Məhkəmə qərarları › İş №2(103)-4511/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4511/2022

05.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4511/2022 05.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: subroqasiya qaydasında pul hakimlər X8 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, cavabdehin iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2172/2022 saylı işi üzrə 11 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. "xxxx" ASC-nin Cavabdeh qarşı "Ford Focus” minik markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı 2225,31 manat, "X17” minik markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı isə 2774,69 manatın, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 70 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddiası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2172/2022 saylı işi üzrə 11 aprel 2022-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəllə 1096.1, 1108.1, Mülki Prosessual Məcəllə 119.1, "İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh 19 noyabr 2021-ci il tarixdə müvafiq etibarnaməsi olmadan idarə etdiyi "Chevrolet Cruze” minik markalı, 99-TX- 218 dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törədərək "Ford Focus” minik markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı və "X17” minik markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə onun idarə etdiyi avtomobilin sığortaçısı kimi "Azsığorta” ASC tərəfindən zərərçəkmişlərə müvafiq olaraq 2225,31 manat və 2774,69 manat olmaqla ümumilikdə 5000 manat sığorta ödənişi edilmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir.Beləliklə, iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır.

2. İşin icraatı zamanı müəyyən edilmişdir ki: -19 noyabr 2021-ci il tarixli, İXP ******* saylı "inzibati xəta haqqında protokol”a əsasən Cavabdeh həmin tarixdə nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq etibarnaməsi olmadan idarə etdiyi "Chevrolet Cruze” minik markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrinə nəzərdə tutulan inzibati xətanı törətmişdir; -"İcbari sığorta müqaviləsinə dair məlumat”a əsasən "Chevrolet Cruze” minik markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil 02 iyul 2021-ci il tarixdən 12 ay müddətinə "Azsığorta” ASC tərəfindən sığortalanmışdır; - "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən "Chevrolet Cruze” minik markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2r, hadisə zamanı avtomobili Cavabdeh müvafiq etibarnamə olmadan idarə etmişdir. "Ford Focus” minik markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X13r, hadisə zamanı həmin avtomobili X5 idarə etmişdir. "X17” minik markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3, hadisə zamanı avtomobili o özü idarə etmişdir; -19 noyabr 2021-ci il tarixli qüsur aktına əsasən, "X18” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 4950 manat müəyyən edilmişdir; -23 noyabr 2021-ci il tarixli qüsur aktından əsasən "Ford Focus” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 3970 manat müəyyən edilmişdir; -01 dekabr 2021-ci il tarixli ödəniş məlumatlarına əsasən "Azsığorta” ASC trəfindən X6 2774,69 manat, X11 isə 2225,31 manat sığorta ödənişi edilmişdir (iş.səh.6, 8, 11, 13, 15, 34, 61-62). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

3. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Şəhəri Binəqədi rayon Məhkəməsinin e-2(001)-2172/20222 saylı, 11 aprel 2022-ci il tarixli qətnaməsinin tamamilə ləgv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Mülki Prosessual Məcəllənin 134.1, 134.1.4, 135, 138.1, 138.2, 284- 5.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, xx.xx.2021-cı il tarixdə saat 07:40-da CHEVROLET minik markalı, 99TX 218 dövlət qeydiyyat nişanlı avtomobilimi Heydər Əliyev prospektində şəhər mərkəzi istiqamətində soldan 1-ci zolaqla saatda təxminən 90 - 100 km. sürətlə idarə edirdi. Eyni istiqamətdə ondan qabaqda olan Ford markalı avtomobilin onun hərəkət zolağında qəflətən dayandığını görüb onunla toqquşmanın qarşısını almaq üçün ayağını sürət pedalından götürüb əyləci basaraq tormoz əməliyyatı aparıb, avtomobili tormoz vəziyyətində gedib qarşıdakı Ford markalı avtomobilin arxa hissəsinə dəyib, Ford focus markalı 10DK 990 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi də KiaRio Cross markalı ** ZN *** dövlət nömrə nişanlı avtomobilin arxa hissəsinə toxunub. O, avtomobilimin hərəkət zolağında hadisənin-toqquşmanın qarşısını almaq üçün tədbir görüb, yəni, tormozlama əməliyyatı aparıb. Hadisədə onun təqsiri yoxdur. Qəzaya səbəb qarşıdakı Ford markalı avtomobilin ara məsafəsi qaydalarını pozmaqla qəflətən yolun hərəkət hissəsində dayanması oldu. Həmin Ford avtomobil qarşısındakı KiaRio markalı avtomobilə münasibətdə qaydalara uyğun ara məsafəsi saxlamış olsaydı KiaRio markalı avtomobillə toqquşmazdı.Toqquşma zamanı Ford markalı avtomobilin qabaq və arxa hissəsi, KiaRio Cross markalı ** ZN *** dövlət nömrə nişanlı avtomobilin isə arxa hissəsi cüzi zədələnmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsində 30 noyabr 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə dair 3(007)-3350\2021 nömrəli inzibati xəta haqqında işə baxılıb həll edilənə qədər“ KiaRio Cross” markalı ** ZN *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü X1 qarşı zərər məbləği tələbi ilə bağlı Binəqədi rayon Məhkəməsində hakim Səadət Səlimovanın icraatında olan 2(001)-9119V2021 saylı mülki işin icraatı dayandırılmışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 3(007)-46\2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhər Baş Polis İdarəsinin TP seriyalı, ******* nömrəli 30 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında qərarından şikayətin təmin edilməməsi qərara alınmışdır. Bu qərardan verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə də təmin edilməmişdir. İşə baxan məhkəmələr həmin qərarları sürücülərin hadisənin qarşısını almağa texniki imkanları olub-olmadıgı və sair halların müəyyən edilməsi üçün məhkəmə-avtotexniki ekspertizası təyin edilməsi barədə vəsatəti təmin etmədən, öz şəxsi mülahizələrinə əsaslanmaqla qəbul etmiş və Apellyasiya məhkəməsi qəbul etdiyi qərardan Ali Məhkəməyə şikayət vermək hüququnun olmadığını bildirmişdir.Bununla da məhkəmədə müdafiə hüququnun kobud pozulmasına yol verilmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsində“Ford focus” markalı 1ODK 990 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maksimum 1200 manat və “ KiaRio Cross” markalı ** ZN *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə isə maksimum 700-800 manat məbləğində zərər dəydiyi halda sığorta işçisi olan X7 elə yol-nəqliyyat hadisəsi baş verdiyi gün "xxxx" MMC-nin servis mərkəzindən şişirdilmiş məbləğlərlə aldığı ziyan aktına əsaslanmaqla xx.xx.2021 -ci il tarixdə "xxxx" ASCdə özünə yüksək zərər məbləği hesablatdırmışdır. Həmçinin“Ford focus” markalı 10DK 990 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə də xx.xx.2021 -ci il tarixdə vurulmuş ziyan "xxxx" ASC tərəfindən yüksək məbləğdə qiymətləndirilmişdir, KiaRio Cross markalı ** ZN *** nömrəli avtomobilə və“Ford focus” markalı 10DK 990 dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin məbləği dəqiqləşdirilməsi üçün ekspertlərdən rəyin alınması zərurəti yarandığı halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.4-cü, 284-5.4.3-cü və 284-5.4.4.-cümaddəsinə uyğun olaraq işə iddia icraatı qaydasında baxılması haqqında qərardad çıxarmalı olduğu halda bunu etməmişdir, KiaRio Cross markalı, ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı məhz hansı hissələrinin zədələndiyini, həmin zədələnmiş hissələrinin sonradan təmir olunub-olunmadıgını və ya yeni detallarla əvəz edilib-edilmədiyini, eləcə də əgər zədələnmiş hissələrlə bağlı təmir işləri görülmüşsə xidmətlərin dəyəri də nəzərə alınmaqla bütövlükdə təmir edilən və edilməyən hissələr daxil olmaqla dəymiş zərərin məbləğinin müəyyənləşdirilməsi məsələsinin həlli üzrə xüsusi biliklər tələb olunduğundan bu məsələnin həlli üçün ekspertizanın təyin edilməsi zəruridir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları

4. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ekspert rəyində rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən nəzəri hesablama yolu ilə "xxxx" tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2020-ci il buraxılışlı “X18” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4611 manat müəyyən edildiyi, nəzəri hesablama yolu ilə “X16” tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışh “Ford Focus” markalı, **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3500 manat müəyyən edildiyi qeyd edilmişdir.

5. Сavabdeh Cavabdeh apellyasiya şikayətinə uyğun izahat verərək, ödəməkdən yayınmadığını, sadəcə müəyyənləşdirilən zərərin məbləğinə etiraz etdiyini, bu məbləğlərin şişirdilmiş məbləğ olduğunu və ekspert rəyi ilə razılaşmadığını bildirmişdir.

6. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsinə görə Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur;-Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; - Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir; - Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir; Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; -Həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. 9.“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə müvafiq olaraq Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır; 25.1.4. sığorta hadisəsi icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun texniki təyinatına uyğun olmayan məqsədlərlə istifadə edilməsi zamanı baş verdikdə; 25.1.5. sığortalı (sığorta olunan) və ya onun nümayəndəsi sığorta hadisəsi zamanı əmlaka daha çox zərərin dəyməsinin qarşısının alınması və (və ya) onun azaldılması istiqamətində, həmçinin zərər çəkmiş və ya zərər çəkmə ehtimalı olan şəxslərin həyatını xilas etmək üçün mümkün olan tədbirləri qəsdən görmədikdə; bu zaman subroqasiya hüququ o həcmdə yaranır ki, qeyd olunan tədbirlər görülmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; 25.1.6. sığorta hadisəsi sığortalının və ya zərərçəkən olmayan sığorta olunanın bu və ya digər fəaliyyət növü ilə məşğul olarkən, belə fəaliyyət növünü tənzimləyən qanunun tələblərini pozmaqla qəsdən törədilən əməli ilə müşayiət olunduqda; 25.1.7. sığortalı və ya sığorta olunan sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan , habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə sığortaçıya qəsdən məlumat vermədikdə, yaxud qəsdən yanlış məlumat verdikdə ; 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda; 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər.

10. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissələrdə araşdıran məhkəmə kollegiyası “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 4-8, 25, Mülki Məcəllənin 21, 925-936, 1096, 1097, 1108, 1114-1115; Mülki Prosessual Məcəllənin 76, 77, 80- 82, 88, 103.1, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə istinadən hesab edir ki, işin araşdırılmış hallarına müvafiq birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətlərinə iddia tələbi və apellyasiya baxışının hədlərinə müvafiq birinci instansiya məhkəməsinin mövqeyinin (qanuntətbiqetmənin) ümumilikdə əsaslı olmasını nəzərə alınmaqla, köhnəlmə tətbiq edilən ekspert rəyi ilə də vurulmuş zərərin məbləği istisna edilmədiyindən, habelə cavabdeh tərəfindən mötəbər sübutlar təqdim edilmədiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı və ekspertiza xərci üzrə 100 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi təmin edilməlidir. Cavabdehin təqsirlilik barədə irəli sürdüyü dəlillərə dair isə qeyd edilməlidir ki, o münasibətlər inzibati xəta haqqında qanunvericiliklə tənzimləndiyindən və cavabdehin özünün qeyd etdiyi kimi, müvafiq olaraq Bakı şəhəri Nizami rayon Məhkəməsinin, habelə Bakı Apellyasiya Məhkəməsinin qərarları ilə şikayəti təmin edilmədiyindən, yəni qanuni qüvvəsini almış məhkəmə qərarı ilə cavabdehin təqsirsizliyi müəyyən edilmədiyindən, hazırki mülki icraat (səlahiyyətlər) həddində bu məsələyə qiymət verilməsi yolverilməzdir.

11. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2172/2022 saylı işi üzrə 11 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar