Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4447/2020 01.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Anar Vəzir oğlu Tanrıverdiyev və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə, Əliyeva Aytən Rafayel qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi-vəkili Əliyev Ramil Məhəmmədəli oğlunun Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və mənzildən məcburi çıxarılma tələbinə dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(005)- 435/20 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və mənzildən məcburi çıxarılma tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və mənzildən məcburi çıxarılma tələbinə dair iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək,X2 iddiaçıya məxsus ünvan 1, mənzil 49-dan istifadə hüququna, 10 000 on min manat kompensasiya ödənilməklə, xitam verilməsi və onun həmin mənzildən məcburi çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx xxxx 2002-ci il tarixində rəsmi nikaha girərək, ailə qurmuşlar. Cavabdehlə birgə nikahdan xx xxxxxx 2003-cü il təvəllüdlü X7 və xx xxxx 2010-cu il təvəllüdlü X6 adlı iki övladı olmuşdur. Cavabdehlə aramızda bağlanmış nikah xx xxxxx 2017-ci il tarixində pozulmuşdur. Cavabdehlə nikaha girdikdən sonra cavabdeh, onunla birlikdə özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küç, ev 33, mənzil 49-da yaşamışdır. Cavabdehin həmin mənzilə istifadə hüququ onun iddiası əsasında Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5438/2019 saylı xx xxx 2019-cu il tarixli qətnaməsi ilə tanınmış və mənzilə köçürülməsi qət edilmişdir. Qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6725/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, qüvvədə olan məhkəmə qərarları ilə cavabdehin ona məxsus mənzildən istifadə hüququnun olduğu müəyyən edilib. Buna baxmayaraq, onun cavabdehlə bir mənzildə yaşamağı mümkün deyil və o, konstitusion hüququ olan, özünə məxsus mənzildən istədiyi kimi istifadə etmək istəyir. Cavabdeh ona məxsus mənzilin 1otağından istifadə edir və mənzilin yerləşdiyi inzibati ərazi daxilində, eyni kommunal şəraitə malik 1 otaqlı mənzillərin aylıq kirayə haqqı 250 manat təşkil edir. Yəni, cavabdeh hazırda ona məxsus mənzildə ona xas olmuş şəraitlə müqayisədə davamlı surətdə və müəyyən müddət daxilində oxşar yaşamasını 10 000 manat müqabilində təmin edə bilər (250 manat x 40 ay = 10 000 manat). Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia təmin olunmamışdır. İddiaçı və onun səlahiyyətli nümayəndəsi Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsidən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişlər. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının, şikayətlə razılaşmayraq rədd olunmasını xahiş edən cavabdehin izahatlarını dinləyərək, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmalı, qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməli, X2 iddiaçıya məxsus ünvan 1, mənzil 49-dan istifadə hüququna, 18 000 (on səkkiz min) manat kompensasiya ödənilməklə, xitam verilməli və o, həmin mənzildən məcburi çıxarılmalıdır. Belə ki, Mülki Prosessual Məc-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər arşında rəsmi nikah münasibətləri olmuş, və nikah daxil olduqları vaxtdan ünvan 1, mənzil 49-da yaşamaqla birgə təsərrüfat aparmışlar, xx.xx.2017-ci ildə nikahları ləğv edilmişdir. Nikah ləğv edildikdən sonra qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə X2 ünvan 1 ünvanında yerləşən 49 nömrəli mənzilə köçürülməsi qət edilmişdir. Hazırda cavabdeh iki uşağı ilə birlikdə qeyd edilən ünvanda yaşayır və həmin mənzildən onun istifadə hüquqları yaranmışdır. Hazırkı iş üzrə İddiaçı, Cavabdeh 10000 manat məbləğində kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehə 18000 (on səkkiz min) manat kompensasiya təklif etdiyini bildirərək və bu qaydada iddianın təmin edilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, iddia tələbinin həcminin artırılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxx 2016-cı il tarixli qərarının göstərişinə uyğun olduğundan iddianı bu formada dəyişdirilməlidir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 01/026 saylı arayışdan görünür ki, ünvan 1, mənzil 49-da yaşayan İddiaçı həmin mənzildə Cavabdeh, X7 və X6 ailə tərkibi ilə yaşayır. İş materiallarında olan Bakı nikah evi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZ-İİ seriyalı 474735 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X6 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Bakı nikah evi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli AZ-İ seriyalı 017834 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X7 xx.xx.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası Cavabdehdır. İş materiallarında olan Bakı şəhər Nərimanov Rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın ləğv edilməsi haqqında xx.xx.2017-ci il tarixdə 140 №-li aktla qeydi edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)- 5438/2019 saylı qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-839/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunmuş, yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmişdir. X1 ünvan 1 ünvanında yerləşən 49 nömrəli mənzilə köçürülməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2002-ci il tarixdə verilmiş 000908 №-li orderin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, ünvan 1, mənzil 49-da İddiaçı adınadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşatənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarlarında formalaşan hüquqi mövqeyə görə yaşayış sahəsindən istifadə etmək hüququ Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi ilə müəyyən olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və eyni zamanda Mənzil Məcəlləsində və Mülki Məcəllədə əks olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Mülki Məcəllənin 228.5-ci maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Mülki Məcəllənin 228.5-ci maddəsindən və həmin maddənin rəsmi şərhinə dair Konstitusiya Məhkəməsinin qərarından göründüyü kimi iddiaçı ailə üzvü kimi cavabdehin mülkiyyətində olan mübahisəli mənzilə köçərək orada yaşamaqla onun həmin mənzilə mülkiyyətçi ilə bağlanan yazılı razılaşma olmadan, etibarlı ailə əlaqələri əsasında istifadə hüququ yaranmışdır. Cavabdehin mübahisəli mənzilə istifadə hüququna yalnız mülkiyyətçinin bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Belə olan halda Kollegiya hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqlarına xitam verilməsi Azərbaycan Respublikası MM-nin 228.2-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Belə ki, həmin maddəyə görə, «yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər». Kollegiyanın iclasında təqdim edilmiş Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası “xxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, ünvan 1-də üç otaqlı təmirli mənzillərin təmirindən və mərtəbəsindən asılı olaraq bu günə likvid dəyəri- 140000 (yüz qırx min)-150000 (yüz əlli min) və bir aylıq kirayə haqqı 700 (yeddi yüz)-800 (səkkiz yüz) manat arasında dəyişir. Kollegiyanın iclasında təqdim edilmiş “X10” tərəfindən xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ak.M.Əliyev küçəsi olan ərazidə hal-hazırda yararlı və ya 3 otaqlı boş, əşyasız mənzillərin təmir səviyyəsindən asılı olaraq qiymətləri 350-400 manat arası dəyişir. Kollegiya hesab edir ki, iddiaçının təklif etdiyi 18 000 (on səkkiz min) manat məbləğində kompensasiya cavabdehə davamlı surətdə və bir neçə il ərzində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Kollegiya iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı şikayəti təmin olunmalı, Nərimanov Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020ci il tarnixli qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməli, X2 iddiaçıya məxsus ünvan 1, mənzil 49-dan istifadə hüququna, 18 000 (on səkkiz min) manat kompensasiya ödənilməklə, xitam verilməli və o, həmin mənzildən məcburi çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilslin. İddia tələbi təmin edilsin. X2 iddiaçıya məxsus ünvan 1, mənzil 49-dan istifadə hüququna, 18 000 (on səkkiz min) manat kompensasiya ödənilməklə, xitam verilsin və o, həmin mənzildən məcburi çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4447/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4447/2020
01.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver