Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4493/2020 05.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı cavabdeh 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun notariusu Şahgəldiyev Rasim Mövsüm oğluna qarşı “mirasdan imtina etmək barədə ərizənin etibarsız hesab edilməsi və notariat hərəkətlərinin aparılması qaydalarının pozulmasının müəyyən olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1611/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun notariusu Şahgəldiyev Rasim Mövsüm oğluna qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, mirasdan imtina etməsi barədə ərizəsinin etibarsız hesab edilməsi və notariat hərəkətlərinin aparılması qaydalarının pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, e-2(004)- 1611/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(004)-1611/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə anası X2 rəhmətə gedib və bununla əlaqədar olaraq miras işi açılıb və rəhmətə gedəndən bir neçə gün sonra xx xxx 2018-ci ildə atası onu təcili ASAN 3-ə aparmışdır ki, mirasla bağlı sənəd yazılsın. O, İddiaçı və bacısı Əhməd-zadə Gülnarə Tofiq qızı ASAN 3-də sənədləri imzalamışlar, hansı ki, dəqiq bilmirdilər ki, o sənədlərdə nədən söhbət gedir. ASAN 3 xidmətin notarisi R.M.Şahgəldiyev hazırlanan və yanlarında oxunmayan sənədi, özü yazmadığına görə, mətni bilmədiyinə görə və anasının vəfatından yalnız bir neçə gün keçdiyinə görə, həyəcan və stress keçirdiyinə görə tam şəkildə anlamamışdır ki, nə sənədə qol çəkir və atasının xahişi ilə bu sənədə qol çəkmişdir. Bir az müddət keçəndən sonra o, anlamışdır ki, səhv eləmiş və öz miras payından imtina etmiş və buna görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından görünür ki, 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-cu il tarixdə verilmiş AZ-İ № 946478 saylı ölüm haqqında şəhadətnaməyə əsasən, X2 xx.xx.2018-cu il tarixdə vəfat etmişdir. xx.xx.2018-ci il tarixli ərizəyə əsasən X8 oğlu, xx.xx.2018-ci il tarixdə vəfat etmiş anası X1 ölümündən sonra miras qalmış bütün əmlakdan ona düşən vərəsəlik payından atası X13 Əliyeviçin xeyrinə imtina etdiyini və bununla bağlı gələcəkdə iddia qaldırmayacağını göstərmişdir. Ərizə X8 oğlu tərəfindən imzalanmışdır. 3 saylı Bakı “ASAN xidmət” mərkəzində xüsusi notarius Şahgəldiyev Rasim Mövsüm oğlu tərəfindən Məlik-X6 imzası təsdiq olunmuş, imza edənin şəxsiyyəti müəyyən edilmişdir. Ərizə reyestrdə 7E- 28116 nömrə ilə qeyd edilərək informasiya sisteminə daxil edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Mülki Məcəllənin 324.1, 324.4, 324.5, 337.1, 337.2, 1268.1 və 1268.2-ci maddələrini, həmçinin “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydası haqqında” Təlimatın 98-ci bəndini tətbiq etməklə əsaslı nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2(004)- 1611/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-4493/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4493/2020
05.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver