Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4449/2021 18.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Elsun Canməmməd oğlu Bəyalıyevin katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-186/2021 saylı, 08 fevral 2021ci il tarixli qətnaməsindən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə və iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmuş “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin iştirakı ilə) “müvafiq sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, sonradan “xxxx” mənzil mülküyyətçilərinin müştərək cəmiyyətini təsis edərək ədliyyə nazirliyində “xxxx”xxxx“Cavabdeh’' MTK tərəfindən mənzilinə dair “iclas protokulundan çıxarış”, “Mənzilin tam dəyərinin ödənilməsinə dair maliyyə arayışı”, “Forma 2”, “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissyasının Aktı” və “Mənzilin texniki pasportunun (sxemini)” ona verməsi barədə üzərinə öhdəliyin qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh-ya Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 65, 1990-cı məhəllədə çoxmərtəbəli yaşayış kompleksinin layihələndirilməsi və tikinti üçün torpaq sahəsi ayrılmışdır. Cavabdeh sonradan “xxxx” mənzil mülküyyətçilərinin müştərək cəmiyyətini təsis edərək ədliyyə nazirliyində “xxxx” adı ilə qeydiyyata alınmışdır. O, 18 fevral 2013-cü ildə Cavabdeh-nın idarə heyətinin sədri X1 ilə, həmin yaşayış kompleksinin tikintisi başa çatdıqdan sonra kompleksin 4-cü binasının 9-cu mərtəbəsində yerləşən və ümumi sahəsi layihə üzrə 139,12 kv.metr təşkil edən 3 otaqlı 60 saylı mənzilin mənə verilməsi üçün müqavilə bağlamışdır. Müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirərək Cavabdehya mənzilin dəyəri olan 97.384 (doxsan yeddi min üç yüz səksən dörd) AZN miqdarında pulu tam şəkildə ödəmişdir. Hal-hazırda həmin mənzili dövlət reysterində qeydiyyata aldıraraq “Çıxarış” almaq istiyir və bunun üçün Daşınmaz Əmlakın Dövlət Reysteri xidmətinə təqdim etməkdən ötrü Cavabdeh-dan “iclas protokulundan çıxarış”, “Mənzilin tam dəyərinin ödənilməsinə dair maliyyə arayışı”, “Forma 2”, “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissyasının Aktı” və “Mənzilin texniki pasportunu (sxemini)” bir neçə dəfə şifahi, 02.03.2020-ci il tarixdə yazılı müraciət edərək istəsə də, müraciəti ümumiyyətlə cavablandırılmamışdır. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativi iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “əlavə inşa edilən qurğuların pay bölgüsü ilə hesablanan dəyəri, binanın saxlanması məqsədilə çəkilmiş xərclər, məhkəmə xərclərinin və gecikdirilmiş müddət üçün hesablanmış gecikdirilmə faizlərinin tutulması tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsinin 30.04.2013-cü il tarixində 18/04-131 saylı Razılaşdırma ilə Layihəyə uyğun əlavə inşa edilən qurğuların (Mərkəzi qazanxana və isti su / istilik enerjisi paylayıcı şəbəkələri) pay bölgüsü ilə hesablanan dəyəri üçün 2.504 AZN məbləğində ödənilməsi barədə, binanın saxlanması məqsədilə çəkilmiş xərclər üçün 3.366,24 AZN ödənilməsi barədə, cavabdehdən Məhkəmə xərclərinin və gecikdirilmiş müddət üçün illik 5% gecikdirilmə faizlərinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativi qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı 28.09.2013-cü ildə Cavabdeh Mənzil-Tikinti Kooperativinə üzvlüklə bağlı müraciət edib və tərəflər arasında həmin tarixdə Müqavilə bağlanıb. Müqavilənin şərtlərinə əsasən, Cavabdeh Payçıya Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 65, 1990-cı məhəllədə yaşayış kompleksinin 4-cü binasının, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 139.12 kv. metr təşkil edən 3 otaqlı. 60 saylı mənzili dəyəri müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra verilməsini və Payçı isə mənzili qəbul etməyi öz öhdələrinə götürürlər. Müqavilə üzrə hər kv. metr üçün 700 USD təyin edilib. Nəzərə çatdırılır ki, layihəyə dəyişiklik edilən zaman, binalar istismara qəbul edilməmiş və mənzillər qazla da təmin olunmurdu. İnşa edilmiş yaşayış kompleksinin layihəsi 30.04.2014 tarixində, qış aylarında bir neçə dəfə elektrik naqillərinin qızması nəticəsində baş verən yanğınlar səbəbindən, dəyişdirilib. Layihənin dəyişməsi nəticəsində mənzil sahiblərinin birgə istifadəsinə mərkəzi qazanxana və isti su/istilik enerjisi paylayıcı şəbəkələri, o cümlədən, təhlükəsizlik avadanlıqları, onların sistemləri, fiberoptik xətlər və s. verilib. Həmin qazanxana və qurulmuş şəbəkələr bu gün də mənzil sahiblərinin birgə istifadəsindədir. Aparılmış hesablamalara görə, mənzil sahiblərinin üzərinə öz paylarına münasibətdə hər kvadrat metr üçün 18 AZN düşür. Həmin məbləğ 139,12 kv. metr üçün 2.504,16 AZN təşkil edir. Cavabdeh payçılara sözügedən qurğuların qurulması məqsədəuyğun, onların təhlükəsizliyinin təmin edilməsi üçün dərhal məlumat verib və payçıları bu barədə əlavə müqavilə bağlamağa dəvət edib. Lakin, İddiaçı tərəfindən heç bir hərəkət görülməyib və tərəllər arasında heç bir müqavilə bağlanmayıb. Bu tipli münasibətlər quasi ex contractu münasibətlər hesab edilir, yəni tərəflər arasında müqavilə olmadığı halda yaranır, lakin, öz xarakterinə və tərkibinə görə müqavilələrdən əmələ gələn öhdəliklərə bərabər tutulur. Özgə işlərinin tapşırıqsız aparılması (negoliorum gestio) - tapşırıq müqaviləsinin analoqu hesab edilir. Bu halda, tapşırıq və heç bir öhdəlik olmadığı təqdirdə, bir şəxs (gestor) digər şəxsin (dominus) hüquqi xarakteri olan işlərini aparmış olur. Birincisi, özgənin marağında tapşırıqsız hərəkətlər o zaman öhdəlik yaradır ki, hərəkət edən şəxs həmin hərəkətləri öz təşəbbüsü ilə və maraqlı şəxsin birbaşa tapşırığı, göstərişi və razılığı olmadan görüb. İkincisi, özgə marağında edilən hərəkətlər müəyyən məqsədlərə nail olmaq üçün yönəlməlidir, misal - şəxsin özünə və ya əmlakına zərərin dəyməsinin qarşısını almaq üçün. Üçüncüsü, edilən hərəkətlər maraqlı şəxsin aşkar xeyirinə və ağlabatan olmalıdır, vicdanla və diqqətlə həyata keçirilməlidir. Bildirirlər ki, MTK tərəfindən görülmüş işlər, gələcəkdə yanğınların qarşısını almaq, sakinlərin və onların əmlakının təhlükəsizliyini təmin etmək üçün görülmüşdür. MTK iddiasında ancaq çəkilmiş xərclərin ödənilməsini tələb edir. Bir daha qeyd edilir ki, görülmüş işlər, Fazil Məmmədovun mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlir, ondan ötrü ki, o, bu günə kimi heç bir etirazla çıxış etməyib və görülən işləri bu gün də istifadə etdiyi üçün, bəyənib. Cavabdeh, qanunun tələbinə əsasən, yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının 50%-dən çoxuna mülkiyyət hüququ alındıqda ləğv edilir və ya MMC-yə çevrilməsi barədə qərar qəbul edir. Hal-hazırda inşa edilmiş binalarda nəzərdə tutulan 50% sahəyə mülkiyyət hüququ alınmadığından, MTK kommunal məsələlərlə bağlı da müəyyən işlər görür. Kommunal işlər deyildikdə dəhlizlərin işıqlandırılması, soyuq suyun yuxarı mərtəbələrə vurulması üçün nasosxananın işinin təmin olunması, liftlərin işlək vəziyyətdə saxlanması, təhlükəsizik tədbirlərinin və digər işlərin görülməsi nəzərdə tutulur. Bu həcmdə olan işlərin görülməsi üçün MTK hesablama aparmışdır və müəyyən etmişdir ki, bu xərclər yaşayış olmayan mənzil sahələrinə hər kvadrat metr üçün 0,30 AZN və yaşayış olan mənzil sahələrinə 0,40 AZN təşkil edir. Nəzərə alanda ki, cavabdeh 01.11.2014-01.09.2018 tarixlərində həmin mənzildə yaşamadığından, bu məbləğ aylıq olaraq istifadə etdiyi sahə üçün ümumi olaraq 1.920 AZN və 01.09.2018-01.06.2020 tarixlərində həmin mənzildə yaşadığından, bu məbləğ 1.169 AZN təşkil edir. Binanın saxlanması məqsədilə 01.06.2020-01.10.2020 tarixlərində çəkilmiş xərclər üçün isə 278,24 AZN təşkil edir. Kommunal xərclərin ödənilməsi ilə bağlı bildirilir ki, tərəflər arasında bağlanmış müqavilənin 1. Tikilmiş qazanxananın və ora daxil olan qurğuların alınmasına çəkilmiş xərcin və üzərinizə düşən 2.504 AZN; 2. Binanın saxlanması məqsədilə 01.11.2014-01.06.2020 tarixlərində çəkilmiş xərclər üçün 3.088 AZN, 3. Binanın saxlanması məqsədilə 01.06.2020-01.10.2020 tarixlərində çəkilmiş xərclər üçün isə 278,24 AZN ümumilikdə isə cavabdehin Cavabdeh MTK-ya 5.870,24 AZN miqdarında olan borcunun ödənilməsi barədə pretenziya məktubu da göndərilib, lakin cavabdeh tərəfindən ona məhəl qoyulmayıb. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə qarşılıqlı iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək, cavabdehdən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar olaraq, müqavilənin qazanxana, avadanlıq və şəbəkələrin qurulması ilə əlaqədar olaraq əlavə hər kvadrat metr üçün 18 AZN hesablanması üçün müqavilənin dəyişdirilməsi barədə və Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsinin 30.04.2013 tarixində 18/04-131 saylı Razılaşdırma ilə Layihəyə uyğun əlavə inşa edilən qurğuların (Mərkəzi qazanxana və isti su/istilik enerjisi paylayıcı şəbəkələri) pay-bölgüsü ilə hesablanan dəyəri üçün 2.504 AZN məbləğində ödənilməsi barədə; cavabdehdən binanın saxlanması məqsədilə çəkilmiş xərclər üçün 3.366,24 AZN ödənilməsi barədə, cavabdehdən 30 manat dövlət rüsumunun (məhkəmə xərclərinin) və gecikdirilmiş müddət üçün illik 5% hesablamaqla 01.11.2014-01.08.2018 tarixləri üçün 358,40 AZN və 01.09.201801.12.2019 tarixləri üçün 33,30 AZN gecikdirilmə faizlərinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-186/2021 saylı, 08 fevral 2021ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməsi, Cavabdeh Mənzil-Tikinti Kooperativi tərəfindən “iclas protokulundan çıxarış”ın, “mənzilin tam dəyərinin ödənilməsinə dair maliyyə arayışı”nın, “Forma 2” arayışının, “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyası aktı”nın və “mənzilin texniki pasportu (sxemi)”nin İddiaçı verilməsi öhdəliyinin Cavabdeh Mənzil-Tikinti Kooperativinin üzərinə qoyulması, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, İddiaçı 1.906,38 manat məbləğində kommunal borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh Mənzil-Tikinti Kooperativinin xeyrinə tutulması, qarşılıqlı iddia ərizəsinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinin nümnayəndəsi Nümayəndə oğıu və iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil ayrı-ayrılıqda apelyasiya şikayətləri vermişlər. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh-nın nümnayəndəsi Nümayəndə apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, inşa edilmiş yaşayış kompleksinin layihəsi 30.04.2014 tarixində dəyişdirilmiş və layihənin dəyişməsi nəticəsində mənzil sahiblərinin birgə istifadəsinə mərkəzi qazanxana və isti su/istilik enerjisi paylayıcı şəbəkələri verilmişdir. Layihəyə dəyişiklik edilən zaman, binalar istismara qəbul edilməmişdi və mənzillər qazla təmin olunmurdu. Bu isə qış aylarında bir neçə dəfə yanğın baş verməsinə gətirib çıxarırdı. Həmin qazanxana və qurulmuş şəbəkələr bu gün də mənzil sahiblərinin birgə istifadəsindədir. Aparılmış hesablamalara görə, mənzil sahiblərinin üzərinə öz paylarına münasibətdə hər kvadrat metr üçün 18 AZN düşür. Həmin məbləğ 139.12 kv. metr üçün 2.504,16 AZN təşkil edir. Məhkəməyə yazılı şəkildə bildirilmişdi ki, MTK 2014-cü ildə istilik sistemi, internet, TV, binaya daxilolma, telefon və videogörüntü avadanlığının alınması və quraşdırılması üçün 720.000 AZN xərcləyib. Hesablamaya əsasən, payçıların üzərinə hər kv. m. üçün 18 AZN düşür. Cavabdeh payçılara sözügedən qurğuların qurulmasını məqsədəuyğun, payçıların və onların əmlakının təhlükəsizliyini təmin edilməsi üçün dərhal məlumat verib və payçıları bu barədə əlavə müqavilə bağlamağa dəvət edib. Sakinlərin əksəriyyəti bu barədə müqavilə bağlasa da, İddiaçı tərəfindən heç bir hərəkət görülməyib və tərəflər arasında heç bir müqavilə bağlanmayıb. Sözügedən qurğular və avadanlıq qurularkən, payçı tərəfindən heç bir etiraz bildirilməyib, əksinə, İddiaçı bu gün də həmin qurğulardan istifadə edir və faydalanır. İddiaçı bildirilir ki, yuxarıda göstərilən avadanlıq və qurğular müqavilədə nəzərdə tutulmayıb və buna görə də onun MTK qarşısında heç bir öhdəliyi yoxdur və bununla bağlı payçıların razılığı olmayıb. Lakin, payçıların əksəriyyəti öz paylarına uyğun olaraq ödənişlər ediblər. İddiaçı bildirib ki, alqı-satqı zamanı həmin qurğular artıq inşa edilib və qurulub, bu isə ona görə səhvdir ki, tərəfər müqaviləni 18.02.2013 tarixində bağlayıb, lakin sözügedən qurğular və avadanlıqlar, layihə 30.04.2014 tarixində təsdiq olunduqdan sonra, 15.11.2014 tarixində inşa edilərək istifadəyə verilib. Məhkəmə hesab edib ki, mənzil İddiaçı faktiki sahibliyində və istifadəsində olduğundan, onun qeyd edilən mənzil ilə bağlı mülkiyyət hüququ ilə bağlı gözləntisi vardır. Məhkəmənin bu fikri Mülki Məcəllənin 386-cı maddəsinə uyğun deyil. MTK iddiasında ancaq çəkilmiş xərclərin ödənilməsini tələb edir. Tərəflərin müqaviləsi olmadığı təqdirdə qanunda mövcud olan özgə işlərini tapşırıqsız aparma əsası ciddi hüquqi əsasdır. Qarşılıqlı iddiada Cavabdeh geciktirilmiş müddət üçün illik 5% gecikdirilmə faizlərinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qarşılıqlı iddia ərizəsinin “məhkəmə xərclərinin və gecikdirilmiş müddət üçün illik 5% gecikdirilmə faizlərinin tutulması” ilə bağlı hissəsi ilə də heç bir hüquqi əsasa söykənmədiyindən müvafiq qarşılıqlı iddia ərizəsi həmin hissədə də təmin edilməməlidir. Mülki Məcəllənin 439.3-cü maddəsinə görə qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 186/2021 saylı, 08 fevral 2021-ci il tarixli qətnaməsinin müvafiq hissədə ləğv edilməsi, ilkin iddianın borcun olması səbəbindən təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, iş üzrə əlavə inşa edilən qurğuların pay bölgüsü ilə hesablanan dəyəri üçün 2.504,16 AZN məbləğində ödənilməsi barədə və geciktirilmiş müddət üçün, yəni 200,16 AZN gecikdirilmə faizlərinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, yeni qurğu yəni qazanxana və istilik sistemi quraşdırılması müqavilə bağlanan zaman qarşı tərəf artıq istilik sistemi quraşdırmışdır. Həmin vaxt müqavilə bağlanan zaman və ondan sorakı müddətdə hər hansı razılaşma və ya ödəniş tələbləri olmamışdır. Bundan başqa, MTK İddiaçı 2014-cü ildən hazıradək kommunal ödənişləri tələb edir, halbuki onun həmin mənzildə yaşamağı bir ildən çox müddət deyildir. Cavabdeh-nın məhkəməyə təqdim etdiyi sənədlər sırasında kooperativin daxili kommunal xərclərinə daxil olanlar sadalanmışdır. Belə ki, onlara elektrik enerjisinin dəyəri - dəhlizlərin və həyətin işıqlandırılması, soyuq suyun yuxarı mərtəbələrə vurulması, liftlərin və ventilyasiya sisteminin işləməsi, televiziya, internet və binalara daxil olma şəbəkələrinin işləməsi, yanğından mühafizə sisteminin işləməsi; soyuq suyun dəyəri daxili dəhlizlərin və pilləkən zolaqlarının təmizlənməsi; servis xidmətlərinin dəyəri - soyuq su nasosxanasının avadanlığının, liftlərin, ventilyasiya qurğularının və yanğından mühafizə qurğularının, şəbəkə avadanlıqlarının (soyuq su, elektrik enerjisi, video müşahidə, TV, internet, binaya daxil olma və yanğından mühafizə) işlək vəziyyətdə saxlanılması və məişət tullantılarının aparılması; sıradan çıxmış avadanlıqların və ehtiyat hissələrinin yenilərinin alınma dəyəri; təhlükəsizlik tədbirlərinin dəyəri - video müşahidənin aparılması, binalara və həyətə şəxslərin və nəqliyyat vasitələrinin daxil olmasının nəzarəti; amortizasiya xərcləri; yuxarıda qeyd edilən tədbirlərin təmin olunmasında iştirak edən işçilərin (kommendant, mühafizəçilər, elektrik, santexnik, şəbəkə bələdçisi, xadimələr və təmizlik işçiləri) əmək haqları və onlara hesablanan sosial ödənişlər daxildir. Cavabdeh-nın qarşılıqlı iddia ərizəsinin İddiaçı əlavə inşa edilən qurğuların (mərkəzi qazanxana və isti su/istilik enerjisi paylayıcı şəbəkələri) pay bölgüsü ilə hesablanan dəyəri üçün 2.504 manat məbləğində pul vəsaitinin tutulması” hissəsi ilə bağlı qeyd edirik ki, qarşılıqlı iddia ərizəsi həmin hissədə təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış 28.09.2013-cü il tarixli müqavilənin məzmununda belə bir öhdəlik nəzərdə tutulmamışdır və bu baxımdan həmin məbləğin tutulmasının heç bir hüquqi əsası yoxdur. MTK ilə İddiaçı arasında hər hansı müqavilə yoxdur ki, kommunal xidmətlər göstərəcək və ya o MTK-ya kommunal ödənişi etməlidir. Mənzil Məcəlləsinin 43-cü maddəsinə əsasən yalnız çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən verilən qərarların siyahısı göstərilmişdir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır və həmin məcəllənin 43.2.1-ci maddəsinə əsasən çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək yalnız ümümi yığıncağın səlahiyyətindədir. Həmçinin çoxmənzilli yaşayış binasının idarəetmə formasını, yığılacaq komunal xərclərin miqdarı və qaydasını müəyyən etmək ümumi yığıncağının səlahiyyətindədir. Həmin məcəllənin 44-cü maddəsində isə ümumi yığıncağın çağrılma və keçirilmə qaydaları müəyyən edilir. Belə ki, Mənzil Məcəlləsinin 44.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir, 44.4-cü maddəsinə əsasən isə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Göstərilən müddət ərzində çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə məlumat həmin binanın sahə mülkiyyətçilərinin hər birinə sifarişli məktubla (həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə bu məlumatın göndərilməsinin digər üsulu müəyyən edilməyibsə) və ya binanın sahə mülkiyyətçilərinin hər birinə imza ilə əlbəəl verilməlidir. Bu barədə isə ona hər hansı bir məlumat verilməmiş, ümumi yığıncaq keçirilməyərək Cavabdeh tərəfindən bir tərəfli qaydada qərar qəbul edilmişdir. 44.5-ci maddəyə əsasən isə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi haqqında məlumatda aşağıdakılar göstərilməlidir: yığıncağın çağırılması təşəbbüsünü irəli sürmüş şəxs barədə məlumat; yığıncağın keçirilməsi forması (iclas və ya qiyabi səsvermə); yığıncağın keçiriləcəyi tarix, yer və vaxt, yığıncaq qiyabi səsvermə yolu ilə keçirilirsə, səsverməyə qoyulmuş məsələlər üzrə mülkiyyətçilərin qərarının qəbulunun başa çatması tarixi və bu qərarın verilməli olduğu yer və ya ünvan; yığıncağın gündəliyi; yığıncaqda təqdim ediləcək məlumat və (və ya) materiallarla tanış olmaq qaydası və onlarla tanış olmaq yeri və ya ünvanı. Bundan başqa tələb olunan iddia üzrə iddia müddəti də ötürülmüşdür. Hazırki qarşılıqlı iddia ərizəsi üzrə mübahisənin vaxtaşırı icra edilməli öhdəliklərdən yaranan mübahisə olduğunu, belə mübahisələrə Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddətinin tətbiq edildiyini nəzərə alıb, iddia müddətinin axımı başladığı tarixdən 3 (üç) il ərzində qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən öhdəliyin icrası tələb edilmədiyindən, iddia müddətinin tətbiqi barədə müraciətini nəzərə alaraq iddia müddəti tətbiq edilməlidir. Apelyasiya şikayətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 186/2021 saylı, 08 fevral 2021-ci il tarixli qətnaməsi ilə qarşılıqlı iddia ərizəsinin qismən təmin edilərək, İddiaçı 1.906,38 manat məbləğində kommunal borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh Mənzil-Tikinti Kooperativinin xeyrinə tutulması hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, İddiaçı və Cavabdeh-nın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil verdiyi apelyasiya şikayətini müdafiə etdiyini, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh-nın nümnayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı isə etiraz etdiyini bildirdi, ilk iddia ərizəsində göstərilənlərə və verdiyi apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, verdiyi apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-186/2021 saylı, 08 fevral 2021-ci il tarixli qətnaməsi ilə qarşılıqlı iddia ərizəsinin qismən təmin edilərək, İddiaçı 1906,38 manat məbləğində kommunal borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh Mənzil-Tikinti Kooperativinin xeyrinə tutulması hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə də rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh-nın nümnayəndəsi Nümayəndə və iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətlərində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldıqlarını bildirərək qətnamənin qismən ləğv edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişlər. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni mübahisələndirilən hissədə yоxlanılmalıdır. Məhkəmə kollegiyası iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh-nin nümnayəndəsi Nümayəndə apelyasiya şikayəti təmin edilməməli, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayəti təmin edilməli, qətnamə “İddiaçı 1.906,38 manat məbləğində kommunal borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh Mənzil-Tikinti Kooperativinin xeyrinə tutulması” hissəsində ləğv edilməklə, qarşılıqlı iddia tələbi həmin hissədə də təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Cavabdeh Mənzil-Tikinti Kooperativi-kooperativ ilə payçı -İddiaçı arasında bağlanmış 28 sentyabr 2013-cü il tarixli müqavilənin surətindən və məzmunundan görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 52 nömrəli 04 mart 2005ci il tarixli sərəncamı ilə Cavabdeh Mənzil-Tikinti Kooperativinə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 65, 1990-cı məhəllədə çoxmərtəbəli yaşayış kompleksinin layihələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Bu ünvanda tikiləçək çoxmərtəbəli yaşayış binasının tikintisi Cavabdeh-nin üzvlərinin vəsaitləri hesabına həyata keçiriləcək və bu vəsaitlərin həcmini təşkil edən məbləğə uyğun kooperativ üzvlərinə mənzillər verilməlidir (1.1-ci bənd). Müqavilənin 1.1-ci bəndində göstərilənə əsaslanaraq, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 65, 1990-cı məhəllədə yaşayış kompleksinin tikintisi başa çatdıqdan sonra həmin kompleksin 4 binanın, 9-cu mərtəbəsində yerləşən və ümumi sahəsi layihə üzrə 139,12 kv.metr ləşkil edən 3 otaqlı 60 nömrəli mənzili kooperativ payçıya (mənzil tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, payçı isə həmin mənzili qəbul etməyə öz öhdələrini götürmüşlər (1.2-ci bənd). Təhvil veriləcək 1 ədəd 3 otaqlı mənzilin ümumi sahəsinin ölçüsü 139,12 kv.metr təşkil edir və faktiki dəyəri 97.384 (doxsan yeddi min üç yüz səksən dörd) ABŞ dolları məbləğində müəyyən edilmişdir. Hər 1 (bir) kv.metr 700 (yeddi yüz) ABŞ dolları qiymət layihə-smeta sənədlərinə uyğun müəyyən edilmişdir (5.1-ci bənd). Payçı tikinti başladığı tarixdən bu müqavilənin 1.2-ci bəndində göstərilmiş mənzilin ümumi dəyərinin 100% təşkil edən 97.384 (doxsan yeddi min üç yüz səksən dörd) ABŞ dolları məbləğində vəsait ilk ödənişi kooperativin xəzinəsinə ödəmişdir (5.2-ci bənd). İş matеriallarında olan, Cavabdeh Mənzil-Tikinti Kooperativinin 28 sentyabr 2013-cü il tarixli 951 nömrəli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 65, 1990-cı məhəllədə tikilən çoxmərtəbəli yaşayış kompleksi Cavabdeh-nə məxsusdur. Bu kompleksin 4 nömrəli binasının, 9-cu mərtəbəsində yerləşən və ümumi sahəsi layihə üzrə 139,12 kv.metr təşkil edən 60 nömrəli mənzilin tam dəyəri İddiaçı tərəfindən Cavabdeh-nın xəzinəsinə ödənilmişdir; İş matеriallarında olan, Cavabdeh-nın İddiaçı ünvanladığı 07 iyul 2020-ci il tarixli pretenziya məktubunun məzmunundan görünür ki, payçı İddiaçı 18 fevral 2013-cü il tarixdə Cavabdeh-nə üzvlüklə bağlı müraciət edib və tərəflər arasında həmin tarixdə müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən, Cavabdeh payçıya Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 65, 1990-cı məhəllədə yaşayış kompleksinin 4-cü binasının, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 139,12 kv.metr təşkil edən 3 otaqlı, 60 nömrəli mənzili dəyərini müəyyən edilmiş həcmdə və qaydada ödədikdən sonra verilməsini və payçı isə mənzili qəbul etməyi öz öhdələrinə götürmüşlər. Müqavilə üzrə hər kv.metr üçün 700 USD məbləğində təyin edilmişdir. Qeyd edildiyi kimi, payçı Cavabdeh-nın üzvüdür. İnşa edilmiş yaşayış kompleksinin layihəsi 30 aprel 2014-cü il tarixdə dəyişdirilmişdir. Layihənin dəyişməsi nəticəsində mənzil sahiblərinin birgə istifadəsinə mərkəzi qazanxana və isti su/istilik enerjisi paylayıcı şəbəkələri verilmişdir. Nəzərə almaq lazımdır ki, layihəyə dəyişiklik edilən zaman, binalar istismara qəbul edilməmişdir və mənzillər qazla təmin olunmurdu. Bu isə qış aylarında bir neçə dəfə yanğın baş verməsinə gətirib çıxarırdı. Həmin qazanxana və qurulmuş şəbəkələr bu gün də mənzil sahiblərinin birgə istifadəsindədir. Aparılmış hesablamalara görə, mənzil sahiblərinin üzərinə hər kvadrat metr üçün 18 (on səkkiz) manat məbləğində pul vəsaiti düşür. Həmin məbləğ 139,12 kv.metr üçün 2.504,16 manat təşkil edir. Cavabdeh qanunun tələbinə əsasən, yaşayış və qeyriyaşayış sahələrinin ümumi sayının 50% çoxuna mülkiyyət hüququ alındıqda ləğv edilir və ya Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edir. Hal-hazırda inşa edilmiş binalarda nəzərdə tutulan 50% sahəyə mülkiyyət hüququ alınmadığından, Mənzil-Tikinti Kooperativi kommunal məsələlərlə bağlı da müəyyən işlər görür. Kommunal işlər deyildikdə dəhlizlərin işıqlandırılması, soyuq suyun yuxarı mərtəbələrə vurulması üçün nasosxananın işinin təmin olunması, liftlərin işlək vəziyyətdə saxlanması, təhlükəsizik tədbirlərinin və digər işlərin görülməsi nəzərdə tutulur. Bu həcmdə olan işlərin görülməsi üçün Mənzil-Tikinti Kooperativi hesablama aparmışdır və müəyyən etmişdir ki, bu xərclər yaşayış olmayan mənzil sahələrinə hər kvadrat metr üçün 0,30 (otuz qəpik) manat və yaşayış olan mənzil sahələrinə 0,40 (qırx qəpik) manat təşkil edir. Nəzərə alsına ki, payçı 01.11.2014-01.09.2018-ci tarixlərində həmin mənzildə yaşamadığından, bu məbləğ aylıq olaraq istifadə etdiyi sahə üçün ümumi olaraq 1.920 manat və 01.09.2018-01.06.2020-ci il tarixlərində həmin mənzildə yaşadığından, bu məbləğ 1.169 manat təşkil edir. Hal-hazırda, payçının Cavabdeh-ya kommunal xidmətlərlə bağlı 3.088 manat məbləğində borcu vardır. Bununla bağlı olaraq, tikilmiş qazanxananın və ora daxil olan qurğuların alınmasına çəkilmiş xərcin və onun üzərinə düşən 2.504,16 manat, binanın saxlanması məqsədilə çəkilmiş xərclər üçün 3.088 manat olmaqla, ümumilikdə Cavabdeh-ya 5.592,16 manat məbləğində olan borcunu 1 (bir) həftə ərzində ödənilməsi xahiş olunmuşdur. Hazırki pretenziya məktubuna 1 (bir) həftə ərzində cavab verilmədikdə və ya tələb yerinə yetirilmədikdə və bu halın davam edəcəyi təqdirdə müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 65, 1990-cı məhəllədə yaşayış kompleksinin 4-cü binasının, 9-cu mərtəbəsində yerləşən ümumi sahəsi 139,12 kv.metr təşkil edən 3 otaqlı, 60 nömrəli mənzil İddiaçı faktiki sahibliyində və istifadəsindədir. Cavabdeh Mənzil-Tikinti Kooperativikooperativ ilə İddiaçı-payçı arasında bağlanmış 28.09.2013-cü il tarixli müqavilənin 3.2-ci maddəsinin c bəndinə əsasən payçı tikintisi başa çatdıqdan sonra tikiləcək bina kooperativin balansına alınan tarixdən etibarən payçıya ayrılmış mənzilin və binanın ümumi sahəsində onu payına düşən hissəsinə proporsional olaraq idarəçiliyə götürən və sakinlərə xidmət göstərən müəssisəyə kommunal istismar və xidmət xərclərinin (ilk dəfə 12 ay qabaqcadan) vaxtlivaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh Mənzil- Tikinti Kooperativinin 28 sentyabr 2013-cü il tarixli 951 nömrəli maliyyə arayışına əsasən Cavabdeh Mənzil-Tikinti Kooperativinə məxsus kompleksin 4 nömrəli binasının, 9-cu mərtəbəsində yerləşən və ümumi sahəsi layihə üzrə 139,12 kv.metr təşkil edən 60 nömrəli mənzilin tam dəyəri İddiaçı tərəfindən Cavabdeh Mənzil-Tikinti Kooperativinin xəzinəsinə ödənilmişdir. Hazırda ilkin iddia üzrə İddiaçı mübahisəli mənzili dövlət reyestrində qeydiyyata aldırmaq üçün zəruri olan sənədləri Cavabdeh Mənzil-Tikinti Kooperativindən ona təqdim edilməsini xahiş edir, qarşılıqlı iddia üzrə iddiaçı isə əlavə inşa edilən qurğulara görə pay bölgüsü ilə hesablanan 2504 manat məbləğindən pulun, habelə binanın saxlanması məqsədilə çəkilmiş xərclərin, məhkəmə xərclərinin və gecikdirilmiş müddət üçün illik 5%-in tutulmasını xahiş edir İddiaçı cavabdeh tərəfin müqavilə üzrə dəyərini tam ödədiyi mənzilə dair “iclas protokulundan çıxarış” “mənzilin tam dəyərinin ödənilməsinə dair maliyyə arayışı”, “Forma 2”, “Tikintisi başa çatmış obyektin İstismara qəbul edilməsi haqda dövlət qəbul komissyasının aktı” və “mənzilin texniki pasportunu (sxemini)” ona verməməsini mübahisələndirir, cavabdeh isə qarşılıqlı iddia ərizəsini tərəflər arasında bağlanmış qeyd edilən müqavilə üzrə iddiaçı şəxsin hələ də müvafiq məbləğdə kommunal və digər borcunun olması ilə əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq iddiaçının hazırki iş üzrə tələbi də müqavilə hüququ çərçivəsində dəyərləndirilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh-nın nümnayəndəsi Nümayəndə apelyasiya şikayətinin iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı borcunun olması səbəbindən, qətnamənin iddianın təmin edilən hissədə ləğv edilməsinə dair dəlilləri əsassızdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən ilkin iddianın təmin edilməsi barədə gəlinən nəticə əsaslı və qanunidir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinin “İddiaçı Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 30.04.2013-cü il tarixində 18/04- 131 nömrəli razılaşdırma ilə layihəyə uyğun əlavə inşa edilən qurğuların (mərkəzi qazanxana və su istilik enerjisi paylayıcı şəbəkələri) pay bölgüsü ilə hesablanan dəyəri üçün 2504 manat məbləğində pul vəsaitinin tutulması” hissəsi ilə bağlı iddia tələbinin rədd edilməsi barədə nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 28 sentyabr 2013-cü il tarixli müqavilənin məzmununda belə bir öhdəlik nəzərdə tutulmadığından həmin məbləğin tutulmasının heç bir hüquqi əsası yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbinin həmin hissəsi ilə bağlı gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, tərəflər arasında müəyyən hüquq münasibətləri mövcud olmuşdur. Qarşılıqlı iddiaçı tələbində 30.04.2013-cü il tarixli razılaşdırmaya istinad etsə də, tərəflər arasında müqavilə bundan sonra 28 sentyabr 2013-cü il tarixdə başlanmışdır və həmin müqavilədə iddiaçının üzərinə belə öhdəlik qoyulmamışdır. Bu baxımdan kollegiya qarşılıqlı iddiaçının apelyasiya şikayətinin həmin dəlilləri əsassız hesab edir. Məhkəmə kollegiyası qarşılıqlı iddianın “İddiaçı binanın saxlanılması məqsədilə çəkilmiş xərclər üçün 3.366,24 manat məbləğində pul vəsaitinin tutulması” hissəsi ilə bağlı məhkəmənin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbinin qeyd edilən hissəsi ilə bağlı hesab etmişdir ki, mübahisənin vaxtaşırı icra edilməli öhdəliklərdən yaranan mübahisə olduğunu, belə mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddətinin tətbiq edildiyini nəzərə alıb belə qənaətə gəlir ki, iddia müddətinin axımı başladığı tarixdən 3 (üç) il ərzində qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən öhdəliyin icrası tələb edilmədiyindən, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı tərəfindən iddia müddətinin tətbiqi barədə ərizəsi əsaslı hesab edilməli, onun ərizəsi əsasında 01 noyabr 2014 - 01 oktyabr 2017-ci il tarixlərində hesablanmış 1.460,9 manat məbləğində pul vəsaiti (35 ay x 41,74 = 1460,9) ilə bağlı qarşılıqlı iddia ərizəsinin müvafiq hissəsinə (belə ki, qarşılıqlı iddia ərizəsi 09 oktyabr 2020-ci il tarixdə verilmiş və bununla da üç illik iddia müddəti kooperativ tərəfindən ötürülmüşdür) iddia müddəti tətbiq edilməklə qarşılıqlı iddia ərizəsi həmin hissədə də rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsinin “01 oktyabr 2017 - 01 sentyabr 2018-ci il tarixlərində həmin mənzildə yaşamadığından 459,14 manat məbləğində (11 ay x 41,74 = 459,14), 01 sentyabr 2018 - 01 iyun 2020-ci il tarixlərində həmin mənzildə yaşadığından, həmin müddət üçün hesablanmış 1.169 manat məbləğində və 01.06.2020-01.10.2020-ci il tarixlərində 278,24 manat məbləğində pul vəsaitinin İddiaçı tutulması” hissəsi ilə bağlı qeyd etmişdir ki, İddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinin xeyrinə 1.906,38 manat kommunal borc tutulmalıdır. Həmin qətnamə ilə razılaşmayan ilkin iddiaçı verdiyi apelyasiya şikayətində qeyd etmişdir ki, Mənzil Tikinti Kooperativi ilə onun arasında kommunal xidmətlər göstərilməsi və buna görə ödəniş etməli olması barədə müqavilə mövcud deyildir və cavabdehin ondan kommunal ödənişlər tələb etməsinin qanuni əsası yoxdur. Məhkəmə kollegiyası ilkin İddiaçı qarşılıqlı iddianın qeyd edilən hissəsi ilə əlaqədar apelyasiya şikayətinin əsas dəlilinin məhz kommunal xidmətlərə görə xidmət haqqının ödənilməsinin tələb edilməsinin mənzil qanunvericiliyinə uyğun həyata keçirilməməsi ilə bağlı olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 29 dekabr 2015ci il tarixli Qərarında göstərdiyi hüquqi mövqeyi diqqətə çatdırılmasını zəruri hesab edir. Həmin Qərarda qeyd edilmişdir ki, “Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra - mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır (Mənzil Məcəlləsinin 1.1-ci maddəsi). Mənzil Məcəlləsinin 2.1-ci maddəsində mənzil hüquqlarının əsasları müəyyən edilmişdir. Həmin maddəyə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən, yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 17.2-ci maddəsinə görə, Azərbaycan Respublikasında mənzil fondunu mülkiyyət formasına görə özəl, dövlət və bələdiyyə mənzil fondu təşkil edir. Yaşayış fondunun saxlanması və ondan istifadə edilməsi mənzil hüququnun tərkib hissəsidir. Mənzil Məcəlləsinin 6-cı maddəsi müəyyən edir ki, çoxmənzilli binaların idarə edilməsi (maddə 6.0.8.); mənzil-tikinti kooperativlərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması və fəaliyyəti, onların üzvlərinin hüquq və vəzifələri (maddə 6.0.9.); kommunal xidmətlərin göstərilməsi (maddə 6.0.10.); yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi (maddə 6.0.11.) və digər münasibətlər mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdir. Mənzil Məcəlləsinin 10.0.2-ci maddəsi ilə yaşayış sahələrinə, onların yararlı vəziyyətdə saxlanılmasına, çoxmənzilli binalarda ümumi mülkiyyətin qorunması və yararlı vəziyyətdə saxlanılmasına dair tələblər müəyyən etmək dövlətin vəzifələrinə aid edilmişdir. Mənzil Məcəlləsinin 18-ci maddəsinin tələblərinə görə mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. Digər tərəfdən, özəl fonda aid çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmət şərtlərinin keyfiyyətcə yaxşılaşdırılmasında və xidmət xərclərinin müəyyən edilməsində azaddırlar. “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli Qərarının 3-cü bəndinin “b” yarımbəndinə əsasən, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərin şirkətləri, digər birlikləri) ilə yalnız müqavilə əsasında bu evlərə (mənzillərə) xidmət göstərə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Bakı şəhər icra hakimiyyəti başçısının “Mənzil xidməti tariflərinin tənzimlənməsi haqqında” 1999-cu il 5 oktyabr tarixli 961 nömrəli sərəncamı barədə” 02 mart 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, tam özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçilərinin evə xidmət və onun təmiri üçün müstəqil surətdə təşkilatlar, o cümlədən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları, kooperativlər, xüsusi firmalar və başqa təsərrüfatçılıq subyektləri seçməyə ixtiyarı vardır. Beləliklə, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdr ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Öz növbəsində həmin Məcəllənin 142.1-ci maddəsi imperativ qaydada göstərir ki, çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanmalıdır. Qeyd olunan maddədə bu müqaviləyə dair tələblər də göstərilmişdir. Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. Həmin maddədə çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulur: binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi; mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilməsi; idarəedici təşkilat tərəfindən idarə edilməsi. Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. (Mənzil Məcəlləsinin 141.3-cü maddəsi). Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. Çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Mənzil Məcəlləsinin 119.1-ci maddəsində qeyd edilir ki, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Məcəllənin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Mənzil Məcəlləsinin 137.5-ci maddəsində qeyd edilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. İcrası məcburi olan qərarlar, yalnız çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. Mənzil Məcəlləsinin 138.4-cü maddəsində göstərilir ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin Mənzil Məcəlləsinin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir. Digər tərəfdən, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti, hətta çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı təbii inhisarda olan malların təminatı ilə (qaz, elektrik, su və s.) bağlı kommunal xidmətlərin satış qiymətini müəyyən etmək səlahiyyətində deyildirlər. Qeyd edilən mallar “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.4-cü maddəsinə əsasən, yalnız müvafiq icra hakimiyyəti orqanı (Tarif Şurası) tərəfindən müəyyən edilə bilər. Bu səlahiyyət Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 saylı Fərmanı ilə təsdiq olunan Tarif Şurası haqqında Əsasnamədə öz əksini tapmışdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2005-ci il tarixli 178 saylı qərarı ilə “Qiymətləri dövlət tərəfindən təsdiq olunan malların, işlərin, xidmətlərin Siyahısı” təsdiq olunmuşdur. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, təbii inhisar şəraitində əmtəə istehsalı (satışı) ilə məşğul olan təsərrüfat subyekti təbii inhisar subyektidir. Həmin Qanunun 11.1.4-cü maddəsində isə Tarif Şurası tərəfindən müəyyənləşdirilən qiymətləri (tarifləri) dəyişdirən subyektlərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Beləliklə, dövlət inhisarında olan mallarla bağlı göstərilən kommunal xidmətlərin qiyməti yalnız dövlət tərəfindən müəyyən edilir və göstərilən bu cür kommunal xidmətlərin həcmi müvafiq sayğacla hesablanır. Bu cür kommunal xidmətlər çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan sahələrinə göstərildikdə (dəhlizin işıqlandırılması və s.), bununla bağlı kommunal ödənişlər həmin ümumi sahənin istifadəçiləri (çoxmənzilli binada mənzillərin mülkiyyətçiləri) tərəfindən həyata keçirilir. Həmin kommunal xidmətlərə görə ödənişlər binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyətdəki paylarına mütənasib olaraq ödənilir (Mənzil Məcəlləsinin 36.1, 38.2, 140.1-ci maddələri).” Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin həmin qərarındakı hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, cavabdeh iddiaçı ilə Mənzil Məcəlləsinin tələblərinə uyğun müqavilə bağlamadığından, kommunal xidmətlərin ödənilməsi ilə bağlı hazırki tələbinin hüquqi əsası yoxdur və həmin hissədə iddia tələbi təmin edilə bilməz. Lakin birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsinin qeyd edilən qərarına istinad etsə də, həmin Qərarda göstərilənləri və Mənzil Məcəlləsinin tələblərini hazırki mübahisəyə düzgün tətbiq etməmişdir. Ona görə də kollegiya hesab edir ki, qətnamə həmin hissədə ləğv edilməklə, iddia rədd edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, qarşılıqlı iddia ərizəsinin “gecikdirilmiş müddət üçün illik 5% gicikdirilmə faizlərinin tutulması” ilə bağlı hissədə də təmin edilməsi üçün əsas yoxdur və bu barədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Ona görə də qarşılıqlı iddianın həmin hissəsi ilə bağlı apelyasiya şikayəti rədd edilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin ilk iddianın təmin edilməsi barədə gəldiyi nəticəsi düzgün olsa da, qarşılıqlı iddianın qismən təmin edilməsi barədə gəldiyi nəticəsi işin faktiki hallarına uyğun olmamış və məhkəmə iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibərləri üzrə səhv nəticəyə gəlmişdir. Bu da, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətində sadalanan dəlillər və işin halları birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi üçün əsas yaratmışdır. Ona görə də kollegiya hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi qismən, qarşılıqlı iddianın təmin edilmiş hissəsində ləğv edilməli və həmin hissədə qarşılıqlı iddia rədd edilməlidir və qarşılıqlı iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 390.0.2-ci maddəsinə əsasən, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Mənzil-Tikinti Kooperativinin nümnayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-186/2021 saylı, 08 fevral 2021-ci il tarixli qətnaməsi iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinə əsasən qismən, qarşılıqlı iddia tələbinin təmin edilən hissəsində ləğv edilsin, həmin hissədə qarşılıqlı iddia rədd edilsin. Qətnamə apelyasiya şikayətinə münasibətdə qalan hissədə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-4449/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4449/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver