Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4491/2022 14.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh, Cavabdeh X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri 45 saylı Notariat Ofisinə qarşı «mirası qəbul etməkdən imtina edilməsi barədə ərizənin etibarsız hesab edilməsi» tələbinə dair; İddiaçı Cavabdehlər X7, İddiaçı və Bakı şəhəri 45 saylı Notariat Ofisinə qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması və miras əmlak üzərində payların müəyyən edilməsi» tələbinə dair e-2(002)-428/2022 saylı mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri 45 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əri X17 ilə birgə nikah dövründə, birgə vəsait hesabına əldə etdikləri «KİA Cerato» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Bakı şəhəri 45 saylı Notariat Ofisində mirasın qəbul edilməsindən imtina olunması barədə 13 sentyabr 2021-ci il tarixli ərizəsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mərhum həyat yoldaşı X17 ilə 25 oktyabr 2004-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Mərhum həyat yoldaşı X17 ilə birgə nikahda olarkən birgə gəlirləri hesabına bir sıra daşınar və daşınmaz əmlaklar əldə etmişlər. Bu əmlaklardan biri də, birgə nikah zamanı, birgə gəlirləri hesabına aldıqları «KİA Cerato» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Həmin avtomobil həyat yoldaşı vəfat edənə qədər birgə mülkiyyətlərində və istifadələrində olmuşdur. Lakin çox təəssüflər olsun ki, həyat yoldaşı X17 07 sentyabr 2021-ci il tarixdə «Dəqiqləşdirilməmiş ağciyər-ürək çatmamazlığı»ndan rəhmətə getmişdir. Bu ahıl yaşında yeganə həmsöhbəti olan Həsəni itirmək onu dərindən sarsıtmış, həmin günlərdə psixoloji gərginlik içində olmuşdur. Mərhum həyat yoldaşının yas mərasimlərinin kimin təşkil etməsini, kimlərin baş sağlığına gəlmələrini belə anlamamışdır. Həyat yoldaşının vəfatı ona çox pis təsir etdiyindən uzun müddət özünə gələ bilməmişdir, həmin müddətdə psixoloji durumu ağır olmuşdur. Həyat yoldaşı Həsən rəhmətə gedəndən sonra, yas mərasimləri başa çatmamış, onun birinci nikahdan olan övladları, başda Cavabdeh olmaqla, onu təhqir və təhdid etməyə başlamışlar. Sonuncuların bu hərəkətləri onu daha da pis hala salmış, özünü bu həyatda tənha, köməksiz hiss etdirmişdir, psixologiyasını pozmuşdur. Hələ mərhumun üç mərasimi çıxmamış, mərhumun birinci nikahdan olan övladı, hazırkı iş üzrə Cavabdeh üç mərasimini keçirən gün evə gələrək, ona psixoloji təzyiq göstərmiş, onu aldatmış, yas mərasimindən dərhal notariusa getməli olduğunu bildirmişdir. O da, Cavabdeh məcburiyyəti ilə notariusa getməli olmuşdur. Cavabdeh onu notariusa apardığı gün, həyat yoldaşının üç mərasimi idi. Həyat yoldaşını yeni itirmişdi, bu ahıl yaşında yalnız qalmışdı. Həyat yoldaşının ölümü onda dərin iz buraxmışdır, dərin sarsıntı keçirmişdir. Nə yeyib-içdiyini bilmir, ona kim nə demişsə, mahiyyətini dərk etmədən dərhal yerinə yetirmişdir. Cavabdeh onu inandırmışdır ki, ərinin vəfatı ilə əlaqədar notariusda sənədə imza etməlidir ki, onun pensiya və vəfatı ilə əlaqədar Dövlət tərəfindən verilən pul ona ödənilsin. Cavabdeh notariusda ona hansısa sənədə etibarından suiistifadə edərək, sənədi oxutdurmadan imza etdirmişdir. Sonradan ona məlum olmuşdur ki, imzaladığı sənəd, mərhum həyat yoldaşı ilə birgə nikah dövründə birgə vəsait hesabına əldə olunmuş «KİA Cerato» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair qanun üzrə ona düşən miras paydan imtina etməsi barədə ərizə olmuşdur. Qeyd edir ki, «KİA Cerato» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil mərhum həyat ilə birgə nikah dövründə birgə vəsaitləri hesabına əldə etdikləri üçün, birgə mülkiyyətləri hesab olunur, yəni avtomobil bərabər – 1/2 hissədə hər ikisinə məxsus olmuşdur. Həyat yoldaşının ölümündən sonra miras əmlaka yalnız avtomobilin həyat yoldaşına məxsus 1/2 hissəsi daxil olmuşdur. Avtomobilin digər 1/2 hissəsi isə elə onun mülkiyyətində qalmışdır. Lakin Cavabdeh onun dərin hüzndə olmasından, psixoloji sarsıntı keçirməyindən istifadə etmiş, aldatmış və mərhum həyat yoldaşından miras qalmış avtomobilin 1/2 hissəsindən ərizə ilə imtina etdirmişdir. Halbuki, onun özünə çatası paydan kiminsə, o cümlədən Cavabdeh xeyrinə imtina etmək niyyəti olmamışdır. Çünki, həyat yoldaşının sağlığında onun övladları ona baxmamışlar və həyat yoldaşının vəfatından sonra da, onun qayğısına qalası deyildirlər. Ölkədəki mövcud iqtisadi durumu nəzərə aldıqda, ağlı başında olan tənha və köməksiz olan şəxs əvəzsiz olaraq əmlakdan imtina heç vaxt etməzdi. Eyni ilə də o, aldadılmasa idi, onun ağır psixoloji durumundan istifadə olunmasa idi, o, heç vaxt miras qalmış avtomobilin vərəsə kimi ona çatası payından imtina etməzdi. Cavabdeh aldadılması nəticəsində «KİA Cerato» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildən imtina etməsi barədə ərizə imzaladığına dair məlumat aldıqdan sonra, həmin ərizənin ləğv edilməsi ilə bağlı iki dəfə ünvan ünvanlamışdır. Lakin həmin Notariat Ofisinin 19 noyabr 2021-ci il tarixli cavab məktubunda bu məsələ ilə bağlı məhkəməyə müraciət etməli olduğu ona bildirilmişdir. Həmçinin, məhkəmənin nəzərinə çatdırır ki, Cavabdeh onu təhdid etdiyindən, onu öldürəcəyi ilə hədələdiyindən qısamüddətli mühafizə orderinin verilməsi barədə ərizələr ilə Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Hesab edir ki, iddia ərizəsi əsaslıdır və təmin edilməli, qanunsuz məhrum olunduğu əmlak ona qaytarılmalı, pozulmuş hüquqları bərpa olunmalıdır. O, həyat yoldaşı ilə birgə nikahda birgə vəsaitləri hesabına əldə etdikləri «KİA Cerato» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair öz payından imtinası öz iradə ifadəsi ilə olmamışdır. İddiaçı Cavabdehlər X7, İddiaçı və Bakı şəhəri 45 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Qobu qəsəbəsi ünvanda yerləşən xx.xx.2020-ci il tarixli **********67-10301 (**********) reyestr nömrəsi ilə qeydiyyata alınmış fərdi yaşayış evinə dair İddiaçı ilə X8 arasında Bakı şəhəri 45 saylı Notariat Ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli 4Ə-200 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi; onun vərəsəlik hüququnun tanınması, mərhum X6na məxsus olmuş «KİA Cerato» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində onun tam hissədə payının müəyyən edilməsi, mərhum X6 ilə İddiaçı birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu Qobu qəsəbəsi ünvanda yerləşən xx.xx.2020-ci il tarixli **********67-10301 (**********) reyestr nömrəsi ilə qeydiyyata alınmış fərdi yaşayış evinin üzərində onun 1/2 hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X6 25 iyun 2004-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə İddiaçı ilə ailə qurmuşdur və həmin nikahdan övladları yoxdur. Birgə nikahda olduqları müddətdə xx.xx.2020-ci il tarixdə **********67- 10301 (**********) reyestr nömrəsinə əsasən Abşeron rayonu Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evi əldə etmişlər. X6 xx.xx.2021-ci il tarixdə «dəqiqləşdirilməmiş ağciyər ürək çatmamazlığı» diaqnozu səbəbindən vəfat etmişdir. Atası vəfat edəndən sonra miras qalmış miras əmlakı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə faktiki olaraq qəbul etmişdir və vərəsəlik işinin açılması üçün Bakı şəhəri 45 saylı Notariat Ofisinə müraciət etmişdir. Atasına məxsus avtomobilə və birgə nikah dövründə əldə edilmiş evə dair vərəsəlik üzrə paylarının müəyyən edilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə İddiaçı, xx.xx.2021-ci il tarixdə qardaşı X19, xx.xx.2021-ci il tarixdə bacısı X1, xx.xx.2021ci il tarixdə qardaşı X16 miras əmlakdan Bakı şəhəri 45 saylı Notariat Ofisində tərtib edilmiş və notarial qaydada təsdiq edilmiş ərizəyə əsasən onun xeyrinə imtina etmişlər. Bu barədə notarial qaydada təsdiq edilmiş ərizələr Bakı şəhəri 45 saylı Notariat Ofisində vardır. Mərhum X6 ilə İddiaçı birgə nikah dövründə əldə etdikləri daşınmaz əmlakın da vərəsəlik qaydasında bölünməsi üçün xx.xx.2021-ci il tarixdə ünvan ilə müraciət etmişlər. Həmin ərizələri xx.xx.2021-ci il tarixdə 137 saylı daxilolma nömrəsi ilə qeydiyyata alınmışdır. Ərizədə Cavabdeh avtomobillə bağlı vərəsəlik şəhadətnaməsinin alınması üçün 45 saylı Notariat Ofisinə müraciət etdiyini, Cavabdeh mərhum atası X9 arvadı İddiaçı ilə birgə nikah dövründə Abşeron rayonu Qobu qəsəbəsində daşınmaz əmlak əldə etdiklərini, həmin daşınmaz əmlaka dair çıxarışın İddiaçı olduğunu və notariusa təqdim etdiyini bildirmişlər. Həmçinin, qeyd olunan daşınmaz əmlakın onların birgə mülkiyyətində olduğunu, mərhum X9 övladları Cavabdeh, X16, X2, X19 atalarının varisi olduqlarından həmin əmlakda da pay hüquqlarının olduqlarını bildirmiş və Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 5, 6, 7-ci fəsillərinə uyğun olaraq əvvəl müraciət olunmuş avtomobillə bərabər X17 ilə arvadı İddiaçı birgə nikah dövründə Abşeron rayonu Qobu qəsəbəsində əldə etdikləri daşınmaz əmlakın da vərəsəlik qaydasında tərəflərin paylarına uyğun bölünməsini xahiş etmişlər. Notariat kontoru tərəfindən onlara ünvanlanmış 01 dekabr 2021-ci il tarixli 293 saylı cavabda onların xx.xx.2021-ci il tarixli ərizələrinə baxıldığı, vərəsələrin ərizəsi əsasında xx.xx.2021-ci il tarixdə vəfat etmiş X9 adına vərəsəlik işinin açıldığı qeyd edilmişdir. Mərhumun birgə nikah dövründə əldə etdiyi və sağ qalmış arvadı İddiaçı adına olan əmlakla bağlı bildirilmişdir ki, notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 117-ci maddəsinin ikinci abzasına əsasən «ər-arvadın biri öldükdə, əmlak isə ərarvadın birgə nikah dövründə əldə edilibsə və sağ qalan ərin (arvadın) adına rəsmiləşdirilibsə (qeydə alınıbsa), ölənin mirası qəbul etmiş vərəsələrinin ərizəsi əsasında sağ qalmış ərin (arvadın) razılığı ilə ölmüş ərin (arvadın) ümumi əmlakdan pay da müəyyən edə bilər. Bu pay əmlakın 1/2 hissəsindən ibarət olmalıdır. Həmin pay müəyyənləşdiriləndən sonra qanuni vərəsələrin vərəsəlik hüququ haqqında şəhadətnamə almağa hüququ vardır». Əgər sağ qalmış arvad İddiaçı razılıq verərsə, onların xahişləri müsbət həll olunacaqdır. Halbuki, qeyd olunan daşınmaz əmlak həmin notariat ofisində xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən bacısı X7 bağışlandığı haqqında onlara heç bir məlumat verilməmişdir. Qeyd olunan daşınmaz əmlak birgə nikah dövründə əldə edildiyindən həmin əmlak da miras əmlaka daxildir. Notarius tərəfindən miras əmlakın qorunması üçün tədbirlər görülməli olduğu halda (onlar notariusa ünvanladıqları ərizədə bunu da qeyd etmişlər), bunun əksinə olaraq həmin notariusda miras əmlaka daxil olan əmlak özgəninkiləşdirilmişdir. Abşeron rayonu Qobu qəsəbəsi ünvanda yerləşən fərdi yaşayış evi barədə rəsmi məlumat əldə etmək və bunu da notariusa təqdim etmək üçün DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu verilmişdir. Sorğuya cavabda qeyd edilmişdir ki, Abşeron rayonu Qobu qəsəbəsi ünvanda yerləşən fərdi yaşayış evi üzərində İddiaçı adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə **********67-10301 (**********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır (Bakı şəhəri 45 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-125 nömrəli alğı-satqı müqaviləsinə əsasən). Lakin, həmin fərdi yaşayış evi Bakı şəhəri 45 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-200 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X7 özgəninkiləşdirilmişdir. Abşeron rayonu Qobu qəsəbəsi ünvanda yerləşən fərdi yaşayış evi alınarkən həmin evə dair alğı-satqı müqaviləsi, vərəsəlik işi 45 saylı Notariat Ofisində aparılmışdır. Bütün hərəkətlər 45 saylı Notariat Ofisində aparıldığı və həmin fərdi yaşayış evi miras əmlak kütləsinə daxil olduğu halda, atasının birgə nikah dövründə əldə etdiyi əmlakı İddiaçı öz bacısı X7 bağışlamışdır. Halbuki, Mülki Məcəllənin 667.1-ci maddəsinə əsasən İddiaçı birgə nikah dövründə əldə olunmuş əmlakı bağışlaya bilməzdi. Həmin bağışlama müqaviləsi etibarsızdır. İddiaçı məqsədi miras əmlakı bölgüdən yayındırmaq olmuşdur. Göründüyü kimi, onlar notariusa müraciət edərək, birgə nikah dövründə əldə olunmuş evin mövcud olduğunu bildirmiş və həmin əmlakın da bölünməsini xahiş etmişlər. xx.xx.2021-ci il tarixdə İddiaçı, xx.xx.2021-ci il tarixdə qardaşı X19, xx.xx.2021-ci il tarixdə bacısı X1, xx.xx.2021-ci il tarixdə qardaşı X16 miras əmlakdan onun xeyrinə imtina etmişlər. Qeyd olunan daşınmaz əmlak birgə nikah dövründə əldə edildiyindən həmin əmlak da miras əmlaka daxildir. Mərhum atasının vərəsələri İddiaçı, X19, X1, X16 və odur. Atasına məxsus əmlakdan İddiaçı, bacısı və qardaşları onun xeyrinə imtina etdiklərindən həmin əmlakın yarısı varis kimi ona verilməlidir. Göründüyü kimi, cavabdeh İddiaçı mərhum X6 ilə birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu Qobu qəsəbəsi ünvanda yerləşən fərdi yaşayış evini öz bacısı X7 bağışlamaqla onu vərəsəlik hüququndan məhrum etmişdir. Miras əmlakı digər şəxsə bağışlamaqla miras əmlakı gizlətmiş, artıq miras şərikləri arasında ixtilaflar baş vermiş, eləcə də cavabdeh miras əmlakı özgəninkiləşdirdiyindən mübahisə yaranmış və onun vərəsəlik hüququ pozulmuşdur. Birinci instansiya məhkəməsinin qərardadına əsasən yuxarıda qeyd olunan iddialar üzrə mülki işlər bir icraatda birləşdirilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri 45 saylı Notariat Ofisinə qarşı «mirası qəbul etməkdən imtina edilməsi barədə ərizənin etibarsız hesab edilməsi tələbinə dair» iddiası rədd edilmiş, iddiaçı Cavabdehlər X7, İddiaçı və Bakı şəhəri 45 saylı Notariat Ofisinə qarşı «bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, vərəsəlik hüququnun tanınması və miras əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair» iddiası qismən təmin edilmiş, Abşeron rayonu Qobu qəsəbəsi ünvanında yerləşən, xx.xx.2020-ci il tarixli **********67-10301 (**********) reyestr nömrəsi ilə qeydiyyata alınmış fərdi yaşayış evinə dair İddiaçı ilə X8 arasında Bakı şəhəri 45 saylı Notariat Ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli 4Ə-200 reyestr nömrəli bağışlama müqaviləsi etibarsız hesab edilmiş, mərhum X14 məxsus olmuş «KİA Cerato» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 hissəsinə və Abşeron rayonu Qobu qəsəbəsi ünvanında yerləşən, xx.xx.2020-ci il tarixli, **********67-10301 (**********) reyestr nömrəsi ilə qeydiyyata alınmış fərdi yaşayış evinin 1/2 hissəsinə Cavabdeh payı müəyyən edilmiş, iddia qalan hissədə rədd edilmiş, bu iddiaya görə ödənilmiş dövlət rüsumu iddiaçı Cavabdeh aid edilmişdir. Birinci tələb üzrə İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, onun iddia tələbinin təmin edilməsi, Cavabdeh iddiasının isə rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İkinci tələb üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən – «KİA Cerato» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə ½ hissədə payının müəyyən edilməsi hissəsində dəyişdirilərək, «KİA Cerato» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə onun tam hissədə payının müəyyən edilməsi, qətnamənin qalah hissədə isə dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci tələb üzrə İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun həyat yoldaşı ilə birgə nikahda birgə vəsaitləri hesabına əldə etdikləri «KİA Cerato» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə və Abşeron rayonu Qobu qəsəbəsində yerləşən fərdi yaşayış evinə dair öz payından imtinası öz iradə ifadəsi ilə olmamışdır. Cavabdeh onun dərin psixoloji sarsıntı keçirməsindən istifadə etmiş, aldadaraq mərhum həyat yoldaşından miras qalmış avtomobilin və fərdi yaşayış evinin ½ hissəsindən ərizəyə imza etdirərək imtina etdirmişdir. Cavabdeh İddiaçı dərin hüzndə olmasından, psixoloji sarsıntı keçirməyindən istifadə etmiş, aldatmış nəticədə miras əmlakda artıq pay əldə etmişdir. Halbuki, onun özünə çatası paydan kiminsə, o cümlədən Cavabdeh xeyrinə imtina etmək niyyəti olmamışdır. Çünki, həyat yoldaşının sağlığında onun övladları ona baxmamışlar və həyat yoldaşının vəfatından sonra da, onun qayğısına qalası deyildirlər. Ölkədəki mövcud iqtisadi durumu nəzərə aldıqda, ağlı başında olan tənha və köməksiz olan şəxs əvəzsiz olaraq əmlakdan imtina heç vaxt etməzdi. Cavabdeh aldadılması nəticəsində miras əmlakdan imtina etməsi barədə ərizə imzaladığına dair məlumat aldıqdan sonra, İddiaçı həmin ərizənin ləğv edilməsi ilə bağlı iki dəfə ünvan ünvanlamışdır. Lakin həmin Notariat Ofisinin 19 noyabr 2021-ci il tarixli cavab məktubunda bu məsələ ilə bağlı məhkəməyə müraciət etməli olduğu ona bildirilmişdir. Cavabdeh onu təhdid etdiyindən, onu öldürəcəyi ilə hədələdiyindən qısa müddətli mühafizə orderinin verilməsi barədə ərizələr ilə Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Bu hal özü də təsdiq edir ki, İddiaçı miras qalmış əmlakdan Cavabdeh xeyrinə imtinası könüllü olmamışdır. Bu barədə yazılan ərizənin məzmunu İddiaçı əsl iradə ifadəsini əks etdirmir. Lakin işə baxmış birinci instansiyası məhkəməsi İddiaçı pozulmuş hüquqlarının bərpası istiqamətində iş üzrə araşdırmanı tam, hərtərəfli və obyektiv aparmamış, nəticədə iş üzrə maddi və prosessual pozuntularla müşahidə olunan əsassız, qanunsız və ədalətsiz qətnamə qəbul olunmuşdur. İşə baxan məhkəmə isə işin hallarını düzgün araşdırmamış, İddiaçı izahatında göstərilənləri, məhkəməyə təqdim etdiyi sənədləri nəzərə almamış, nəticədə isə iş üzrə ədalətsiz və əsassız qərar qəbul etmişdir. Həmçinin, cavabdeh İddiaçı zorla evindən qovub çıxarmışdır. İddiaçı evdən qovduqdan sonra mənzilin açarlarını dəyişmiş, İddiaçı öz mənzilinə giribçıxmasına maneə yaratmışdır. İddiaçı mənzildən çıxanda sonuncunun və bacısı Əsmayəyə aid bütün adları qoşmada qeyd edilən əşyaları mənzildə olmuşdur. Dəfələrlə əşyalarını mənzildən çıxartmaq üçün mənzilə getsə də, cavabdeh tərəfindən mənzilə buraxılmamışdır. Cavabdeh tərəfindən mənzildə qalmış əşyalarının əksəriyyəti oğurlanmış, digərləri isə yararsız hala salınmışdır. İkinci tələb üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, «KİA Cerato» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil birgə nikah dövründə əldə edilsə də X10 Bakı şəhəri 45 saylı notariat ofisinə həmin avtomobili miras əmlak kimi qəbul etməsindən imtina etməsinə dair ərizə vermişdir. Göründüyü kimi, X10 miras əmlakdan imtina etməsi barədə ərizə verdiyi halda məhkəmə onun «KİA Cerato» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə onun ½ hissədə payının müəyyən etməsi əsassızdır. X10 mirasdan imtina barədə ərizə verdiyindən həmin avtomobil 1/2 hissədə deyil, tam olaraq ona verilməli idi. X10 miras qalmış «KİA Cerato» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildin imtina etməsinə dair ərizə ilə notariat ofisinə müraciət edərək miras əmlakdan imtina etsə də, məhkəmə bu ərizəni nəzərə almamışdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar tam aydınlaşdırılmamışdır. Vərəsə hesab edilən X5 miras qalmış «KİA Cerato» markalı **-BB- *** dövlət qeydiyyat nişanlı avtomobildən imtina etməsinə dair ərizəsi olduğu halda, onun həmin avtomobilə iddia ərizəsində qeyd etdiyi kimi tam hissədə deyil, ½ hissədə payının müəyyən edilməsi əsassızdır. Məhkəmə işə baxarkən X5 miras qalmış «KİA Cerato» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildin imtina etməsinə dair ərizəsi olduğu halda onun həmin avtomobilə tam hissədə deyil, ½ hissədə payının müəyyən edilməsi işin faktiki hallarına uyğun deyildir. Apellyasiya baxışı zamanı İddiaçı öz apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, digər tərəfin apellyasiya şikayətinin rədd olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçı Cavabdeh öz apellyasiya şikayətini müdafiə edərək, onun təmin olunmasını, qarşı tərəfin apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı cavabdeh X8 İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, digər tərəfin apellyasiya şikayətinin isə rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh Bakı şəhəri 45 saylı Notariat Ofisinin nümayəndəsi iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslığının tam yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, işin mübahisəsiz halları aşağıdakılardır: - İddiaçı ilə X17 birgə nikahda olmuşlar; - Onlar birgə nikahda olduqları dövrdə daşınar əmlak («KİA Cerato» markalı, **-BB- *** dövlət qeydiyyat nişanlı avtomobil) və daşınmaz əmlak (Abşeron rayonu Qobu qəsəbəsi ünvanda yerləşən fərdi yaşayış evi) əldə etmişlər; - X17 vəfat etmiş və birgə nikah dövründə əldə olunmuş daşınar və daşınmaz əmlakın 1/2 hissələri sonuncunun varislərinə miras qalmışdır; - Varislərin dairəsinə mərhumun həyat yoldaşı İddiaçı, öncəki nikahdan doğulmuş övladları X19, X1, X16 və Cavabdeh aidir. Birinci iddia üzrə mübahisə edilən hal onunla bağlıdır ki, İddiaçı təhdid edilərək, aldadılaraq, özündə olmamasından (həyat yoldaşının vəfatı ilə bağlı sarsıntı keçirdiyi üçün) istifadə edilərək, ondan «KİA Cerato» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Bakı şəhəri 45 saylı Notariat Ofisində mirasın qəbul edilməsindən imtina olunması barədə 13 sentyabr 2021-ci il tarixli ərizə alınmışdır. Birinci instansiya məhkəməsi ilk öncə birinci iddiaya münasibət bildirərək haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də, burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi, iddia əsassız olmaqla yanaşı, iddiada ərizənin etibarsız hesab edilməsi tələb edilir ki, həmin tələbin təmin edilməsi özü-özlüyündə mümkün deyil. Çünki, ərizə əqd deyil, əqdlərin etibarsızlığı ilə bağlı hüquq məsələləri tənzimləyən maddi hüquq normalarının bu tələbə tətbiq edilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Yuxarıda qeyd olunanlara əsasən vurğulanmalıdır ki, İddiaçı iddiası əsassızdır və təmin edilməməlidir. İddiaçı Cavabdeh iddia tələbi ilə bağlı mübahisə edilən hallar onunla bağlıdır ki, o və digər vərəsələr olmasına baxmayaraq, cavabdeh İddiaçı vərəsələrin vərəsəliyə çağırılmalı olmasını bilməsinə rəğmən, birgə nikah dövründə əldə edilmiş fərdi yaşayış evinin 1/2 hissəsi üzərində varislərin payları müəyyən edilmədən, həmin daşınmaz əmlakı bacısı X7 bağışlamış, Bakı şəhəri 45 saylı Notariat Ofisi varislərin ərizələrindən xəbərdar ola-ola, həmin fərdi yaşayış evinə dair bağlanmış bağışlama müqaviləsini təsdiq etmişdir. Bununla da, onun varis kimi hüquqları kobud şəkildə pozulmuşdur. İş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, iddiaçı Cavabdeh iddia tələbi qismən əsaslıdır. Çünki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin vəkil sorğusuna verdiyi 16 dekabr 2021-ci il tarixli cavabda əks olunmuş məlumatlara əsasən, Abşeron rayonu Qobu qəsəbəsi ünvanda yaşayış evi üzərində İddiaçı adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə **********67- 10301 (**********) reyestr nömrəsi ilə qeydiyyata alınmışdır (Bakı şəhəri 45 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-125 nömrəli alğı-satqı müqaviləsinə əsasən). Lakin, həmin fərdi yaşayış evi Bakı şəhəri 45 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-200 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X7 özgəninkiləşdirilmişdir. İddiaçı adına Bərdə rayonu Bala Qəcər kəndində 4 nəfərlə 0,96 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və xx.xx.2013-cü il tarixli, AN-0353305 saylı alğı-satqı müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirilmişdir. xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X9 adına (xx.xx.2004-cü il tarixdən xx.xx.2021-ci ilədək) Respublika ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İddiaçı adına (xx.xx.2004-cü il tarixdən xx.xx.2021-ci ilədək) Respublika ərazisində qeydiyyatdan keçmiş digər daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş ərizələrdən, eləcə də Bakı şəhəri 45 saylı Notariat Ofisinin 10 fevral 2022-ci il tarixli məktubundan görünür ki, X20 xx.xx.2021-ci il tarixdə ölmüşdür və oğlu Cavabdeh ərizəsi əsasında xx.xx.2021-ci il tarixdə 100 saylı vərəsəlik işi açılmışdır. Vərəsənin məlumatı əsasında mirasın tərkibi müəyyən edilmişdir. Məlum olmuşdur ki, mirasın tərkibinə avtomaşın, odlu silah, mirasqoyanın borcu daxildir. Cavabdeh atasının ikinci arvadı İddiaçı ilə birgə nikah dövründə əldə etdikləri və sağ qalmış arvadın adına olan Abşeron rayonu Qobu qəsəbəsində yerləşən daşınmaz əmlak haqqında məlumat verilmişdir ki, notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 117-ci bəndinin ikinci abzasına əsasən «Ər-arvadın biri öldükdə, əmlak isə ərarvadın birgə nikah dövründə əldə edilibsə və sağ qalan ərin (arvadın) adına rəsmiləşdirilibsə (qeydə alınıbsa), ölənin mirası qəbul etmiş vərəsələrinin ərizəsi əsasında sağ qalmış ərin (arvadın) razılığı ilə ölmüş ərin (arvadın) ümumi əmlakından pay da müəyyən edilə bilər. Bu pay əmlakın 1/2 hissəsindən ibarət olmalıdır. Həmin pay müəyyənləşdiriləndən sonra qanuni vərəsələrin vərəsəlik hüququ haqqında şəhadətnamə almağa hüququ var». Vərəsəyə izahat verilmişdir ki, yalnız ölmüş atasının bu əmlakdakı payına mülkiyyət hüququ haqqında şəhadətnamə verildikdən sonra o, miras əmlakın tərkibinə daxil edilə bilər. Vərəsə həmin gün bu əmlaka iddiası olduğunu bildirməmişdir. Mərhumun arvadı İddiaçı xx.xx.2021-ci ildə mərhumun oğlu Namiqlə birlikdə Ofisə müraciət edərək mərhum ərindən qalmış miras əmlakdan imtina barədə ərizə rəsmiləşdirməyi xahiş etmişdir. Onlar bu ərizənin doğuracağı hüquqi nəticələri sonuncuya izah edərək, nə səbəbdən mirasdan imtina etdiyini soruşmuşlar. Cavabında bildirmişdir ki, mərhumun oğlu Namiqlə miras əmlakın bölüşdürülməsi barədə şifahi razılığa gəlmişlər. Belə ki, Namiq Abşeron rayonu Qobu qəsəbəsindəki daşınmaz əmlaka qarşı heç bir tələb irəli sürmür və o da əvəzində mərhum ərindən qalmış avtomaşın və digər miras əşyalarının sonuncuya qalmasına razılıq vermişdir. Bundan sonra onun adından mirasdan imtina haqqında ərizə rəsmiləşdirilərək vərəsəlik işinə əlavə edilmişdir. Bir müddət sonra o, yenə Ofisə müraciət edərək bildirmişdir ki, qocalmışdır, xəstədir, övladı yoxdur, onun qayğısına qalan, ona baxan bacısı Əsmayədir. O, istəyir ki, Qobu qəsəbəsindəki daşınmaz əmlakı bacısı Səfərova Əsmayənın adına keçirsinlər, o, öləndən sonra sənədləşmə işləri üçün əziyyət çəkməsin. Onlar da sonuncunun xahişini nəzərə alaraq xx.xx.2021-ci il tarixdə 4Ə-200 nömrəsi ilə bağışlanma müqaviləsini rəsmiləşdirmişlər. Bağışlanma müqaviləsi ilə əlaqədar bildirirlər ki, qanunvericiliyə əsasən mülkiyyətçi 3-cü şəxslərin hüququndan azad əmlakı özgəninkiləşdirə bilər. 3-cü şəxslərin hüququ olan əmlakın özgəninkiləşdirilməsinə görə məsuliyyəti mülkiyyətçi daşıyır. Eyni zamanda, Təlimatın 16-cı bəndinin 5-ci abzasına əsasən «Təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə etmək üçün məhkəməyə müraciət etmək arzusunda olan digər əlaqədar şəxsin xahişi ilə notariat hərəkətinin aparılması on gün müddətində təxirə salınmalıdır. Bu müddətdə məhkəmədən təsdiq edilməli olan hüquq və ya fakt barəsində əlaqədar şəxsdən ərizə daxil olduğu haqqında məlumat alınmazsa, artıq notariat hərəkətinin aparılmasının dayandırılmasına yol verilmir. Məmışov Namiq mirasın qəbulu üçün müraciət etdiyi xx.xx.2021-ci il tarixdən bağışlanma müqaviləsinin rəsmiləşdirildiyi xx.xx.2021-ci il tarixə qədər bu hüquqa dair mübahisə açacağı barədə notariusa ərizə ilə müraciət etməmişdir. O, yalnız xx.xx.2021-ci il tarixdə, bağışlanmadan 1 ay 20 gün sonra nümayəndəsi X15 vasitəsilə onlara ərizə ilə müraciət edərək daşınmaz əmlaka dair tələb irəli sürmüşdür. Ona görə də, notariusun bağışlanma müqaviləsini rəsmiləşdirməkdən imtina etməyə əsası yox idi. xx.xx.2021-ci ildə İddiaçı yenidən müraciət edərək bildirmişdir kı, onun mirası qəbul etməkdən imtina ilə bağlı ərizəsini geri qaytarsınlar. Eyni zamanda o, ölmüş ərinin adına olan birgə nikah dövründə əldə edilmiş əmlaka mülkiyyət hüququ haqqında şəhadətənamə almaq üçün ərizə rəsmiləşdirmişdir. Onun bu ərizəsi vərəsəlik işinə əlavə edilmişdir. Əlavə olaraq ona yazılı şəkildə bildirilmişdir ki, Mülki Məcəllənin 1268-ci maddəsinə əsasən mirasdan imtina haqqında ərizəni geri götürə bilməz. Yuxarıda qeyd olunan mötəbər sübutlarla təsdiq olunur ki, Cavabdeh birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlakın miras qalmış 1/2 hissəsindən imtina etməmiş, daşınmaz əmlakın 1/2 hissəsi vərəsəlik hüququ ilə məhdudlaşmış, buna baxmayaraq, notarius həmin əmlaka dair bağışlama müqaviləsi təsdiq etmişdir. Bununla da, Cavabdeh hüquqları və qanunvericiliyin tələbləri pozulmuşdur. Bu səbəbdən, bu hissədə iddia - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 340.2, 666.1, 667.1, 1151.1, 1151.2, 1243.1, 1243.2, 1243.3, 1246, 1249, 1251, 1257.1, 1257.2, 1261, 1268.1, 1317.1, 1317.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, təmin edilməlidir. Cavabdeh mərhum X6na məxsus olmuş «KİA Cerato» markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində onun tam hissədə payının müəyyən edilməsi tələbini irəli sürsə də, həmin avtomobilin birgə nikah dövründə əldə edilməsi işin mübahisəsiz halı olmaqla, mövcud qanunvericilik normalarına əsasən avtomobilin 1/2 hissəsinin mülkiyyətçisi İddiaçıdır, İddiaçı mülkiyyət hüququ Dövlət tərəfindən qorunur, təminat verilir. Bu səbəbdən, bu hissədə iddia qismən, yalnız avtomobilin qalan 1/2 hissəsinə münasibətdə təmin edilməli, qalan hissədə iddia rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, birinci iddianı rədd, ikinci iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. Birinci iddianın rədd, ikinci iddianın qismən təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(002)- 428/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4491/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4491/2022
14.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver