Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4532/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh1nə və "AG Bank" Açıq Səhmdar Cəmiyyətinə qarşı (üçüncü şəxslər) X5, X1, X2) “hərracın və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair 2(005)- 331/2020 nömrəli mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1nə və "AG Bank" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən keçirilmiş hərracın, bağlanmış alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərracda iştirakı təmin olunmamışdır. Cavabdeh icra şöbəsi və hərrac mərkəzi tərəfindən hərrac təşkil edilərkən hüquq normalarının tələblərinə əməl edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini iddianın təmin olunmaması barədə qətnamənin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Cavabdeh1 MMC tərəfindən Abşeron rayon İcra və Probasiya Şöbəsinə, Cavabdeh2 ASCyə, İddiaçı və qeyrilərinə ünvanlanmış xx.xx.2018-ci il tarixli 03/30 nömrəli və xx.xx.2018-ci il tarixli 03/30-1 nömrəli bildirişlərlə X3 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tutmanın yönəldilməsi və hərracda satılacağı bildirilmişdir. “Kaspi” qəzetinin buraxılışlarında müvafiq fərdi yaşayış evi ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmiş və Hərrac Təşkilatının 78/5 nömrəli xx.xx.2018-ci il tarixli hərracın yekunları barədə protokoluna əsasən ipoteka predmeti 38.250 manat qiymətlə Cavabdeh2 ASC tərəfindən əldə edilmişdir. İddiaçı ev ilə bağlı hərrac təşkilatçısının hərracın keçirilməsi barədə ona məlumat verilməməsini, hərracın onun xəbəri və iştirakı olmadan keçirilməsini əsas gətirsə də iddiaçının tələbindən görünür ki, xx.xx.2018-ci il tarixli protokolun etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli 2(005)-4786/2019 nömrəli sorğusuna cavab olaraq təqdim edilmiş və iş materiallarına əlavə edilmiş hərraca dair bütün sənədlərin təsdiq olunmuş surətlərindən görünür ki, xx.xx.2018-ci il tarixdə “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilənin olmasına və iş materialları ilə tərəflər qəbzə imza etməklə tanış olmalarına baxmayaraq iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə verməmiş, məhkəmə çıxışlarında belə israrla xx.xx.2018-ci il tarixli protokolun etibarsız hesab edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına “İpoteka haqqında” Qanunun 41.1, 41.2, 41.3, 41.4, 41.5, 42.1 və 44-cü, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 317.1, 319.1 və 416-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1,80ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki,iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, hərracın keçirilməsi zamanı hər hansı pozuntuya yol verilməmiş və hərrac qanunla müəyyən edilmiş prosedur qaydalara riayət etməklə keçirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı qıznın apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-331/2020 nömrəli mülki iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4532/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4532/2020
04.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver