Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4498/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı SOCAR İddiaçı nümayəndəsi X2, Cavabdeh nümayəndəsi X6 iştirakı ilə, İddiaçı SOCAR İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli 2(008)-403/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı SOCAR İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı qanuni istifadəsində olan sənaye təyinatlı Sabunçu rayonu Balaxanı qəsəbəsi Balaxanı-Binəqədi şosesinin kənarında yerləşən 1200 kv.metr sənaye təyinatlı torpaq sahəsi üzərində Cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin sökülməsi, ərazinin cavabdehin hesabına boşaldılaraq İddiaçınə qaytarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, keçmiş Bakı şəhər X4 İcraiyyə Komitəsinin 31 yanvar 1963-cü il tarixli 30/1477 saylı qərarı ilə İddiaçı “Balaxanıneft” Neft Qazçıxarma İdarəsinin (Keçmiş “Leninneft” NPU) daimi istifadəsinə neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış sənaye təyinatlı torpaq sahəsinin Sabunçu rayonu Balaxanı qəsəbəsi Balaxanı-Binəqədi şosesinin kənarında yerləşən 1200 kv.metrdən ibarət olan bir hissəsi Cavabdeh tərəfindən zəbt edilərək orada özbaşına tikinti işləri aparılmışdır. Dəfələrlə cavabdehdən özbaşına tikinti işlərinin dayandırılması və ərazinin boşaldılması tələb olunsa da, o qanunsuz olaraq bu tələblərə əməl etməmişdir. Həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi və orada özbaşına tikinti işlərinin aparılması mövcud texniki təhlükəsizlik qaydalarının tələblərini kobud şəkildə pozmaqla İddiaçı qanuni istifadəsində olan sənaye təyinatlı torpaqlar üzərində sahiblik və istifadə hüququnun həyata keçirilməsinə maneçilik törədir. Buna görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli 2(008)- 403/2020 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmununa uyğun olmaqla qətnamə çıxarılarkən maddi hüquq normalarının pozulması və iş üçün əhəmiyyətli olan halların sübut edilməməsi ilə əsaslandırılmışdır. Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz verərək bildirmişdir ki, mübahisəli ərazi "xxxx" Əməliyyat Şirkətinin istifadəsində olmaqla həmin şirkətin SOCAR-a heç bir aidiyyatı yoxdur. Buna görə də SOCAR “Azneft” İB hazırkı iddianı qaldırmağa subyektiv hüquqa malik olmamışdır. Tikili qanunsuz hesab edildiyi halda onun sökülməsi barədə iddianı Fövqəladə Hallar Nazirliyi qaldıra bilərdi. Bundan əlavə, həmin ərazidə dövlət başçısının 28 dekabr 2011-ci il tarixli sərəncamı ilə X8 yaradılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin nümayəndəsi isə şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “X5 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi və X1 Təşkili üzrə Dövlət Agentliyi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına öz nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli 2(008)- 403/2020 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 19 dekabr 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, 406465; ******* koordinatlar üzrə yerləşən torpaq sahəsi Balaxanı əməliyyat şirkətinin ərazisi hüdudlarında olub, sənaye təyinatlı torpaq sahəsinə aiddir. İş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti başçısının 16 mart 1999-cu il tarixli 211 saylı sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Quruda neft və qazçıxarma Birliyinin 23.12.1998-ci il tarixli YC-011/2559 saylı məktubu nəzərə alınaraq, Sabunçu rayonu ərazisində yerləşən və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus olan Balaxanıneft-Sabunçu-Ramana yatağından 383,5 ha torpaq sahəsi geri alınmışdır. İş materiallarında olan Balaxanı Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış torpaq sahəsinin istifadəyə verilməsi və vergiyə cəlb olunması haqqında 01 iyul 2016-cı il tarixli 008 №-li müqavilədən görünür ki, Balaxanı qəsəbəsi sənaye ərazisi sahəsində istehsalatla məşğul olmaq üçün 1200 kv.metr torpaq sahəsi 15 il müddətinə Cavabdeh istifadəsinə verilmişdir. İş materiallarında olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 mart 2018-ci il tarixli 2-1(82)-1129/2018 №-li qərarına əsasən iddiaçı Cavabdeh iddiası təmin edilərək, Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Balaxanı-Binəqədi şosesinin kənarında yerləşən 1200 kv.m torpaq sahəsində inşa edilmiş, Cavabdeh məxsus tikilinin hüquqi qeydiyyata alınması ilə bağlı layihənin təsdiq edilməsi barədə sərəncam verilməsi vəzifəsi Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının 19 aprel 2018-ci il tarixli 124 nömrəli sərəncamı ilə məhkəmə qərarı icra edilərək, həmin qeyri-yaşayış obyektinin layihəsi təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci hissəsinə müvafiq olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Göründüyü kimi Cavabdeh mübahisəli 1200 kv.metr torpaq sahəsi üzərində inşa edilmiş tikilidən istifadəsinin ligitimliyi tanınmış, bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həmin torpaq sahəsi Cavabdeh istifadəsinə verilmiş, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti isə Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Balaxanı-Binəqədi şosesinin kənarında Cavabdeh tərəfindən inşa olunmuş qeyri-yaşayış obyektinin layihəsini təsdiq etmişdir. Buna görə də birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən inşa olunmuş qeyri-yaşayış obyektinin müvafiq kompensasiya ödənilmədən sökülməsi də sosial ədalət prinsipinə zidd olardı. Bundan əlavə, mübahisəli torpaq sahəsi Balaxanı əməliyyat şirkətinin (“X5 LTD” şirkətinin) ərazisi hüdudlarında olub, sənaye təyinatlı torpaq sahəsinə aiddir. Buna görə də SOCAR “Azneft” İB-nin hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı SOCAR İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli 2(008)- 403/2020 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4498/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4498/2021
22.07.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver