Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4500/2022 20.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsivəkili Vəkil2, ilkin iddia üzrə Cavabdeh3, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Ramazan oğlunun, onun nümayəndəsi-vəkilləri Vəkil3, Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Ramazan oğluna, Cavabdeh3, Cavabdeh4, Bakı şəhəri 53 nömrəli Notariat ofisinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı vərəsəlik işinin açılması, miras əmlakın qəbul edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair ilkin, iddiaçı Cavabdeh2 Ramazan oğlunun cavabdeh İddiaçı qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki iş dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-929/2022 saylı 20 aprel 2022-ci il tarixli qətnaməsindən ilkin Cavabdeh2 Ramazan oğlu və onun nümayəndəsi-vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 Ramazan oğlu, Cavabdeh3, Cavabdeh4, Bakı şəhəri 53 nömrəli Notariat ofisinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı vərəsəlik işinin açılması, miras əmlakın qəbul edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X11 ondan öncə, xx.xx.2021-ci il tarixdə vəfat etmiş arvadı X4 vərəsəsi kimi tanınması, X10 miras qalmış Bakı şəhəri, Mətbuat prospekti, 539cu məhəllə, ev 18/7, 116 nömrəli mənzilin tərəfindən qəbul edilməsi faktının müəyyən olunması, həmin mənzil üzərində tam hissədə miras payının müəyyən olunması və mənzil üzərində tam hissədə miras payının müəyyən olunmasına dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələblərinin həcminin artırılması barədə ərizə verərək, Cavabdeh2 Ramazan oğlunun adına verilmiş 25.01,2022-ci il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X11 ondan öncə, xx.xx.2021-ci il tarixdə vəfat etmiş arvadı X4 vərəsəsi kimi tanınması, X10 miras qalmış Bakı şəhəri, Mətbuat prospekti, 539-cu məhəllə, ev 18/7, 116 nömrəli mənzilin tərəfindən qəbul edilməsi faktının müəyyən olunması, həmin mənzil üzərində tam hissədə miras payının müəyyən olunması və mənzil üzərində tam hissədə miras payının müəyyən olunmasına dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Mətbuat prospekti, 539-cu məhəllə, ev 18/7, 116 nömrəli mənzil ilk əvvəl X15 xüsusi mülkiyyət hüququ ilə məxsus olmuş, 2019-cu ildə X20 həmin mənzili X6 bağışlamışdır. X8 xx.xx.2021-ci tarixdə vəfat etmişdir. Onun ölümündən sonra əri X20 arvadından qalan mirasa faktiki olaraq sahiblik etməyə başlamış və vərəsəlik işinin açılması üçün 53 nömrəli Notariat Kontoruna müraciət etmişdir. Lakin, 53 nömrəli Notariat Kontorunda bildirilmişdir ki, vərəsəlik münasibətlərinin yaranması üçün, ilk növbədə, miras qoyanın ölüm faktı mövcud olmalıdır. Bu səbəbdən də, X20 arvadı X4 ölüm faktının müəyyən edilməsi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Burada məqsəd mirasın qəbul edilməsi olmuşdur. X11 niyyəti arvadından qalan Bakı şəhəri, Mətbuat prospekti, 539-cu məhəllə, ev 18/7, 116 nömrəli mənzili miras əmlak kimi qəbul edib, ona vəsiyyət etmək idi. Lakin o, yaşlı və xəstə olduğu üçün ölüm ayağında olduğunu bilirdi və guman edirdi ki, miras əmlakı qəbul etməmiş vəfat edəcək. Ona görə də, 53 nömrəli Notariat Kontorunun notariusu Səma xanım Ələkbərovanı sözü gedən mənzilə dəvət etmiş və ona məxsus olan bütün daşınar və daşınmaz əmlakı mənə vəsiyyət etməsi barədə vəsiyyətnamə tərtib edilmişdir. X20 onun X7nın və X13 birgə nikahından doğulmuşdur. X7 xx.xx.1954-cü il tarixdə X23 ilə nikaha daxil olmuş, bu nikahdan atası X24 və digər əmisi X25 anadan olmuşdur. Yəni, X20 onun atası ilə ana bir, ata ayrı qardaşdırlar. X20 əmisidir. xx.xx.2021-ci il tarixdə “ölüm faktının müəyyən edilməsi” ilə bağlı məhkəmə işi yekunlaşmamış, miras əmlakı qəbul etməyə macal tapmamış əmisi X20 vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Bu əsasla bildirir ki, X4 ölümündən sonra 1-ci növbə qanun üzrə vərəsəsi onun əri X16r. O isə mirası qəbul edənədək ölmüşdür. Beləliklə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir. X3 qalan miras əmlakın qəbul edilməsi üçün 53 nömrəli Notariat Kontorunun notariusu Səma Ələkbərovaya müraciət etmiş, lakin, notarius tərəfindən vərəsəlik işinin açılmasından imtina edilmişdir. Ona görə də, məhkəməyə müraciət etmək zərurətində qalmışdır. Eyni zamanda, X11 həm vəsiyyətnamə üzrə, həm də 3-cü növbə qanun üzrə vərəsəsidir. X11 qanun üzrə 1-ci növbə vərəsələri yoxdur. Bu halda 2-ci növbə vərəsələr onun qardaşları X24 və X19r. Onlar vərəsəlik işinin açılması üçün notariat orqanına müraciət etməmişlər. Vərəsələrin dairəsinin müəyyən edilməsi irsi transmissiya ilə bağlı məsələnin həllində mühüm əhəmiyyət kəsb edir. Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Vərəsəlik hüququnda irsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun onun öz vərəsələrinə (transmissar) keçməsi başa düşülür. Yəni, qanun və ya vəsiyyət üzrə vərəsə miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədən və vərəsəlik hüququnu həyata keçirə bilmədən ölərsə, mirası qəbul etmək hüququ ləğv edilmir və bu hüquq ölmüş vərəsənin vərəsələrinə keçir. Bu halda əksi sübuta yetirilməyincə mirası qəbul etmədən ölmüş vərəsənin miras qoyanın əmlakını, mirası qəbul etmək niyyətinin mövcudluğu prezumpsiyası tətbiq edilir. X5 arvadı X4 “ölüm faktının müəyyən edilməsi” tələbi ilə bağlı məhkəməyə müraciət etməsi, onun vəsiyyətnamə tərtib etməsi mübahisəli əmlakı qəbul edib mənə vəsiyyət edəcəyi niyyətinin mövcudluğunu bildirir. Məlum olmuşdur ki, 25.01,2022-ci il tarixdə 53 nömrəli Notariat Kontoru tərəfindən Cavabdeh2 Ramazan oğlunun adına vərəsəlik şəhadətnaməsi verilmiş və həmin şəhadətnamə əsasında ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış alınmışdır. Cavabdeh2 Ramazan oğlu qarşılıqlı iddia ərizəsi verərək, cavabdehə verilmiş xx.xx.2021-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia tələbini qarşılıqlı iddiaçı onunla əsaslandırmışdır ki, bacısı X4 mülkiyyətində Bakı şəhəri, Yasamal rayonu, Mətbuat pr., 18/7 mən 116 ünvanda yerləşən yaşayış sahəsi olmuşdur. Bacısı xx.xx.2021 -ci ill tarixdə vəfat etmiş və onu Buzovna qəbirstanlığında dəfn etmişlər. Onun ölümündən sonra mülkiyyətində olmuş mənzildə onun həyat yoldaşı Hüseynov Hüseyn hələ bacısının qırxı çıxmamış vəfat etmişdir. Bu arada yaranmış qarşılıqlıqdan istifadə edən cavabdeh öz ailəsi ilə birlikdə hələ bacısının həyat yoldaşı Hüseynov Hüseyn dünyasını dəyişməmiş bir neçə gün əvvəl atasının ögey qardaşı olmuş Hüseynov Hüseynə qulluq etmək məqsədi ilə ailəsi ilə birlikdə bacısının mülkiyyətində olmuş yuxarıda göstərilən mənzilə köçmüş, ailəsini də ora gətirmişdir. Elə həmin vaxtlarda bacısımın həyat yoldaşı notariusu evə dəvət etməklə İddiaçı aşağıdakı məzmunda vəsiyyətnamə vermişdir: 1. Mənə məxsus olan bütün daşınar və daşınmaz əmlakımı Hacıqabul şəhəri, Babək küçəsi, ev 4, mənzil 18-də yaşayan xx.xx.1988-ci il təvəllüdlü İddiaçı vəsiyyət edirəm.” Cavabdehin həmin yaşayış sahəsinə heç bir hüququ yoxdur, o, özbaşına olaraq həmin yaşayış sahəsinə köçüb oradan qanunsuz istifadə etməyə başlamışdır və hazırda da istifadə edir. Verilmiş vəsiyyətnamə onu verənin səlahiyyəti olmadan verilmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüququnun (miras aktivi) və vəzifələrin (mirsa passivi) toplusu daxildir. Bundan başqa göründüyü kimi vəsiyyət edən ona məxsus olmayan əmlakın barəsində vəsiyyətnamə qoymuşdur ki, bu da yuxarıda göstərilən qanunun tələblərinə ziddir. Daha sonra Azərbaycan Respublikası MM-nin 1152-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnaməni tərtib etdiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o, halda nəzərdə tut bilər ki, mirasın açıldığı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Hazırda qüvvədə olan Mülki qanunvericiliyin yuxarıda şərh olunan normasından bir daha dəqiqləşdirilir ki, təqdim olunan vəsiyətnaməyə əsasən Hüseynov Hüseynin ölənədək heç bir əmlakı (daşınmaz əmlak kimi mənzil) onun mülkiyyətində olmamışdır, o, Sonaxammın vərəsəsi kimi notariusda qeydə alınmamış (iddi ərizəsində göstərdiyi kimi vərəsə olmaq üçün qeyd olunmağa çatdırmadan ölmüşdür), Sona xanımdan miras qalmış əmlakın - gələcək əmlakın vəsiyyət edilməsi qanunun tələbinə uyğun olmamış, Azərbaycan Respublikası MM-nin 1151 və 1152-ci maddələrinin tələbləri pozulmaqla verilmiş (həm də dəqiq tərtib olunmamış) etibarnamə Sonaxanımın miras qalmış mənzilinə vərəsə kimi sahib çıxmağa iddiaçıya əsas vermir. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli qərarına, yuxarıda göstərilən formada tərtib olunmuş vəsiyyətnamə iddiaçıya mövcud vəziyyətdə mirasdan pay olmaq imkanını istisna edir. Əgər iddiaçı mövcud vəsiyyətnamə üzrə deyil, qanun üzrə vərəsə olsaydı Plenumun yuxarıda adıçəkilən Qərarını bəlkə də bu işə şamil edilib-edilməməsi mübahisələndirilə bilərdi. İddiaçı həm də Hüseynin 3-cü növbə vərəsəsi olduğunu qeyd edir. Bildirir ki, Hüseynin (ögey əmisi) tərəfindən övladlığa götürülmədən, onun soyadı üzrə qan qohumu olmadan, əlindəki tərtibatı dəqiq olmayan vəsiyyətnamə ilə özünü 3-cü növbə vərəsə kimi hesab etməsi yanlışdır. Bacısının həyat yoldaşı, övladları və valdeyinləri sağ olmadığına görə ikinci növbə vərəsə kimi Bakı şəhəri 53 saylı notariat ofisinə müraciət edib vərəsə kimi tanınması barədə müvafiq sənədi almışdır. Beləliklə, bacısının mülkiyyətində olmuş yaşayış sahəsinə vərəsəlik hüququ tanınmışdır. Cavabdehə yaşayış sahəsini boşaltmaq barədə şifahi qaydada xəbərdarlıq etsə də, o, özbaşına tutub istifadə etdiyi yaşayış sahəsini boşaltmaqdan imtina edir və bununla da onun həmin yaşayış sahəsinə olan hüquqlarının pozulmasına şərait yaradır Yasamal Rayon Məhkəməsinin 2(004)-929/2022 saylı 20 aprel 2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməsi, Cavabdeh2 Ramazan oğlunun adına verilmiş 25.01,2022-ci il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, Cavabdeh2 Ramazan oğlunun adına 25.01,2022-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X20 ondan öncə, xx.xx.2021-ci il tarixdə vəfat etmiş arvadı X4 vərəsəsi kimi tanınması, X10 miras qalmış Bakı şəhəri, Mətbuat prospekti, 539cu məhəllə, ev 18/7, 116 nömrəli mənzilin (Yeni qaydalarla: AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, 8, M8, m2) İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, həmin mənzil üzərində tam hissədə miras payının müəyyən olunması, İddiaçı Bakı şəhəri, Mətbuat prospekti, 539-cu məhəllə, ev 18/7, 116 nömrəli mənzil (Yeni qaydalarla: AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, 8, M8, m2) üzərində tam hissədə miras payının müəyyən olunmasına dair vərəsəlik şəhadətnaməsinin verilməsi, ilkin iddia tələbinin təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən tutulub iddiaçıya ödənilməsi, iddiaçı Cavabdeh2 Ramazan oğlunun cavabdeh İddiaçı qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddiası təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilmədiyindən ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 (nümayəndəsi-vəkili) apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin bütün faktiki halların