Məhkəmə qərarları › İş №2(103)-4436/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4436/2020

13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4436/2020 13.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi, cavabdeh “Cavabdeh3 İKB” X8 nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” X3, Bakı şəhəri Cavabdeh2nə və “Cavabdeh3 İKB” X7rşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdehlər «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nə, Bakı şəhəri Cavabdeh2nə, və “Cavabdeh3 İKB” ASC-nə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi və sair tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Seyidzadə küçəsi, ev 38-də yerləşən 284 saylı mənzilə dair Hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli, 18/03 nömrəli Protokolunun, onun əsasında imzalanmış xx.xx.2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında ƏMDK-si yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən “Cavabdeh3 İKB” ASC-yə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və həmin mənzilə dair ona yenidən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Cavabdeh3 İKB” ASC ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanaraq 55.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı kimi İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., H.Seyidzadə küçəsi, ev 38-də yerləşən 284 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Borclu Bank qarşısında öhdəliklərini tam icra etmədiyindən Bank iddia tələbi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(001)-2153/2016 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi qismən təmin edilərək, ondan cəmi 52.134 ABŞ dolları pulun tutularaq iddiaçıya verilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi və sairə qətnamə edilmişdir. Bundan sonra o, həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(103)- 1641/2017 saylı qətnaməsi ilə Binəqədi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmiş, bu dəfə məhkəmə Bankın iddia tələbini qismən əsaslı hesab edərək qət etmişdir ki, İddiaçı cəmi 50.145 ABŞ dolları pul tutularaq “Cavabdeh3 İKB” ASC-yə ödənilməli, tələb İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr., H.Seyidzadə küçəsi, ev 38-də yerləşən 284 saylı mənzilə yönəldilməli və mənzilin ilkin satış qiyməti isə 105.000 manat müəyyən edilməlidir. Sonuncu qətnamə üzrə verilmiş icra vərəqəsi, icraata başlamaq haqqında qərar, qətnamənin könüllü icrası barədə bildiriş, hərracın sifarişi və hərracın keçirilməsi barədə bildirişlər, hərracın nəticələri barədə elanlar və nəhayət mənzilin mülkiyyətiçisinin dəyişməsi barədə ona məlumat verilməmişdir. Bu barədə o, yalnız evin könüllü boşaldılması barədə xx.xx.2019-cu il tarixli bildirişi aldıqdan sonra məlumat almışdır. Bu səbəbdən də hərracın nəticələrinin etibarsızlığına və Çıxarışın ləğvinə dair iddia tələbi ilə hal-hazırda məhkəməyə müraciət etmişdir. O və ailə üzvləri həmişə bir yerdə ipoteka ilə yüklü edilmiş evdə yaşamışlar. 2011-ci ildən 2019-cu ilə kimi Banka olan borcunu ödəmədiyi üçün evinin hərracdan satılacağına dair xəbərdar edilməmiş, bu barədə ona hər hansı formada bildiriş təqdim edilməmişdir. Hərracın xx.xx.2018-ci il tarixdə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən keçirilməsi, 18/03 saylı Protokolun tərtib edilməsi və mənzilin satılması haqqında o, xx.xx.2019-cu ildən sonra məlumat almışdır. Hərrac protokolunun surəti də ona təqdim edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 337/2020 saylı qətnaməsi ilə iddiaçı X1 iddiası təmin edilməmişdir. İddiaçı X2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsində göstərilən eyni dəlillərə istinad edilməklə əsaslandırılmışdır. Məhkəmə iclasında cavabdeh “Cavabdeh3 İKB” X8 nümayəndəsi X10 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdehlər nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 2(103)-1641/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2153/2016 saylı mülki iş üzrə qəbul etdiyi xx xxx 2016-cı il tarixli qətnaməsi qismən, yəni ipoteka predmeti olan mənzilin açıq hərracdan satıldıqdan sonra boşaldılması, cavabdehin həmin mənzilə istifadə hüququna xitam verilməsi və cavabdehin evdən çıxarılması hissəsində ləğv edilməsi, həmçinin qətnamənin dəbbə pulunun, cəmi borcun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməsi, ipoteka predmeti olan mənzil açıq hərracda satıldıqdan sonra cavabdeh İddiaçı həmin mənzili ən geci 1 ay müddətində tərk etməsə, mənzildən məcburi qaydada çıxarılması, cavabdeh İddiaçı 500 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi isə 50.145 (əlli min bir yüz qırx beş) ABŞ dolları məbləğində kredit borcunun tutularaq Cavabdeh3 İKB-nin xeyrinə ödənilməsi, ipoteka predmeti olan cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Seyidzadə küçəsində yerləşən 38 saylı binanın 284 saylı mənzilinin ilkin satış qiyməti 105.000 (bir yüz beş min) manat məbləğində müəyyən edilməsi, qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Cavabdeh2 xx.xx.2019-cu il tarixli məktubunun surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(103)-1641/2017 nömrəli icra vərəqəsinin məcburi icrası hazırki vaxta qədər könüllü icra edilmədiyi üçün xx xxxxxxx 2019-cu il tarixə, saat 10:30-a təyin edilmişdir. İş materiallarına əlavə olunmuş “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən sifarişçi Binəqədi Rayon İcra Şöbəsinə, ipoteka saxlayan (tələbkar) Cavabdeh3 ASC-yə və ipoteka qoyan İddiaçı ünvanlanmış xx.xx.2017- ci il tarixli açıq hərracın keçirilməsinə dair 01 nömrəli bildirişdən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(103)-1641/2017 nömrəli icra sənədi üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Seyidzadə küçəsində yerləşən 38 saylı binanın 284 nömrəli mənzilinə dair açıq hərrac xx.xx.2018-ci il tarixdə, saat 11:00-da keçiriləcəkdir. İş materiallarına əlavə olunmuş “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən sifarişçi Binəqədi Rayon İcra Şöbəsinə, ipoteka saxlayan (tələbkar) Cavabdeh3 ASC-yə və ipoteka qoyan İddiaçı ünvanlanmış xx.xx.2017- ci il tarixli açıq hərracın keçirilməsinə dair 01/2 nömrəli bildirişdən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(103)-1641/2017 nömrəli icra sənədi üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Seyidzadə küçəsində yerləşən 38 saylı binanın 284 nömrəli mənzilinə dair açıq hərrac xx.xx.2018-ci il tarixdə, saat 11:00-da keçiriləcəkdir. İş materiallarına əlavə olunmuş “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən sifarişçi Binəqədi Rayon İcra Şöbəsinə, ipoteka saxlayan (tələbkar) Cavabdeh3 ASC-yə və ipoteka qoyan İddiaçı ünvanlanmış xx.xx.2018- ci il tarixli açıq hərracın keçirilməsinə dair 02 nömrəli bildirişdən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(103)-1641/2017 nömrəli icra sənədi üzrə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Seyidzadə küçəsində yerləşən 38 saylı binanın 284 nömrəli mənzilinə dair açıq hərrac xx.xx.2018-ci il tarixdə, saat 11:00-da keçiriləcəkdir. İş materiallarına əlavə olunmuş “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən sifarişçi Binəqədi Rayon İcra Şöbəsinə, ipoteka saxlayan (tələbkar) Cavabdeh3 İKB-yə və ipoteka qoyan İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli, ipoteka predmetinin əldə olunmasına dair təklifdən görünür ki, Cavabdeh2 xx/xx-327536-10 nömrəli, xx.xx.2017-ci il tarixli sifariş məktubuna əsasən ipoteka ilə yüklənmiş Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Seyidzadə küçəsində yerləşən 38 saylı binanın 284 saylı mənzilin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2018-ci il tarixli nömrəsində elan dərc edilmişdir. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli MA seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Seyidzadə küçəsində yerləşən 38 saylı binanın 284 nömrəli mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1560 saylı reyestr kitabının 142643 saylı vərəqində qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Seyidzadə küçəsində yerləşən 38 saylı binanın 284 nömrəli mənzili xüsusi mülkiyyət kimi Cavabdeh3 İKB-nin adına hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1560 saylı reyestr kitabının 142643 saylı vərəqində qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş poçt qəbzlərinin surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərində açıq hərracın keçirilməsinə dair 01, 01/2 və 02 nömrəli bildirişləri qəbul etmişdir. İş materiallarına əlavə edilmiş “Birja Yenilikləri” qəzetinin surətlərindən də görünür ki, iddiaçıya məxsus daşınmaz əmlakın açıq hərracdan satılması barədə elanlar verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qanunun hərracın keçirildiyi zaman qüvvədə olmuş redaksiyasının 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.5-ci maddəsinə əsasən ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. (42.6-cı maddə). Qanunun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. (maddə 43.2). Göstərilən Qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. “İpoteka haqqında” Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəllənin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və qeyd edir ki, yuxarıda göstərildiyi kimi, hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair bildirişlər iddiaçının qeydiyyatda olduğu və yaşadığı, mübahisə predmetini təşkil edən Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, H.Seyidzadə küçəsində yerləşən 38 saylı binanın 284 saylı mənzilinə “FM EXPRESS” məktub və bağlama daşınması xidməti vasitəsi ilə göndərilmiş və imza edilməklə ünvana təqdim olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, poçt xəbərnaməsində olan imzanın iddiaçıya və ya onun ailə üzvlərinə məxsus olmamasına dair dəlili əsassızdır. Belə ki, poçt əməkdaşının bildirişi ünvan sahibinə təqdim etmədən poçt xəbərnaməsində imzanın saxtalaşdırması və yalan qeydlərin edilməsi inandırıcı deyildir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, keçirilmiş hərrac barədə qanunvericiliklə müəyyən olunmuş qaydada kütləvi informasiya vasitələrində elanlar dərc olunmuş və iddiaçı əmlakın hərraca çıxarılmasını bildiyi üçün həmin elanları izləmək imkanında olmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinin qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasının ləngiməsinə, təkrar hərracların keçirilməsinə yönələn cəhd kimi qiymətləndirir və əsassız hesab edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 337/2020 saylı qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar