Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4516/2025 28.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X5 və X4 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə Qaradağ Rayon Məhkəməsinin 2(002)-539/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq Müəyyən etdi: Birinci iş üzrə: İddiaçı cavabdeh Bakı şəhəri 8 saylı Notariat Kontoruna qarşı “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 on altı may iki min onuncu il tarixdə yazdığı vəsiyyətnamə əsasında vəsiyyətnamə üzrə vərəslik hüququ haqqında şəhadətnamə verilməsi cavabdeh Bakı şəhəri 8 saylı Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə ərizəsi təqdim edərək,xx.xx.2019-cu il tarixdə vəfat etmiş X3 tərəfindən tərtib edilmiş xx.xx.2010-cu il tarixli ev vəsiyyətnaməsinin qanuni hesab edilməsi və İddiaçı vəsiyyət üzrə vərəsə hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qaradağ Rayon Məhkəməsinin 2(002)-539/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Gülnar Əhmədova) ilə iddia təmin edilmiş, 12 noyabr 2019-cu il tarixdə vəfat etmiş X3 tərəfindən tərtib edilmiş 16 may 2010-cu il tarixli ev vəsiyyətnaməsi qanuni hesab edilmiş və İddiaçı 12 noyabr 2019-cu ildə vəfat etmiş X1 (16 may 2010-cu il tarixli ev vəsiyyətnaməsi üzrə) vəsiyyət üzrə vərəsəsi hesab edilmiş, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu və ekspertizanın keçirilməsi ilə bağlı çəkilmiş məhkəmə xərci cavabdehə aid edilmişdir. Həmin qətnamədən Maraqlı şəxs apellyasiya şikayəti vermişdir. Qaradağ Rayon Məhkəməsinin 2(002)-539/2022 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Maraqlı şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 539/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verməsi üçün hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınmış, Maraqlı şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-539/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İkinci iş üzrə: İddiaçı cavabdeh Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ləyaqətsiz vərəsə hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qaradağ Rayon Məhkəməsinin 2(002)-1887/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Gülnar Aslanova) ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6453/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə şlərin birlikdə baxılması üçün bir icraatda 2(103)- 2350/24 nömrə altında birləşdirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-175/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ikinci iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1887/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, cavabdeh Maraqlı şəxs xx.xx.2019-cu ildə vəfat etmiş miras qoyan X2 münasibətdə ləyaqətsiz vərəsə hesab edilməsi, iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş (100+50=150) 150 manat dövlət rüsumunun cavabdeh Maraqlı şəxs alınaraq İddiaçı verilməsi qət edilmişdir. Eyn zamanda Bakı Apellyasiya Məhkəməsinin 2(103)-175/2025 nömrəli xx.xx.2025ci il tarixli qərardadı ilə birinci iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2350/2024 nömrəli, xx.xx.2024-cü il tarixli mümkünlük qərardadının ləğv edilməsi, Maraqlı şəxs tərəfindən Qaradağ Rayon Məhkəməsinin 2(002)-539/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasının qeyrimümkün hesab olunması və onun şikayətinin geri qaytarılması üçün mülki işin birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi bu nəticəsini 2-ci iş üzrə Maraqlı şəxs artıq ləyaqətsiz vərəsə hesab olunması ilə bağlı məhkəmə aktının qəbul olunması, bu halın isə özlüyündə İddiaçı cavabdeh Bakı Şəhəri 8 saylı Notariat Kontoruna qarşı “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Qaradağ Rayon Məhkəməsinin 2(002)-539/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunması ilə bağlı halı aradan qaldırması ilə əsaslandırmışdır. Maraqlı şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-175/2025 nömrəli xx.xx.2025ci il tarixli qətnaməsini və qərardadını kassasiya qaydasında mübahisələndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1245/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 fevral 2025-ci il tarixli, 2(103)- 175/2025 nömrəli qərardadının ləğv edilərək, mülki işin baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1245/2025 saylı xx.xx.2025-ci il tarixli qərarında göstərilmişdir ki, “hər iki məhkəmə aktı eyni tarixdə qəbul olunmuş, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayəti verən şəxsin şikayətini qeyrimümkün hesab edərkən istinad etdiyi məhkəmə qətnaməsinin qanuni qüvvəyə minmədiyini nəzərə almamışdır. Beləliklə, qanuni qüvvəyə minməmiş qətnamədə müəyyən edilmiş hallara istinad edilərək isə digər iş üzrə apellyasiya şikayətinin qeyrimümkün hesab edilməsi Mülki Prosessual Məcəllənin yuxarıda istinad olunan normalarına və həmin Məcəllənin 15, 233, 393-cü maddələrinin tələbinə uyğun olmamışdır. Qanuni qüvvəyə minməmiş məhkəmə aktında müəyyən edilmiş hallar, digər işin həlli üçün mübahisəsiz hallar kimi qəbul edilərək qiymət verilməli deyil». Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2025-ci il tarixində 2(102)- 1245/2025 nömrəli qərar qəbul edərək cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətini təmin etməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-175/2025 nömrəli, 11 fevral 2025-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlamışdır. Kollegiya sadalanan məhkəmə aktlarını, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1245/2025 saylı xx.xx.2025-ci il tarixli qərarında şərh edilmiş göstərişləri nəzərə alaraq hesab edir ki, Maraqlı şəxs tərəfindən Qaradağ Rayon Məhkəməsinin 2(002)-539/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında hazırda baxılması qeyri-mümkün hesab edilməli və onun şikayətinin geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1245/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından göründüyü kimi Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin Maraqlı şəxs tərəfindən Qaradağ Rayon Məhkəməsinin 2(002)-539/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin qeyrimümkün hesab olunması barədə gəldiyi nəticə ilə məhz qanuni qüvvəyə minməmiş məhkəmə aktına (Bakı Apellyasiya Məhkəməsinin 2(103)-175/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinə) istinad edilməsindən dolayı razılaşmamışdır. Lakin hazırda Bakı Apellyasiya Məhkəməsinin 2(103)-175/2025 nömrəli xx.xx.2025ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(102)-1245/2025 nömrəli qərarı ilə cavabdeh Maraqlı şəxs tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-175/2025 nömrəli, 11 fevral 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Beləliklə, qeyd edilənlər Maraqlı şəxs tərəfindən Qaradağ Rayon Məhkəməsinin 2(002)-539/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasının qeyri-mümkün hesab olunması barədə nəticəyə gəlməyə əsas verir. Bu səbəbdən kollegiya hesab edir ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-539/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməli və mülki iş şikayətin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 357.1 və 357.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. MPM-in 357.2-ci maddəsinin məzmunundan da məlum olur ki, həmin normada ancaq o üçüncü şəxslərə rayon məhkəməsinin qətnaməsini mübahisələndirmək imkanı verilir ki, qətnamə onların hüquq və vəzifələrinə toxunmuş olsun. Bu baxımdan məhkəmə aktlarını mübahisələndirə bilən şəxslərin dairəsinin qanunvericilikdə dəqiq müəyyən edilməsinin mühüm praktik əhəmiyyəti vardır. Qanunvericinin bu mövqeyi qətiyyən təsadüfi hesab edilə bilməz, çünki belə bir yanaşma həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Hər hansı əks yanaşma, yəni məhkəmə aktından istənilən şəxsin şikayət vermə imkanının tanınması anlaşılmaz olmaqla yanaşı, həm də hüquqi müəyyənlik və ədalət mühakiməsinin səmərəliliyi kimi fundamental prinsiplə zidd olardı. MPM-in tələbinə görə apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. (Maddə 366.1, 366.2, 366.3.) Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 539/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab olunsun və onun şikayətinin geri qaytarılması üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(103)-4516/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4516/2025
28.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver