Məhkəmə qərarları › İş №2(103)-4545/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4545/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4545/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçı X1, iddiaçı X1 və Cavabdeh3 nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı X9 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı X9 cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə, Cavabdeh3 İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə, Cavabdeh3 yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə, Cavabdeh3nə, Cavabdeh3 yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə, həmin orqanların vəzifəli şəxlərinə, eləcə də X5 və Cavabdeh5 qarşı “hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və sonradan iddia tələbinin həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək məhkəmə çəkişməsi ərəfəsində qanunsuz hərrac nəticəsində və hərracın izini itirmək məqsədi ilə artırılaraq verilmiş çıxarışların ləğvi, 47 saylı mağazaya dair keçirilmiş 04.07.2017-ci il tarixli hərracın nəticələrinin ləğvi və hərrac nəticəsində X5 verilmiş 24.08.2017-ci il tarixli ******* saylı çıxarışın ləğvi, Cavabdeh5 adına 15.03.2018-cu il tarixli ******* saylı çıxarışın ləğvi, X3 adına verilmiş yeni 06.04.2018 il tarixli 12464751 saylı çıxarışın ləğvi, X3 və Cavabdeh5 ona və xüsusi mülkiyyətinə vurduqları maddi mənəvi ziyana görə hər birinin 10 (on) min manat kompensasiya ödəmələri barədə, qanuni mülkiyyətçi X1 adına ƏMDK yanında DƏDRX-dən mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi, İXMİM-nin nümayəndəsi X4 13.12.2016-cı ildən başlayaraq məhkəmələrə qanun başlıqları ilə yalanları sintez edib, işin mahiyyətini dəyişmək məqsədi ilə hazırkı işlə əlaqəsi olmayan “işçi-işəgötürən” münasibətlərindən qanunsuz istifadə etdiyinə görə, məhkəmə prosesini qəsdən öz yalanları ilə uzadıb problemlər yaratdığına görə lazımı cəzasını alması üçün qərar qəbul edilməsini, ƏMDKnin sədr müavini Rafiq Cəlilov, Hərracların Təşkili üzrə Auksion Mərkəzinin direktoru Faiq Məlikov, ƏMDK İXMİM-nin baş direktoru Məhəmməd İmanov və DƏDRX-nin rəisinin istintaqa cəlb olunması barədə hüquq mühafizə orqanlarına göndərilinəsi barədə qərar qəbul edilməsini, ƏMDK-nin və onun sədr müavini Rafiq Cəlilovun, Hərracların Təşkili üzrə Auksion Mərkəzinin direktoru Faiq Məlikovun, ƏMDK İXMİM-nin baş direktoru Məhəmməd İmanovun və DƏDRX-nin və onun rəisinin qanunsuzluqlar etməklə ona vurduqları maddi mənəvi ziyana görə hər birinin ona 5 (beş) milyon avro kompensasiya ödəmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 11.02.1988-ci il tarixindən Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ”D” yaşayış massivi, bina 13-də yerləşən 47 saylı mağazanın müdüridir. Artıq 31 (otuz bir) ildir ki, 47 saylı mağaza adlı müəssisənin yerləşdiyi qeyri-yaşayış sahəsi onun sahibliyindədir. Hal-hazırda mağazada məskunlaşmışdır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən 47 saylı mağaza adlı müəssisə Mənzil-Tikinti Kooperativi yaşayış binasının qeyri-yaşayış sahəsində yerləşdiyinə və həmin müəssisədə yeddi ildən artıq əmək stajına malik olduğuna görə 01.01.1995-ci il tarixindən əmlakın hüquqi varisi müəyyən edilmişdir. Hüquqi varis olduğu üçün DƏDRX-i 1995-ci ildə ona əmlakın Texniki Pasportunu vermişdir. ƏMDK-nin Reyestrdən Çıxarışında daşınmaz əmlak haqqında, əmlakın adı: Mənzil-Tikinti Kooperativi yaşayış binasının qeyri-yaşayış sahəsi və Əqd xeyrinə bağlanan tərəf: İXMİM-nin 47 saylı mağazası yazılmışdır. Azərbaycan Respublikası Dövlət Əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının 2.3-cü maddəsində ƏMDK-nin qərarı ilə özəlləşdirilən müəssisə və təşkilatların 25 bənddən ibarət siyahısı göstərilmişdir. ƏMDK-nin bu siyahıdan kənara çıxaraq hüquqi varisi müəyyən edilmiş kooperativ mülkiyyətini hərraca çıxarmaq səlahiyyəti olmamışdır. Əslində saxta sənədin tərtib edilməsi də bu əmlakın hərraca çıxarılmasına yol vermirdi. Balanssaxlayıcı saxta “ƏMR161M“i tərtib etdikdən sonra əmlakı varissiz - sahibsiz kimi hərraca çıxarmışdı. ƏMDK İXMİM saxta sənəd tərtib etmişdir. Qeyd edir ki, ƏMR 161M-i tərtib etmək üçün DƏK-nin 20.04.1999-cu il tarixli, 24 saylı əmrinə müdaxilə edilmişdir və orada “müəssisənin ləğvi” uydurulmuşdur. Əslində isə müəssisə 20.04.1999-cu il tarixində yeni yaradılmış İXMİM-nin tabeliyinə verilmişdir. Saxta tarixli “31.07.2015-ci il tarixi, saxta ƏMR 161 M” ilə əmlakın hüquqi varisini 20.06.1999-cu il tarixindən tutduğu vəzifəsindən azad olunmuş hesab etmişdi. Bu yolla hüquqi varisin kooperativ mülkiyyətini qəsdən varisin müəyyən edilməsi mümkün olmayan ləğv edilmiş müəssisənin əmlakı kimi hərraca çıxarılmasını təşkil etmişdilər. 28.12.2015-ci il tarixində əmək kitabçasını notariusda təsdiq etdirmişdir. Bu fakt sübut edirdi ki, 31.07.2015-ci il tarixində ƏMRİ61M mövcud olmamışdır. ƏMR 161M 16 ay keçmiş tarixə 31.07.2015-ci il tarixinə sonradan rəsmiləşdirilmişdir. İddiaçı 29.11.2016-cı il tarixində ƏMDK-nin K- Portalında əmlakının qanunsuz hərraca çıxarıldığını görmüş və balanssaxlayıcıdan 10 (on) gün əsas tələb etmişdir. 08.12.2016-cı il tarixində ƏMRİ61M iddiaçıya verilmişdir. ƏMR 161 M, ƏMDK İXMİM-nin keçmiş baş direktoru (X8 üzrə Auksion Mərkəzinin direktoru) Faiq Məlikov tərəfindən imzalanmışdır. Faktiki, 31 (otuz bir) il sahibliyimdə olan və 01.01.1995-ci il tarixindən hüquqi varisi olduğum kooperativ mülkiyyət qanunsuz olaraq hərraca çəxarılmışdır. Qanunsuz hərraca çıxardıqları əmlakin qiyməti 50% ucuzlaşandan sonra 04.07.2017-cı il tarixində X6 hərracın qalibi elan etmişlər. Əslində isə mənim əmlakıma “qırmaq“ atmışlar. Hərracın nəticəsi 24.08.20İ7-Cİ il tarixində № ******* çıxarışla rəsmiləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 09.03.2018-ci il tarixli, İŞ№2(103)- 2426/2018 qətnaməsi ilə 31.07.2015-ci il tarixli ƏMR 161M ləğv olunmuşdur. X9 tutduğu vəzifəsinə bərpa edilmiş, əmlakla bağlı “qəsdən” pozulmuş subyektiv hüquqları bərpa olmuşdur. Mülkiyyət hüququ həyati əhəmiyyətli olan hüquqlardan biridir. Azərbaycan Respublikasında yüksək vəzifəli məmurlar tərəfindən iddiaçının mülkiyyət hüququna müdaxilə edilmiş və kobudcasına pozulmuşdur, çıxarışlar üzərində ələ keçirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim S.Əbilova, iş N 2(005)-2087/19) iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Ş.Talışinski - sədrlik edən və məruzəçi, R.Ə.Eyvazov və Z.A.Şirinov, iş № 2(103)-2387/20) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsi 19 iyun 2020-ci il tarixli xüsusi qərardadla sözügedən mağazasının özəlləşdirilməsi və bununla bağlı əlaqəli təşkilatların səlahiyyətli şəxslərinin və digər şəxslərin hərəkətlərində (hərəkətsizliyində) cinayətin əlamətlərinin olub-olmaması üzrə müvafiq araşdırma aparılmasının təşkili üçün Azərbaycan Respublikası Baş Prokororluğuna məlumat vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 fevral 2021-ci il tarixli qərarı ilə (sədrlik edən Ə.Əhmədov, hakimlər İ.Dəmirov və V.Həsənov, iş № 2(102)- 453/21) Bakı Apellyasiya Məhkəməsinin 19 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. İddiaçı N.Dadaşova məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, tərəflərin izahatlarını, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən – qətnamənin ləğv olunması hissəsində təmin edilməli, Nərimanov Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, N.Dadaşova iddia ərizəsində qanunsuz hərrac nəticəsində və hərracın izini itirmək məqsədi ilə artırılaraq verilmiş çıxarışların ləğvi, 04.07.2017-ci il tarixli hərracın nəticəsinin ləğvi və hərrac nəticəsində X5 verilmiş 24.08.2017-ci il tarixli 126263 saylı çıxarışın ləğvi, Cavabdeh5 adına verilmiş 15.03.2018-cu il tarixli ******* saylı çıxarışın ləğvi, X3 adına verilmiş yeni 06.04.2018 il tarixli, 12464751 saylı çıxarışın ləğvi, X3 və Cavabdeh5 ona və xüsusi mülkiyyətinə vurduqları maddi mənəvi ziyana görə hər birinin 10 (on) min manat kompensasiya ödəmələri barədə, qanuni mülkiyyətçi X1 adına ƏMDK yanında DƏDRX-dən mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi, İXMİM-nin nümayəndəsi X4 13.12.2016-cı ildən başlayaraq məhkəmələrə qanun başlıqları ilə yalanları sintez edib, İşin mahiyyətini dəyişmək məqsədi ilə hazırki işlə əlaqəsi olmayan “işçi-işəgötürən” münasibətlərindən qanunsuz istifadə etdiyinə görə, məhkəmə prosesini qəsdən öz yalanları ilə uzadıb problemlər yaratdığına görə lazımı cəzasını alması üçün qərar qəbul edilməsini, ƏMDK-nin sədr müavini Rafiq Cəlilov, Hərracların Təşkili üzrə Auksion Mərkəzinin direktoru Faiq Məlikov, ƏMDK İXMİM-nin baş direktoru Məhəmməd İmanov və DƏDRX-nin rəisinin istintaqa cəlb olunması barədə hüquq mühafizəorqanlarına göndərilinəsi barədə qərar qəbul edilməsini, ƏMDK-nin və onun sədr müavini Rafiq Cəlilovun, Hərracların Təşkili üzrə Auksion Mərkəzinin direktoru Faiq Məlikovun, ƏMDK İXMİM-nin baş direktoru Məhəmməd İmanovun və DƏDRX-nin və onun rəisinin qanunsuzluqlar etməklə ona vurduqları maddi mənəvi ziyana görə hər birinin ona 5 (beş) milyon avro kompensasiya ödəmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın mahiyyətindən göründüyü kimi, tələbin əsasını hərracın nəticələrinin ləğvi təşkil edir. Mübahisələndirilən hərrac Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin “Kiçik dövlət müəssisə və obyektlərinin, istifadəsiz olan daşınmaz dövlət əmlakının və onun yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi haqqında” 25 noyabr 2016-cı il tarixli 168 saylı sərəncamı əsasında keçirilmişdir. Məhz həmin sərəncamla 47 saylı mağazanın özəlləşdirilməsinə dair qərar qəbul olunmuşdur. Hazırda iddiaçının tələbi məhz həmin hərracın, onun nəticəsində verilmiş çıxarışların ləğvi, mənəvi zərərin ödənilməsi və s.-dən ibarətdir və Cavabdeh3nə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə), həmçinin digər şəxslərə qarşı yönəldilmişdir. İddiaçı mübahisəli daşınmaz əmlakın məhz Əmlak Məsələləri Dövlət Komitəsinin qanunsuz sərəncamı əsasında hərracda satıldığını, əmlakın onun qanuni sahibliyindən alındığını və məhz həmin orqanın qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan vurulduğunu iddia edir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 382 nömrəli Fərmanına əsasən Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 07.02.1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən Yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinə ayrıca tikilmiş qeyriyaşayış binaları, yaşayış binalarında yerləşən qeyri-yaşayış sahələri, mənzil fondundan qeyri-mənzil fonduna keçirilmiş qeyri-yaşayış sahələri aiddir. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir. “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.6.4-cü bəndinə görə, icarə müəssisəsinin struktur bölməsinin ayrıca özəlləşdirilməsi haqqında qərar həmin bölmənin ayrıca fəaliyyət göstərməsi, onun texnoloji cəhətdən müəssisə ilə bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və s. bu kimi amilləri nəzərə almaqla Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qəbul edilir. Bu qərar qəbul edildikdə icarəyə götürülmüş əmlak 100% dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçilər icarəyə götürdükləri əmlakı almaqdan imtina etdikdə həmin əmlak İİ Dövlət Proqramında nəzərdə tutulmuş qaydada özəlləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə”nin 18-ci bəndində də yuxarıda göstərilən qayda müəyyən olunmuşdur. “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın 4.2.1-ci bəndinə görə də icarəçi tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahələri ilk növbədə 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi həmin sahəni almağa razılıq verdikdə onunla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında alqı-satqı müqaviləsi bağlanılır. İcarəçi, ona müvafiq təklif edildikdən 1 ay ərzində həmin qeyri-yaşayış sahəsini 100 faiz dəyəri ilə almaqdan imtina etdikdə və ya bu müddət ərzində alqı-satqı müqaviləsi bağlamadıqda, obyekt Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na müvafiq olaraq özəlləşdirilir. İşin yuxarıda şərh olunan hallarından görünür ki, mübahisəsi gedən daşınmaz əmlakın sərəncamvericisi qismində Əmlak Məsələləri Dövlət Komitəsi çıxış etmişdir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatından göründüyü kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (indiki ƏMDX) inzibati orqan olmaqla Azərbaycan Respublikasının Mərkəzi İcra Hakimiyyəti Orqanlarının siyahısında 31-ci yerdədir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci bəndinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Göründüyü kimi, hazırkı iddianın əsasını inzibati mübahisənin həlli ilə bağlı yaranan və inzibati orqanın (ƏMDK) qanunsuz qərarı (inzibati aktı) nəticəsində vurulmuş ziyanın ödənilməsi təşkil edir. Beləliklə, baxılan iş üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə (dövlət əmlakının icarəyə verilməsi və özəlləşdirilməsi) aiddir, həmin hüquq münasibəti bununla bağlı qəbul olunmuş xüsusi qaydalara əsasən normativ hüquqi aktlarla müəyyən olunmuş inzibati orqan tərəfindən həyata keçirilir; iddiaçı isə faktiki olaraq həmin münasibət çərçivəsində qəbul edilmiş qərarın (özəlləşdirmə qərarının nəticələrinin) qanunsuz olduğunu iddia edir. Nəzərə alınmalıdır ki, mübahisələndirilən əqd dövlət əmlakının özəlləşdirilməsinin rəsmiləşdirilməsi qaydalarına əsasən bağlandığı və ya tərtib edildiyi üçün həmin münasibətlər də qeyd olunan publik hüquq münasibətlərinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Yaranmış məhkəmə aidiyyəti ilə bağlı məsələnin aydınlaşdırılması üçün məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, məhkəmələr məhkəmə aidiyyətini müəyyən edərkən üç əsas xüsusiyəti: işdə iştirak edən şəxslərin subyektiv tərkibini (hüquqi, fiziki şəxslər və sahibkarlar), mübahisənin predmetini (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakterini) və hüquq münasibətinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məs, mülki, ailə, iqtisad və.s) yoxlamalıdır. Bununla yanaşı hər üç xüsusiyyət bir-biri ilə birbaşa bağlı olduğundan, məhkəmə aidiyyəti müəyyən edilərkən onların üçünün də yoxlanılması zəruridir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn” mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 15.4-cü bəndinə göstərilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Şərh olunanlardan göründüyü kimi, birinci instansiya məhkəməsi sadalanan maddi və prosessual hüquq normalarının tələblərini, dövlət mülkiyyətində olan əmlakın hərraca çıxarılmasının, hərracda satışının, habelə onun hüquqi nəticələrinin mübahisələndirilməsinə dair iddiaların inzibati mübahisə olduğunu nəzərə almadan işə mülki məhkəmə icraatı qaydasında baxmış və mahiyyəti üzrə qərar qəbul etmişdir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının qeyri mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə inzibati məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-in 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən isə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən – qətnamənin ləğv olunması hissəsində təmin olunmalı, mübahisələndirilən qətnamə ləğv edilməli, iddiaçı X1 cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinə (hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə) və qeyrilərinə qarşı “hərracın nəticələrinin ləğv olunması və s.” tələbinə dair mülki işin icraatına həmin işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 384.0.4, 391, 400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 06 dekabr 2019-cu tarixli qətnaməsi ləğv edilsin. İddiaçı X1 cavabdehlər Cavabdeh3nə, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə və digərlərinə qarşı “hərracın nəticələrinin ləğv edilməsi, çıxarışın ləğvi, mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair 2(103)-4545/21 saylı işin icraatına həmin işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilsin. İddiaçı X7 izah edilsin ki, hazırkı iddia tələbi ilə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar