Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4500/2025 29.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Cavabdeh tərəfindən verilmiş şikayətə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2007/2025 nömrəli, 25 iyun 2025-ci il tarixli qərardadından Cavabdeh verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı MMC cavabdeh X4 qarşı nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-2007/2025 saylı, 10 mart 2025-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X1 280 manat əsas borc və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 310 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
3. 22 iyun 2025-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 2007/2025 saylı, 10 mart 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuşdur.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2007/2025 nömrəli, 25 iyun 2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 2007/2025 saylı, 10 mart 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qanunvericliklə müəyyən olunmuş şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürüldüyündən geri qaytarılması qərara alınmışdr.
5. Həmin qərardaddan Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini xahiş emtişdir.
Apellyasiya instansiyası məhkəməsində icraat
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2025-ci il tarixli, 2103)-4500/2025 nömrəli qərardadı ilə apellyasiya mümkün hesab edilmişdir
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 iyul 2025-ci il tarixli məktubu ilə zərurət yarandığından işin həmin məhkəməyə göndərilməsi xahiş edilmişdir.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır; Maddə 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir; Maddə 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiyası qeyd edilənlərə nəzərə alaraq, hesab edir ki, qərardaddan şikayətin yoxlanılması üçün apelyasiyanın mümkünlüyü barədə qərardad ləğv edilib, iş apellyasiya baxışından çıxarılmaqla, birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
10. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2007/2025 nömrəli, 25 iyun 2025-ci il tarixli qərardadından Cavabdeh verdiyi şikayətin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2025-ci il tarixli, 2103)- 4500/2025 nömrəli qərardadı ləğv edilsin, iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.