araşdırmamış, miras əmlakın X20 tərəfindən faktiki qəbul edilməsi ilə bağlı səhf nəticəyə gəlmişdir. Belə ki, işin mübahisəsiz halı X11 ondan əvvəl vəfat etmiş yoldaşı X2 miras qalmış ünvan 2 ünvanında yerləşən mənzili 1-ci növbə vərəsə kimi nə faktiki, nə də ki hüquqi cəhətdən qəbul etməməsidir. Belə ki, X1 şəhəri Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-5672/2021 saylı qətnaməsi ilə ölmüş elan edilmiş və həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra xx.xx.2021-ci il tarixdə X4 ölüm faktının qeydə alınması barədə ölüm haqqında şəhadətnamə verilmişdir. Belə olan halda, MM-nin 1145 və 1146-cı maddələrinin tələblərinə görə X2 qalmış mirasın Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-5672/2021 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan açılması müəyyən olunur və xx.xx.2021-ci il tarixdə vəfat etmiş Hüseyn Hüseynovun miras açılmadan onu qəbul etməsi və İddiaçı mübahisəli əmlakla bağlı vəsiyyətnamə verilməsi qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və onun nümayəndəsi-vəkilləri apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh3 verilmiş apellyasiya şikayətlərinin dəlillərinə uyğun çıxış edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh və onun nümayəndəsi-vəkili apellyasiya şikayətlərinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər; işin halları və Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinin tələbi nəzərə alınmaqla işə həmin proses iştirakçılarının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan AZ seriyalı, 043417 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə X8 arasında nikah xx.xx.1968-ci il tarixdə Xətai rayon VVAQ şöbəsində 421 nömrə ilə qeydə alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 539-cu məhəllə, ev 18/7, 116 nömrəli mənzil X4 adına xx.xx.2019-cu il tarixdə qeydiyyatdan keçmişdir. AZ-İİ seriyalı, 204458 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi Cavabdeh2 Ramazan oğludur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu tarixdə Sonaxanım Hüseynovaya verilmiş **********09-05301-093110 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 539-cu məhəllə, ev 18/7, 116 saylı mənzildən (Yeni qaydalarla: AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, 8, M8, m2) ibarətdir. Qeyd: Real vaxt rejimində xx.xx.2022-ci il tarixli arayışa əsasən şəhadətnamə verilənədək mənzil həbs altında deyil. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X22 tərəfindən təsdiq edilmiş və reyestrdə 2V-24 nömrə ilə qeyd edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 539-cu məhəllə, ev 18/7, 116 nömrəli mənzil (Yeni qaydalarla: AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, 8, M8, m2) Cavabdeh2 Ramazan oğlunun adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir. AZ-İİ seriyalı, 204458 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. xx.xx.2021-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X20 nəmin vəsiyyətnamə ilə ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını Hacıqabul şəhəri, Babək küçəsi, ev 4, mənzil 18-də yaşayan xx.xx.1988-ci il təvəllüdlü İddiaçı vəsiyyət etmişdir. Vəsiyyətnamə Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X22 tərəfindən təsdiq edilmiş və reyestrdə 2V-166 nömrə ilə qeyd edilmişdir. xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, İddiaçı vəkili Vəkil2 Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X17 müraciət edərək, Bakı şəhəri, Mətbuat prospekti, 539-cu məhəllə, ev 18/7, 116 saylı mənzilin xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 mülkiyyətində olduğunu, o, vəfat etdikdən sonra onun qanun üzrə 1-ci növbəli vərəsəsi olan əri-Hüseynov Hüseynin mirası qəbul etməyə macal tapmadan xx.xx.2021-ci il tarixdə vəfat etdiyini, vəfat etməmişdən qabaq mənzili qardaşı oğlu İddiaçı vəsiyyət etdiyini göstərmiş və mənzilin miras əmlak kimi qəbul edilməsi üçün vərəsəlik işinin açılmasını xahiş etmişdir. Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X14 xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixli ərizəyə cavab olaraq bildirilmişdir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 vərəsələrinin müraciətinə əsasən xx.xx.2021-ci il tarixində 8V-123 saylı vərəsəlik işi açılmışdır. Hüseynov Hüseynin mərhum X4 vərəsəsi olması faktını müəyyən etmək üçün məhkəməyə müraciət etməsi məqsədə müvafiqdir. Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X14 xx.xx.2021-ci il tarixli notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə qərarından görünür ki, Hüseynov Hüseyn xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 53 saylı notariat ofisində təsdiqlənmiş vəsiyyətnamə üzrə ölən günədək ona məxsus olan bütün əmlakını qardaşı oğlu İddiaçı vəsiyyət etmişdir. Hüseynov Hüseyn xx.xx.2021-ci ildə ölmüşdür. Əmisinin ölümündən sonra vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün notariusa müraciət edən İddiaçı təklif edilmişdir ki, miras qalan əmlaka hüquq müəyyənedici sənədi təqdim etsin. Cavabında o, xx.xx.2021-ci ildə vəfat etmiş əmisi arvadı X2 miras qalmış ünvan 2 ünvanında yerləşən mənzildən mərhumun əmisi Hüseyn Hüseynova düşən miras payı üçün vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. İddiaçı izah edilmişdir ki, Sonaxanım Hüseynovanın ölümündən sonra onun qardaşı Cavabdeh2 xx.xx.2021-ci il tarixdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada Bakı şəhəri 53 saylı notariat ofisinə ərizə verməklə mirası qəbul etmişdir və təqdim etdiyi sənədlər əsasında ünvan 2 ünvanında yerləşən mənzilin X6 məxsus olması məlum olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göstərilənlərə əsasən X4 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən əmlaka dair İddiaçı vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-5672/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı ərizəsi təmin edilərək, xx.xx.1945-ci il təvəllüdlü X4 xx.xx.2021-ci ildə Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı müəyyən edilmişdir. Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli, xx/xx-309942/1239 saylı məktubundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, MTT(004)-85/2021 saylı icra sənədi icra olunması üçün Bakı şəhəri 53 saylı notariat ofisinə göndərilmişdir. İş materialarından müəyyən olunur ki, ilkin iddia üzrə İddiaçı X5 ondan əvvəl vəfat etmiş yoldaşı X2 miras qalmış ünvan 2 ünvanında yerləşən mənzili faktiki qəbul etməsini, 15.07,2021-ci il tarixli vəsiyyətnamə ilə ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını iddiaçıya vəsiyyət etməsini, Hüseyn Hüseynov xx.xx.2021-ci il tarixdə vəfat etməsini əsas gətirərək, Cavabdeh2 adına verilmiş 25.01,2022-ci il tarixli vərəsəlik şəhadətnaməsinin və həmin şəhadətnamə əsasında verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Hüseyn Hüseynovun ondan öncə, xx.xx.2021-ci il tarixdə vəfat etmiş arvadı Sonaxanım Hüseynovanın vərəsəsi kimi tanınması, Hüseyn Hüseynovdan miras qalmış mənzilin iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən olunması, həmin mənzil üzərində tam hissədə miras payının müəyyən olunması və mənzil üzərində tam hissədə miras payının müəyyən olunmasına dair vərəsəlik şəhadətnaməsinin verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, müəyyən olunur ki, ilkin iddia üzrə İddiaçı, miras qoyan Sonaxanım Hüseynovanın əri, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Hüseyn Hüseynovun ana bir, ata ayrı qardaşı Nazim İsmayılovun oğlu, Cavabdeh2 isə miras qoyan X4 qardaşıdır. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1243.2-ci maddəsinin tələbinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı). Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında hesab etmişdir ki, subyektiv hüquq kimi vərəsə olmaq hüququ mirasın qəbul edilməsi üsulu ilə şərtləndirilməmişdir. Həmin Qərarda, həmçinin, qeyd edilmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Əks yanaşma, yəni vərəsə sayılan şəxslərin qeyri-formal üsulla mirası qəbul etməsinə baxmayaraq məhkəmələr tərəfindən formal mülahizələrə əsasən (vərəsəlik şəhadətnaməsinin olmaması, vərəsənin mirasa ehtiyacının olmaması və s.) bu faktın inkar edilməsi vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, həmin şəxslərin məhkəmə müdafiəsi, o cümlədən subyektiv hüququn “olmaması” səbəbi ilə iddia ərizəsinin rədd edilməsi ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqların əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar.” Qanunvericiliyin tələbinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mirasın qəbulu ilə bağlı qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən Hüseyn Hüseynovun ondan əvvəl vəfat etmiş yoldaşı Sonaxanım Hüseynovadan miras qalmış ünvan 2 ünvanında yerləşən mənzili birinci növbə vərəsə kimi faktiki qəbul etməsi, bununla da, mübahisəli mənzilin onun mülkiyyəti sayılması işin mübahisəsiz halı olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 8 yanvar 2021-ci il tarixli qərarında göstərilmişdir ki, “Vəsiyyət üzrə vərəsəlik zamanı isə miras əmlak vəsiyyətnamədə göstərilən şəxslərə keçir. Bu zaman vərəsəliyin şərtləri və qaydası vərəsəlik hüququnun əsas prinsiplərindən olan vəsiyyət etmək azadlığına uyğun olaraq miras qoyanın iradəsi ilə müəyyən edilir.” Bundan başqa, Mülki Məcəllənin 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Müəyyən olunur ki, bütün miras əmlak Hüseyn Hüseynov tərəfindən faktiki qəbul edilmiş, ondan başqa birinci növbə vərəsə olmamışdır. H.Hüseynov isə ona məxsus olan bütün əmlakını ilkin iddia üzrə İddiaçı vəsiyyət etmişdir. Belə olan halda isə miras əmlak birinci növbə vərəsə tərəfindən qəbul edildiyinə görə, notariat ofisinin iş üzrə Cavabdeh2 Ramazan oğluna qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə verməsi, həmin şəhadətnamə əsasında isə cavabdehin adına mübahisəli mənzilə dair çıxarışın verilməsi qanunvericiliyin tələblərinə cavab vermir. Həmçinin, məhkəmə kollegiyası ilkin iddianı əsaslı hesab etdiyi üçün müvafiq olaraq qarşılıqlı iddianın təmini üçün əsas görmür. Çünki işin yuxarıda sadalanan hallarına görə ilə qarşılıqlı iddianın, yəni vəsiyyətnamənin etibarsızlığı üçün hallar müəyyən olunmamışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77-ci və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, bir daha qeyd edir ki, X4 ölüm şəhadətnaməsi verildiyi xx.xx.2021-ci il tarixdən əvvəl vəfat etsə də, X20 mübahisəli mənzilə faktiki sahiblik etmiş və mirası qəbul edən şəxs kimi qiymətləndirilməlidir. Yeganə varis olaraqda X2 miras qalmış məzili vərəsə kimi qəbul etmişdir. Belə olan halda X11 miras açılmadan onu qəbul etməsi və İddiaçı mübahisəli əmlakla bağlı vəsiyyətnamə verilməsi qanunvericiliyin tələbləri tamamilə uyğundur. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən qeyd edir ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-929/2022 saylı 20 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətləri verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-4500/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4500/2022
20.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver