Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4477/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı iş üzrə (Açar sözlər: “sığorta ödənişi”) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X1 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-160/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh Sığorta Şirkəti ASCyə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sığorta Şirkəti ASCdən 9900 manat məbləğində sığorta ödənişi, xx.xx.2023-cü il tarixdən başlayaraq sığorta ödənişinin ödənildiyi günədək hər gecikdirilmiş gün üçün sığorta ödənişinin 0.1 faizi məbləğində dəbbə pulu və rəyin verilməsi üçün ödənilmiş 124 manat xidmət haqqının tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)- 160/2024 nömrəli qətnaməsi ilə (hakim M.A.Bağırova) iddia qismən təmin edilmiş, Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən dəymiş zərərə görə 8.840 manat və rəyin verilməsi üçün ödənilmiş 124 manat xidmət haqqının tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 100 manatın Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə köçürülməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
3. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən elektron kabinet vasitəsilə məhkəməyə tərəflər arasında bağlanmış barışıq sazişi təqdim edilmiş və ərizə ünvanlanaraq məhkəmədən barışıq sazişinin təsdiq edilməsi və mülki iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir.
5. Daha sonra İddiaçı elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək xx.xx.2024-cü il tarixdə tərəfindən Atəşgah Sığorta Şirkəti ASC ilə bağlanılmış və məhkəməyə təqdim olunmuş barışıq sazişinin təsdiq olunmasını məhkəmədən xahiş etmişdir.
6. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq normaları
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Maddə 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə. Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 384.0.5. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
8. Tərəflərin tərtib etdikləri xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtləri aşağıdakılardır: a) Cavabdeh hazırkı barışıq sazişi qüvvəyə mindiyi tarixdən 2 iş günü ərzində iddiaçı və sığorta müqaviləsi üzrə faydalanan şəxs (sığorta ödənişi almaq hüququ olan şəxs) İddiaçı 6.154 ( altı min yüz əlli dörd) manat ödənişi bank köçürməsi yolu ilə verməyi öhdəsinə götürür. b) İddiaçı- İddiaçı 20 sentyabr 2023-ci il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəymiş zərərin ödənilməsi ilə bağlı cavabdehə qarşı olan 9900 (doqquz min doqquz yüz) manat sığorta ödənişinin, hər gecikdirilmiş gün üçün sığorta ödənişinin 0.1 %-i məbləğində dəbbə pulunun ödənilməsi barədə iddia tələbindən imtina edir. c) İddiaçı və Cavabdeh onlar arasında yaranmış mübahisənin həll olunduğunu, barışıq sazişinin şərtləri ilə razı olduğunu, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi müəyyən edilmiş müvafiq normaların onlara tam aydın olduğunu və bir-birlərinə qarşı heç bir iddialarının olmadığını təsdiq edirlər.
9. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, bağlanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-160/2024 nömrəli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir.
10. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı ilə Cavabdeh Sığorta Şirkəti ASC arasında aşağıdakı şərtlərlə imzalanmış barışıq sazişi təsdiq edilsin: a) Cavabdeh hazırkı barışıq sazişi qüvvəyə mindiyi tarixdən 2 iş günü ərzində iddiaçı və sığorta müqaviləsi üzrə faydalanan şəxs (sığorta ödənişi almaq hüququ olan şəxs) İddiaçı 6.154 ( altı min yüz əlli dörd) manat ödənişi bank köçürməsi yolu ilə verməyi öhdəsinə götürür. b) İddiaçı- İddiaçı 20 sentyabr 2023-ci il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəymiş zərərin ödənilməsi ilə bağlı cavabdehə qarşı olan 9.900 (doqquz min doqquz yüz) manat sığorta ödənişinin, hər gecikdirilmiş gün üçün sığorta ödənişinin 0.1 %-i məbləğində dəbbə pulunun ödənilməsi barədə iddia tələbindən imtina edir. c) İddiaçı və Cavabdeh onlar arasında yaranmış mübahisənin həll olunduğunu, barışıq sazişinin şərtləri ilə razı olduğunu, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi müəyyən edilmiş müvafiq normaların onlara tam aydın olduğunu və birbirlərinə qarşı heç bir iddialarının olmadığını təsdiq edirlər. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-160/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Hakimlər: