Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4437/2025 04.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi" tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması, kirayə haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, Cavabdeh3, Cavabdeh2 və onun vəkili Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-148/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhər İcra Hakimiyyətinin Başçısı cənab Eldar Əzizova ünvanlanmış xx.xx.2019cu il tarixli məktubdan görünür ki, "xxxx" MMCnin rəhbərliyi Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, Həsən Əliyev, X10 və Novruzov qardaşları küçələrinin kəsişməsində yerləşən mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən, yaşayış üçün yararsız olan binaların, sosial təyinatlı qeyri-yaşayış obyektlərinin sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi ilə torpaq sahəsinin ayrılmasına köməklik göstərilməsini xahiş etmişdir. Qeyd olunan ünvanlarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə həmin ərazidə yüksəkmərtəbəli yaşayış binaların tikintisinin layihələndirilməsi ilə bağlı "xxxx" MMC-yə 4,5 ha torpaq sahəsinin ayrılmasına münasibət bildirilməsi xahiş olunmuşdur.
2. Azərbaycan Respublikası ƏMDK-nın yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin 29 dekabr 2019-cu il tarixli, **********46 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu Cəlil Məmmədquluzadə, Həsən Əliyev, X10 və Novruzov Qardaşları küçəsinin kəsişməsində yerləşən 4,50 ha torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyriyaşayış obyektlərinin tikintisi məqsədi ilə İddiaçı MMC-yə ayrılmasına dair rəy bildirilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinin 26 sentyabr 2019- cu il tarixli 7-2846/7 nömrəli məktubuna baxılmışdır. Qeyd olunan məsələ ilə əlaqədar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə əsasən yerquruluşu planı hazırlanarkən ərazidə çox sayda dövlət qeydiyyatına alınmış yaşayış və qeyri-yaşayış təyinatlı obyektlərin olduğu müəyyən edilmişdir. Həmin obyektlərlə bağlı məsələlərin mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilməsi şərti ilə göstərilən koordinatlar daxilində yerləşən 4,2258 hektar torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədi ilə İddiaçı MMC-yə ayrılmasına etiraz etmirlər.
3. Bakı şəhər İcra Hakimiyyəti başçısının 04 mart 2020-ci il tarixli, 51 saylı Sərəncamından görünür ki, Bakı şəhəri Nəsimi rayonu H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə, həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir.
4. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 19 nömrəli Sərəncamından xx.xx.2020-ci il tarixli Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırılma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq aşağıda qeyd olunan tikinti obyektlərinə dair tərtib olunmuş şəhərsalma əsaslandırılmaları təsdiq edilsin: Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə, X10, Novruzov qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə, İddiaçı MMC-nin istifadəsində olan torpaq sahəsində layihələndirilən yaşayış kompleksi (Sifarişçi-İddiaçı MMC, Layihəçi-Bakı Dövlət Layihə İnstitutu).
5. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin 19 mart 2020-ci il tarixli, 02/1321 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu Ak.H.Əliyev, Y.Çəmənzəminli, C.Məmmədquluzadə və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidə İddiaçı MMC-yə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 51 nömrəli Sərəncamı ilə yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi üçün ayrılan 4.2258 ha torpaq sahəsinin cizgisinin hazırlanması ilə bağlı İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli 11 saylı məktubuna Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzində baxılmışdır. Həmin ünvanda İddiaçı MMC-yə ayrılan 4.2258 ha torpaq sahəsinə dair hazırlanmış 20/18 saylı cizgi həmin MMC-yə göndərilmişdir.
6. 17 aprel 2020-ci il tarixli, 1576 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, icarəyəverən Bakı şəhər İcra Hakimiyyəti ilə icarəçi İddiaçı MMC arasında Bakı şəhər İHB-nın xx.xx.2020-ci il tarixli 51 saylı sərəncamı və xx.xx.2020-ci il tarixli 20/18 saylı cizgiyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidə yerləşən 4.2258 m2 torpaq sahəsinə dair 49 il müddətinə torpaq icarəsi müqaviləsi bağlanmışdır.
7. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti- Planlaşdırma Mərkəzinin 25 fevral 2021-ci il tarixli, 02/767 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli, Novruzov Qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə İddiaçı MMC tərəfindən tikintisi nəzərdə tutulan yaşayış kompleksinə dair təqdim olunmuş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması barədə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il tarixli xx/xx-2651 saylı məktubuna Ərazi Tikinti-Planlaşdırma Mərkəzində baxılmışdır. Bildirilmişdir ki, yuxarıda qeyd olunan ünvanda tikintisi nəzərdə tutulan yaşayış kompleksinə dair təqdim edilmiş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi Komitənin xx.xx.2020-ci il tarixli 19 nömrəli Sərəncamının 1.4-cü bəndi ilə təsdiq edilmiş şəhərsalma əsaslandırılmasına uyğundur.
8. 1979-cu il tarixdə tərtib ediln şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inverterizasiya və qiymətləndirilməsi pasportuna əsasən ünvan 2 ünvanı X5 adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır.
9. Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 59 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilən 166 nömrəli Arayışdan görünür ki, Novruzov Qardaşları küçəsi, ev 85 özbaşına tikintidir. Sahibi Cavabdeh4dır. Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, X7 daimi qeydiyyatdadırlar.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2025-ci il tarixli, 10/10058 nömrəli Ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsinə göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, N.Qardaşları küçəsində yerləşən 85A saylı fərdi yaşayış evinin birinci mərtəbə üzrə içdən-içə sahəsinin 65,2 kv.m, çöldən-çölə 104,3 kv.m, fərdi yaşayış evinin ikinci mərtəbə üzrə içdən-içə sahəsinin 68,6 kv.m, çöldən-çölə 104,3 kv.m, həyətyanı sahənin ümumi sahəsinin 7,8 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X4 Bakı şəhəri, Nəsimi rayonu, N.Qardaşları küçəsi, ev 85A saylı fərdi yaşayış evinin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi; cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X4 Bakı şəhəri, Nəsimi rayonu, N.Qardaşları küçəsi, ev 85A saylı fərdi yaşayış evindən çıxarılmaqla, evin boşaldılması və sökülməsi; İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 7-ci blokun 4-cü mərtəbəsində 179 kv.m ümumi sahəsi olan 4 otaqlı təmirli yeni mənzilin Cavabdeh4 mülkiyyətinə verilməsi; yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən Cavabdeh4 hər ay 500 manat kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamına əsasən Nəsimi rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktubları nəzərə alaraq Bakı şəhəri, Nəsimi rayonu, Y.Çəmənzəminli və Novruzov qardaşları küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsini icarə əsasında iddiaçı "xxxx" MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 1.1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi "xxxx" MMC-yə həvalə edilmişdir. Fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 300-350 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 220-ə yaxın ailə köçürülmüşdür. Həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin, Nəsimi rayonu, N.Qardaşları küçəsi, ev 85A ünvanındakı daşınmaz əmlakın ümumi sahəsi 150 kvadrat metr olan fərdi yaşayış evində yaşayan cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X1 haqlarını iddiaçıdan almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş, yeni inşa ediləcək binadan mövcud yaşayış sahəsindən 20% artıq təmirli mənzili qəbul etməkdə razılıq əldə etmək mümkün olmamışdır. Tikintisinə müvafiq icazə alınmış tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmişdir. Fərdi yaşayış evləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində iddiaçı öhdəlik götürmüşdür. Evlərinin sökülməsi ilə razılıq əldə edilmiş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin razılığın əldə etmək mümkün olmaması həmin sakinlərin haqlı mənafeyi və mülkiyyət hüquqlarını kobud surətdə pozur. Binanın tikilməsi barəsində Bakı şəhər İcra Hakimiyyətinin 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamının 1.1-ci bəndində göstərilən tələbə əsasən ərazidəki yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi və sakinlərin köçürülməsi və onlara vəsaitlərinin ödənilməsi iddiaçıya həvalə edilmişdir. İddiaçı Bakı şəhərinin görkəminə uyğun olmayan tikililərin sökülərək yerində müasir tələblərə cavab verən yüksəkmərtəbəli binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki sərəncama uyğun olaraq tələbləri yerinə yetirir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlətə birbaşa milyonlara vergi ödənilməsi deməkdir. Göründüyü kimi sərəncamın iddiaçı tərəfindən icra edilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı, həm də insanların müasir tələblərinə cavab verən evlərlə təmin olunması və eyni zamanda Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi deməkdir. İddiaçı cavabdehlərin sahiblik və istifadə hüquqlarını bu və ya digər formada pozmur. Əksinə, cavabdehə mülkiyyətinin ədalətli qaydada mütənasib olaraq mənzilin sahəsindən artıq olmaqla əvəzinə müasir tələblərə cavab verən yeni tikilən binada mənzilin onun mülkiyyətinə verir. İddiaçı cavabdehə məxsus şəhərin müasir tələbinə cavab verməyən fərdi yaşayış evinin sökülərək yerində abadlaşdırma və yaşıllaşdırma aparması ədalətli mülkünə görə münasib təklifdir.
13. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 etiraz ərizəsi təqdim edərək, iddia ərizəsinin rədd edilməsini xahiş etmiş, etirazında göstərmişdir ki, iddia ərizəsinə əlavə edilmiş 59 saylı MKİİ-nin xx.xx.2024-cü il tarixli Forma 2 arayışından görünür ki, ailə üzvlərinin sayı 5 nəfərdir, hətta o da tam deyildir ona görə ki, ailə hazırda faktiki olaraq 7 nəfərdən ibarətdir. Bundan başqa, iddia ərizəsində göstərilənlərin əsassız olmaqla reallığı əks etdirməməsi aşağıda göstərilənlərlə təsdiq edilir. Belə ki, iddia ərizəsində cavabdehlərə məxsus evin 150 kv.metr gösərilməsini təsdiq edən heç bir sübut yoxdur, halbuki ev 200 kv.metrdən artıq olmaqla iki mərtəbəli tam təmirli və hər bir şəraitlidir. Ən azından vicdanlılıq baxımından evə iştirakları ilə baxış keçirib ölçü işləri aparmaqla MTK tərəfindən bu və ya digər təklif rəsmi qaydada bildirilsə idi, onda onlar da öz təkliflərini verməklə məsələni qarşılıqlı anlaşma ilə həll edə bilərdiklər. Belə bir məsələ müzakirə edilməyərək hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi ən azından ədalətsizlik olmaqla MTK tutduğu mövqeyindən sui-istifadə etməklə hegemonluğunu nümayiş etdirmək və bu mövqeyini məhkəmə vasitəsilə bir məcburetmə şəkilində həyata keçirmək fikirindədir. Yəqin ki, MTK rəhbərliyi üçün qanunun aliliyi, insan hüquq və azadlıqlarının təminatçısı olan dövlətin konstitusiyasından xəbərləri yoxdur. 40 ildən artıq sahiblikdə olmaqla yaşadıqları evin yerində 14-16 mərtəbəli evlər tikməklə zənginləşmək hülyasında olan MTK rəsmiləri ən azından ədalətli şəkildə 1-2 mərtəbəli evlərdə yaşayan vətəndaşları çıxarmaqla yerində hündürmərtəbəli evlər tikirsə tiksin, amma faktiki torpaq və ev sahiblərinin də tələblərini yerinə yetirməklə ümumi razılıq alınması həm qanun, həm də vicdan ədalət göstəricisi olmalıdır (bu yanaşma həm mövcud məhkəmə təcrübəsində, həmçinin Avropa Məhkəməsinin president hüquqlu qərarlarında da öz əksini tapır. MTK rəhbərliyi bunu bilməlidir). İddiaçı tərəfindən cavabdehlərə təklif edilən 179 kv.metr 4 otaqlı “ədalətli” hesab etdikləri evə dair bildirilir ki, evdə hazırda iki böyük ailə, yəni qardaşının 4 nəfərdən ibarət ailəsi (ər, arvad və iki uşaqları), səhhətində ciddi problemi olan atası (fizika riyaziyyat elmləri üzrə fəlsəfə doktoru), orta məktəb müəlliməsi olan anası və özü, yəni Fuad (darısqallıq səbəbindən ailə qura bilmir) yaşayırlar, yəni faktiki olaraq 7 nəfərdən ibarət ailə üzvü iki mərtəbəli 5 otaqdan ibarət 2 sanitar qovşaqlı və 2 hamamı olan tam təmirli hər bir şəraitli evdə yaşadıqları halda MTK rəhbərliyi iddia ərizəsində “yüksək mərhəmət” göstərərək onlara 179 kv.m sahəsi olan 4 otaqlı mənzil və həmin mənzil tikilənə qədər 500 manat kirayə pulu təklif edir (həmin pula azı iki ailənin kirayə evdə yaşaması qeyri-mümkündür. Bunu da MTK rəhbərliyi bilməlidir). Halbuki, qeyd etdiyi kimi hər bir şəraiti olan 200 kv.metrdən artıq olan 2 mərtəbəli evdən 179 kv.metrlik 4 otaqlı evin fərqini bilmək istəməyən MTK rəhbərliyi yaşadıqları evin mövcud vəziyyətini öyrənməklə ən azından qarşılıqlı razılıq əsasında təklif vermək istəyində olsa idi, daha ədalətli olardılar. Söz yox ki, iddia ərizəsində qeyd edilən hallar da mövcud ola bilər ki, ətraf evlərdə yaşayanların 220 nəfəri köçürülərək onlara aylıq 300-350 manat kirayə pulu vermələrini qeyd etsələr də, amma nəzərə alınmalıdır ki, onların da qonşuluqda olmuş bir cöx xırda, yöndəmsiz, kafi şəraitli evlərdə yaşayan vətəndaşlar köçüb getmiş, lakin qeyd etdiyi kimi onların kimi bir çox şəraitli evlərdə yaşayan vətəndaşlar var ki, onlar özləri köçməyə təşəbbüs göstərməyərək MTK rəhbərliyi tərəfindən ədalətli danışıq-təklif gözləmiş ki, hazırkı nəticə isə, yəni təkliflər bildirilmədən belə bir əsassız və qanunsuz bir iddia ilə məhkəməyə müraciət olunmuşdur. İkincisi, MTK tərəfindən 2 mərtəbəli yaşayış evində yaşayan şəxslərin sayının və evin kv.metri qəsdən az göstərilməklə “ədalətli” təkliflərini nümayiş etdirmək istəyiblər. Üçüncüsü, iddiaya qoşmada qeyd edilən 3,4,5 və 12-ci əlavədəki sənədlər məhkəməyə təqdim edilməyib. Dördüncüsü, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 51 nömrəli sərəncamında 2.4 və 2.5-ci bəndlərinin tələbləri yerinə yetirilməyib, hansı ki, həmin tələblərin də yerinə yetirilməməsi sərəncamın 3-cü bəndinə əsasən sərəncamın ləğv edilməsi üçün əsasdır. Beşincisi, adı çəkilən sərəncamın 2.7-ci bəndində o da göstərilmişdir ki, bu sərəncamın 1.1 -ci bəndinin tələblərinin yerinə yetirilməsi təmin edilməlidir. Sərəncamın 1.1-ci bəndi isə bilavasitə mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi MMC tərəfindən həll edilməsi tapşırılmışdır. Altincisi, ən əsası odur ki, sərəncamın 2,4 və 2,5 bəndlərində nəzərdə tutulduğu kimi MTK-ya sərəncamla ayrılmış 4.2258 ha torpaq sahəsinin icarə müqaviləsinin bağlanılmaması və bu icarə hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmaması gələcəkdə həmin tikililərin dövlət qeydiyyatına alınması və mənzillərə çıxarış verilməsi problemləri ilə gündəlik həyatda hamıya bəllidir, eyni zamanda tikinti işlərinin aparılmasının sənədləşməsini tam şəkildə həyata keçirmədən aparmaqla insanların taleyilə risk edən işbazlar külli miqdarda vəsait toplamaqla zənginləşib gözü ayağının altını görməyənlərin son nəticədə həbs olunmaları da bu gün hamıya bəlli olan haldır, yalnız bundan əziyyət çəkən isə haqqı pozulan vətəndaşlardır. Beləliklə, qeyd edilən sərəncamdan irəli gələn tələblərin o cümlədən ərazinin icarəyə götürülmədən, icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan hazırkı işlərə başlanılıbsa, deməli MTK rəhbərliyi tərəfindən qanunlar pozulub, bu hal sərəncamın özündən də göründüyü kimi həmin sərəncamı verən Bakı şəhər İcra Hakimiyyətinin sərəncamın ləğv edilməsi üçün əsasdır və hesab edirik ki, məhkəmə tərəfindən sərəncamı vermiş orqanın məhkəməyə cəlb edilməsi zəruridir və gələcəkdə həmin sərəncamın ləğv edilməsi məsələsini gündəmə gətirir. Ona görə də məhkəmə tərəfindən iddianın əsasını təşkil edən sənədlərin MTK tərəfindən tələb edilməsi, eyni zamanda iddianın marağına toxunan bütün şəxslərin dairəsinin müəyyən edilməsi zəruri hesab olunur, əks təqdirdə hazırkı iddianın məhkəmə baxışının predmeti olması da qanunsuzdur.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-148/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatın iddiaçı "xxxx" MMC-dən tutulması qət edilmişdir.
15. Məhkəmə müəyyən etmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 04 mart 2020ci il tarixli, 51 saylı Sərəncamına əsasən, Bakı şəhəri Nəsimi rayonu H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə, həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Hazırda İddiaçı MMC ünvan 3 ünvanda yerləşən yaşayış sahəsinin mülkiyyətçisi əmlakını söküntüyə təhvil vermədiyi üçün hazırki iddianı qaldıraraq, cavabdehlər cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X4 Bakı şəhəri, Nəsimi rayonu, N.Qardaşları küçəsi, ev 85A saylı fərdi yaşayış evinin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi; cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X4 Bakı şəhəri, Nəsimi rayonu, N.Qardaşları küçəsi, ev 85A saylı fərdi yaşayış evindən çıxarılmaqla, evin boşaldılması və sökülməsi; İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 7-ci blokun 4-cü mərtəbəsində 179 kv.m ümumi sahəsi olan 4 otaqlı təmirli yeni mənzilin Cavabdeh4 mülkiyyətinə verilməsi; yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən Cavabdeh4 hər ay 500 manat kirayə haqqı ödənilməsini tələb edir. Cavabdeh tərəf isə yaşayış sahəsinin faktiki olaraq iddiaçının qeyd etdiyi ölçüdən daha artıq olduğunu qeyd edərək, iddia tələbinin rədd edilməsini tələb edir.
16. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, cavabdehlərin sahibliyində və istifadəsində olan ev özbaşına tikili olmayıb, xüsusi mülkiyyətdə olan fərdi yaşayış evidir. Belə ki, iş materiallarında olan 1979-cu ildə tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inverterizasiya və qiymətləndirilməsi pasportundan görünür ki, ünvan 2 ünvanında yerləşən ev cavabdehlərin anası X5 mülkiyyəti kimi qeydiyyata alınmışdır. Həmçinin, müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən ev daha əvvəl birmərtəbəli ev kimi həyəti də daxil olmaqla ümumi sahəsi 82.1 kv.m olmuş, daha sonra evin sahəsi artırılaraq hazırda iki mərtəbədən və 5 otaqdan ibarət olmaqla faktiki olaraq cavabdehlər hal-hazırda həmin ünvanda yaşayırlar. Azərbaycan SSR-in qanunvericiliyinə əsasən Azərbaycan SSR-in ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair mülkiyyət hüququ evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar ilə müəyyən edildiyi halda, mülkiyyət hüquqları qeydiyyata alınmış həmin yaşayış evinin torpaq sahəsinə münasibətdə isə bu sənəd kimi (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda ) texniki pasport çıxış edir. Məhkəmə buna görə hesab etmişdir ki, ünvan 2 ünvanında yerləşən evə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış olmasa da, cavabdehlərin həmin ev üzərində qanuni istifadə hüquqları mövcuddur.
17. Məhkəmə qeyd etmişdir ki, cavabdehlərin yaşadığı ünvan 2 ünvanında yerləşən evin yerləşdiyi torpaq sahəsi dövlətin mülkiyyətində olsa da, həmin evə cavabdehlərin qanuni istifadə hüququ mövcud olduğundan, hazırki iş üzrə iddiaçı yalnız mülkiyətçilərlə razılıq əldə etməklə tikilinin sökülməsini həyata keçirə bilər. Hazırki işdən isə görünür ki, iddiaçı cavabdehlərlə bu cür razılıq əldə etməmişdir. Cavabdehlərin iddiaçı ilə iddiaçının təklif etdiyi formada razılıq əldə etməməsi mülkiyyət hüquqlarından sui-istifadə kimi qiymətləndirilə bilməz. Bunun əksinin düşünülməsi isə cavabdehlərin mülkiyyət və mülkiyyətdən irəli gələn digər hüquqlarının pozulması ilə nəticələnmiş olar.
18. Məhkəmə əlavə etmişdir ki, hazırki iş üzrə iddiaçı tərəfindən cavabdehlərlə razılıqdan əlavə, hətta iddiaçı tərəfindən cavabdehlərə ədalətsiz təkliflərin irəli sürüldüyü də aşkar edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflər arasında mənzilin ölçüsü barədə mübahisə yarandığından məhkəmə tərəfindən iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş və məhkəməyə təqdim edilmiş rəy əsasında müəyyən edilmişdir ki, fərdi yaşayış evinin birinci mərtəbə üzrə içdən-içə sahəsi 65,2 kv.m, çöldən-çölə 104,3 kv.m, fərdi yaşayış evinin ikinci mərtəbə üzrə içdən-içə sahəsi 68,6 kv.m, çöldən-çölə 104,3 kv.m, həyətyanı sahənin ümumi sahəsi 7,8 kv.m təşkil edir. Göründüyü kimi iş materiallarına əsasən hələ evin ilkin formada olduğu dövrdə birinci mərtəbəsinin həyət də daxil olmaqla ümumi sahəsi 82.1 kv.m olmasına baxmayaraq sonradan evin sahəsi artırılaraq hazırki vəziyyətdə ümumi sahəsinin 200 kv.m civarında olması müəyyən edilmişdir. Halbuki, iddiaçı tərəfindən hazırki vəziyyətdə isə cavabdehlərə yalnız faktiki sahənin üzərinə 20% gəlməklə ümumilikdə 179 kv.m sahənin verilməsini təklif etmişdir. Məhkəmə tərəfindən iddiaçı tərəfə artırılma ilə bağlı təklif irəli sürülsə də, iddiaçı tərəf bunu qəbul etməmişdir. Göründüyü kimi qeyd edilən hallar iddiaçı tərəfindən ədalətsiz kompensasiyanın verilməsi kimi qiymətləndirilməklə mülkiyyət hüququna birbaşa müdaxilədir. Bundan əlavə isə məhkəmə həmçinin qeyd edir ki, iddiaçının cavabdehlərə vermək istədiyi (təklif etdiyi) 179 kv.m sahəni təşkil edən mənzilin həqiqətən təsdiq edilmiş layihə sənədlərinə əsasən mövcudluğuna dair rəsmi sənədləri məhkəməyə təqdim etməmiş, yalnız məhkəməyə təqdim etdiyi sənədlərdə formal olaraq qeyd etmişdir. Bu isə gələcəkdə iddia təmin olunacağı təqdirdə mənzil mövcud olmadığından icrasına ciddi maneələr yaratmaqla yeni iddiaların yaranmasına səbəb olacaqdır.
19. Bundan əlavə, məhkəmə onu da qeyd etmişdir ki, iddiaçının cavabdehlərin sahibliyində və istifadəsində olan fərdi yaşayış evini müvafiq Sərəncama əsaslanmaqla onlardan məhkəmə qaydasında tələb etməsi əsassızdır. İddiaçının cavabdehlərin qonşuluğunda olan ailələrlə razılığa gəlməsini əsas gətirərək cavabdehlərdən də onun təklif etdiyi şərtlərlə razılaşmasını tələb etməsi mülki qanunvericiliyin tərəflərin bərabərliyi, iradə sərbəstliyi və müqavilələr azadlığı prinsipləri ilə bir araya sığmır. Digər şəxslərin iddiaçı ilə razılığa gəlməsi işin mübahisəli halını təşkil etməklə yanaşı, razılığa gəlmişlərsə belə, həmin razılıq onların iradə ifadəsinin sərbəstliyi kimi qəbul edilməlidir. Eyni hal cavabdehlərə münasibətdə də keçərlidir. Cavabdehlərin iddiaçı ilə razılığa gəlməyərək, evlərini boşaldıb iddiaçıya təhvil verməmələri onların hüququ, şəxsi seçimi, sərbəst iradə ifadələridir. Onları müqavilə bağlamağa, evi boşaltmağa, iddiaçının verdiyi kompensasiya formasına və məbləğinə razı olmağa məcbur etmək hüququn və mülki dövriyyənin prinsiplərinə, qanunvericiliyə və hüquq qaydasına ziddir.
20. Beləliklə də məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdehlərin mülkiyyətində olan mənzil və torpaq sahəsindən çıxarılmaları ilə bağlı iddiaçının tələbləri cavabdehlərin mülkiyyət hüquqlarının qorunması baxımından əsassız olduğu üçün İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılma və kirayə haqqının ödənilməsi" tələbinə dair iddiası təmin edilə bilməz.
21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 14.1, 14.2, 14.2.1-14.2.2, 16.1, 152.6, 324.1-324.2, 324.4, 390.1, 390.3, 560.1-560.2, 560.3, 560.3.1, 560.3.3-cü; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.5-ci; Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın (bundan sonra – Siyahı) 1.11-ci; «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası» nın 1 saylı Protokolun 1-ci; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kozacıoğlu Türkiyəyə qarşı” iş üzrə 19 fevral 2009-cu il tarixli Qərarının 64-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları.
a) Apellyasiya şikayətinin dəlilləri
22. Qətnamədən iddiaçı “Pilot-16" Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmiş ki, Bakı şəhəri, Nəsimi rayonu, N.Qardaşları küçəsi 85A saylı fərdi yaşayış evinin birinci mərtəbə üzrə içindən-içə sahəsinin 65.2 kv.m, çöldən-çölə 104.3 kv.m, fərdi yaşayış evinin ikinci mərtəbə üzrə içindən-içə sahəsinin 68.6 kv.m, çöldən-çölə 104.3 kv.m, həyətyanı sahəsinin ümumi sahəsinin 7.8 kv.m təşkil edir. Qeyd edir ki, cavabdehlərə məxsus Bakı şəhəri, Nəsimi rayonu, N.Qardaşları küçəsi 85 saylı fərdi yaşayış evi özbaşına tikintidir. Ekspert rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, N.Qardaşları küçəsi 85A saylı fərdi yaşayış evinin birinci mərtəbə üzrə içindən-içə sahəsinin 65.2 kv.m və fərdi yaşayış evinin ikinci mərtəbə üzrə içindən-içə sahəsinin 68.6 kv.m olmaqla ümumilikdə cəmi 133,8 sahəyə 20% əlavə edilməklə 160.56 kv.metr təşkil edəcəkdir. Lakin, onların layihədə 160.56 kv.metr sahə mövcud olmadığından İddiaçı MMC tərəfindən 19 kv.metr sahə cavabdehə hədiyyə olunur. Buna görə hesab edir iddia tələbində qeyd olunan İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 7ci blokun 4-cü mərtəbəsində 179 kv.m ümumi sahəsi olan 4 otaqlı təmirli yeni mənzilin Cavabdeh4 mülkiyyətinə verilməsi ədalətli təklif olmuşdur. Qeyd etmək istərdi ki, Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 1-1092 saylı məktubuna əsasən İddiaçı MMC-nin rəhbərliyi Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək Bakı şəhəriNəsimi rayonu Cəlil Məmmədquluzadə, Həsən Əliyev, X10 və Novruzov Qardaşları küçəsinin kəsişməsində mövcud şəhərsalma normalarına cavab verməyən şəhərin ümumi görünüşünə xələl gətirən, yaşayış üçün yararsız olan binaların, sosial və təyinatlı qeyriyaşayış obyektlərinin sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi ilə torpaq sahəsinin ayrılmasına köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası ƏMDK-nın yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin 29 dekabr 2019-cu il tarixli **********46 saylı məktubuna əsasən Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə, Həsən Əliyev, X10 və Novruzov Qardaşları küçəsinin kəsişməsində yerləşən 4,50 ha torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədi ilə İddiaçı MMC-yə ayrılmasına dair rəy bildirilməsi barədə Bakı şəhər İcra Hakimiyyətinin 26 sentyabr 2019-cu il tarixli 7- 2846/7 nömrəli məktubuna baxılmışdır. Qeyd olunan məsələ ilə əlaqədar Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə əsasən yerquruluşu planı hazırlanarkən ərazidə çox sayda dövlət qeydiyyatına alınmış yaşayış və qeyri-yaşayış təyinatlı obyektlərin olduğu müəyyən edilmişdir. Həmin obyektlərlə bağlı məsələlərin mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilməsi şərti ilə göstərilən koordinatlar daxilində yerləşən 4,2258 hektar torpaq sahəsinin çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi məqsədi ilə İddiaçı MMC-yə ayrılmasına etiraz etmirlər. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 11 fevral 2020-ci il tarixli 02/07-510 saylı məktubuna əsasən Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə, Həsən Əliyev, X10 və Novruzov Qardaşları küçəsinin kəsişməsində yerləşən yaşayış evlərinin və digər tikililərin sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi üçün İddiaçı MMC-yə 4,50 ha torpaq sahəsinin 26 sentyabr 2019-cu il tarixli 7-2846/7 nömrəli məktubuna baxılmışdır. Bildirir ki, qeyd olunan ünvanda yerləşən 4.2258 hektar torpaq sahəsinin müvafiq qanunvericiliyə əsasən ərazidəki tikililərin sökülməsi və üzərində aparılacaq tikintinin qüvvədə olan şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi şərti ilə İddiaçı MMC-nə ayrılmasına etiraz etmirik. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 19 mart 2020-ci il tarixli 02/1321 saylı məktubuna əsasən Bakı şəhəri Nəsimi rayonu Ak.H.Əliyev, Y.Çəmənzəminli, C.Məmmədquluzadə və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidə İddiaçı MMC-yə Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 51 nömrəli Sərəncamı ilə yaşayış binalarının vəqeyri-yaşayış sahələrinin tikintisi üçün ayrılan 4.2258 ha torpaq sahəsinin cizgisinin hazırlanması ilə bağlı İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli11 saylı məktubuna Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzində baxılmışdır. Həmin ünvandaİddiaçı MMCyə ayrılan 4.2258 ha torpaq sahəsinə dair hazırlanmış 20/18 saylıcizgi həmin MMC-yə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 19 nömrəli Sərəncamından çıxarışa əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırılma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları»nın 3.2-ci bəndinə uyğun olaraq aşağıda qeyd olunan tikinti obyektlərinə dair tərtib olunmuş şəhərsalma əsaslandırılmaları təsdiq edilsin. 1.4 Bakı şəhəri Nəsimi rayonu Cəlil Məmmədquluzadə, X10, Novruzov Qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə, İddiaçı MMC-nin istifadəsində olan torpaq sahəsində layihələndirilən yaşayış kompleksi (Sifarişçi -İddiaçı MMC; Layihəçi– Bakı Dövlət Layihə İnstitutu). Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 25 fevral 2021-ci il tarixli 02/767saylı məktubuna əsasən Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli,Novruzov Qardaşları və Həsən Əliyev küçələrinin əhatə etdiyi ərazidə İddiaçı MMC tərəfindən tikintisi nəzərdə tutulan yaşayış kompleksinə dair təqdim olunmuş tikinti layihəsinin memarlıq planlaşdırma bölməsinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması barədə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2020-ci il tarixli xx/xx-2651 saylı məktubuna Ərazi Tikinti-Planlaşdırma Mərkəzində baxılmışdır. Bildirirlər ki, yuxarıda qeyd olunan ünvanda tikintisi nəzərdə tutulan yaşayış kompleksinə dair təqdim edilmiş tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi (Baş plan üzrə blok 1; 1 girişli 16mərtəbəli + texniki mərtəbə + LMŞ, - 12.600 səviyyəsində zirzəmi mərtəbəsi - texniki sahə, -9.300 və -3.300 səviyyələrində zirzəmi mərtəbəsi - qeyriyaşayış sahəsi, 1 və 2-ci mərtəbələr - qeyri-yaşayış sahəsi; blok 2 və 3: 1 girişli 16 mərtəbəli + texniki mərtəbə + LMª, -12.600 səviyyəsində zirzəmi mərtəbəsi - texniki sahə, - 9.300 səviyyəsində zirzəmi mərtəbəsi -avtodayanacaq, -6.000 səviyyəsində zirzəmi mərtəbəsi - qeyri-yaşayış sahəsi,1 və 2-ci mərtəbələr - qeyri-yaşayış sahəsi; blok 4, 5, 6 və 7: 1 girişli 16 mərtəbəli + texniki mərtəbə + LMŞ; -6.600 və -3.300 səviyyələrində zirzəmi mərtəbəsiavtodayanacaq, 1 və 2-ci mərtəbələr - qeyri-yaşayış sahəsi; blok 8: 2 girişli 15 mərtəbə; - texniki mərtəbə + LMŞ; -12.600 səviyyəsində zirzəmi mərtəbəsitexniki sahə, -9.300 və-3.300 səviyyələrində zirzəmi mərtəbəsi - qeyri-yaşayış sahəsi, 1 və 2-ci mərtəbələr – qeyri yaşayış sahəsi; blok 9: 2 girişli 15 mərtəbəli + texniki mərtəbə + LMŞ; -6.600 və -3.300 səviyyələrində zirzəmi mərtəbəsi –avtodayanacaq,1 və 2-ci mərtəbələr - qeyri- yaşayış sahəsi; -6.600 və -3.300 səviyyələrində zirzəmi mərtəbəsi həyətaltı avtodayanacaq; blok 10: 1 mərtəbəli uşaq bağçası, -6.600 və -3.300 səviyələrində zirzəmi mərtəbəsi– texniki sahə; blok 11 və 12: 2 mərtəbəli qeyri-yaşayış binası, -12.600 səviyyəsində zirzəmi mərtəbəsi - texniki sahə, -9.300 səviyyəsində zirzəmi mərtəbəsi -avtodayanacaq; blok 13:2 mərtəbəli qeyri-yaşayış binası, -9.300 səviyyəsində zirzəmi mərtəbəsi -avtodayanacaq,-6.000 səviyyəsində zirzəmi mərtəbəsi – qeyri-yaşayış sahəsi: blok 14, 15, 16 və 17: 2 mərtəbəli qeyri-yaşayış binası, -6.600 və -3.300 səviyyələrində zirzəmi mərtəbəsi - avtodayanacaq; blok 18: 2 mərtəbəli qeyri-yaşayış binası, - 6.600 səviyyəsində zirzəmi mərtəbəsi -avtodayanacaq, -3.300 səviyyəsində zirzəmi mərtəbəsi - qeyri-yaşayış sahəsi; blok 19: 2 mərtəbəli qeyri-yaşayış binası, -12.600 səviyyəsində zirzəmi mərtəbəsi– texniki sahə, -9.300 və -3.300 səviyyələrində zirzəmi mərtəbəsi - qeyri- yaşayış sahəsi; M-ARCH GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin işi) Dövlət Şəhərsalma Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli 19 nömrəli Sərəncamının 1.4-cü bəndi ilə təsdiq edilmiş şəhərsalma əsaslandırılmasına uyğundur. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Tİ-16/23 saylı Obyektin tikintisinə dair İcazəyə əsasənTikinti obyektini yerləşdiyi rayon: Nəsimi rayonu, Tikinti obyektinin adı: Yaşayış və qeyri-yaşayış binaları, Tikinti obyektinin ünvanı: Cəlil Məmmədquluzadə, Həsən Əliyev, X10 və Novruzov qardaşları küçələrinin əhatəsi, Tikinti sahəsinin və tikinti ərazisinin döngə nöqtələrinin koordinatları, Tikinti ərazisi barədə məlumat, Tikinti obyektinin istismar təyinatı və layihə üzrə əsas texniki göstəriciləri göstərilmişdir. Evlərinin sökülməsi ilə razılıq əldə edilmiş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin cavabdehlərlə razılıq əldə etmək mümkün olmaması həmin sakinlərin haqlı mənafeyi və mülkiyyət hüquqlarını kobud surətdə pozur. Binanın tikilməsi barəsində Bakı şəhər İcra Hakimiyyətinin 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamının 1.1.-ci bəndində göstərilən tələbə əsasən ərazidəki yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi və sakinlərin köçürülməsi iddiaçıya həvalə edilmişdir. İddiaçı Bakı şəhərinin görkəminə uyğun olmayan tikililərin sökülərək yerində müasir tələblərə cavab verən yüksək mərtəbəli binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki sərəncama uyğun olaraq tələbləri yerinə yetirir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlətə birbaşa milyonlara vergi ödənilməsi deməkdir. Göründüyü kimi sərəncamın tərəfindən icra edilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı həm də insanların müasir tələblərinə cavab verən evlərlə təmin olunması və eyni zamanda Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi deməkdir. Hətta, cavabdehlərin istifadəsində olan tiklilərə gözlənilən mülkiyyət hüququ ilə yanaşıldıqda belə o mütləq deyildir və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). İş materiallarına əlavə edilmiş foto şəkildən də görünür ki, ərazidə yerləşən fərdi evlərin böyük əksəriyyəti sökülmüşdür. Qeyd etdiyi kimi ərazidə yaşayan 338 fərdi yaşayış evindən 316-sı sökülmüş, digərləri ilə də danışıqlar aparılır, ərazi boşaldımış, tikinti işləri müxtəlif mərhələlərdə davam edir. Eləcə də, cavabdeh tərəfə məxsus yaşayış sahəsinin də ətrafı boşaldılmış, torpaq sahəsi qazılmışdır. Əmlakları sökülmüş digər şəxslər isə onlara veriləcək yeni mənzillərini gözləməkdədir. Hazırda ərazidən köçürülmüş sakinlər tezliklə binaların tikilməsi və yeni mənzillərinə köçmələrini gözlədikləri halda cavabdeh tərəfin hüquqdan sui-istifadə etməsi həmin sakinlərin haqlı mənafe və mülkiyyət hüquqlarını kobud surətdə pozur. Bu zaman isə, iddiaçı tərəfindən cavabdeh tərəfin hüquqları pozmadığı halda, cavabdeh tərəf hüquqdan sui-istifadə etməsi yolverilməzdir (hüquqa və haqq ədalətə ziddir). Eyni zamanda nəzərə alınmalıdır ki, təklif etdiyi yeni mənzillər eyni ərazidə, yəni söküləcək evin yerində (yanında, qonşuluğunda) veriləcəkdir. Belə olan halda isə, cavabdehlər üçün daşığı mənəvi dəyəri, iqtisadi dəyəri, həm digər şəraiti və halları baxımından söküləcək evdən fərqlənən yeni mənzil əksinə onların istəyinə və maraqlarına uyğundur. Bununla yanaşı, iddiaçı cavabdeh tərəfə veriləcək hər bir mənzilin yerini, sahəsini və s. göstərməklə, konkretləşdirmişdir ki, bu da hüquqi müəyyənliyə xidmət etməklə tərəfləri gələcək mübahisələrdən qoruyacaqdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə01 oktyabr 1982- ci il tarixli qərarı; X13rşı iş üzrə 26 oktyabr 1984cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqarər edildiyi dəaydın görünməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı Cavabdeh2 vəkili Nümayəndə2 yazılı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı məhkəməyə təqdim etdiyi apellyasiya şikayətində bildirir ki, “cavabdehlərə məxsus Bakı şəhəri, Nəsimi rayonu, N.Qardaşları küçəsi 85 saylı fərdi yaşayış evi özbaşına tikintidir”. Məhkəməyə bildirməyi zəruri hesab edir ki, iddiaçının qeyd etdikləri əsassız olmaqla iş materialları ilə təkzib olunur. Belə ki, iddiaçı söküntüsünü tələb etdiyi ev özbaşına tikili deyil və bunu təsdiq edən sənədlər aşağıdakılardan ibarətdir. Bakı şəhəri, Nəsimi rayonu, N.Qardaşları küçəsi 85 saylı fərdi yaşayış evinə aid şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inverterizasiya və qiymətləndirilməsinə dair 1979-cu ildən tərtib edilmiş Texniki Pasport mövcuddur. X12 ünvan 4 ünvanı cavabdehlərdən X5 adına mülkiyyət kimi qeydiyyata alınması vurğulanmaqla yanaşı, oxşar situasiyada olan məhkəmə mübahisələrinə dair mülki işin materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-6520/2022 nömrəli qətnaməsi, eləcə də həmin qətnaməni qüvvədə saxlanılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-497/2023 nömrəli qərarında vurğulandığı kimi ünvan 5 ünvanında yerləşən evə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış olmasa da, cavabdehlərin həmin evə gözlənilən mülkiyyət hüququnun olması təsbit edilməklə cavabdehlərin yaşadığı ünvan 5 ünvanında yerləşən evin yerləşdiyi torpaq sahəsinin dövlətin mülkiyyətində olsa da, həmin evə cavabdehlərin gözlənilən mülkiyyət hüququ mövcud olduğundan, hazırki iş üzrə iddiaçı yalnız mülkiyətçilərlə razılıq əldə etməklə tikilinin sökülməsini həyata keçirə bilməsi xüsusilə qeyd edilmişdir. Göründüyü kimi oxşar mübahisəyə dair qonşuluqlarında yerləşən 73B saylı fərdi yaşayış evi üzrə də iddiaçı "xxxx" MTK-nın qeyd etdiyi özbaşına tikili iddiası yuxarı instansiya məhkəmələri tərəfindən rədd edilmişdir. İddiaçı tərəfindən belə bir məlumatın məhkəməyə verilməsi özü özlüyündə onu təsdiq edir ki, MTK ümumiyyətlə sərəncamın 1.1-ci bəndindən irəli gələn məsələlərin həll olunmasında heç bir hərəkət etməmiş, yəni cavabdehlərlə heç bir danışıq aparmamışdır. İddiaçı cavabdehlərlə danışıq aparsaydı, cavabdehlərin həmin evə mülkiyyətə gözlənti hüquqlarının olduğu barədə məlumatlanardı. Lakin danışıq aparılmadan, heç bir təklif etmədən belə bir əsassız iddia ilə məhkəməyə müraciət etməsi MTK-nın özbaşınalığının bariz nümunəsidir. Onu da bildirir ki, birinci instansiya məhkəməsinə təqdim edilən çox saylı müraciət və vəsatətlərində İddiaçı MMC-nin Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 51 nömrəli sərəncamında nəzərdə tutulan 1.1, 2.4 və 2.5-ci bəndlərinin tələbləri yerinə yetirilməməsi, bu halın da həmin sərəncamın 3-cü bəndinə əsasən sərəncamın ləğv edilməsi üçün əsas olmasına dəlalət etməsi, belə olan təqdirdə İddiaçı MMC-nin hazırkı iddia tələbilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüquqa malik olmaması da qeyd edilmişdir. Bu barədə dedikləri onunla əsaslandırılır ki, İddiaçı MMC-nin cavabdehlərin yaşadığı ərazidə digər sakinlərə də qarşı qaldırmış olduğu eyni məzmunlu əsassız iddia tələbi yuxarı instansiya məhkəmələri tərəfindən rədd edilərkən həmin məhkəmə qərarlarında öz təsdiqini tapmışdır. Məhkəməyə elektron qaydada xx.xx.2024-cü il tarixdə göndərilən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(103)-6520/2022 nömrəli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-497/2023 nömrəli qərarında İddiaçı MMCnin bu qəbildən qaldırmış olduğu iddiasının əsassız olması və subyektiv hüququnun olmaması öz əksini tapmışdır. Bundan əlavə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə elektron sistem vasitəsilə göndərilən xx.xx.2025-ci il tarixili Vəsatətdə “iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarında vurğulanan hüquqi yanaşmanın hazırkı iş üzrə qaldırılan iddiaya münasibətdə formalaşan məhkəmə təcrübəsi kimi təqdim edilməsinin əsassız olması” tam ətraflı göstərilmiş olsa da, fikirini qısa şəkildə aşağıda qeyd etmək istəyir. Belə ki, iddiaçı apellyasiya şikayətində qeyd edir ki, İddiaçı MMC tərəfindən “Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində tikiləcək çox mərtəbəli yaşayış binasının 7-ci blokun 4-cü mərtəbəsində 179 m2 ümumi sahəsi olan 4 otaqlı təmirli yeni mənzilin Cəfərova Şəfiqə Əhməd qızının mülkiyyətinə verilməsi ədalətli təklifdir”. İddiaçı birinci instansiya məhkəməsində təqdim etdiyi xx.xx.2024-cü il tarixli Ali Məhkəmənin qərarında vurğulanan hüquqi mövqeyi 113.3 kv.metr olan və özbaşına tikili olan fərdi yaşayış evinin əvəzinə MMC-dən 4 mənzil olmaqla ümumilkdə 270 kv.m (51 kv.m+89 kv.m+65 kv.m+65 kv.m) yeni mənzillərin verilməsi və yeni mənzil ilə təmin edilənədək hər ay cavabdehlərə ümumilikdə 1300 (500+400+400) manat kirayə haqqının verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi 3 ailənin yaşadığı 113.3 kv.metr özbaşına tikili olan evə görə 4 mənzilin verilməsi müəyyən olundugu halda, iddiaçı onlara gözlənti mülkiyyət hüquqları olan 216.4 kv.m sahəsi olan iki mərtəbəli iki mənzil formatında olan üç ailənin yaşadığı ev üçün 4 otaqlı bir mənzil təklif edir ki, bu da tam ədalətsiz bir iddiadır. İş materiallarına əlavə edilmiş ekspertiza rəyindən də göründüyü kimi qeyd olunan hazırda mübahisə predmeti olan evin ümumi kv.metr hesabı ilə sahəsi 216.4 kv.metr təşkil edir. İş materiallarında olan foto şəkillərdə onlara məxsus 2 mərtəbəli 2 mənzil formatlı, 5 otaqlı, 2 sanitar qovşaqlı, 2 mətbəxi olan tam təmirli evin faktiki vəziyyətinin görünüşü də dediklərini təsdiq edir. Belə olan halda iddiaçı MMC tərəfindən faktiki olaraq 216.4 kv.metr gözlənilən mülkiyyət hüququna dair çıxarışa bərabər sənədi olan 3 ailənin yaşadığı, 2 mərtəbəli tam təmirli 2 mənzil formatında olan 5 otaqdan ibarət ev üçün yeni mənzil ilə təmin edilənədək hər ay 500 manat olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 7-ci blokun 4-cü mərtəbəsində 179,0 kv.metr ümumi sahəsi olan 4 otaqlı təmirli yeni mənzilin verilməsilə cavabdehlərin razılaşmasını gözləmək heç də məntiqə uyğun deyildir. Göründüyü kimi iddiaçının cavabdehlərə etdiyi təklif ədalətsiz olmuşdur və bu səbəbdən birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Hazırda hesab edir ki, iddiaçının Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin qəbul etdiyi e-2(006)-148/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
b) Proses iştirakçılarının izahatı
25. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında qeyd etdi ki, iddiaçı apellyasiya şikayəti verdikdən sonra sistemə təklif yükləmişdilər, əvvəlki təklifdən fərqli olaraq kirayə haqqının 1000 AZN olması və əlavə 3-cü blokun 5-ci mərtəbəsində 82.3 kv/m ümumi sahəsi olan 2 otaqlı təmirli yeni mənzilin Cavabdeh4 mülkiyyətinə verilməsi təklif edilmişdir. Onlar həmin təklifi qəbul etmədiklərini bildirmişdilər. 3 dekabr 2025-ci il tarixdə yeni təklif verirlər və bildirirlər ki, həmin ərizədən imtina edirlər. Yeni ərizədə bildirilir ki, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 9-cu blokun 4-cü mərtəbəsində 179.5 m2 ümumi sahəsi olan 4 otaqlı yeni mənzilin Cavabdeh4 mülkiyyətinə verilməsi; yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən Cavabdeh4 hər ay 1.000 manat kirayə haqqı ödənilməsi verilməsi mümkündür. İddia qaldırılmamışdan əvvəl şifahi razılaşma olmuşdu, lakin sonradan iddia qaldırıblar. İddiaçı MMC qeyri ciddi təkliflərlə müraciət edir. Onlar hesab edir ki, İddiaçı MMC-nin bu iddianı vermək üçün subyektiv hüququ yoxdur. Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2020ci il tarixli sərəncamınında qeyd edilən heç bir bənd icra edilməyib. Yekunda qeyd edilir ki, qanunvericilikdən irəli gələn şərtlər pozulduğu zaman sərəncamın ləğvi ilə bağlı müraciət edilə bilər. Bizim bununla bağlı da müraciətimiz olacaq, mövqeyimiz ondan ibarətdir ki, qətnamə qanuni və əsaslıdır,
26. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
27. İş üzrə iddiaçı "xxxx" MMC və digər cavabdehlər Cavabdeh1 və Cavabdeh4 işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etsə də, bunu təsdiq edən hər hansı bir sənəd təqdim etməmiş, digər cavabdehlər isə gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası iddiaçı və digər cavabdehlərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılması mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
28. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. İV bənd. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
33. Kollegiya qeyd edir ki, hazırki halda apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 04 mart 2020-ci il tarixli, 51 saylı Sərəncamına əsasən, Bakı şəhəri Nəsimi rayonu H.Əliyev, Y.Çəmənzəminli və Novruzov Qardaşları küçələrinin əhatə etdiyi ərazidəki yaşayış üçün yararsız vəziyyətdə olan, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə, həmin tikililərin yerləşdiyi 4,2258 ha torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir. Hazırda İddiaçı MMC ünvan 3 ünvanda yerləşən yaşayış sahəsinin mülkiyyətçisi əmlakını söküntüyə təhvil vermədiyi üçün hazırki iddianı qaldıraraq, cavabdehlər cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X4 Bakı şəhəri, Nəsimi rayonu, N.Qardaşları küçəsi, ev 85A saylı fərdi yaşayış evinin üzərində sahiblik və istifadə hüquqlarına xitam verilməsi; cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X4 Bakı şəhəri, Nəsimi rayonu, N.Qardaşları küçəsi, ev 85A saylı fərdi yaşayış evindən çıxarılmaqla, evin boşaldılması və sökülməsi; İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 7-ci blokun 4-cü mərtəbəsində 179 kv.m ümumi sahəsi olan 4 otaqlı təmirli yeni mənzilin Cavabdeh4 mülkiyyətinə verilməsi; yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən Cavabdeh4 hər ay 500 manat kirayə haqqı ödənilməsini tələb edir. Cavabdeh tərəf isə yaşayış sahəsinin faktiki olaraq iddiaçının qeyd etdiyi ölçüdən daha artıq olduğunu qeyd edərək, iddia tələbinin rədd edilməsini tələb edir.
36. Kollegiya iddianən rədd edilməsi üzrə birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, iş materiallarında olan 1979-cu ildə tərtib edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inverterizasiya və qiymətləndirilməsi pasportundan görünür ki, ünvan 2 ünvanında yerləşən ev cavabdehlərin anası X5 mülkiyyəti kimi qeydiyyata alınmışdır. Həmçinin, müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən ev daha əvvəl birmərtəbəli ev kimi həyəti də daxil olmaqla ümumi sahəsi 82.1 kv.m olmuş, daha sonra evin sahəsi artırılaraq hazırda iki mərtəbədən və 5 otaqdan ibarət olmaqla faktiki olaraq cavabdehlər hal-hazırda həmin ünvanda yaşayırlar.
37. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
38. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın (bundan sonra – Siyahı) 1.11-ci bəndinə əsasən, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar evlərə dair mülkiyyət hüququnu təsdiq edən sənəd kimi müəyyən edilmişdir.
39. Həmin Siyahının 2.4-cü bəndində üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə hüquqmüəyyənedici sənəd kimi texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) göstərilmişdir.
40. Azərbaycan SSR-in qanunvericiliyinə əsasən Azərbaycan SSR-in ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair mülkiyyət hüququ evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar ilə müəyyən edildiyi halda, mülkiyyət hüquqları qeydiyyata alınmış həmin yaşayış evinin torpaq sahəsinə münasibətdə isə bu sənəd kimi (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda ) texniki pasport çıxış edir.
41. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası» nın 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir, birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallığa qarşı).
42. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün vurğulamışdır ki, iddiaçı yalnız mülkiyətçi ilə razılıq əldə etməklə cavabdehlərin yaşadığı ünvan 2 ünvanında yerləşən evin sökülməsini həyata keçirə bilər. Hazırki işdən isə görünür ki, iddiaçı cavabdehlə bu cür razılıq əldə etməmişdir.
43. Apellyasiya icraatında xx.xx.2025-ci il tarixdə İddiaçı MMC-nin direktoru X11 tərəfindən elektron kabinet vasitəsi ilə yeni təkil irəli sürülərək 11.8 kv.m hədiyyə olunmaqla İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 9-ci blokun 4-cü mərtəbəsində 179.5 m2 ümumi sahəsi olan 4 otaqlı, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 3-cü blokun 5-ci mərtəbəsində 82.3 m2 ümumi sahəsi olan 2 otaqlı təmirli yeni mənzilin Cavabdeh4 mülkiyyətinə verilməsi; yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən Cavabdeh4 hər ay 1.000 manat kirayə haqqı ödənilməsinin mümkün olduğunu bildirmişdir.
44. Daha sonra iddiaçı tərəf xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə təqdim edilmiş ərizəsində əvvəlki təklifdən imtina etdiyini bildirərək yeni təklif irəli sürmüş, bildirmişdir ki, ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, N.Qardaşları küçəsi 85 A saylı fərdi yaşayış evinin birinci mərtəbə üzrə içindən-içə sahəsinin 65.2 kv.m, fərdi yaşayış evinin ikinci mərtəbə üzrə içindən-içə sahəsinin 68.6 kv.m, ümumilikdə 133.80 km.metr təşkil edəcəkdir. Həmin sahəyə 20 faiz əlavə edilməklə 160.56 kv. metr edəcəkdir. 19 kv.m hədiyyə olunmaqla İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Novruzov Qardaşları küçəsində tikiləcək çoxmərtəbəli yaşayış binasının 9-ci blokun 4-cü mərtəbəsində 179.5 m2 ümumi sahəsi olan 4 otaqlı yeni mənzilin Cavabdeh4 mülkiyyətinə verilməsi; yeni mənzil ilə təmin edilənədək, "xxxx" MMC tərəfindən Cavabdeh4 hər ay 1.000 manat kirayə haqqı ödənilməsinin mümkün olduğunu bildirmişdir.
45. Cavabdeh tərəf həmin təkliflə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
46. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, cavabdehlərin iddiaçı ilə iddiaçının təklif etdiyi formada razılıq əldə etməməsi mülkiyyət hüquqlarından sui-istifadə kimi qiymətləndirilə bilməz. Bunun əksinin düşünülməsi isə cavabdehlərin mülkiyyət və mülkiyyətdən irəli gələn digər hüquqlarının pozulması ilə nəticələnmiş olar.
47. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələri).
48. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
49. Göstərilən qanunun normasından göründüyü kimi mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə səlahiyyətləri əhatə edir. Mülkiyyətçinin öz əmlakı üzərində «səlahiyyət üçlüyü» adlanan bu imkanları mülkiyyət hüququnun məzmununu təşkil edir. Mülkiyyətçi öz əmlakı ilə bağlı sahiblik, istifadə və sərəncam səlahiyyətlərindən qanun çərçivəsində öz istədiyi kimi istifadə edə bilər. Yəni mülkiyyətçi özünə məxsus olan əmlakdan şəxsən istifadə edə bilər, onu başqasının istifadəsinə verə bilər və ya istifadəsiz öz mülkiyyətində saxlaya bilər. Bütün bu hallarda onun mülkiyyət hüququ bütövlükdə saxlanılır.
50. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçının cavabdehlərin qonşuluğunda olan ailələrlə razılığa gəlməsini əsas gətirərək cavabdehlərdən də onun təklif etdiyi şərtlərlə razılaşmasını tələb etməsi mülki qanunvericiliyin tərəflərin bərabərliyi, iradə sərbəstliyi və müqavilələr azadlığı prinsipləri ilə bir araya sığmır. Digər şəxslərin iddiaçı ilə razılığa gəlməsi işin mübahisəli halını təşkil etməklə yanaşı, razılığa gəlmişlərsə belə, həmin razılıq onların iradə ifadəsinin sərbəstliyi kimi qəbul edilməlidir. Eyni hal cavabdehlərə münasibətdə də keçərlidir. Cavabdehlərin iddiaçı ilə razılığa gəlməyərək, evlərini boşaldıb iddiaçıya təhvil verməmələri onların hüququ, şəxsi seçimi, sərbəst iradə ifadələridir. Onları müqavilə bağlamağa, evi boşaltmağa, iddiaçının verdiyi kompensasiya formasına və məbləğinə razı olmağa məcbur etmək hüququn və mülki dövriyyənin prinsiplərinə, qanunvericiliyə və hüquq qaydasına ziddir.
51. Beləliklə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
52. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-148/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum tərəfin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.