Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4453/2023 19.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Ərazi İdarəsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi) qarşı iş üzrə (Açar sözlər: müqavilənin ləğv edilməsi, mirasdan pay hüququnun tanınması və pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil3, cavabdehlərdən "xxxx" MMC-nin və Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 19 iyul 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. X8 ilə Qanuni nümayəndə faktiki nikahından xx xxxx 2005-ci il tarixdə İddiaçı doğulmuşdur.
2. X10 atası hesab edilmiş və bununla əlaqədar olaraq 6 mart 2007-ci il tarixdə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında qeyd edilmişdir.
3. Miras qoyan X8 xx.xx.2014-cü ildə ölmüşdür. X4 ölümündən sonra ondan miras qalan əmlakın 1/6 hissəsinə İddiaçı vərəsəlik qaydasında pay hüququ tanınmışdır.
4. X3 adına xx.xx.2012-ci il tarixli “Dodge Durango” markalı ** NR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmış, 27 mart 2014-cü il tarixdə Sahib Qasımovun adından çıxarılmışdır.
5. xx.xx.2013-cü il tarixlıi bağışlama müqaviləsinə əsasən Sahib Qasımovun mülkiyyətində olan ünvan 2, 100 nömrəli mənzili Cavabdeh2 bağışlanmış, həmin müqaviləyə əsasən xx.xx.2013-cü il tarixdə Cavabdeh2 adına çıxarış verilmişdir.
6. xx.xx.2013-cü il tarixli bağışlama müqaviləsi ilə Sahib Qasımovun mülkiyyətində olan ünvan 1 ünvanı Cavabdeh2 bağışlanmış və həmin müqaviləyə əsasən xx.xx.2013-cü il tarixdə sonuncunun adına çıxarış verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi və əlavə ərizələr ilə məhkəməyə müraciət edərək, miras qoyan X4 "xxxx" MMC-dəki 6 manat, 6 pay, 60% pul şəklində payının 1/12 hissəsinə İddiaçı vərəsəlik qaydasında pay hüququnun tanınması, “Dodge Durango” markalı, 2012-ci il buraxılış, Ban nömrəsi 1C4RDJDG7CC240688 olan nəqliyyat vasitəsinin dəyəri olan 40000 manat vəsaitin 1/12 hissəsi olan 3333,33 manat üzərində İddiaçı vərəsəlik qaydasında pay hüququnun tanınması və 3333,33 manat vəsaitin cavabdehlər Cavabdeh2 Yağı qızı və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, ünvan 2 ünvanında yerləşən 100 saylı mənzilin bağışlanmasına dair xx.xx.2013-cü il tarixli “Bağışlama" müqaviləsinin və çıxarışın ləğv edilməsi, həmin mənzilin 1\24 hissəsinə İddiaçı vərəsəlik qaydasında məcburi pay hüququnun tanınması, ünvan 3 ünvanında yerləşən 14 saylı mənzilin bağışlanmasına dair xx.xx.2013-cü il tarixli “Bağışlama” müqaviləsi və çıxarışın ləğv edilməsi, həmin mənzilin 1\24 hissəsinə İddiaçı vərəsəlik qaydasında məcburi pay hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sahib Qasımovun sahibi olduğu bəzi daşınar və daşınmaz əmlaklar, pullar, şirkət hissələri, səhmləri digər vərəsələr və 3-cü şəxslər tərəfindən gizlədilmiş, bəzi əmlaklar isə qanunsuz şəkildə özgəninkiləşdirilmişdir. “Dodge Durango” markalı ** NR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 27 mart 2014-cü il tarixdə Sahib Qasımovun adından çıxarılmışdır. Halbuki, Sahib Qasımov xx.xx.2014-cü il tarixdə ölmüş, ölümündən 10 gün sonra qanunsuz yollarla qeyd olunan nəqliyyat vasitəsi Sahib Qasımovun adından çıxarılmışdır. X8 "xxxx" MMC-nin və "xxxx" ASC-nin təsisşisi olmuşdur. Məhkəmə qaydasında vərəsə İddiaçı "xxxx" ASC-də pay hüququ tanınmış, lakin "xxxx" MMC vərəsə İddiaçı gizlədilmişdir. "xxxx" MMC-nin digər vərəsələr Cavabdeh3 tərəfindən gizlədilməsinin səbəbi Sahib Qasımzadənin ölümündən sonra “Azəriqaz” İstehsalat Birliyi tərəfindən MAXX Tikinti Servis” MMC-yə 706084 manat pulun ödənilməsi olmuşdur. Həmin pul digər vərəsələr və Cavabdeh3 tərəfindən mənimsənilmişdir. "xxxx" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov ev 35, mənzil 100, qanuni təmsilçisi Cavabdeh3dur. “Dodge Durango” markalı ** NR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Sahib Qasımov öldüyü məqamadək mülkiyyətində olmuş və o, "xxxx" MMC-nin öldüyü günədək təsisçisi olmuşdur. İddiaçı ölmüş şəxsin qızı olduğu və məcburi pay hüququna malik olan şəxslər sırasına aid olduğu, Sahib Qasımovun mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 100 saylı mənzil və ünvan 6ən 14 saylı mənzil bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə keçdiyi, həmin mənzillərin bağışlanması ilə miras qoyanın ölümü arasında iki ildən artıq müddət keçmədiyi, qeyd olunan mənzillər mirasa daxil olsaydı miras əmlakın həcmi artmış olacağından vərəsə İddiaçı tərəfindən tamamlama tələbinin təmin edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021 tarixli qərarında göstərilən şərtlərinə uyğundur. Həmçinin, Sahib Qasımovun ölümdən sonra 6 nəfər birinci növbə vərəsələr olmuşdur. X9, Lalə Rzayeva, Mehriban Qasımova, Mustafa Qasımov miras qalmış əmlaka münasibətdə vərəsəlik payından notariat kontorunda Cavabdeh2 Tahir qızının xeyrinə imtina etmişlər.
9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-294/23 saylı iş üzrə 09 mart 2023cü il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova) iddia qismən təmin edilmiş, miras qoyan X4 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdəki 6 manat, 6 pay, 60% pul şəklində payının 1\12 hissəsinə İddiaçı vərəsəlik qaydasında pay hüququnun tanınması, “Dodge Durango” markalı, **-RM-*** dövlət qeydiyyat nişanlı (əvvəlki qeydiyyat nömrələri: **-NR-*** və 90UG072 olmuş), 2012-ci il buraxılış, Ban nömrəsi 1C4RDJDG7CC240688 olan nəqliyyat vasitəsinin xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi üzrə dəyərini təşkil edən 39.000 manat pul vəsaitinin 1/12 hissəsi olan 3250 manat üzərində vərəsə İddiaçı Sahid qızının vərəsəlik qaydasında pay hüququnun tanınması və həmin vəsaitin Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
10. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, xx.xx.2014cü il tarixli alqı-satqı müqaviləsi X4 ölümündən sonra etibarnamə əsasında bağlanılmışdır. Həmin nəqliyyat vasitəsi miras qoyanın ölümündən sonra onun sağlığında verilmiş etibarnamə əsasında özgəninkiləşdirilmişdir. Hazırki halda da iddiaçının qanuni nümayəndəsi tərəfindən alqı-satqı qiymətinin üzərində pay hüququnun tanınması tələb edildiyindən həmin alqı-satqı müqaviləsi üzrə cavabdeh X6 ödənilmiş 39000 (otuz doqquz min) manat pul vəsaiti üzərində vərəsə İddiaçı 1/12 hissədə, yəni 3250 manat olmaqla pay hüququ tanınmalı və həmin vəsait X7 və Cavabdeh4n etirafı əsasında Cavabdeh4 və X5 müştərək qaydada İddiaçı xeyrinə tutulmalıdır. "xxxx" MMC-nin 60% hissəsi miras qoyanın öldüyü zaman onun mülkiyyətində olduğu üçün miras əmlaka daxildir və iddiaçının həmin miras əmlakda payı vardır. "xxxx" MMC-də olan 60% pay nikah dövründə X4 mülkiyyətinə daxil olduğundan həmin payın ½ hissəsinə vərəsəlik hüquq yaranmır. Həmin payın ½ hissəsinə isə digər vərəsələr cavabdeh X7 xeyrinə imtina etdiklərindən 11/12 hissəsinə X7, 1/12 hissəsinə isə İddiaçı miras pay hüququ vardır. Buna görə də, iddia tələbi “miras qoyan X4 "xxxx" MMC-dəki 6 manat, 6 pay, 60% pul şəklində payının 1/12 hissəsinə İddiaçı vərəsəlik qaydasında pay hüququnun tanınması” hissəsində təmin edilməlidir. Məhkəmə mənzillərə dair bağışlama müqavilələrinin etibarlılığına qiymət verərək hesab etmişdir ki, müvafiq əqdlər bağlanan zaman qanunvericiliyin tələblərinə uyğunsuzluq olmamışdır, müqavilələr miras qoyan X1 ifadə etdiyi iradəsinin nəticəsidir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1193, 1195, 2000-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh2 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdə iddia müddətinin tətbiqi barədə ərizə ünvanlayaraq iddianın rədd edilməsi barədə ərizə vermiş və məhkəmə buna münasibətini qətnamədə bildirməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçının nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qarşı etiraz verilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavabdeh2 nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
16. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
17. Digər cavabdehlərin nümayəndəsi Vəkil2 qətnamədən şikayət vermədiklərini, qətnamənin onların məmafelərinə toxunmadığını bildirdi.
18. Digər Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi haqqında işə baxan məhkəməyə bildirməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddələr 135.1 və 135.2. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur.
20. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
21. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.
22. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
23. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
24. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
25. Maddə 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.
26. Maddə 2000. Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.
Azərbayca Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
Apellyasiya baxışının hədləri
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə Cavabdeh2 tərəfindən mübahisələndirildiyindən, iddiaçı və digər cavabdehlər isə apellyasiya şikayəti vermədiklərindən qətnamənin əsaslılığı Cavabdeh2 şikayətinə münasibətdə iddianın ona aid təmin olunan hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni isə mübahisələndirilən hissədə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
31. Apellyasiya şikayətinin əsas dəlili birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirilməməsi barədədir.
32. Kollegiya şikayətin bu dəlilini əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi barədə ərizəyə qətnamədə qiymət verərək belə nəticəyə gəlmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Hazırki iddia tələbi mübahisəli əmlaklara sahiblik və mülkiyyət hüququnun tanınması ilə bağlı olduğundan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən həmin tələblərə iddia müddəti şamil edilmədiyindən ərizə əsassız hesab edilməlidir.
33. Başqa bir dəlil isə iddiaçının mirası vaxtında qəbul etməməsi barədədir. Məhkəmə kollegiyası bu dəlili də əsassız sayır və qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən mirasın tərkibinə daxil olan əmlakların bir hissəsinə iddiaçının hüququ artıq tanınmış olduğundan o, mirası qanunla müəyyən olunmuş qaydada qəbul etmiş sayılır. Qanunun mənasına görə vərəsə tərəfindən mirasın kütləsinə daxil olan əmlaklardan hər hansı birinin qanunla müəyyən olunmuş qaydada qəbul edilməsi mirasın bütünlüklə qəbul edilməsi kimi qiymətləndirilir.
34. Cavabdeh apellyasiya şikayətində iddianın mahiyyəti, eləcə də qətnamənin əsaslılığı ilə bağlı etiraz irəli sürmədiyindən Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır və iddia tələbləri üzrə əlavə araşdırmaya zərurət görmür.
35. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
36. MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyinəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.