Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4498/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh4 MTK-ya, Cavabdeh1, Cavabdeh2 və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin əvvəlki vəziyyətə qaytaılması və sair tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-4222/2018 saylı qətnaməsindən maraqlı şəxs X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh4 MTK-ya, Cavabdeh1, Cavabdeh2 və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin əvvəlki vəziyyətə qaytarılması və sair tələbinə dair” iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, M.Əlizadə küçəsində yerləşən 52 saylı evin 34-cü mənzilinin alqı-satqısına dair Cavabdeh2 ilə Cavabdeh4 Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi, həmin mənzilin sənədləşməsinin əvvəlki vəziyyətə qaytararaq, Cavabdeh1 adına xx.xx.2008-ci il tarixdə bağlanmış müqavilənin bərpa edilməsini Cavabdeh4 Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması, eyni zamanda müqavilə əsasında mübahisəli mənzilə dair Cavabdeh2 adına verilmiş RX seriyalı ******* nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2012-ci il tarixli Çıxarışın DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri, M.Əlizadə küçəsində yerləşən 52 saylı evin 34 saylı mənzilinin alqı-satqısına dair Cavabdeh2 ilə Cavabdeh4 Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin və müvafiq maliyyə arayışının etibarsız hesab edilməsi, Cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi, həmin mənzilin sənədləşməsinin əvvəlki vəziyyətə qaytarılaraq, Cavabdeh1 adına xx.xx.2008-ci il tarixdə bağlanmış müqavilənin bərpa edilməsi öhdəliyi nin Cavabdeh4 Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması qət edilmişdir. İş üzrə maraqlı şəxs X1 qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini xahiş etmişdir. Hazırda Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli məktubla müraciət edərək, məhkəmənin 25 may 2022-ci il tarixli, 2(004)-4222/2018 saylı qərardadından iddiaçı tərəfindən şikayət verildiyini üçün mülki işin Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.6-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçı cavabdehlər Cavabdeh4 MTK-ya, Cavabdeh1, Cavabdeh2 və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin əvvəlki vəziyyətə qaytaılması və sair tələbinə dair” iddia ərizəsi ilə bağlı mülki iş apellyasiya baxışından çıxarılsın və həmin iş üzrə prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün mülki işin materialları Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz
Məhkəmə qərarları › İş №2(103)-4498/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4498/2022
28.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver