Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4498/2024 18.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, 2(005)-1198/2024 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 may 2024-cü il tarixli qətnamədən iş üzrə üçüncü şəxs olan X2 və cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə qarşı irəli sürdüyü “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi və sair tələbləri barədə” iddiaya dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. İş üzrə cavabdeh olan MMC və iş üzrə üçüncü şəxs olan Sevinc Şərifova həmin qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri vermiş, işə baxmış Rayon Məhkəməsi həmin apellyasiya şikayətlərini qəbul edərək, baxılması üçün onları, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkündür. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin mənasına görə, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir (maddə 8.2.). Apellyasiya şikayətinin verilməsinə görə isə, bu Qanunla (maddə 8.2) müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir (maddə 8.6.). Hazırki mülki işin icraatının başlanmasına əsas olmuş iddia qiymətləndirilməyən iddialara aiddir. Belə olan halda həmin iddiaya dair iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qalmış tərəf apellyasiya şikayətinin verilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödəməlidir. Lakin iş materiallarından görünür ki, Sevinc Şərifova apellyasiya şikayətinin verilməsi üçün 38 manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə olan halda hesab edilməlidir ki, apellyasiya şikayətlərinə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 363.1.2-ci maddəsinə görə, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin Rayon Məhkəməsi iş üzrə üçüncü şəxs olan Sevinc Şərifovanın apellyasiya şikayətini qaytarmamış, şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, qeyd edilən bu apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. İş üzrə cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti MPM-in tələblərinə və “MPM-ə əlavə 3”-də müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada, habelə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəməklə verilsə də, yuxarıda qeyd edilən hala görə bu apellyasiya şikayətinin hazırki mərhələdə icraata qəbul edilməsi qeyri-mümkündür. MPM-in 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, şikayət qəbul olunmamış hesab edilə bilər. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 366, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: 2(005)-1198/2024 saylı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 may 2024-cü il tarixli qətnamədən iş üzrə üçüncü şəxs olan X3 və cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4498/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4498/2024
18.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver