Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4522/2023 11.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə (Maraqlı şəxs1 MMC və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxslər olmaqla) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” ilkin, Cavabdeh1 və Cavabdeh2 MMC-nin İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli 2(005)- 305/2023 saylı qərardadından Cavabdeh1 şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı (Maraqlı şəxs1 MMC və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxslər olmaqla) “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” ilkin iddia ərizəsi və Cavabdeh1 və Cavabdeh2 MMC ahbazova Arzu Məmməd qızına qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 nümayəndəsi-vəkili vəsatətlə məhkəməyə müraciət edərək, mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ”Azinteroil” MMC ilə Cavabdeh1 arasında Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi, 1030-cu məhəllə ünvanında yerləşən, sahəsi 105.40 kv.m. qeyri-yaşayış sahəsinə dair bağlanılmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə aparılmış ********** qeydiyyatın və buna dair Cavabdeh1 verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir və həmin mülki iş üzrə iddiaçı aidiyyət qaydalarına riayət etməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli 2(005)- 305/2023 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh1 şikayət verərək, qərardadın ləğv edilməsini, işin aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatətin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasi iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Göründüyü kimi iddiaçının tələbi alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlıdır. Kollegiya qeyd edir ki, hazırki iddia tələbi müstəsna aidiyyətin tələbləri dairəsinə düşmədiyi üçün məhkəmə haqlı olaraq vəsatətin rədd edilməsi qənəatinə gələrək göstərmişdir ki, hüquqların ötürülməsi barədə əqdin etibarsızlığı tələbinə dair araşdırma əqdin qanuniliyinə dair huquqi dəyərləndirməsini təşkil edir. Hazırda olan mübahisə predmetinin və bu predmet üzrə yaranmış hüquq münasibətlərinin xarakterində iddia tələbi üzrə aidiyyətin düzgün müəyyən edildiyi və müstəsna aidiyyətin tətbiqi üçün hər hansı hüquqi halın olmaması təsdiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli 2(005)- 305/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4522/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4522/2023
11.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver