərdisə, bunda haqlı ola bilərdi. Buna görə də ilkin müqavilə üzrə 1400 manat və dolabdan qalan 400 manat pulu, yəni ümumilikdə 1800 manat pulun ilkin iddia üzrə cavabdehdən tutulmasını xahiş edirlər. Odur ki, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq isə, ilkin malın qüsurlu olmasını qəbul etmədiklərini, 05 sentyabr 2024-cü ildə artıq bütün qüsurların aradan qalxdığını, narazılıq var idisə, o zaman ikinci mebeli də götürməməli olduqlarını, 17 iyun tarixində müştəri yenidən quraşdırılma ilə bağlı razılığa gəldikdən sonra onun heç bir tələb və müraciətinin daxil olmadığını, hətta xəbərdarlığın göndərilməsinin 05 sentyabr tarixindən sonraya aid olduğunu, 17 iyun 2024-cü ildən sonra şifahi müraciət edildiyi üçün sübutlarının olmadığını, quraşdırılmaya imkan verilməməsinə dair 05 sentyabr 2024-cü il tarixə aid sübutun olduğunu bildirmişdir.

15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-780/2025 saylı qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, ilkin iddia üzrə Cavabdehndən 9.600 (doqquz min altı yüz) manat məbləğində əsas, 200 (iki yüz) manat məbləğində kompensasiya borcu olmaqla cəmi 9800 (doqquz min səkkiz yüz) manat və hüquqi yardım xərcinin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul vəsaitinin tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, ödənilməmiş 400 (dörd yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 30 (otuz) manatının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə ödənilməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun qalan hissəsinin qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

16. Məhkəmə mövqeyini əsasandıraraq qeyd etmişdir ki, işin mübahisəsiz halları odur ki, tərəflər arasında mebel quraşdırılması ilə bağlı xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən sifarişçi A.Səməd tərəfindən 6.200 manat, mebel istehsalata ötürüldükdə 3400 manat, mebel tam təhvil verildikdə 2.400 manat olmaqla, cəmi 12.000 manat pulun ödənilməsi barədə razılıq olmuşdur. İzahatlardan və təqdim edilmiş sübutlardan, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, İddiaçı həmin tarixlərdə Cavabdeh MMC-yə ödənişlər etmişdir. Sifarişçi A.Səməd tərəfindən tərəfindən ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla, cəmi 9.600 manat pul ödənilmiş, 2.400 manat pul ödənilməmiş qalmışdır.

17. Məhkəmə ilkin iddia tələbinin 9600 manat məbləğində pulun qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı müqavilədən imtina etməklə, ödənilən pul vəsaitinin qaytarılmasını tələb etmişdir. İlkin iddia üzrə iddiaçı tərəfindən 9600 manat pul vəsaitinin ödənilməsi faktı mübahisə edilmir. Məhkəmə hesab etmişdir ki, həmin hissədə iddia təmin edilməli və 9600 manat pul vəsaiti podratçı Cavabdeh MMC-dən tutulub sifarişçi İddiaçı ödənilməlidir.

18. Daha sonra tələbin 960 manat məbləğində kompensasiyanın ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi həmin hissədə əsaslı hesab edilməklə qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 4.9-cu bəndinə əsasən, alıcı, sifariş edilən mebelin satıcı tərəfindən gecikdirildiyi hallarda, hər gecikən iş günü üçün mebel dəyərinin 0,1% dəyərində kompensasiya istəmə hüququna malikdir. Hazırki vəziyyətdə xx.xx.2024-cü il tarixli müqavilənin şərtlərinə uyğun olaraq (40 iş günü nəzərə alınmaqla), mebelin quraşdırılması 2024cü ilin iyununda təhvil verilməli idi. Lakin bu müddətdə, həmçinin bu müddət bitdikdən sonrakı müddət ərzində də mebelin quraşdırılması barədə razılıq əldə edilsə də, mebel təhvil verilməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə ilkin iddia üzrə iddiaçı tərəfindən iddia ərizəsi təqdim edilən vaxtadək gecikdirilən iş günlərinə münasibətdə 200 manat həddində kompensasiyanın ödənilməsini ağlabatan hesab etmiş və qeyd etmişdir ki, müqavilə üzrə mebelin təhvil verilməsinin gecikdirildiyi iş günləri üçün dəyərinin 200 manat həddində kompensasiya cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

19. Daha sonra məhkəmə iddia tələbini 10.000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması hissəsində əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı qüsurlu mebelin gətirilməsi, sonradan qüsurların vəd edilmiş müddətdə aradan qaldırılmaması, ödənilmiş pulun qaytarılmaması nəticəsində əsəb gərginliyi, psixoloji sarsıntı və mənəvi iztirab keçirdiyini iddia edərək 10.000 manat məbləğində mənəvi ziyan tələb etsə də, tələbini əsaslandıra biləcək sübutlarını məhkəməyə təqdim etməmişdir.

20. Məhkəmə MPM-in 121.1-ci maddəsinə əsasən iddia tələbini hüquqi yardım xərci kimi 1000 manat məbləğində pulun tutulması hissəsində qismən əsaslı hesab edərək qeyd etmişdir ki, təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı tərəfindən hüquqi xidmətlərə görə 5 saylı Vəkil Bürosunun hesabına 1000 manat köçürülmüşdür. İddia tələbi qismən təmin edildiyindən Cavabdeh MMC-dən hüquqi yardım xərcinin əvəzi kimi iddiaçının tələb etdiyi həddə yox, 500 manat məbləğində tutulmasını məqsədəmüvafiq hesab edir. Digər hissə ilə bağlı isə işin mübahisəsiz halıdır ki, qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən yuxarıda qeyd edilənlərdən əlavə dəyəri 1900 manat olan hamam dolabının alınması barədə tərəflər arasında razılıq əldə edilmiş və İddiaçı tərəfindən 1500 manatı ödənilmiş, 400 manat isə ödənilməmiş qalmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili 400 manat məbləğində borcun qaldığını etiraf etmişdir. Odur ki, həmin məbləğ və məbləğə münasibətdə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumunun əvəzi qarşılıqlı iddia üzrə cavabdehdən Cavabdeh MMC-nin xeyrinə tutulmalıdır. 21.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 752, 753.1, 756.1, 759, 762, 765, 442, 443.1, 443.2-ci; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına; «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89, 121.1, 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3, 220.4, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

22. Qətnamədən qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən maddi hüquq normasının tələbləri pozulmuşdur. Belə ki, işin faktiki hallarını hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Məhkəmə qeyd etmişdir ki, işin nəticəsində təhvil verilən əmlaklar qüsurlu olmuşdur. Lakin, əvvəla diqqət yetirmək lazım idi ki, müqavilə üzrə hazırlanmış məhsullar sifarişçinin evində yanlış aparılmış təmir, divarların əyriliyi, bunun nəticəsində hazırlanmış məhsulların uyğunsuzluğu, daha sonra iddiaçı tərəfin həmin divarlarda olan problemi aradan qaldıracağı və bununla bağlı olaraq müqavilə müddətinin uzadılması, lakin bundan sonra mebellər quraşdırılmaq istəyərkən ilkin iddiaçının buna maneəçilik törətməsi olmuş və nəticədə sifarişlərin quraşdırıla bilməmişdir. Belə ki, sonuncu qeyd edilən malların mənzilə quraşdırılmasına şərait yaratmamışdır. Belə olan halda necə müəyyən etmək olar ki,əmlaklar qüsurludur. Hesab edir ki, məhkəmə bu hissədə boşluğa yol vermiş və lazımi qaydada araşdırma aparmamışdır, iş materiallarında olan sübutlara isə səhv qiymət vermişdir. Belə ki, məhkəməyə təqdim edilən CD diskdə olan videogörüntüdə və yazışmalardan görünür ki, qüsur hazırlanmış məhsullarda deyil iddiaçının evinin divarlarında olmuş, bundan sonra müqavilə müddəti razılaşma ilə uzadılmış, iddiaçı həmin divardakı qüsurları aradan qaldıracağını bildirmiş və bundan sonra isə mebel hazır olduqda evə quraşdırmağa maneə törətmiş, müxtəlif bəhanələr gətirmiş, xaricdə olduğunu və s. bildirmişdir. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. Məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istəyir ki, qeyd edilən maddi hüquq normasının tələblərində podrat müqaviləsi üzrə qüsurun nə olduğuna hüquqi qiymət verilmişdir. Belə ki, həmin maddədə qeyd edilir ki, “müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.” Göründüyü kimi podrat müqaviləsi üzrə hazırlanmış əşyaların qüsurlu olub-olmamasına qiymət vermək üçün əvvəla həmin əmlaklar tam şəkildə tədqiq edilməlidir. Lakin hazırkı iş üzrə ilkin iddiaçının törətdiyi maneələr nəticəsində hazırlanmış əşyalar sonuncunun evinə quraşdırıla bilməmişdir. Qeyd edilən əşyalar tam şəkildə hazırlanmışdır və cavabdehin törətdiyi maneələr aradan qaldırılarsa evə quraşdırıla bilər. Lakin birinci instansiya məhkəməsi qeyd edilən hala diqqət yetirməmiş, tam şəkildə quraşdırılmamış əşyaların qüsurlu olması qənaətinə gəlmişdir ki, bu da hesab edir ki, birinci instansiya məhkəməsinin hakiminin etdiyi kobud maddi hüquq pozuntusudur. Belə ki, məhkəmə tərəfindən nə hazırlanmış əmlaklara baxış keçirilməmiş, nə də onların yararlılığının müəyyən edilməsi məqsədilə ekspertiza keçirilməmişdir. Bu isə nəticədə məhkəmənin kobud səhv etməsinə gətirib çıxarmışdır. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. Əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər. Qeyd edilən maddi hüquq normasından da göründüyü kimi sifariş üzrə hazırlanm ış mallarda qüsur olduqda sifarişçi qüsurun aradan qaldırılmasını tələb etmək hüququna malikdir. Hazırki iş üzrə də, nəzərə almaq lazımdır ki, malların ilkin müqavilə üzrə vaxtında təhvil verilə bilməməsinin əsas səbəbi cavabdehin evinin divarlarında problemin olması, ustaların bunu iddiaçıya bildirməsi, iddiaçının isə MMC-nə atdığı səsdə həmin qüsurların aradan qaldırılması və sonra malların quraşdırılması ilə bağlı 17 iyun tarixində müqavilənin müddətinin uzadılmasına razılıq verməsi, sonradan isə məhsulun mənzilə quraşdırlmasına maneə yaratması olmuşdur. İşin faktiki halları ondan ibarətdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə məhsulun 40 iş günü ərzində təhvil verilməsi şərtləndirilsə də, sonradan tərəflərin razılığı ilə, əsasən də sifarişçinin həmin müddət uzadılmışdır. Bu isə artıq müqavilədən kənara çıxılması üçün əsasdır ki, bu hal da müqavilədə nəzərdə tutulmuşdur. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Hesab edir ki, işə baxan birinci instansiya məhkəməsinin hakimi qeyd edilən maddi hüquq normasına istinad etməklə səhv hüquqi nəticəyə gəlmişdir. Belə ki, malların qüsurlu olması ilə bağlı məhkəmə heç bir araşdırma aparmamış, cavabdehin törətdiyi əngəl nəticəsində quraşdırıla bilməmiş əmlakların qüsurlu olması qənaətinə hansı əsasla gəldiyini əsaslandıra bilməmişdir. O, sadəcə olaraq tərəflərindən təqdim edilmiş video və səs yazılarına, eyni zamanda sms yazışmalara istinad etmiş, lakin həmin sübutları təhrif etməklə qətnamədə qeyd etmişdir. İşin hallarından göründüyü kimi sifariş əsasında hazırlanmış mallar tam şəkildə hazırlanmışdır, lakin cavabdehin törətdiyi maneələr nəticəsində quraşdırıla bilməmişdir. Hazırlanmış malların qüsurlu olub-olmamasını müəyyən edilməsi üçün nə məhkəmə ekspertiza təyin etməmiş, nə də həmin məhsullara baxış keçirməmişdir. Bu isə artıq məhkəmənin gəldiyi nəticənin səhv olduğunu bir daha təsdiq edir. Burada qüsur anlayışına diqqət yetirmək vacibdir. Belə ki, qüsur olması üçün əvvəla mallar cavabdehin mənzilinə quraşdırlmalı, daha sonra qüsur aşkar olunarsa həmin qüsurlara görə cavabdehin iddiasına baxıla bilərdi. Lakin ilkin olaraq tərəfilərindən verilmiş iddiaya baxılamamış və mallar cavabdehin mənzilinə quraşdırlmamış qüsurun müəyyən edilməsi tamamilə absurd yanaşmadır. Hər bir halda malların quraşdırılması müddəti cavabdehin razılığı ilə uzadılmışdırki, bu da hesab edir ki, məhkəmə tərəfindən nəzərə alınmalı idi. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istəyir ki, işə baxan birinci instansiya məhkəməsi hazırkı maddi hüquq normasının da tələblərini pozmaqla qətnamə qəbul etmişdir. Belə ki, normanın tələbindən göründüyü kimi “sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.” Lakin məhkəmə bu halı diqqətə almamış, malların təhvil müddətinin məhz ilkin iddia üzrə iddiaçının razılığı ilə sonuncunun evində yaranmış divar probleminin olması əsası ilə uzadıldığını nəzərə almamışdır. Məhkəmənin sübut qismində nəzərə aldığı video, səs və sms yazışmalardan göründüyü kimi tərəflərindən iddiaçıya (İddiaçı) divarlarında qüsurun olduğu və bu səbəbdən məhsulların quraşdırıla bilmədiyi bildirilmiş, iddiaçı isə evinin divarında olan qüsurun aradan qaldırılmalı olmasını, bu səbəbdən əşyaların quraşdırılması müddətinin uzadıldığını qəbul etmiş, bununla bağlı malların təhvil müddətinin uzadılmasına etiraz etməmiş, lakin sonradan hazır məhsulların quraşdırılmasına maneə törətməklə MMC-yə ziyan vurmuşdur. Bu belə artıq göstərir ki, cavabdehlə iddiaçı arasında müqavilə şərtlərinə uyğun olaraq müqavilə müddəti və malların təhvil müddəti ilə bağlı əlavə razılaşmalar olmuşdur. Göründüyü kimi ilkin iddiaçının istəyi üzrə hazırlanmış mallar təhvil verilmək istədikdə artıq sonuncu maneələr yaratmışdır. Bu isə ilkin iddiaçının qəsdən MMC-yə zərər vurmaq istədiyini göstərir. Həmçinin nəzərə almaq lazımdır ki, malların evə quraşdırılmasına maneə törətməməsi barədə 05 sentyabr tarixində iddiaçıya mesaj yazılmış, iddiaçı isə bundan 9 gün sonra MMC-yə xəbərdarlıq göndərmişdir ki, bu belə icraçının heç bir günahının olmadığını, malları cavabdehlə razılaşdırılmış müddətdə təhvil vermək istədiyini təsdiq edir. İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Göründüyü kimi, istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyin tələblərində də qeyd edilmişdir ki, “İstehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsurvə ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir”. Hazırki iş üzrə də heç bir qüsur olmadığı halda məhz müştərinin evinin divarlarında olan qüsurların aradan qaldırılması üçün müqavilədə müddətin tərəflərin razılığı ilə uzadılmış, nəticədə mallar təhvil verilmək istədikdə cavabdeh maneə yaratmışdır. Lakin, məhkəmə bu halı nəzərə almadan qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istəyir ki, işə baxan birinci instansiya məhkəməsinin hakimi sübutlara lazımi qaydada qiymət verməmiş, təqdim edilmiş sübutlara yalnız ilkin iddiaçının hüquqlarını müdafiə edərcəsinə qiymət vermişdir. İddiaçının heç bir sübut təqdim etməməsinə baxmayaraq iddiaçının xeyrinə qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə iclaslarında dəfələrlə tərəflərindən bildirilmişdir ki, mallarda hər hansı qüsurlar olmamış, sırf cavabdehin evinin divarında olan problemlərlə bağlı mebellər quraşdırıla bilməmiş və razılaşma əsasında mebellərin təhvil verilməsi barədə razılıq əldə edilmişdir. Bütün mallar cavabdehin tam istədiyi şəkildə təhvil verilmək istəndikdə isə, hətta mebellər maşına yüklənmiş və mənzilə aparılmış, lakin cavabdeh mebellərin quraşdırılmasına maneə yaratmışdır. Eyni zamanda təqdim etdiyi video, səs və SMS yazışmalara da düzgün hüquqi qiymət verilməmiş, məhkəmənin təxəyyülünə əsasən qiymət verilmiş, həmin əmlaklarda qüsurların olması qənaətinə gəlinmişdir. Lakin, məhkəmə nəzərə almamışdır ki, lap əmlaklarda qüsurlar olsaydı belə (heç bir qüsur olmadığını məhkəmənin diqqətinə çatdırmaq istəyir) yenə də tərəflərin razılığı ilə həmin əmlakların quraşdırılması müddəti tərəflərin razılığı əsasında uzadılmış, daha sonra isə iddiaçı əmlakların quraşdırılmasına maneə törətmişdir. Bu belə işə baxan hakimin işdə olan sübutlara qərəzli qiymət verməsini təsdiq edir. Göründüyü kimi məhkəmə həm etirazlarını, həm də izahatlarını təhrif emtəklə və olmamış kimi göstərməklə özünə və cavabdehin iddiasına haqq qazandırmağa çalışmışdır. Hesab edir ki, bu hissədə də birinci instansiya məhkəmə prosessual hüquq normalarının tələblərinə zidd qətnamə qəbul etmişdir. Belə ki, hakim sübutları qiymətləndirərkən bir çox pozuntulara yolvermişdir. Əvvəla iddiaçı tərəfindən qüsurla bağlı heç bir sübut təqdim edilməməsinə və əmlakların iddiaçının səhvinə görə quraşdırıla bilməməsinə baxmayaraq, məhkəmə təqdim etdikləri sübutlara iddiaçının xeyrinə qiymət vermiş, lakin məhkəmə bu halların heç birinə düzgün hüquqi qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 24.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında qarşılqılı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh MMCnin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

26. Məhkəmə kollegiyasının iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

27. Məhkəmə kollegiyasının əvvəlki iclasında qarşılqılı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə izahatında və ona verilən suallara cavab olaraq bildirmişdir ki, Cavabdeh MMC müştəri məmnuniyyətini əsas tutduğu üçün müştərinin də səhvi olsa, müştəri itirməmək üçün problemin aradan qaldırılması üçün tədbirlər görür, həmin mesajın yazılması heç də qüsurun olmasını təsdiq etmir. Həmin mebel sifarişlə hazırlanılmış mebel olmuşdur, həmin mebelin başqa şəxsə satılması mümkün deyil. Hesab edir ki, birinci instansiya məhkəməsinin mövqeyi yanlışdır. Öhdəliyin icrası üçün 45 gün müddət müəyyən olunsa da, qüsurun aradan qaldırılması üçün olan müddət 50 gün ola bilər. Hesab edir ki, bu müddət ağlabatandır. Bu mebelin bir problemi varsa, həmin mebelin düzəldilməsi üçün kifayət qədər vaxt tələb edilir. Onda konkret olaraq problemin nə qədər müddətə aradan qaldırılması ilə bağlı məlumat yoxdur. Onlarda olan məlumata əsasən mebel hazır olduqda quraşdırılması üçün şərait yaradılması xahiş olunub. Onların sentyabr ayının 5-i mebelin quraşdırılması ilə bağlı müraciəti olub, bundan sonra qarşı tərəfin müqavilənin pozulması ilə bağlı müraciəti daxil olub. Yeni mebel isə 17 noyabr tarixində sifariş edilib. Qarşı tərəf onlara məlumat verməli idi ki, o artıq mebeli istəmir. İyun ayının 17-dən sentyabr ayının 5-nə qədər olan müddət ərizdə tərəflə əlaqə saxlanılıb. Səməd bəy bildirib ki, ölkə xaricindədir. 5 sentyabrda da mesaj göndərilib. Şərait yaradılmayıb ki, mebel quraşdırılsın.

28. Məhkəmə kollegiyasının əvvəlki iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında və ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, elektron kabinetə mebellərin fotoşəkillərini yerləşdirmişdir. Mebellərin qüsurlu olması İlkin Manafov özü etiraf edir. Belə ki, qarşı tərəfin təqdim etdiyi sübutda, yəni Watsapp yazışmasında 17 iyun 2024-cü il tarixdə İddiaçı İlkin Manafova yazır: “X7”. İlkin Manafov isə cavab verir: “Salam Səməd müəllim. Bayramınz mübarək olsun. Bakıda deyiləm çox təcili deyilsə sonra zəng edə bilərəm? Əməkdaşlara tapşırıq vermişəm, bütün qüsurlar aradan qalxacaq”. Daha sonra İlkin bəy sentyabr ayının 5-i mesaj yazır ki, “Salam, xahiş edirəm 1 gün də vaxt verin hər şey düzələcək”. Sentyabr ayının 4-ü onlar yaxınlaşırlar ki, mebel hazırdır ya yox. Orada mübahisələr olur, İddiaçı artıq mebeli istəmədiyini, pulun qaytarılmasını istəmişdir. 13 sentyabr tarixində qarşı tərəfə xəbərdarlıq bildirişi göndərilib. Onlar şirkətlə qısa müddətə razılaşmışlar ki, qüsurlar aradan qaldırılsın. Onlar (İddiaçı) həmin müddəti gözləmişdir. Deyilir ki, mesaj göndərilib, lakin həmin mesaj onlara çatmayıb.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə 759.1. Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.https://e-qanun.az/framework/46944 Maddə 762. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. Maddə 765. Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 32.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini apellyasiya şikayətinin dəlilləri üzrə qətnamənin qanunililiyinin və əsaslılığının ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilən hissələrində yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apellyasiya şikayətini və iş materiallarını, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

34. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, tərəflər arasında 02 aprel 2024-cü il tarixli, 6666 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən satıcı (Cavabdeh MMC) müxtəlif növ mebel avadanlıqlarını alıcıya (İddiaçı) satmağı, alıcı (İddiaçı) isə malı alıb, bu müqavilədə nəzərdə tutulmuş qaydada dəyərini satıcıya (Cavabdeh MMC) ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən ümumi ödənişin məbləği müqavilə bağlanan gün 6200 manat, mebel istehsala ötürüldükdə 3400 manat, mebel tam təhvil verildikdə isə 2400 manat, ümumilikdə isə 12000 manat təşkil etmiş, eyni zamanda malın satıcı tərəfindən alıcıya çatdırılması üçün 40 iş günü müddət nəzərdə tutulmuşdur.

35. Bununla yanaşı müqavilə üzrə İddiaçı tərəfindən ümumilikdə 9600 manat (ayrı-ayrılıqda 6200 manat və 3400 manat) Cavabdeh MMC-yə ödəniş həyata keçirilmişdir. Cavabdeh MMC tərəfindən ilk dəfə mebellər 2024-cü ilin iyun ayında İddiaçı məxsus mənzildə quraşdırılması üçün gətirilmiş, lakin qüsurlar olduğu üçün mebellər quraşdırılmadan geri qaytarılmışdır. Sonradan İddiaçı müqavilənin ləğv edilməsi və ödədiyi pulun geri qaytarılması üçün Cavabdeh MMC-yə pretenziya məktubu ilə müraciət etsə də, nəticəsi olmamış və sonda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

36. Bununla əlaqədar ilkin iddia üzrə İddiaçı tərəfindən ödənilmiş 9600 manat məbləğində pulun, 960 manat məbləğində kompensasiyanın, əlavə olaraq 1000 manat məbləğində hüquqi yardım xərcinin və dəymiş mənəvi zərərə görə isə 10.000 manat olmaqla, ümumilikdə 21.560 manat məbləğində pulun Cavabdeh MMC tərəfindən ona ödənilməsini tələb etmişdir.

37. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC isə müqavilə üzrə İddiaçı tərəfindən mebellərin quraşdırılmasına maneələr yaradıldığını, müqavilə üzrə ödənişdən 2800 manatın ödənilmədiyini iddia edərək, mebellərin quraşdırılmasına İddiaçı tərəfindən yaradılan maneələrin aradan qaldırılması, ödənilməmiş 2800 manat məbləğində vəsaitin və həmçinin, ödənilmiş 72 manat məbləğində dövlət rüsumunun İddiaçı tərəfindən ödənilməsini tələb etmişdir.

38. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə alqı-satqı müqaviləsi adlandırılsa da, müqavilə sifarişçinin fərdi tələblərinə uyğun olaraq mebel məmulatlarının hazırlanması, daşınması və mənzildə quraşdırılması ilə bağlı işlərin görülməsini nəzərdə tutan mahiyyətcə podrat müqaviləsidir və tərəflər arasında podrat müqaviləsi üzrə öhdəliyin lazımi qaydada icra edilməməsi ilə əlaqədar mübahisə yaranmışdır.

39. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, İddiaçı evinə müqavilə şərtlərinə uyğun quraşdırılmalı olan mebellər müqavilə şərtlərinə uyğun quraşdırılmamış, vaxtında təhvil verilməmiş, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun olmamaqla qüsurlardan azad olmamışdır.

40. Belə ki, iş materiallarından göründüyü kimi şirkət müqavilə üzrə öhdəliklərini vicdanla yerinə yetirməmiş, sifarişçi tərəfindən ödəniş edildikdən sonra mebellərin ilk quraşdırılması zamanı mebellər qüsurlu olduğundan şirkətə geri qaytarılmış, bundan bir neçə ay keçdikdən sonra iddiaçı mebellər quraşdırılmadığı üçün məcbur qalaraq qarşı tərəfə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu ilə müraciət edərək müqaviləyə xitam verilməsini, ödədiyi pulun və kompensasiyanın qaytarılmasını tələb etmişdir.

41. İş materiallarında olan CD diskdən görünür ki, həqiqətən də mebellərdə qüsurlar olduğu üçün quraşdırılmadan geri qaytarılmış, bundan sonra iddiaçı tərəfindən bir neçə dəfə zənglər edilsə də, zənglər cavabsız qalmış, sonradan cavabdehin nümayəndəsi mebellərdə yaranmış qüsurların aradan qalxacağını bildirmiş, 05 sentyabr tarixində isə cavabdehin nümayəndəsi iddiaçıdan yenidən əlavə vaxt tələb edərək, əməkdaşların hamısını ciddi şəkildə cəzalandırdığını bildirərək mebellərin quraşdırılmasına köməklik göstərilməsini xahiş etmişdir.

42. Qanunun tələbinə görə, podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

43. Həmçinin podratçı MMC sifarişi müqavilədə nəzərdə tutulmuş müddətdə təhvil verməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndinə əsasən, alıcıya malın çatdırılması müqavilə imzalandığı gündən 40 iş günü müddətinə qədər həyata keçirilir. Bu müddət tərəflərin arasında başqa müddət müəyyən edilmədiyi halda 2024-cü ilin iyun ayının 4-nə təsadüf edir. Həmin müddətdə mebel təhvil verilməmişdir. Hətta sonradan tərəflər arasında müddətin uzadılması barədə şifahi razılıq əldə edilsə də belə, yenə də öhdəlik yerinə yetirilməmişdir. Belə ki, sonradan qüsurun aradan qaldırılması üçün tərəflər arasında razılıq əldə olunsa da müqavilədə malın hazırlanması üçün nəzərdə tutulmuş 40 iş günündən də artıq müddət keçmiş, əşya hazır olmamış, podratçı yenə əlavə vaxt istəmişdir.

44. Mülki qanunvericiliyə görə məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur (29).

45. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan ilkin iddia üzrə cavabdehin dəlilləri ondan ibarətdir ki, müqavilə üzrə hazırlanmış məhsullar sifarişçinin evində yanlış aparılmış təmir, divarların əyriliyi, bunun nəticəsində hazırlanmış məhsulların uyğunsuzluğu, daha sonra iddiaçı tərəfin həmin divarlarda olan problemi aradan qaldıracağı və bununla bağlı olaraq müqavilə müddətinin uzadılması, lakin bundan sonra mebellər quraşdırılmaq istəyərkən ilkin iddiaçının buna maneəçilik törətməsi nəticəsində quraşdırıla bilməmişdir. Cavabdeh iddia edir ki, hazırladığı mebellərdə qüsurlar olmamış, qüsur hazırlanmış məhsullarda deyil iddiaçının evinin divarlarında olmuş, bundan dolayı məhsulları 1-ci dəfə gətirilərkən quraşdırılmadan geri qaytarılmış və iddiaçı həmin divardakı qüsurları aradan qaldıracağını bildirmiş və bundan sonra isə mebel hazır olduqda evə quraşdırmağa maneə törətmişdir.

46. Şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, ilkin iddia üzrə cavabdeh istinad etdiyi halları təsdiq edən hər hansı bir mötəbər sübut təqdim etməmiş, iş materiallarının tədqiqi ilə mebellərin quraşdırılmasında yaranan çətinliklərin iddiaçının evinin divarlarının əyriliyi ilə, əlaqədar olması, bu əyriliyin iddiaçı tərəfindən aradan qaldırılacağı ilə bağlı vəd verilməsi və buna görə müddətin uzadılması öz təsdqini tapmır. Əksinə iş materiallarına əlavə edilmiş CD diskdə olan səs yazıları və yazışmaların surətindən görnür ki, podratçı MMC-nin direktoru iddiaçıya bütün qüsurların aradan qaldırılacağını, əməkdaşlara tapşırıq verildiyini bildirmişdir.

47. 05 sentyabr tarixində isə cavabdehin nümayəndəsi iddiaçıdan yenidən əlavə vaxt tələb edərək, əməkdaşların hamısını ciddi şəkildə cəzalandırdığını bildirərək mebellərin quraşdırılmasına köməklik göstərilməsini xahiş etmişdir.

48. Göründüyü kimi, hazırlanmış mebel məhsullarının müqavilə ilə müəyyən edilmiş vaxtda, daha sonra isə əlavə vaxt verilsə də həmin müddətdə də tam quraşdırıla bilməməsinin səbəbinin iddiaçının evinin divarlarının əyriliyi ilə əlaqədar olması iş materialları ilə öz təsdiqini tapmamış, cavabdeh MMC tərəfindən bunu təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. 49.Bu qənaətə gələrkən kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 50.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü ilkin iddia üzrə cavabdehin üzərinə düşür. 51.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 52.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

53. Əksinə Cavabdeh MMC-nin nümayəndəsinin 05 sentyabr tarixində sifarişçidən əlavə vaxt istəməsi, əməkdaşların cəzalandırıldığı barədə məlumat verməsi və quraşdırmaya köməklik xahiş etməsi, işin əlavə müəyyən edilmiş müddət ərzində də icra edilməməsinin səbəbinin sifarişçinin davranışı ilə deyil, cavabdeh MMC-nin öz fəaliyyətində yol verdiyi nöqsanlarla bağlı olduğunu təsdiqləyir.

54. Kollegiya qeyd edir ki, ilkin iddia üzrə cavabdeh apellyasiya şikayətində ilkin və qarşılıqlı iddia üzrə tutulan məbləğləri mübahisələndirməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmadığı məqamlar məhkəmənin işin hallarına yanlış qiymət verilməsi ilə bağlıdır ki, qeyd olunan hal məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi ilə öz təsdiqini tapmamışdır.

55. Məhkəmə tərəfindən qüsurların müəyyən edilməsi üçün ekspertizə təyin edilməməsi ilə bağlı apellyatorun dəlilini əsassız hesab edən kollegiya qeyd edir ki, MPM-in 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Hazırki işdə isə ilkin iddia üzrə cavabdeh tərəfindən ekspertiza təyin edilməsi ilə bağlı yazılı vəsatətin təqdim edilməsi müəyyən edilmir.

57. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur.

59. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir.

60. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayətinin veriləsinə görə ödənilmiş dövlət rüsumu apellyatroun özünə aid edilməlidir.

61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İlkin iddia üzrə cavabdeh, qarşılqılı iddia üzrə iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-780/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh MMC-nin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Günay Axundova Hakimlər Məhəmməd Rüstəmli Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar