Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4544/2024 09.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi və məruzəsilə, İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “qanunsuz inşa edilmiş tikililərin sökülməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 92/2024 nömrəli 29 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “qanunsuz inşa edilmiş tikililərin sökülməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, "43q" saylı bağ sahəsinin bir hissəsi (sonradan üç hissəyə bölünərək: 43M, 43N və 43T saylı bağ sahəsi olaraq dövlət qeydiyyatına alınmışdır) ünvanında yerləşən,cavabdehəməxsus olan 3 (üç) ədəd qanunsuz tikilinin öz vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-92/2024 nömrəli 29 mart 2024cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçılar tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, İddiaçı2 27 may 2024-cü il tarixdə Elektron Kabinet vasitəsi ilə “qətnamədə buraxılmış yanlışlıqların və açıq səhvlərin düzəldilməsinə dair” ərizə ilə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən həmin ərizəyə müvafiq qaydada baxılmalı və münasibət bildirilməli idi. Lakin, həmin ərizəyə hər hansı münasibət bildirilmədən, qətnamədən verilmiş apellyasiya şikayətləri baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Odur ki, hazırki apellyasiya şikayətləri üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, İddiaçı2 tərəfindən verilmiş “qətnamədə buraxılmış yanlışlıqların və açıq səhvlərin düzəldilməsinə dair” ərizəyə baxılaraq münasibət bildirilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402, 405-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-92/2024 nömrəli 29 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və İddiaçı2 tərəfindən verilmiş “qətnamədə buraxılmış yanlışlıqların və açıq səhvlərin düzəldilməsinə dair” ərizəyə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4544/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4544/2024
09.07.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver