Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4457/2021 17.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə İddiaçı cavabdeh «xxxx» ASC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı “elektrik enerjisinə görə qanunsuz olaraq yazılmış borcun silinməsi” tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 85/2021 saylı iş üzrə qəbul etdiyi 12 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh «xxxx» ASC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs qarşı «elektrik enerjisinə görə qanunsuz olaraq yazılmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxx» ASC tərəfindən ünvan 1 ünvanda yerləşən abonentə-mənzilə (abonent kodu **********10000) yazılmış 13.370 manat 78 qəpik borcun silinməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ona məxsusdur. Həmin ünvanda yerləşən ev hal-hazırda abonent kodu **********10000 olmaqla cavabdeh «xxxx» ASC tərəfindən elektrik enerjisi ilə təmin olunmaqdadır (15.05.2020-ci il tarixdə elektrik enerjisinin verilməsi xəbərdarlıq olunmadan dayandırılmışdır). İstifadə etdiyi elektrik enerjisinin sərfiyyatına görə ödənişi həmişə vaxtında ödəmişdir. 2020-ci ilin aprel ayının 16-da telefon zəngi əsasında cavabdehin əməkdaşları yaşadıqları evə gələrək, elektrik sayğacına baxış keçirmişlər və məlum olmuşdur ki, sayğac qısa qapanma nəticəsində yanaraq tam yararsız vəziyyətə düşmüşdür. Bu səbəbdən də, «xxxx» ASC-nin əməkdaşları tərəfindən müvafiq akt tərtib edilmiş (Akt R № 163072, 16.04.2020-ci il tarixli) və sayğac açılaraq götürülmüş və yenisi ilə əvəz olunmuşdur. Sonradan isə, yəni 12.05.2020-ci il tarixdə onun və ailə üzvlərindən hər hansı birinin iştirakı olmadan «xxxx» ASC-nin əməkdaşları tərəfindən yenidən yaşadığı evin sayğacına baxış keçirilmiş və məlum olmuşdur ki, sayğacın üzərində kompüter informasiya məlumat bazasına daxil olmayan 889 kvt.saat elektrik enerjisinin sərfiyyatı vardır və qərara alınmışdır ki, bu sərfiyyat kompüter informasiya məlumat bazasına daxil edilsin (Akt NDM № 018550, 12.05.2020-ci il tarixli). Ona verilmiş məlumat əsasında həmin sayğacın üzərindəki 889 kvt.saat elektrik enerjisinin sərfiyyatının dəyərini ödəmişdir. Sonradan sahə nəzarətçisi olan Maraqlı şəxs (hansı ki birinci akta əsasən sayğac onun iştirakı ilə açılmış və həmin akt onun tərəfindən də imzalanmışdır) maraqlanmışdır ki, yeni sayğacın üzərindəki 889 kvt.saat elektrik enerjisinin sərfiyyatı qısa bir müddətdə necə yarana bilər? Sonuncu isə ona bildirmişdir ki, narahat olmasın, yeni sayğac quraşdırılarkən köhnə sayğacdakı göstərici yeni sayğacın üzərinə onun tərəfindən səhvən qeyd olunmuşdur. Sahə nəzarətçisi Maraqlı şəxs bunu deməsinə baxmayaraq o, həmin borcu artıq ödəmişdir. Bir müddət sonra ona 15.05.2020-ci il tarixdə «xxxx» ASC tərəfindən xəbərdarlıq daxil olmuşdur. Həmin xəbərdarlıqda istifadə etdiyi enerjiyə görə borcunun məbləğinin 13.370 manat 78 qəpik təşkil etdiyi qeyd olunmuşdur. O, yenidən əsəb gərginliyi keçirərək sahə nəzarətçisi olan Maraqlı şəxs bu borcun haradan yaranmasını soruşmuşdur. Sahə nəzarətçisi olan Maraqlı şəxs ona bildirmişdir ki, onun öz səhvi nəticəsində onun sayğacındakı kompüter informasiya məlumat bazasına daxil edilməyən sözügedən 889 kvt.saat elektrik enerjisi ilə əlaqədar onu baş idarəyə çağırıb araşdırma aparmışlar və işdən çıxaracaqları ilə əlaqədar ona hədə-qorxu gəlmişlər. Ona bildirmişlər ki, abonentin ziyanına izahat yazsın və vəzifəsində qalaraq işləsin. Sahə nəzarətçisi Maraqlı şəxs ona bildirmişdir ki, həmin vaxt qorxduğundan və gərgin olduğundan izahatda nə yazması yadında deyil, amma yəqin ona yazılan borc verdiyi yalan izahata əsasən yazılıb. Bir daha bildirir ki, birinci akta əsasən sayğac onun günahı ucbatından zədələnmədiyi üçün «xxxx» ASC tərəfindən dəyişdirilmiş və hər ay sayğaca sahə nəzarətçisi tərəfindən baxış keçirildiyindən sayğaca onun tərəfindən hər hansı bir müdaxilə qeyri-mümkündür. İkinci akt tərtib edilərkən isə ümumiyyətlə onun və ya hər hansı bir ailə üzvünün iştirakı təmin edilməmişdir. Sonradan isə ona məlum olmayan, heç bir sübuta söykənməyən absurd bir borcun (13.370 manat 78 qəpik) onun üzərinə yazılması isə «xxxx» ASC kimi ciddi bir təşkilatın ciddi olmayan əməkdaşlarının hər hansı bir maxinasiyasının olması hesab edir. Ona ünvanlanmış heç bir əsası olmayan xəbərdarlıqdakı qeyd olunan vaxtdan xeyli əvvəl ölkənin bu karantin rejimində olduğu bir vaxtda qanunsuz üsullardan istifadə edərək, müqavilə ilə üzərinə götürdüyü öhdəliyi bir tərəfli olaraq dayandırması «xxxx» ASC tərəfindən müqavilə öhdəliyinin kobud şəkildə pozulmasıdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-85/2021 saylı iş üzrə qəbul etdiyi 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh «xxxx» ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən abunəçi İddiaçı ünvan 2 ünvanı (abonent kodu **********10000) üzrə yazılmış 11.386 manat 78 qəpik əsassız borcun silinməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməmiş hissəsində ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla belə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsindən 20 may 2021-ci il tarixdə daxil olmuş məktubda, qətnamədən cavabdeh «xxxx» ASC-nin apellyasiya şikayəti ilə müraciət etdiyi bildirilmiş, şikayətin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, sözügedən apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, iş həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-85/2021 saylı iş üzrə qəbul etdiyi 12 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılsın və cavabdeh «xxxx» ASC-nin verdiyi apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №2(103)-4457/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4457/2021
17.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver