Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4556/2021 17.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X5 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1, cavabdeh, eyni zamanda cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi Cavabdeh1, Cavabdeh1 nümayəndəsi vəkil X25, cavabdehlər Cavabdeh4, Cavabdeh5 və nümayəndələri Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6na və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəli hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, müvafiq dövlət reyestrində aparılmış qeydlərin və hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi” tələbinə dair ilkin iddiaçılar Cavabdeh4, Cavabdeh5 cavabdehlər Cavabdeh1, Cavabdeh6na, X3, Cavabdeh3 və İddiaçı qarşı “vərəsəlik hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-435/2019 saylı işi üzrə 11 iyun 2019cu il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi Vəkil1, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Bakı şəhəri 12 nömrəli Notariat Kontoruna, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 273a nömrəli bağ evinə dair (0,25 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki ümumi sahəsi 41,13 kv.metr, yaşayış sahəsi 22,85 kv.metr olan bir otaqlı ev) Bakı şəhəri 11 saylı notariat kontoru tərəfindən verilmiş 06 iyun 2012-ci il tarixli "qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən müvafiq dövlət reyestrlərində aparılmış qeydlərin və verilmiş hüquqmüəyyənedici sənədlərin ləğv edilməsi, həmin bağ evi üzərində İddiaçı vərəsəlik payının tam şəkildə müəyyən edilməsi, buna dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsinin Cavabdeh6na, müvafiq dövlət reyestrlərində qeydlərin aparılmasının və hüquqmüəyyənedici sənədlərin verilməsinin isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 da öz növbəsində Cavabdeh1, Bakı şəhəri 12 nömrəli Notariat Kontoruna, Cavabdeh2, Cavabdeh3 və İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X27 vəfatından sonra miras qalan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanda yerləşən 273a nömrəli bağ evinin (0,25 ha torpaq sahəsinin) açıq qalan 2/12 hissəsinə dair qanun üzrə vərəsəlik hüquqlarının tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunur ki: Cavabdeh4 Cəmil oğlu 03 noyabr 1966-cı il tarixdə ölmüşdür (İ cild, səh.16); X28 15 oktyabr 1970-ci il tarixdə ölmüşdür (İ cild, səh.15);Pirşağı qəsəbəsi üzrə nümayəndəlik tərəfindən verilmiş arayışa əsasən, Pirşağı qəsəbəsi 273a nömrəli mərhumə X21 məxsus olmuşdur. X28 15 oktyabr 1970-ci il tarixdə ölmüşdür. O, uşaqları olan qızı 1939-cu il təvəllüdlü X17, oğlu 1940-cı il təvəllüdlü X31, oğlu 1941-ci il təvəllüdlü Cavabdeh1 və oğlu 1950-ci il təvəllüdlü Cavabdeh3 ilə bir yerdə qeyd edilən bağı becərərək qulluq ediblər (İ cild, səh.18); doğum haqqında şəhadətnamələrə əsasən, X22 xx xxxxxxx 1939-cu il tarixdə Gürcüstan Respublikasının Tbilisi şəhərində Cavabdeh1 xx xxxx 1941-ci il tarixdə Masallı rayonu Qızılavar kəndində X31 29 may 1949-cu il tarixdə Çin Respublikasının Port-Artur şəhərində Cavabdeh3 xx xxxx 1950-ci il tarixdə Çin Respublikasının Port-Artur şəhərində anadan olmuş, ataları Cavabdeh4 Cəmil oğlu, anaları X28 qeyd edilmişdir (İ cild, səh.19- 23); X6 ilə X22 arasında 03 yanvar 1979-cu il tarixdə nikah bağlanmış və arvada İsmayılova soyadı verilmişdir (İ cild, səh.23); 02 fevral 2001- ci il tarixdə X31 ilə X8 arasında nikah bağlanmışdır(İ cild, səh.25); X31 08 may 2010-cu il tarixdə ölmüşdür (İ cild, səh.24); iddiaçı Cavabdeh5 cavabdehlər İddiaçı, X2, Cavabdeh4 və Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə qarşı "orderin qüvvədən düşmüş hesab edilməsi, istifadə hüququnun itirilməsi və sosial kirayə müqaviləsinin bağlanması» tələbi barədə və İddiaçı cavabdehlər X2, Cavabdeh5, Cavabdeh4, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti və Bakı şəhəri Yaşamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı "yaşayış sahəsinin bölünməsi, ayrıca mənzil kirayə müqaviləsinin bağlanması, qeyriyaşayış sahələrindən istifadə qaydasının müəyyənləşdirilməsi və mənzilə köçürülmə” tələbi barədə iddialar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 avqust 2010-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh5 iddiası qismən təmin edilərək, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi, 99 nömrəli evin 55 nömrəli mənzilinə olan istifadə hüququ itirilmiş hesab edilərək, onun, həmin mənzilə olan pasport qeydiyyatının ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi, 99 nömrəli evin 55 nömrəli mənzilinə dair Cavabdeh5 ilə sosial kirayə müqaviləsinin bağlanmasının Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə həvalə edilməsi, qalan hissədə iddiaçı Cavabdeh5 iddiasının təmin edilməməsi, iddiaçı X7 cavabdehlər X2, Cavabdeh5, Cavabdeh4, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinə qarşı Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi ev 99, 55-ci mənziiin sahəsi 17 kv.metr olan otağına dair İddiaçı ilə ayrıca mənzil kirayə müqaviləsinin bağlanması vəzifəsinin Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə həvalə edilməsi, həmin müqavilə əsasında kommunal xərclərin ödənilməsi üçün İddiaçı adına ayrıca hesab açılması vəzifəsinin Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinə həvalə edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi ev 99, 55-ci mənzilinin qeyri-yaşayış sahələrinin (dəhliz, mətbəx, hamam, tualet, balkonlar) mənzildə yaşayan şəxslərin ümumi istifadəsinə verilməsi və İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi ev 99, 55-ci mənzilinə köçürülməsi tələbi barədə iddiası rədd edilmişdir (İ cild, səh.142); Cavabdeh1 tərəfindən Bakı şəhəri 12 nömrəli notariat kontoruna ünvanladığı 16 dekabr 2011-ci il tarixli ərizəsinin surətinə əsasən, anası X28 vəfat etmişdir. Miras əmlak bağ evi göstərilmişdir. Ondan başqa X17, İddiaçı, X26, Cavabdeh4 və Cavabdeh3 kimi başqa vərəsələr göstərilmişdir (İ cild, səh.11); Cavabdeh2 tərəfindən Bakı şəhəri 12 nömrəli notariat kontoruna ünvanladığı 19 dekabr 2011-ci il tarixli ərizəsinin surətindən görünür ki, anası X28 vəfat etmişdir. Miras əmlak bağ evi göstərilmişdir. Ondan başqa Cavabdeh1, İddiaçı, X26, Cavabdeh4 və Cavabdeh3 kimi başqa vərəsələr göstərilmişdir (İ cild, səh.12); Cavabdeh3 tərəfindən Bakı şəhəri 12 nömrəli notariat kontoruna ünvanladığı müvafiq ərizəsinin surətinə əsasən, anası X28 vəfat etmişdir. Miras əmlak bağ evi göstərilmişdir. Ondan başqa X11, İddiaçı, X26, Cavabdeh4 və Cavabdeh1 kimi başqa vərəsələr göstərilmişdir (İ cild, səh.13); İddiaçı tərəfindən Bakı şəhəri 12 nömrəli notariat kontoruna ünvanladığı 10 yanvar 2012-ci il tarixli ərizəsinin surətinə əsasən, qaynanası X28 vəfat etmişdir. Miras əmlak bağ evi göstərilmişdir. Ondan başqa X17, X26, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 kimi başqa vərəsələr göstərilmişdir; 06 iyun 2012-ci il tarixli Bakı şəhəri 12 nömrəli Notariat Kontoru tərəfindən təsdiqlənmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, 15 oktyabr 1970-ci ildə vəfat etmiş X10 vərəsələri-ünvan 2 ünvanında yaşayan oğlu Cavabdeh1; ünvan 3 ünvanında yaşayan qızı Cavabdeh2; oğlu Cavabdeh3; ünvan 4 ünvanında yaşayan İddiaçı və onlar miras əmlakdan bərabər payda irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 09 dekabr 2010-cu il tarixdə verilmiş 11/40316 nömrəli arayışda göstərilən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanındakı 0,25 ha torpaq sahəsindən və üzərindəki bir otaqlı ümumi sahəsi 41.13kv.metr, yaşayış sahəsi 22,85 kv.metr, yardımçı sahə 18,28 kv.metr olan 273a nömrəli bağ evindən ibarətdir. Miras əmlakın 1/4 hissəsini Cavabdeh2, 1/4 hissəsi Cavabdeh3, 1/4 hissəsi Cavabdeh1, İddiaçı isə 1/12 hissə verilir, 2/12 hissə açıq saxlanılır (İ cild, səh.10); Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16 may 2016-cı il tarixli 2(008)-4675/2016 nömrəli qətnaməsinin surətinə əsasən, müvafiq qətnamə ilə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh4 və X12 qarşı "miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi təmin olunaraq, X9 və Cavabdeh4 qəbul etmədikləri 2/12 pay faktiki olaraq mirası qəbul etmiş vərəsələr arasında onların paylarına mütənasib bölünməsi, Cavabdeh1 1/4 paya görə 7/24 pay, Cavabdeh2 1/4 paya görə 7/24 pay. Cavabdeh3 1/4 paya görə 7/24 pay, İddiaçı qızna 1/12 paya görə 3/24 pay verilməsi müəyyən edilmişdir (İ cild, səh.155); Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2018-ci il tarixli 2(103)-7434/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh4 və Cavabdeh5 qarşı "miras payın vərəsələr arasında bölünməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4675/2016 nömrəli iş üzrə 16 may 2016-cı il tarixli qətnaməsindən maraqlı şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunaraq, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4675/2016 nömrəli mülki iş üzrə 16 may 2016-cı il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh4 və X12 qarşı "miras əmlaka açıq qalan 2/12 payın qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına mütənasib surətdə bölüşdürülməsi” tələbinə dair iddiası təmin olunmamışdır (İ cild, səh.160); Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 fevral 2019-cu il tarixli 2(102)- 203/2019 nömrəli qərarının surətinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2018-ci il tarixli 2(103)-7434/2018 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh1 və onun vəkili X25 tərəfindən kassasiya şikayəti verilmiş, müvafiq qərarla iddiaçı Cavabdeh1 iddiadan imtinası qəbul edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2018-ci il tarixli 2(103)-7434/2018 nömrəli qətnaməsi ləğv edilmiş və mülki işin icraatına xitam verilmişdir (İ cild, səh.165); 27 yanvar 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən, hədiyyə verən Cavabdeh3 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 273a nömrəli bağ evi ünvanında yerləşən ümumi sahəsi 41.13 kv.metr olan bağ evinin paylı mülkiyyət üzrə ona məxsus 7/24 hissəsini hədiyyə alan Cavabdeh2 mülkiyyətinə vermişdir (İ cild, səh.191). Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qətnaməsi ilə (iş №2(005)-435/19) ilk iddia rədd edilmiş, qarşılıqlı iddia isə təmin olunaraq X27 ölümündən sonra miras qalan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanda yerləşən 273a nömrəli bağ evinin və 0,25 ha torpaq sahəsinin açıq qalan 2/12 payına dair Cavabdeh4 və Cavabdeh5 qanun üzrə vərəsəlik hüquqlarının tanınması qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133, 1134, 1145, 1146, 1151, 1159, 1160, 1163, 1168, 1179, 1193-1196, 1198, 1202, 1243, 1246-1248, 1261- 1263, 1273, 1374, 1321, 1322, 1325; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarına; "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41, 55, 59; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına; Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarına- "Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; "Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli qərarı; "X40rşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, X28 1971 -ci ildə vəfat etmişdir. Ondan Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanındakı 0,25 ha torpaq sahəsindən və üzərindəki bir otaqlı ümumi sahəsi 41,13 kv.metr, yaşayış sahəsi 22,85 kv.metr, yardımçı sahəsi 18,28 kv.metr olan 273a saylı bağ evindən ibarət miras əmlak qalmışdır. X10 birinci növbə vərəsələri övladları Cavabdeh1, Cavabdeh3, X14 və X18muşlar. X10 ölümündən sonra X35 miras əmlakı idarə etməklə mirası faktiki qəbul etmişdir. X24 birinci nikahından Cavabdeh4 və X26 anadan olmuşdur. 02 fevral 2001-ci ildə X35 Tağıyeva (Rzayeva) Zibəndə Sərxan qızı ilə rəsmi nikaha daxil olmuşdur. X31 08 may 2010-cu il tarixdə vəfat etmişdir. Miras əmlaka dair 16 dekabr 2011-ci il tarixdə 53/2015 nömrəli vərəsəlik işi açılmışdır. 06 iyun 2012-ci il tarixdə Cavabdeh1 1/4 pay, X3 1/4 pay, Cavabdeh3 1/4 pay, İddiaçı 1/12 pay verilmişdir. X26 və Cavabdeh4 vərəsəliklə bağlı müraciət etmədiklərindən onlara düşən 2/12 pay açıq saxlanılmış, 05 fevral 2016-cı il tarixli məktubla vərəsəlik payını almaq üçün şəxsiyyət vəsiqəsi və qohumluğu təsdiq edən sənədlərlə 12 saylı notariat kontoruna müraciət edilməsi onlara təklif edilmişdir. X24 miras əmlakı faktiki qəbul etməsi mübahisəsiz hal olaraq, vərəsəliyin onun adına rəsmiləşdirilibrəsmiləşdirilməməsindən asılı olmayaraq miras əmlakdan ona düşən 1/4 pay həmin şəxsin mülkiyyətinə keçmiş və ölərkən miras aktivinə daxil olmuşdur. X35 ölərkən onun iki övladı olan Cavabdeh4, X26 və arvadı İddiaçı olmaqla üç nəfər birinci növbə vərəsəsi olmuşdur. Buna görə də, 2012-ci il tarixdə qeyd edilən miras əmlaka dair vərəsəlik işi açılarkən X30 məxsus 1/4 payın 1/12 hissəsi İddiaçı verilmiş, digər iki vərəsəsinə çatan 2/12 hissə isə açıq saxlanılmışdır. Qanunvericiliyin tələbi baxımından X24 birinci növbə vərəsələri olduğundan həmin şəxsə məxsus miras əmlaka mövcud vəziyyətdə ikinci növbə vərəsələrin (o cümlədən qardaşı Cavabdeh1) vərəsəliyi istisna edilir. X30 münasibətdə açıq saxlanılan 2/12 pay onun birinci dərəcəli vərəsələri olan X26 və Cavabdeh4 tərəfindən faktiki qəbul edilmiş, lakin onlar vərəsəliklə bağlı müraciət etmədiklərindən onlara düşən 2/12 pay açıq saxlanılmışdır, ona görə də onların qanun üzrə vərəsəlik hüquqları tanınmalıdır. Eyni zamanda, ilkin iddia tələbi üzrə iddiaçı şəxsin iddia ərizəsində qeyd etdiyi kimi, mübahisəli bağa 16 dekabr 2011-ci il tarixdə açılmış vərəsəlik işi əsasında 06 iyun 2012-ci il tarixdə verilmiş "qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi”nin məzmunundan məlumatının olmaması, həmçinin, mərhum ərinin qardaşı olan Cavabdeh1 tərəfindən aldadılaraq 10 yanvar 2012-ci il tarixdə 12 saylı notariat kontoruna aparılaraq əmlakın onun adına keçiriləcəyi barədə yalan vəd verib notariat kontorunda guya bu barədə ərizəyə imza atdırması öz sübutunu tapmır. Belə ki, müvafiq ərizəni imzalayan İddiaçı bununla bağlı öz iradə ifadəsini bildirmiş, bunun əksi isə məhkəmə araşdırması zamanı iddiaçı şəxs tərəfindən sübut edilməmişdir. Həmin qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-435/2019 nömrəli 11 iyun 2019-cu il tarixli qətnaməsini ləğv edərək ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin isə rədd barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində MPM-in 14, 77, 82, 220.4-cü və 220.5, 385-386-cı maddələrinə; Mülki Məcəllənin 532, 1243, 1246-cı maddələrinə; Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarına istinadən qeyd edilmişdir ki, X30 münasibətdə açıq saxlanılan 2/12 payın onun birinci dərəcəli vərəsələri (Nərmin Rzayeva və Cavabdeh4) tərəfindən faktiki qəbul edildiyi, lakin müraciət etmədiklərindən onlara düşən həmin payın açıq saxlanıldığı göstərilməklə müvafiq nəticəyə gəlinmiş, ilkin iddia ərizəsinə və onun dəlillərinə isə qətiyyən heç bir münasibət bildirilməmişdir. Qətnaməni ötəri də olsa nəzərdən keçirən hər bir kəs - “hüquqşünas” olub-olmamasından asılı olmayaraq görər ki, onun əsaslandıncı hissəsi ümumiyyətlə mövcud deyildir. Qeyd edilənlər birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq çıxarılmadığını göstərir ki, bu xüsusat onun (qətnamənin) hər bir halda ləğv edilməli olduğu mənasına gəlir. Qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi özünün qətnaməsində ilkin iddia ərizəsinə və onun dəlillərinə qətiyyən heç bir münasibət bildirməmiş, İddiaçı aldadılmasının sübut olunmadığını, onun 10 yanvar 2012-ci il tarixli ərizəni imzalayaraq öz iradə ifadəsini bildirdiyini göstərməklə 06 iyun 2012-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin qanuni olduğunu təəssüratı oyandırmağa çalışmışdır. Halbuki ilkin iddia ərizəsində də göstərildiyi kimi 06 iyun 2012-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” qanunsuzdur və onun qanunsuzluğu təkcə İddiaçı aldadılması ilə, ümumiyyətlə əqdlərlə bağlı qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı deyil, bilavasitə vərəsəlik hüququ ilə bağlı mülki qanunvericiliyin tələblərinin pozulması ilə bağlıdır. Həmin tələblərin pozulması halında isə sözügedən vərəsəlik şəhadətnaməsi - birinci instansiya məhkəməsinin göstərdiyi kimi ilkin iddiaçının (həmçinin şəhadətnamədə adı qeyd edilmiş digər şəxslərin) iradə ifadəsini bildirib-bildirməməsindən asılı olmayaraq - hər bir halda etibarsız hesab edilməli idi. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsini təmin edən zaman özünün mövqeyini bircə cümlə ilə belə “əsaslandırmışdır” ki, X30 münasibətdə açıq saxlanılan 2/12 pay onun birinci dərəcəli vərəsələri olan X26 və Cavabdeh4 tərəfindən faktiki qəbul edilmiş, lakin onlar vərəsəliklə bağlı müraciət etmədiklərindən onlara düşən 2/12 pay açıq saxlanılmışdır. Birinci instansiya məhkəməsi nəyin əsasında bu qənaətə gəldiyini ümumiyyətlə göstərməmişdir; ümumiyyətlə hazırkı işin hallarından adı çəkilən şəxslərin Artur Rzayevdən qalmış mirası qəbul etmiş olduqları müəyyən edilmir, iş materiallarında buna dair hər hansı sübut mövcud deyildir. Göründüyü kimi, mirasın qəbulu - rəsmi və ya qeyri-rəsmi üsul ilə mümkündür. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. X43 övladlarının (Nərmin və Məmməd) atalarının mirasını rəsmi üsulla qəbul etdikləri müəyyən edilmir, işin bu halı mübahisəsizdir. Onların özləri də bunu iddia etməmiş, mirası faktiki olaraq qəbul etdiklərini göstərmişlər. Bununla belə istinad etdikləri bu hala hər hansı sübut təqdim elməmişlər. Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, qeyri-rəsmi üsul ilə mirasın qəbulu miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İndiki halda isə qeyd edilənlərin heç biri - yəni. Artur Rzayevin övladlarının nə mübahisəli bağ evinə faktiki sahiblik etdikləri və nə də ki miras əmlakı faktiki idarə etmiş olduqları müəyyən edilmir; əksinə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh4 və X12 qarşı “miras əmlakda payların müəyyən edilməsi” tələbi üzrə mülki işdən də onların mirası faktiki qəbul etmədikləri və belə niyyətlərinin olmadığı aydın olur. Belə ki, işin hallarından da göründüyü kimi iddiaçı Cavabdeh1 onlara qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, sonuncuların hazırkı işdə mübahisəsini etdikləri açıq saxlanılan 2/12 payın mirası faktiki olaraq qəbul etmiş vərəsələr arasında onların paylarına mütənasib bölünməsini xahiş etmiş, məhkəmənin 16 may 2016-cı il tarixli 2(008)-4675/2016 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh4 və Nərmin Rzayeva qətnaməni ümumiyyətlə mübahisələndirməmiş, qətnamə məhz Zibəndi Rzayevanın apellyasiya şikayətinin əsasında ləğv edilmişdir. Əgər onlar mirası qəbul etdiklərini iddia edirlərsə, həmin isə baxılarkən harada idilər?!. Niyə Bakı səhəri Sabunçu Rayon Məhkəməsinin 16 mav 2016-cı il tarixli 2(008)-4675/2016 saylı qətnaməsindən apellyasiya şikayəti vermirdilər?İddiaçı 06.06.2012-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin məzmunundan xəbərsiz olmuşdur. Onun həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaması da bu xüsusatı təsdiq edir. İşin faktiki halları isə ondan ibarətdir ki, mübahisə mövzusu olan Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən 0,25 ha torpaq sahəsi və üzərindəki bir otaqlı ümumi sahəsi 41.13 m2, yaşayış sahəsi 22.85 m2 olan 273 a saylı bağ evi X15 məxsus olmuşdur. Onun Cavabdeh4 Cəmiloviçlə olan nikahından 4 övladı olmuşdur: 1) Cavabdeh1; 2) Cavabdeh2; 3) Cavabdeh3 və 4) X31. Nina Rzayeva 15 oktyabr 1970-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra həmin mübahisəli əmlaka yalnız Artur Rzayev idarə etməyə başlamış və mirasa yiyələnmişdir (əvvəlki Mülki Məcəllənin 552-ci maddəsinə əsasən). Belə ki, məhz o, həmin bağ evini əsaslı təmir etdirməklə ona müəyyən artırmalar etmiş, bağ evinin yerləşdiyi torpaq sahəsində hovuz tikdirmiş, ağaclar əkmiş, eləcə də bütün kommunal ödənişlərini həyata keçirmişdir. Adları çəkilən digər 3 nəfərin isə həmin torpaq və üzərindəki bağ evinə ümumiyyətlə aidiyyatlan olmamışdır. Artur Rzayevin anasının mirasını qəbul etdiyi isə işin mübahisələndirilməyən halıdır. Belə ki, ilkin iddia ərizəsinə əlavə edilən qanuni qüvvəsini almış Yasamal Rayon Məhkəməsinin 2(004)-2828/2010 saylı iş üzrə qəbul etdiyi 06 avqust 2010-cu il tarixli qətnaməsi və onun dəyişdirilmədən saxlanılması barədə Bakı Apellyasiya Məhkəməsinin 21 oktyabr 2010-cu il tarixli qətnaməsi ilə Artur Rzayevin həmin bağı idarə etdiyi, 1998-ci ildən sonra isə (Yaqutxanım Rzayeva ilə nikahı pozulduqdan sonra) daimi yaşamaq üçün həmin bağa köçdüyü müəyyən edilmişdir (sonrakı arvadı Zibəndi Rzayeva ilə birlikdə). Onun anasının mirasını faktiki olaraq qəbul etdiyi Bakı Apellyasiya Məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsi ilə də öz təsbitini tapmışdır (nəzərə alınmalıdır ki, həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması olaraq deyil, sırf iddiadan imtina etmə səbəbindən ləğv edilmişdir). İşin digər hallarına görə isə, Nina Rzayevanın yeganə vərəsəsi Artur Rzayevin (mirası təkcə o qəbul etmişdir) Yaqutxanım Rzayeva ilə olan birinci nikahından xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh4 və 28.12.1979-cu il təvəllüdlü X26 anadan olmuşdur. Artur Rzayev ilə Yaqutxanım Rzayeva arasındakı 09.04.1978-ci il tarixli nikah 17 fevral 1998-ci ildə pozulmuş, 02.02.2001-ci ildə isə Artur Rzayev ilə İddiaçı daxil olmuşlar. Onlar nikaha daxil olduqdan sonra soyuq vaxtlarda Bakı şəhəri, Şahbazi küçəsi 99, mənzil 55-də, isti vaxtlarda isə Artura məxsus mübahisəli bağ evində yaşasalar da, ailə zəminində yaranan mütəmadi münaqişələrlə əlaqədar daimi yaşamaq üçün mübahisəli bağ evinə köçmüşlər. Artur Rzayev 08.05.2010-cü il tarixdə ölmüş, ölümündən sonra onun miras əmlakı olaraq anası Nina Rzayevadan vərəsəlik qaydasında faktiki qəbul etməklə ona keçmiş mübahisəli torpaq və üzərindəki bağ evi qalmışdır. Artur Rzayev anasının mirasını faktiki qəbul etsə də ölən günə kimi onu rəsmiləşdirməmişdir. Belə ki, o bağ evini sənədləşdirmək istəsə də xəstəliyi ilə əlaqədar bu işlə məşğul ola bilməmişdir. Onun ölümündən sonra həmin bağ evində yalnızca Zibəndi Rzayeva yaşamışdır. Birinci instansiya məhkəməsi də Nina Rzayevadan miras qalmış əmlakın (torpaq və üzərindəki bağ evi) Artur Rzayev tərəfindən faktiki qəbul edildiyini müəyyən etmiş, onun qardaş-bacısının isə Nina Rzayevanın mirasını qəbul edib-etmədiklərini ümumiyyətlə araşdırmamışdır. Halbuki məhz həmin xüsusatın aydınlaşdırılması ilə 06 iyun 2012-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarlı olubolmadığını müəyyən etmək mümkün idi. İşin digər halına görə, Artur Rzayevin ölümündən bir müddət sonra Cavabdeh1 bağın sənədini almaq üçün ilkin iddiaçıya kömək etməyi təklif etmiş, ona bəzi sənədlərə imza atdırmışdır. Mübahisəli bağa 16 dekabr 2011-ci il tarixdə açılmış vərəsəlik işi əsasında 06 iyun 2012-ci il tarixdə verilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin məzmunundan İddiaçı məlumatı olmamış, o, mərhum ərinin qardaşı olan Cavabdeh1 tərəfindən aldadılaraq 10.01.2012-ci il tarixdə 12 saylı notariat kontoruna aparılmış və Cavabdeh1 mərhum əri X31 ilə birlikdə yaşadıqları, habelə tikdikləri və bağ sahəsində işlədikləri 0,25 ha torpaq sahəsinin İddiaçı adına keçiriləcəyi barədə yalan vəd verib notariat kontorunda güya bu barədə ərizəyə imza atdırmışdır. Onun 06.06.2012-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaması da həmin şəhadətnamənin məzmunundan xəbərsiz olduğunu təsdiq edir. Cavabdeh1 öz tamahkar niyyətini həyata keçirmək və İddiaçı əmlakdan məhrum etmək məqsədi ilə hətta saxtakarlığa belə gedərək Pirşağı qəsəbəsi üzrə nümayəndəlikdən saxta məzmunlu arayış almışdır ki, həmin arayış orada adıçəkilən şəxslər tərəfindən mirasın qəbul edildiyini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz (arayışa görə, Cavabdeh1 güya qardaşı Namiq və bacılan Natella ilə birlikdə anaları Nina Rzayevanın vəfatından sonra 273 a saylı bağ sahəsini bir yerdə becərərək qulluq etmişlər). Əwəla həmin sənəd 2011-ci ilə aiddir, mərhum Nina Rzayevanın mirası isə nə az, nə çox düz 41 il bundan əwəl açılmışdır. İkincisi, həmin sənəddə mübahisəli bağı həmin şəxslərin birlikdə becərərək qulluq etdikləri göstərilsə də. bu hərəkətin konkret hansı tarixdə olduğu göstərilmir. Nəzərə almaq lazımdır ki mərhum Nina Rzayevanın mirası 15 oktyabr 1970-ci ildə açıldığından onun mirası həmin vərəsələr tərəfindən məhz altı ay müddətində yəni, ən geci 15 aprel 1971 -ci il tarixdə qəbul edilməli idi (əvvəlki Mülki Məcəllənin 552-ci maddəsinə əsasən). Mübahisəli torpaq və üzərindəki bağ evinə dair Cavabdeh6 açılmış 16.12.2011-ci il tarixli 53/2015 saylı vərəsəlik işindəki 06.06.2012-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən Nina Rzayevanın miras əmlakından Cavabdeh1 (mirasqoyanın oğlu) 1/4 pay, İsmayılova (Rzayeva) Natella Məmmədovnaya (mirasqoyanın qızı) 1/4 pay. Cavabdeh3 (mirasqoyanın qızı) 1/4 pay və X19ma (mirasqoyanın gəlini oğlu Arturun arvadı) 1/12 pay verilmiş, X9 (mirasqoyanın nəvəsi - oğlu Arturun birinci nikahdan olan qızı) və Cavabdeh4 (mirasqoyanın nəvəsi - oğlu Arturun birinci nikahdan olan oğlu) payına düşən 2/12 pay isə açıq saxlanılmışdır ki, bu “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” tamamilə qanunsuzdur, işin faktiki hallarına uyğun deyil. Çünki yuxarıda da göstərildiyi kimi, mərhum Nina Rzayevanın miras əmlakın yalnız Artur Rzayev qəbul etmişdir, adı çəkilən digər şəxslərin həmin bağ evi ilə ümumiyyətlə heç bir əlaqələri olmamış, onu miras olaraq qəbul etməmişlər. Həmin “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” məhz Pirşağı qəsəbə nümayəndəliyinin 2011-ci il tarixli arayışının əsasında verilmişdir ki, onun mötəbər sübut olmadığı yuxarıda izah edilmişdir. Ümumiyyətlə, mərhum Nina Rzayevanın miras əmlakı onun mirasının açıldığı zaman qüvvədə olmuş 1964-cü il tarixli Mülki Məcəllənin 552-ci maddəsinə müvallq olaraq 6 ay ərzində (15 aprel 1971-ci ilə qədər) onun vərəsələri tərəfindən faktiki və ya rəsmi qaydada qəbul edilə bilərdi (miras əmlakını faktiki surətdə idarə etməyə başlamaqla və ya mirasa yiyələnmək, eləcə də vərəsəl iyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməklə). Həmin mirasın adı çəkilənlər tərəfindən rəsmi qaydada qəbul edilmədiyi mübahisə mövzusu deyildir. Vərəsəlik isinə əsasən, miras onlar tərəfindən faktiki qəbul edilməsi barədə yeganə sənəd isə Pirşağı qəsəbə nümayəndəliyinin 2011-ci il tarixli arayışıdır ki, həmin arayış yuxarıda izahlara əsasən mötəbər sübut ola bilməz. Bundan başqa hətta digər vərəsələrin Nina Rzayevanın mirasını qəbul etdikləri qəbul edilsə belə, yenə həmin “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”sini düzgün hesab etmək olmaz. Çünki həmin vərəsəlik işində mərhum Nina Rzayevanın vərəsələrinin dairəsi ümumiyyətlə düzgün müəyyən edilməmişdir. Belə ki, əvvəlki Mülki Məcəllənin 532-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Bu baxımdan, yuxanda da göstərildiyi kimi mirasın açıldığı məqamda mərhum Nina Rzayevanın vərəsələri onun həmin tarixdə sağ olmuş uşaqları - Natella İsmayılova, Cavabdeh3, Cavabdeh1 və Artur Rzayev olmuşdur. Mübahisələndirilən vərəsəlik şəhadətnaməsində isə mirasqoyanın gəlini İddiaçı və nəvələri Nərmin Rzayeva və Cavabdeh4 vərəsələr qismində göstərilmişdir. Nə əvvəlki Mülki Məcəllənin və nə də ki qüvvədə olan məcəllənin tələbləri baxımından gəlinlərin vərəsə qismində çıxış etməsi müəyyən edilmir, onlar heç bir növbədə göstərilmir. Nəvələrə gəldikdə isə, onlar (həmçinin nəticələr) bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar (əvvəlki Mülki Məcəllənin 532-ci maddəsinə əsasən). Hazırkı işdən belə hal müəyyən edilmir. X44 mirası açılan məqamda Nərmin Rzayeva ilə Cavabdeh4 ataları olan Artur Rzayev sağ idi və işin mübahisəsiz hallarına görə, o bundan çox daha sonra (08.05.2010-cü ildə) ölmüşdür. Sağ ikən isə mərhum anasından qalan miras əmlakını faktiki olaraq qəbul etmiş, lakin rəsmiləşdirməmişdir (işin bu halı Bakı Apellyasiya Məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsi ilə də öz təsbitini tapmışdır). Digər tərəfdən 28.12.1979-cu il təvəllüdlü X26 nənələrinin mirasının açılmasında təxminən 9, onun qardaşı xx.xx.1981 -ci il təvəllüdlü Cavabdeh4 isə 11 il sonra anadan olmuşdur. X38 arvadı və uşaqlarının Nina Rzayevanın vərəsələri olmadığı gün işığı kimi aydın məsələdir. Hətta o dərəcədə ki, yalnız bu hüquqi mövqeyin qəbul edilməsi ilə 06.06.2012-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”də aparılmış bölgünün məğzi izah edilə bilər. Çünki əgər onlar mərhum Nina Rzayevanın vərəsələri olsa idilər, bütün vərəsələrə eyni miras payı düşərdi (hər birinə 1/6). Deməli, İddiaçı, X26 və Cavabdeh4 mərhum Nina Rzayevanın deyil, məhz ondan qalan mirası faktiki olaraq qəbul etməklə əmlakının aktivinə daxil etmiş Artur Rzayevin vərəsələri olmuşlar. Ona çatası 1/4 pay isə məhz onun vərəsələri (arvadı və iki uşağı) arasında bölünməklə hər biri üçün 1/12 pay müəyyən edilmişdir. İddiaçı özünə çatası 1/12 payı qəbul etsə də, digər iki şəxsə (X43 uşaqları) çatası 2/12 pay məhz onlar tərəfindən qəbul edilməsi üçün açıq saxlanılmışdır (qeyd edilənlər Bakı Apellyasiya Məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsi ilə də müəyyən edilmişdir). Şəhr edilənlərdən də göründüyü kimi işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi aşağıda göstərilən prosessual qanunvericiliyin və eləcə də qətnamənin qanuni və əsaslı olmasını nəzərdə tutan Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərini pozmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli, 2(005)-435/2019 nömrəli qətnaməsinin ləğv edilməsi, Cavabdeh4 və Cavabdeh5 qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217, 384, 385-ci maddələrinə; “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8-9, 11-12-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 1133.1, 1134, 1151, 1159, 1243-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə qətnaməsi daşınmaz əmlakın dövlət reyestrində olan məlumatlara uyğun qəbul edilməmiş, digər payçıların payları nəzərə alınmamış və paylar düzgün müəyyən edilməmişdir. Həmçinin, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4675/2016 saylı, 16 may 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 07 avqust 2018-ci il tarixli qətnaməsi barədə İdarədə hər hansı məlumat aşkar edilməmişdir. Göründüyü kimi, Nərimanov Rayon Məhkəməsi işin hallarını ətraflı araşdırmamış, qeyd olunanları nəzərə almamış, arxiv məlumatları barədə İdarəyə sorğu göndərilməmiş, iddianın rədd edilməsi üçün əsasların mövcud olmasına baxmayaraq, qanunsuz olaraq qarşılıqlı iddia tələbini təmin etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18.10.2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayətləri qismən təmin olunaraq, Nərimanov Rayon Məhkəməsinin 11 iyun 2019-cu il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv olunmuş və qarşılıqlı iddia rədd edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2020-ci il tarixli qərarı ilə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5697/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı və cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi həmin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08.02.2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5697/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və işin yeni apellyasiya baxışına qaytarılması, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti təmin edilməməsi qərara alınmışdır. Qərarda Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarına; qüvvədə düşmüş Mülki Məcəllənin 528, 532, 552; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 324, 347, 354, 1133, 1145, 1151, 1159, 1246, 1248, 1300, 1301, 1323; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77, 88, 217, 385, 416-cı maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni qüvvədə oln Mülki Məcəllənin vərəsəliklə bağlı hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları əsasında həll etmişdir. Baxılan iş üzrə iki vərəsəlik hüquq münasibəti vardır - Nina Rzayevadan qalmış miras əmlakın onun vərəsələri arasında bölüşdürülməsi (ilkin iddia, eyni zamanda həmin şəxsin miras əmlakının oğlu Artur Rzayevdən başqa digər vərəsələr tərəfindən qəbul edilmədiyi ilə əsaslandırılır) və Artur Rzayevdən qalmış miras əmlakın onun vərəsələri (iddiaçı və qarşılıqlı iddiaçılar) arasında bölüşdürülməsi. İş üzrə birinci miras qoyan Nina Rzayeva 1971-ci ildə, ikinci miras qoyan isə 2010-cu il tarixdə ölmüşdür. Bu baxımdan Nina Rzayevadan miras qalmış əmlakla bağlı mübahisə hüquq münasibətlərinin yarandığı 1971-ci ildə qüvvədə olmuş Mülki Məcəllənin, Artur Rzayevadan miras qalmış əmlakla bağlı mübahisə hüquq münasibətlərinin yarandığı 2010-cu ildə qüvvədə olmuş Mülki Məcəllənin müvafiq müddəalarına uyğun olaraq həll edilməlidir. Bununla bağlı, həmçinin nəzərə alınmalıdır ki, həm əvvəlki, həm də qüvvədə olan mülki qanunvericilik mirasın açılması anını istisnasız olaraq miras qoyanın öldüyü günlə müəyyən edir. Bu baxımdan miras qoyan ölərkən mülkiyyət hüququnun əldə olunmasına qanuni gözləntisinin olduğu, lakin rəsmi reyestrdə qeydə alınmamış əmlaka hüquqların onun ölümündən sonra qeydə alınması mirasın açılması tarixini dəyişmir. Lakin konkret işin hallarından asılı olaraq belə vəziyyət vərəsələr tərəfindən mirasın qəbulu müddətlərinin gecikdirilməsi səbəblərinin üzürlü sayılması və ya uzadılması üçün əsas kimi qəbul edilə bilər.Qeyd olunanlardan əlavə birinci instansiya məhkəməsi Cavabdeh3 miras əmlakda olan 7/24 hissə payını Cavabdeh2 bağışlaması barədə 27 yanvar 2018-ci il tarixli müqaviləni sübut kimi iş materiallarına əlavə etmiş, qətnamədə həmin sübuta istinad etmiş, lakin MPM-in 88-ci maddəsinə əsasən həmin sübuta tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən istinad olunan pozuntulara yol verilməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi qətnaməni qüvvədə saxlamışdır. Halbuki MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin ləğv edilməsi üçün birbaşa əsaslardandır. İşə baxmış apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 354.2-cü maddəsini də düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə həmin maddədə nəzərdə tutulan müdətlərin vərəslik hüququ haqqında şəhadətnamənin etibarsızlığı barədə iddia tələbinə tətbiqini mümkün hesab etmişdir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin "Əqdlərin etibarsızlığı” adlanan 14-cü fəslində yer almış həmin norma etibarsız əqdləri mübahisələndirmək üçün qanunla müəyyən edilmiş kəsici müddətləri tənzimləyir. İş üzrə ilkin iddiaçı tərəfindən mübahisələndirilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Mülki Məcəllənin 324.1-ci madəsində nəzərdə tutulmuş əqd anlayışına cavab vermədiyi üçün Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlərin həmin şəhadətnamənin etibarsızlığı tələbinə tətbiqi də qeyri-mümkündür. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 1248.1 və 1323-cü maddələri də düzgün təfsir edilməmişdir. Nəzərə alınmalıdır ki, eyni növbəli digər vərəslərin olması barədə notariat orqanına məlumat vermək mirasın qəbulu üçün müraciət etmiş hər bir vicdanlı vərəsənin borcu və Mülki Məcəllənin 1300-cü maddəsindən bibaşa irəli gələn vəzifəsidir. Bu baxımdan mirasın qəbulu üçün müraciət etmiş vərəsələrin eyni növbəli digər vərəsələrin mövcud olması barədə notariat orqanına məlumat verməsi və həmin payın notarius tərəfindən açıq saxlanılması birmənalı olaraq vərəsələr arasında Mülki Məcəllənin 1248.1-ci və ya 1323-cü maddələrində nəzərdə tutulan razılığın olması kimi qiymətləndirilə bilməz. Eyni zamanda bu hal payı açıq saxlanılmış vərəsələri mirasın qəbulu üçün müəyyən edilmiş müddətlər ərzində mirası qəbul etmək vəzifəsindən azad etmir. Qeyd olunmalıdır ki, miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilmədiyi və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmadığı halda miras əmlakın bölüşdürülməsi qaydası Mülki Məcəllənin 1301.3-cü maddəsi ilə tənzimlənir. Mülki Məcəllənin 1248.1 və 1323-cü maddələrində müəyyən edilmiş razılıqlar isə mirası qəbul edən vərəsələrin mirası qəbul etməmiş vərəsələrə miras payın verilməsinə dair aydın ifadə edilmiş razılıqlarını nəzərdə tutur. Qeyd olunan əsaslarla məhkəmə kollegiyası hesab edir ki, baxılan işdə qarşılıqlı iddia tələbi üzrə mirasın qəbulu müddəti buraxılmış hesab edildiyi halda həmin müddətin uzadılması yalnız gecikdirmənin səbəbinin üzrlü sayıldığı halların mövcudluğu şəraitində mümkün ola bilərdi. Lakin apellyasiya instansiyası məhkəməsi istinad olunan maddi hüquq normalarının tələblərini pozaraq, mirası qəbul etmiş bütün vərəsələrin notariat kontoruna ünvanlandıqları ərizələrdə Nərminə və Cavabdeh4ləri vərəsə kimi göstərmələrini və sonunculara qanunla düşən miras payların açıq saxlanılmasını mirasın qəbulu müddətinin uzadılmasının birmənalı əsası kimi qəbul etmişdir. İddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. Eyni zamanda Məhkəmə kollegiyası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, həmin dəlillər daşınmaz əmlakın dövlət reystrində sonradan ləğv edilmiş məhkəmə aktları əsasında aparılmış qeydlərlə əsaslandırılmışdır. Əvvəlki qətnamənin ləğv edilməsi barədə məhkəmə aktlarının İdarəyə daxil olmaması mülki işin məhkəmələr tərəfindən qanunvericiliyin tələblərinə uyğun həllinə mane olan hal kimi qiymətləndirilə bilməz. Həmin orqan iş üzrə cavabdehdir və iş üçün əhəmiyyətli hesab etdiyi dəlil və sübutlarını məhkəmə baxışı zamanı təqdim etmək hüququna malikdir. Mülki prosessual qanunvericilikdə birbaşa göstərilən hallar (ekspertiza təyin olunması, sübutların yerində müayinə edilməsi) istisna olmaqla məhkəmənin öz təşəbbüsü ilə sübut toplamaq hüququ yoxdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil1 öz apellyasiya şikayətini müdafiə edərək, İddiaçı Rzayev Arturun ilk arvadı ilə mübahisəsinin olduğunu, bununla bağlı cinayət işinin olduğunu, Rzayev Arturun və İddiaçı bu hadisədən sonra 2004-2005-ci il tarixdə bağ evində yaşamağa başladığını, Rzayev Arturun yas mərasimində onun övladlarının iştirak etmədiyini, şəhərdə yerləşən evə və bağ evinə Rzayev Arturun sahiblik edərək mirası faktiki olaraq qəbul etdiyini, şəhadətnamənin və çıxarışın Zibəndə tərəfindən alınmadığını, İddiaçı vərəsəlik haqqında şəhadətnaməyə öz imzasını aldanaraq imza etdiyini bildirmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh, eyni zamanda cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək, bağ evinin təmirinin onun tərəfindən aparıldığını və bağ evinin artırmasında olan pəncərənin onun tərəfindən qoyulduğunu, şəhərdə yerləşən evin Artura məxsus olduğunu, sonradan onun birinci arvadının adına rəsmiləşdirildiyini, Cavabdeh4, Cavabdeh5 paylarının müəyyən edilməsini istədiyini, 2002-ci ildə Cavabdeh4, Cavabdeh5, onların anaları və iddiaçı ilə birlikdə yaşadıqlarını, daha sonra cavabdehlərin anası ilə iddiaçı arasında münasibətin kəskinləşməsi nəticəsində Artur və iddiaçının bağda yaşamağa başladığını bildirmiş, apellyasiya şikayətlərinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh4, Cavabdeh5 nümayəndəsi Vəkil2 miras paylarının faktiki və ya notariusda təsdiq etməklə qəbul edilməli olduğunu, həm cavabdehlərin həm də iddiaçının gedib-gəldiyini, son vaxtlar Arturun həmin bağda iddiaçı ilə yaşadığını, miras olan piano və kompyuterin cavabdehlər tərəfindən əldə edildiyini, bağın açarlarının həm cavabdehlər, həm də iddiaçıda olduğunu bildirmiş, apellyasiya şikayətlərinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili X25 apellyasiya şikayətini qəbul etməyərək, Cavabdeh1 ilə tərəflər arasında münasibətlərin soyuq olduğunu, Cavabdeh1 qarşılıqlı iddiaya etiraz etmədiyini bildirmiş və ilk iddianın təmin edilməməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən, Cavabdeh6na və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin nümayəndələrinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında icraat zamanı müəyyən olunur ki: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1saylı Bakı şəhər Ərazi İdarəsinin 18.06.2021-ci il tarixli məktubuna əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində 0.25 hektar torpaq sahəsi olan 273a nömrəli bağ sahəsi 25.02.1967-ci İl tarixli, 6763 nömrəli müqavilə əsasında X15 ayrılmışdır. Həmin müqavilə, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 10.11.2010- cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi, 03/40316 nömrəli, 09.12.2010~cu il tarixli arayış və vərəsəlik hüququ haqqında 06.06.2012-ci İl tarixli şəhadətnamə əsasında sözügedən bağ evinin hər biri ¼ hissə olmaqla 27.07.2012-ci il tarixdə Cavabdeh1, X1, Cavabdeh3 adına, 1/12 hissə İddiaçı adına, yerdə qalan 2/12 hissə (açıq qalır) X10 adına vahid əmlak kimi dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 0.25 hektar torpaq sahəsi və üzərində inşa edilmiş, ümumi sahəsi 41.13 kv.m olan 273a saylı bağ evi Sabunçu Rayon Məhkəməsinin 2(008)-4675/2016 nömrəli, 16.05.2016-cı il tarixli qətnaməsi və 2V-100 reyestr nömrəli, 23.08.2016-cı il tarixli vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında hər biri 7/24 hissə olmaqla X1, Cavabdeh3 adına, 2/24 İddiaçı adına, açıq qalan 1/24 hissə X16 və 7/24 hissə isə 14.09.2016-cı il tarixdə Cavabdeh1 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra Bakı şəhəri 19 saylı notariat kontorunda təsdiq edilmiş 27,01.2018-cİ il tarixli, 4Ə-18 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında sözügedən bağ evinin 2/24 hissəsi İddiaçı adına, açıq qalan 1/24 hissə X10, 7/24 hissə 14.09.2016-cı il tarixdə Cavabdeh1 və 14/24 hissəsi 09.02.2018-ci il tarixdə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətlərindədir. Azərbaycan respublikası Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyi 40 saylı Mənzil Kommunal İstismar sahəsinin arayışına əsasən, X32 ünvan 6 ünvanında 18.09.1957-ci il tarixdən 25.12.1979-cu ilədək pasport qeydiyyatında olmuşdur. X4 -1921 təvəllüdlü, 15.10.1970-ci ilədək (ölən günədək) göstərilən ünvanda qeydiyyatda olmuşdur, onunla bərabər aşağıdakı uşaqları da qeydiyyatda olmuşdur: qızı- X13-1939-cu il təvəllüdlü; oğlu-X31-1940-cı il təvəllüdlü; oğlu X33-1950-ci il təvəllüdlü (İ cild, səh.17). 25.02.1967-ci il tarixli 6763 saylı bağ sahələrinin, tikililərinin uzun müddətli icarəyə verilməsi haqqında müqavilənin surətinə əsasən, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin X39 ilə X28 arasında müqavilə bağlanmış, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində 0.25 hektar torpaq sahəsi olan 273a nömrəli bağ sahəsini həmin müqaviləyə əlavə edilən və tərəflərin imzaladıqları inventarizasiya kartoçkasına uyğun olaraq.ş “Trest” icrayə vermiş, “icarədar” isə istifadə üçün icarəyə götürmüşdür (İ cild, səh.180). Yerində müayinə aparılması zamanı tərəflər mirasın faktiki qəbulunun təsdiq və ya təkzib edilməsi (qonşuların dinlənilməsi və sair) barədə sübutların təqdim edilməsini təmin etməmiş və bununla əlaqədar vəsatətlər təqdim etməmişlər. İlk növbədə verilən apellyasiya şikayətlərinə münasibətdə və kassasiya instansiyası məhkəməsinin qəbul etdiyi yekun qərara əsasən apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının hədləri müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08.02.2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5697/2020 nömrəli iş üzrə 29 iyul 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və işin yeni apellyasiya baxışına qaytarılması, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayətinin təmin edilməməsi qərara alınsa da hansı apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hansı hissədə) işə baxılması dəqiq müəyyən edilməmişdir. Ona görə məhkəmə kollegiyası hesab edir ki, mülki prosessual hüquqi nöqteyi-nəzərindən işə baxılması apellyasiya icraatı zamanı iki apellyasiya şikayəti ilə şərtləndirildiyindən, hər iki apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə işə baxılaraq birinci instansiya məhkəməsinin qətnaməsi kassasiya instansiyası məhkəməsinin göstərişlərinə müvafiq təftiş edilməlidir. Kassasiya instansiyası məhkəməsi baxılan iş üzrə iki vərəsəlik hüquq münasibəti olduğunu - Nina Rzayevadan qalmış miras əmlakın onun vərəsələri arasında bölüşdürülməsi (ilkin iddia, eyni zamanda həmin şəxsin miras əmlakının oğlu Artur Rzayevdən başqa digər vərəsələr tərəfindən qəbul edilmədiyi ilə əsaslandırılır) və Artur Rzayevdən qalmış miras əmlakın onun vərəsələri (iddiaçı və qarşılıqlı iddiaçılar) arasında bölüşdürülməsi»ni qeyd etmişdir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir (MM-nin 1151.1). Bütövlükdə münasibətlər iki vərəsəlik hüquq münasibətləri çərçivəsində həyata keçirilsə də tələbin predmetini Rzayeva Ninadan qalan miras əmlaka dair vərəsəlik hüquq münasibətləri təşkil etmişdir. Belə ki, ilk iddia tələbi ilə bütövlükdə Rzayeva Ninadan irs almış şəxslərin vərəsəlik şəhadətnaməsi mübahisələndirilmiş, qarşılıqlı tələb isə bu şəhadətnamə ilə məhz miras payları açıq qalmış şəxslər tərəfindən irəli sürülmüşdür. Yəni, tələblər üzrə məxsusi olaraq Artur Rzayevə düşən ¼ hissədə olan paya dair tərəflər arasında mübahisə olmamışdır. Əmlak hüquqları Sabunçu rayonu, Pirşağı qəsəbəsində 0.25 hektar torpaq sahəsi olan 273a nömrəli bağ sahəsi 25.02.1967-ci İl tarixli 6763 nömrəli müqavilə əsasında X15 ayrılması və onların ailəvi istifadəsinə verilməsi şərtlənmiş, müvafiq müqavilənin tərəfi və ya digər dövlət orqanları tərəfindən ailə üzvlərinin heç birinin istifadə hüquqlarına xitam verilməsi və ya dəyişdirilməsi tələb edilməmişdir. Halbuki bu icarə müqaviləsi ilə tənzimlənən hüququn dəyişməməsi bu münasibətlərin müqavilədə qeyd edilən ailə üzvləri ilə davam etdirilməsini və bununla da sonuncuların artıq bu əmlak hüquqlarının sahibi olmasını ehtiva edir. Əmlakdan istifadə hüququ isə əmlak hüquqları sayılır (MM-nin 158.1.2). X45 münasibətdə onun övladları eyni əmlak hüquqlarının daşıyıcısı olduğundan mirası faktiki qəbul edilmiş sayılır, bərabər payda da vərəsəlik hüquqlarının sahibi olmuş və bu dörd nəfərin arasında mübahisə yaranmadığından bunların özlərindən başqa birbirinə münasibətdə olan vərəsəlik hüquqlarını digər şəxslər mübahisələndirə bilməz. Ona görə, ilk növbədə, ilkin iddia üzrə iddiaçının bütövlükdə Rzayeva Ninaya münasibətdə vərəsəlik hüquqlarının mübahisləndirməsində subyektiv hüquqa malik olmamışdır. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir.(MM 1272,1273). Yəni Arturun (onun vadisinin) mirasın qəbulu barədə, onun miras payına münasibətdə, qanunla müəyyən edilmiş mübahisə etmə müddəti bitmişdir. Bundan başqa, yalnız Artur Rzayev tərəfindən miras əmlakın faktiki qəbulu və əmlakın idarə edilməsində müstəsna xidmətlərinin mövcudluğu belə sübuta yetirilməmişdir. İlk iddia üzrə iddiaçının təqdim etdiyi kommunal ödənişlər mirasın açıldığı vaxtdan çox illər sonralara təsadüf etmiş və sübut növü kimi birmənalı qiymət verilməsinə əsas olmamışdır. Vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir (MM 1267). Vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz (MM 1268.1). Mirasdan imtina hüququ vərəsəlik üzrə keçir. Ölmüş vərəsənin bir neçə vərəsəsinin hər biri yalnız öz miras payından imtina edə bilər(MM-1270). Miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür (MM 1274). Tərəflər notariat orqanına ərizə ilə müraciət etmiş, birərəfli əqd formasında öz iradə ifadələrini bəyan edərək əmlak hüquqları üzrə qarşılıqlı (imtina və bölüşdürülmə formasında) münasibətlərini bildirmişlər. Bu zaman ilk iddia üzrə iddiaçının iradə ifadəsi Artura düşən miras payla məhdudlaşmış və yalnız qarşılıqlı iddia üzrə iddiaçıların Artura münasibətdə olan vərəsəlik və əmlak hüquqlarına aid ola bilərdi. İlk iddianın əsasını vərəsənin vərəsəsinin mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürmək səciyyəsi daşıyır və buna da qanunvericilik yol vermir. Diqqətə çatdırılmalıdır ki, təqsirsizlik prezumpsiyasına əsasən notariat kontorunda imzalanan ərizənin aldanılması əsası ilə ilk iddiaçının dəlilləri heç bir mötəbər sübutla təsdiq edilmir. Halbuki bu növ dəlillər vəzifəli şəxsin və ya digər şəxslərin cinayətdə iştirakçılığı ilə yalnız cinayət təqibi üzrə yekun məhkəmə qərarı ilə təsdiq edilə bilər. Beləliklə, dövlətin vərəsəlik hüquqlarına təminatı baxımından ilk iddia üzrə iddiaçının əsassız dəlilləri vərəsəlik şəhadətnaməsinin etibarsızlığına əsas ola bilməz. Əgər vərəsələr arasında olduqları yer məlum olmayan şəxslər vardırsa, qalan vərəsələr onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağlabatan tədbirlər görməyə borcludurlar (MM-1300). Qarşılıqlı iddiaya dair isə qeyd edilməlidir ki, vərəsəlik şəhadətnaməsinin etibarsızlığına əsas olmuş hallar müəyyən edilmədiyindən və notariat orqanında ərizələr ilk iddiaya dair iddiaçının Artur Rzayevdən qalan hissəsindən qarşılıqlı iddiaçıların xeyrinə imtina edilməsi, digər vərəsələrin (Arturun bacı və qardaşlarının) Artura qalan payın bölüşdürməsindən imtina kimi qiymətləndirilməlidir. İmtinadan imtinanın yolverilməzliyi və qarşılıqlı iddia üzrə iddiaçıların axtarışı üçün tədbirlərin görülməsini təsdiq edən sübutların olmaması, qarşılıqlı iddia üzrə iddiaçıların vərəsəlik üzrə verilən şəhadətnamənin verildiyi tarixdən vərəsəlik və gözlənilən mülkiyyət hüquqlarının müəyyən edildiyini, habelə Nina Rzayevadan qalan miras əmlaka dair vərəsəlik üzrə müddətlərin artıq onlara şamil edilmədiyini təsdiq edir. Yəni, hazırki vərəsəlik mübahisəsi üzə müddətlər Nina Rzayevadan irs almış vərəsələrə aid olduğundan, onların mirası qəbul etməsi müddətlərinin ötürülməsi halı müəyyən edilmədiyindən və zamanında aralarında hazırki əmlak barədə mübahisə olmadığından qarşılıqlı iddiaçıların müraciətləri yalnız gözlənilən mülkiyyət hüquqlarının qeydiyyatı səciyyəsi daşımışdır və bu tələblərin həddindən kənar müzakirələrin aparılması prosessual cəhətdən mümkün deyil. Digər apellyasiya şikayətinə müvafiq eyni əsaslarla verilən kassasiya şikayətinə artıq kassasiya instansiyası tərəfindən qiymət verildiyindən (kassasiya şikayətləri təmin edilmədiyindən) yenidən bu dəlillərə qiymət verilməsinə zərurət qalmır və qüvvəsi olmayan məhkəmə qərarları üzrə aparılmış qeydiyyatların inzibati icraat proseduru çərçivəsində düzəldilməsi mümkündür. Bundan əlavə qeyd edilməlidir ki, ləğv olunmuş məhkəmə qərarları və bundan sonra vərəsələr arasında payların bağışlanması vərəsəlik payların qeydiyyat nisbətində uyğunsuzluq yaratsa da, mülki və mülki prosessual qanunvericiliyinin zamana görə qüvvəsi və işə tələb həddində baxılması mümkünlüyü bu icraat çərçivəsində onlara münasibət bildirməsinə prosessual imkanlar yaratmır. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 63; qüvvədə olmuş Mülki Məcəlləsinin 528, 532, 552; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-158, 324-354, 1133, 1145, 1151, 1268, 1274, 1300; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80-82, 88, 106.2, 217.4, 233.3, 372, 385, 386, 388 və 390, 420-cı maddələrinə, kassasiya instansiyası məhkəməsinin göstərişlərinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməsi prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin mübahisələndirilən dəlilləri əsassızdır, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-nin 119.5-ci maddəsinə əsasən onları ödəyən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı nümayəndəsi Vəkil1, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-435/2019 saylı işi üzrə 11 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4556/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4556/2021
17.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver