Məhkəmə qərarları › İş №2(103)-456/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-456/2020

08.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-456/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X20 oğlunun katibliyi, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 iştirakı ilə “müqavilənin və maliyyə arayışının ləğv edilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müracət edərək, cavabdehlə aralarında ünvan 1 saylı ünvanda inşa edilmiş 2 girişli, 16 mərtəbəli yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsində, ümumi sahəsi 155,6 kv.m olan, 77 saylı mənzilə dair xx.xx.2011-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MTK iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında xx.xx.2011-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən 5 saylı ünvanda inşa edilmiş 2 girişli, 16 mərtəbəli yaşayış binasının 1-ci blokunda, 11-ci mərtəbəsində, ümumi sahəsi 155,6 kv.m olan 77 saylı mənzilin alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilə başqa bir əqdi pərdələmək üçün bağlanmışdır. Belə ki, Cavabdeh MTK-dan mənzil almamış, ümumiyyətlə MTK-ya heç bir ödəniş etməmiş və mənzil ona göstərilməmişdir. MTK ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan (podrat müqaviləsi ilə fəaliyyət göstərən) fiziki şəxs X11 arasında binanın tikintisində işlədiləcək qırmızı kərpic alınması və əvəzində Cavabdeh adına mənzilin verilməsi müqavilə imzalanacağı barədə razılıq olmuşdur. Bu razılaşma MTK ilə X11 və “Yanar Dağ” kərpic zavodunun rəhbəri Rauf arasında olmuşdur. X18 üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün Raufun təkidilə Cavabdeh adına bağlanmış müqavilə ləğv edilmişdir. Müqavilənin birtərəfli qaydada ləğv edildiyi barədə Cavabdeh xx.xx.2011-ci ildə rəsmi xəbərdarlıq göndərilmis və xəbərdarlıq rəsmi qavdada qəbul edilmişdir. Həmin məktubda da konkret olaraq göstərilmişdir ki, “mənzilin əvəzində MTK-ya həmin məbləğdə inşaat materialı (kərpic) göndərilmədiyi üçün bağlanmış müqavilə birtərəfli qaydada ləğv ediləcəkdir.” Cavabdeh xəbərdarlığı qəbul etsə də, münasibət bildirməmişdir. MTK bu əsasla müqaviləni birtərəfli qaydada ləğv etmiş, daha sonra isə X2. Cavabdeh adına müqavilə bağlanmasından 8 il keçməsinə baxmayaraq heç vaxt mənzilə gəlməmiş, ümumiyyətlə mənzili görməmiş, mənzilə dair müqavilənin birtərəfli qaydada ləğv edilməsindən 8 il keçməsinə baxmayaraq, MTK-ya qarşı heç bir tələblə çıxış etməmişdir. Bütün bu göstərilənlər bir daha sübut edir ki, Cavabdeh mənzil müqaviləsi üzrə heç bir ödəniş etməmişdir, müqavilə başqa bir şəxslə MTK arasında kərpic verilməsini pərdələmək üçün imzalanmış əqddir. Mübahisəli mənzil xx.xx.2014-cü il tarixdə X3, sonuncu tərəfindən mənzilin dəyəri tam olaraq ödənilmiş və ona eyni tarixli maliyyə arayışı verilmişdir. 2015-ci ildə X7 İddiaçı MTK-ya qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində yerləşən binanın 1-ci giriş 11 -ci mərtəbə, 77 saylı, 155,6 kv.m sahəsi olan mənzilin qapı və pəncərələri qoyulmaqla naturada təhvil verilməsi, MTK öhdəliklərini yerinə yetirmədiyi səbəbindən dəymiş 6400 manat real zərər, 15.000 manat mənəvi zərər, dövlət rüsumuna görə 30 manat, hüquq xidmətinə görə 1.000 manat olmaqla, ümumilikdə 22.430 manat vəsaitin ödənilməsi və barəsində xüsusi qərardad çıxarılaraq Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, məhkəməyə ərizə ilə müraciət edərək satılmış mənzilin üzərinə məhdudiyyət qoyulması barədə iddianı təmin tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə xx.xx.2015-ci il tarixli qərardadla ərizəni təmin etmiş, MTK-ya həmin mənzilin özgəninkiləşdirilməsini qadağan etmişdir. Mübahisə ilə əlaqədar mülki işin gedişində aralarında barışıq sazişi imzalanmış, məhkəmənin 2(004)- 7197/2015 saylı, xx.xx.2015-ci il tarixli qərardadı ilə sazişi təsdiq edilmiş, iş üzrə icraata xitam verilmişdir. X7 2015-ci ilin dekabr ayından etibarən həmin mənzilin yeganə istifadəçisidir və bu gün də həmin mənzil onun şəriksiz istifadəsindədir, mənzilə dair bütün kommunal xərclər onun tərəfindən ödənilir, işıq, qaz və su sayğacları da rəsmi olaraq onun adına rəsmiləşdirilmişdir. Ulu X13rşı da ötən müddət ərzində heç bir tələb irəli sürməmiş, onun yaşadığı mənzilə belə gəlməmişdir. Bundan başqa MTK ilə bağlı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin istintaq şöbəsində həmin mənzillə bağlı iş icraçısı Eyvaz İsmayılovun ifadəsindən bir daha görünür ki, Cavabdeh ilə bağlanmış müqavilə əslində onunla deyil, Kərpic zavodu və İsmayılov Eyvaz arasında bağlanmışdır. Bu səbəbdən də, hesab edir ki, iddia tələbi təmin edilməlidir. X7 müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmə barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, mülki iş üzrə iddia tələbi onun da qanunla qorunan hüquqlarına birbaşa təsir edir. Belə ki, hazırkı mülki iş üzrə iddia predmeti olan Yasamal rayonu İddiaçı yaşayış massivi M.Xiyabani 5 ünvanda "İddiaçı" MTK tərəfindən tikilmiş binanın 1-ci giriş, 11-ci mərtəbəsində olan 77 nömrəli 155,6 kv.m mənzil eyni zamanda ona satılmışdır, 2014-ci ildən həmin mənzil fasiləsiz olaraq istifadəsindədir. Bu günədək həmin mənzilə heç kim tərəfindən tələb irəli sürülməmiş, heç kim mənzilə gələrək ona və ya ailə üzvlərinə mənzillə bağlı tələb irəli sürməmişdir. Bu günlərdə ona məlum olmuşdur ki, "İddiaçı MTK" Cavabdeh ilə aralarında bağlanmış mənzilin satılmasına dair müqavilənin etibarsızlığı barədə məhkəmədə iddia qaldırmışdır. Məlumat üçün bildirir ki, sözügedən mənzilin ona təhvil verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərardadı vardır. Bu qərardad icraya yönəldilmiş və icra qurumu tərəfindən icra sənədi tam icra edilmiş, sözügedən mənzil naturada ona təhvil verilmişdir. Qeyd olunanalar nəzərə alınaraq müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiq olunmasına dair ərizə verərək göstərmişdir ki, iddia ərizəsi üzrə iddia müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respubükası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən hallan büdiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Hazırkı halda iddia ərizəsinin predmeti daşınmaz əmlak olsa da, iddiaçı həmin əqdi məhz uydurma əqd hesab edərək mübahisələndirmişdir. Bununla yanaşı, qeyd etmək olar ki, iddiaçı hətta daşınmaz əşyalarla bağlı iddia müddətini də buraxmışdır. Göstərilənlərə əsasən iddia müddəti təbiq edilməklə iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı MTK-nın nümayəndəsi İbadov llham İbad oğlu iddia tələbinə əlavə və dəqiqləşdirilmə barədə ərizə verərək göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində 5 saylı ünvanda inşa edilmiş 2 girişli, 16 mərtəbəli yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsində, ümumi sahəsi 155,6 kv.m olan 77 saylı mənzilə dair Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış xx xxxxx 2011-ci il tarixli müqavilə və maliyyə arayışı “Yanar Dağ” Kərpic zavodunun direktoru Rauf adlı şəxsin təkidi ilə Eyvaz İsmayılov tərəfindən tərtib etdirilmişdir. Əslində MTK-nın inşa etdiyi binada işlənəcək kərpic “Yanar dağ” kərpic zavodundan gətirilməli, işlədiləcək kərpicin dəyərində həmin müqavilədə göstərilən mənzil Cavabdeh adına sənədləşdirilib verilməli idi. İşdə olan sənədlərdən göründüyü kimi, Eyvaz ismaylov tərəfindən tikintiyə cəmi 8.000 manatlıq kərpic verilmişdir. Eyvaz İsmayılovun tikintini davam etdirmədiyini gördükdə MTK görüləcək işlərin təminatı kimi Cavabdeh adına sənədləşdirdiyi xx.xx.2011-ci il tarixli müqaviləni və eyni tarixli maliyyə arayışını birtərəfli qaydada ləğv etməsi barədə Cavabdeh adına xx.xx.2011-ci il tarixli xəbərdarlıq məktubu göndərmiş və xəbərdarlıq rəsmi qaydada qəbul edilmişdir. İddiaçı MTK-da baş vermiş korrupsiya halları ilə bağlı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin İstintaq idarəsində başlanmış cinayət işində də istintaq yolu ilə sübuta yetirilmişdir ki, mübahisəli 77 saylı mənzil podratçı Eyvaz İsmayılovun binada görəcəyi hörgü və suvaq işlərinin dəyəri kimi əvvəlcədən şərti olaraq Cavabdeh adına rəsmiləşdirilmişdir. Bu fakt istintaq materialları, Eyvaz İsmayılov və digər şəxslərin ifadələri ilə təsdiq edilmişdir. Bu səbəblə də Cavabdeh cinayət isində zərərcəkmis kimi tanınmamıs, ona hamin mtiqavilə əsasında 8000 manat zivan dəydiyi göstərilmişdir. Çingiz Heydərov, Sadiq və Toğrul adlı şəxslər isə zərərçəkmiş şəxs kimi tanınmış, Sadiq və Toğrul bu əsasla zərərçəkmişlər üçün “xxxxx” MTK tərəfindən tikiləcək binada mənzil alacaq şəxslərin siyahısına salınmışdır. Çingiz Heydərovun adının həmin siyahıda olmamasının səbəbi isə mübahisəli mənzilin 2014-cü ildən faktiki olaraq onun istifadəsində olmasıdır. İstintaq orqanı bu məsələ ilə bağlı konkret olaraq müəyyən etmisdir ki, Cavabdeh tərəfindən MTK-ya 77 saylı mənzil ücün ödəniş edilməmisdir. “İddiaçı MTK” Cavabdeh adına sənədləşdirilmiş mənzilə dair müqaviləni birtərəfli qaydada ləğv edərkən müqavilənin 6-cı bəndini əsas tutmuşdur. Göstərilənlərə əsasən məhkəmədən Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində 5 saylı ünvanda inşa edilmiş 2 girişli, 16 mərtəbəli yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsində, ümumi sahəsi 155,6 kv.m olan 77 saylı mənzilə dair Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin və maliyə arayışıınn xx.xx.2011-ci il tarixdən (İəğvedilmə məktubu göndərildiyi tarixdən) ləğv edilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil hazırki tələb üzrə də iddia müddətinin tətbiq olunmasına dair ərizə verərək göstərmişdir ki, iddia müddətinin tətbiq olunmasına dair ərizə veriləcəyi barədə məhkəmədə aldığı məlumatdan sonra, iddiaçı iddia müddətinin tətbiq olunmasından yayınmaq üçün iddianın predmetini dəyişdirərək, hazırda mübahisəlindirilən əqdin etibarsız hesab edilməsini deyil, əvvəlki iddia tələbində göstərilən eyni hallara istinad olunmaqla əqdin ləğv edilmiş hesab edilməsini məhkəmədən xahiş edir. Lakin bu tələblə bağlı da iddia müddəti başa çatmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsasən məhkəmədən iddia ərizəsinin rədd olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(004)- 2655/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsində göstərilmiş dəlillərə istinad edilməklə əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişlər. xx xxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən üçüncü şəxs X7 2014-cü ildən həmin mənzilin onun istifadəsində olduğunu, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirmişdir. Sonrakı keçirilən məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, İddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan İddiaçı MTK-nın direktoru X9 ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2011-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, MTK Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində tikilməkdə olan binanın 1-ci giriş, 11-ci mərtəbəsində ümumi sahəsi 155,6 kv.m olan 3 otaqlı 77 saylı mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən mənzilin ümumi dəyəri 77800 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı MTK tərəfindən tərtib olunmuş xx.xx.2011-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binası “İddiaçı" MTK-ya məxsusdur. Bu binanın 1-ci giriş, 11ci mərtəbəsində ümumi sahəsi 155,6 kv.m olan 3 otaqlı, 77 saylı mənzilin pay dəyəri 77800 manat alıcı Cavabdeh tərəfindən ödənilmişdir. İş materiallarında olan İddiaçı MTK tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2011ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, verilmiş mənzilin əvəzində MTK-ya həmin məbləğdə inşaat materialı (kərpic) göndərilməli olduğu, lakin təyinata uyğun olaraq MTK-ya inşaat materialının göndərilmədiyi bildirilərək, MTK-ya inşaat materialı göndərilmədiyində cavabdehin adına şərti olaraq sənədləşdirilmiş mənzilin MTK tərəfindən birtərəfli qaydada ləğv ediləcəyi nəzərinə çatdırılmış və məsələlərə aydınlıq gətirilməsi üçün MTK-ya müraciət edilməsi xahiş edilmişdir. İş materiallarında olan İddiaçı MTK-nın direktoru X9 ilə alıcı X7 arasında bağlanmış xx.xx.2014-cü il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, MTK Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində tikilməkdə olan binanın 1-ci giriş, 11-ci mərtəbəsində ümumi sahəsi 155,6 kv.m olan 3 otaqlı, 77 saylı mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən mənzilin ümumi dəyəri 60000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı MTK tərəfindən tərtib olunmuş xx.xx.2014-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində yerləşən yaşayış binası “İddiaçı" MTK-ya məxsusdur. Bu binanın 1-ci giriş, 11ci mərtəbəsində ümumi sahəsi 155,6 kv.m olan 3 otaqlı, 77 saylı mənzilin pay dəyəri 60000 manat alıcı X7 tərəfindən ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-7197/2015 saylı qərardadının surətindən görünür ki, iddiaçı X5 cavabdeh İddiaçınə qarşı Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən binanın 1-ci giriş, 11 -ci mərtəbə, 77 saylı, 155,6 kv.m sahəsi olan mənzilin qapı və pəncərələri qoyulmaqla naturada təhvil verilməsi, MTK öhdəliklərini yerinə yetirmədiyi səbəbindən dəymiş 6400 manat real zərər, 15.000 manat mənəvi zərər, dövlət rüsumuna görə 30 manat, hüquq xidmətinə görə 1.000 manat olmaqla ümumilikdə 22.430 manat vəsaitin ödənilməsi barədə iddia ərizəsi ilə bağlı mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-650/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı MTK-ya qarşı “mənzilə köçürülmə tələbinə dair” iddia tələbi təmin edilərək iddiaçının Bakı şəhəri Yasamal rayonu M.Xiyabani küçəsində yerləşən “İddiaçı’’ MTK-ya məxsus binanın birinci girişinin 11-ci mərtəbəsində olan 77 nömrəli 3 otaqlı sahəsi 155,6 kv.m olan mənzilinə köçürülməsi qət edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdehlər Cavabdeh və İddiaçı MTK-ya qarşı “əqdin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən X6 ünvanlanmış xx.xx.2019-cu il tarixli. ********* saylı məktubundan görünür ki, İdarədə istintaq olunmuş ********* nömrəli cinayət işi üzrə müəyyən olunmuşdur ki, İddiaçı MTK-nın inşa etdiyi binadan 3 otaqlı, 155,6 m2 sahəli 77 nömrəli mənzil kooperativin rəhbərliyi tərəfindən xx.xx.2011-ci il tarixli müqavilə və 62240 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında X21 ogluna, təkrarən xx.xx.2013cü il tarixli saxta müqavilə və 60000 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında X10, təkrarən xx.xx.2013-cü il tarixili saxta müqavilə və 65000 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında X4, xx.xx.2014-cü il tarixdə isə Şahin Hümbətov tərəfındən 63000 manata X1, MTK-nın adından həmin tarixli müqavilə və maliyyə arayışı tərtib olunmuşdur. Həmin və digər təsdiq olunmuş cinayət faktları üzrə X9 və X8 Azərbaycan Respublikası CM-nin 178.3.2, 29,178.3.2, 308.2, 313, 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin ibtidai istintaqı tamamlanaraq xx.xx.2018-ci il tarixdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. ********* nömrəİi cinayət işindən Azərbaycan Respublikası CM-nin 178.3.2, 320.2, 308.2 və 313-cü maddələri ilə ayrıca icraata ayrılaraq istintaq olunan ********* nömrəli cinayət işinin materiallanndan görünür ki, qeyd olunan 3 otaqlı 77 saylı mənzilin Cavabdeh satılmasına dair xx.xx.2011-ci il tarixli müqavilə və 77800 manatın ödənilməsi haqqında maliyyə arayışı tərtib olunmuş, lakin kooperativ əməkdaşları ifadələrində həmin müqavilə üzrə kooperativə faktiki olaraq 8000 manatın ödənildiyini və buna görə müqavilənin ləğv olunduğunu təsdiq etmişlər. Hazırda həmin hal üzrə araşdırma davam etdirilməklə nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcəkdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə düzgün olaraq qeyd etmişdir ki, iddiaçı “İddiaçı" MTK iddia ərizəsinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, eləcə də, bu hallara dair ərizəsində mötəbər dəlillərə istinad etməmişdir. Belə ki, iddiaçı mübahisəli mənzilə görə cavabdeh tərəfindən mənzilin dəyərinin ödənilmədiyini, dəyəri əvəzində kərpic zavodunun sahibi Rauf adlı şəxs tərəfindən kərpic şəklində MTKya ödənilməsinin razılaşdırıldığını, lakin kərpicin verilmədiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübut təqdim edilmədiyindən həmin dəlillər inandırıcı və ağlabatan sayıla bilməz. İddiaçı “İddiaçı" MTK cavabdehə müqavilənin ləğvi təklifi haqqında məktubun göndərilməsini bildirsə də, həmin xəbərdarlıq məktubunun cavabdeh tərəfindən alınmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mövcud qanunvericiliklə bu kimi iddialar üçün nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyası işin faktiki hallarını araşdıraraq, hesab edir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciə etmiş və buna görə də birinci instansiya məhkəməsi iddia müddətini tətbiq edərək iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər-hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdäfiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2. maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası onları əsaslı hesab etmir. Belə ki, iddiaçı qeyd etdiyi hallarla bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ : İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(004)- 2655/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar