Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-456/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və qeyrisinə qarşı “binaya və mənzilə əsas girişçıxış qapısının açılması, özbaşına tikililərin sökülməsi, binanın əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: "qanunsuz tikilinin sökülməsi, binaya və mənzilə əsas giriş-çıxış qapısının açılması, özbaşına tikililərin sökülməsi, binanın əvvəlki vəziyyətə qaytarılması") Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-292/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh1 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanının 1-ci mərtəbəsində Cavabdeh1 şəxsi mülkiyyətində olan mənzilə bitişik, yanğın əleyhinə olan çıxışda ümumi istifadədə olan sahədə cavabdeh tərəfindən qanunsuz inşa edilmiş əlavə tikililərin və dəmir qapının özbaşına tikinti sayılması barədə, ünvan 1 ünvanının 1-ci mərtəbəsində Cavabdeh1 şəxsi mülkiyyətində olan mənzilə bitişik, yanğın əleyhinə olan çıxışda ümumi istifadədə olan sahədə cavabdeh tərəfindən qanunsuz inşa edilmiş əlavə tikililərin və dəmir qapının öz hesabına sökülərək əvvəlki vəziyyətinə qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən binanın birinci- mərtəbəsində Cavabdeh1 şəxsi mülkiyyətində olan mənzilinə bitişik ümumi istifadə sahəsində əlavə tikililər və dəmir qapı ucadılmışdır. Yuxarıda qeyd edilən tikililərə və dəmir qapıya Cavabdeh1 və ya digər şəxslərə tikiliyə icazə verilməsinə dair sərancam mövcudluğu barədə məlumatın verilməsinə dair 12 avqust 2022-ci il tarixdə Yasamal Rayonu İcra Hakimiyyətinə vəkil sorğusu göndərilmişdir. Yasamal Rayon İcra Hakimiyyətinin 6 sentyabr 2022-ci il tarixli cavab məktubunda bildirmişdir ki, sözügedən tikililərə və sökülərək çıxarılmış çıxış qapısının qarşısında ucaldılmış tikiliyə dair Cavabdeh1 hər hansı hüquqmüəyyənedici sənəd verilməmişdir. Belə ki, Yasamal rayonu, Vidadi küçəsi 50 ünvanında 1-ci mərtəbədə yerləşən mənzilin mülkiyyətçisi Cavabdeh1 mənzilində əlavələr dəyişikliklər etmiş və buna dair heç bir razlılıq sənədi texniki pasport tərtib edilməmişdir. Qeyd olunan mənzillərə dair əlavə tikililərin Texniki pasportları və mənzildə aparılmış dəyişikliklərin rəsmiləşdirilməsi ilə bağlı sənədlərin təqdim edilməsi təklif edilmişdir. Lakin cavabdeh qonşulara və Dövlət qurumlarına qeyd olunan əlavə tikililər barəsində edilmiş dəyişikliklərə dair heç bir razılıq sənədi (texniki pasport, çıxarış) təqdim etməmişdir.
3. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı və Cavabdeh2 qarşı “binaya və mənzilə əsas giriş-çıxış qapısının açılması, özbaşına tikililərin sökülməsi və binanın əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, ünvan 11in 1-ci mərtəbəsindəki 6 c saylı mənzilə və binanın piləkən qəfəsinə açılan ümümi giriş-çıxış qapının açılması, həmin qapıdan istifadəsi ilə bağlı yaradılan maneələrin aradan qaldırılması, binanın 2-ci və 3-cü mərtəbələrində qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən özbaşına inşa etdiyi tikililərin sökülməsi və binanın əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırda baxılan iddialarla bağlı məhkəmə sorğusuna cavab olaraq DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2022-ci il tarixli, **********01 saylı məktubu ilə məhkəməyə Bakı şəhəri Yasamal rayonu, Vidadi küçəsi, 50 saylı ünvanda yerləşən binaya dair arxiv qovluğunda saxlanılan sənədlərin təsdiq edilmiş surətlərini təqdim etmişdir. Qeyd edilən sənədlərlə və Bakı şəhəri Yasamal rayonu Vidadi küçəsi 50 saylı ünvanda yerləşən 6 c saylı mənzilə dair verilmiş texniki pasportla bağlı sorğuya cavab olaraq DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022ci il tarixli, **********25 saylı məktubda bildirilmişdir ki, binaın arxiv texniki pasportunda sözügedən mənzildən 1-ci mərtəbənin ümumi istifadə dəhlizinə açılan qapı oyuğu göstərilmədiyini, lakin həmin qapı oyuğu faktiki olaraq əvvəldən mövcud olmuş və AR Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitunun xx.xx.2020-ci il tarixli aktında öz əksini tapdığını, bu əsasla da sözügedən mənzilin təqdim olunmuş razılaşdırılmış layihəsinə, FHN-nin Tikintidə X5 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitunun xx.xx.2020-ci il tarixli aktına və Bakı şəhəri Yasamal RİH-nin xx.xx.2022-ci il tarixli Q-108-091 saylı məktubuna əsasən sənədlərdə dəyişiklik olunaraq qapı oyuğu texniki pasporta əlavə olunmuşdur. Ərizəyə əlavə edilmiş “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun xx.xx.2020-ci il tarixli aktı ilə Bakı şəhəri Yasamal rayonu Vidadi küçəsi 50 saylı ünvanda yerləşən 3 mərtəbəli yaşayış evi 1903-cü ildə inşa edilmiş bina AR Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli qərarı ilə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi olaraq qeydiyyata götürülmüş, binanın birinci mərtəbəsində yerləşən 6 c saylı mənzilin Vidadi küçəsinə baxan otağın sol hissəsində mövcud qapı boşluğunun olması müşahidə olunmuş, qapı boşluğu yaşayış evin ümumi istifadəsində olan piləkən qəfəsinə açılsa da boşluq ümumi sahə tərəfindən bağlandığı müşahidə olunmuş, qapı boşluğu sonradan açılmamış bina tikilən zamandan mövcud olması müəyyən edilmişdir. İstinad edilmiş rəsmi dəyişikliklər əsasında da DƏDRX-nin 1 saylı ünvan 3 ünvanda yerləşən 6 c saylı mənzilə dair xx.xx.2022-ci il tarixli texniki pasport tərtib edilərək mənzilin sahibinə təqdim edilmişdir. Yaşayış evinin ümumi istifadədə olan pilləkən qəfəsinə girişçıxış qapısı cavabdehlər tərəfindən kodlaşdırılmış və qarşılıqlı idddiaçıya həmin qapıdan istifadəyə icazə verilməməsi səbəbi ilə axrıncı Bakı şəhəri Yasamal RPİ-nin 26-cı PB-nə müraciət etmiş, həmin müraciətə cavab olaraq ərizəyə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 73521 Q saylı məktubu ilə mübahisə ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Odur ki, ünvan 11in 1-ci mərtəbəsindəki 6 c saylı mənzilə və binanın piləkən qəfəsinə açılan ümümi giriş-çıxış qapının açılması, həmin qapıdan istifadəsi ilə bağlı yaradılan maneələrin aradan qaldırılması, binanın 2-ci və 3-cü mərtəbələrində qarşılıqlı iddia üzrə cavabdehlər tərəfindən özbaşına inşa etdiyi tikililərin sökülməsi və binanın əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
5. Yasamal Rayon Məhkəməsinin 2(004)-292/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Gülnar Babazadə) ilə ilkin iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində Cavabdeh1 mülkiyyətində olan mənzilə bitişik ümumi istifadədə olan sahədə həmin binanın zirzəmisinə ümumi istifadədə olan sahədən girişin üstündə (yanğın əlehinə çıxışın qarşısında) yerləşən əlavə tikili olan eni 0.6 metrlik dəmir qapı və həmin dəmir qapıya bitişik tikilən pilləkənin özbaşına tikili hesab edilməklə Cavabdeh1 hesabına sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmış, qarşılıqlı iddia rədd edilmiş, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi, keçirilmiş ekspertiza xərcinin əvəzi olan 50 (əlli) manat məbləğində pulun ilkin iddia üzrə Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməsi qərara alınmışdır.
6. İddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
7. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, göstərmişdir ki, məhkəmə ilkin iddia tələbinə münasibətdə onun tərəfindən inşa edilmiş tikilinin sökülməsi qənaətinə gələrkən, onun qarşılıqlı iddia tələbini təmin etməməkdə haqlı olmamışdır. Belə ki, qarşılıqlı iddia tələbində qeyd etdiyi onun mənzilinə pilləkan qapısında giriş-çıxış qapısını cavabdehlər tərəfindən bağlanmasına dair sübut təqdim edilməməsini əsas göstərərək iddia tələbini həmin hissədə təmin etməmişdir. Məhkəməyə təqdim edilmiş Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.1998-ci il tarixli, 2-504/98 saylı qətnaməsindən göründüyü kimi binanın 1-ci mərtəbədə yerləşən 6c saylı mənzilə binanın pilləkən qəfəsindən olan giriş-çıxış qapısı İddiaçı (o vaxt Mahmudovanın) onun atası Əziz Quliyevə qarşı qaldırdığı iddia tələbi əsasında bağlanmış, məhkəmə həmin iddianın təmin edilməsi haqda qətnamə çıxararkən 6c saylı mənzilə dair atam Əziz Quliyev adına verilmiş texniki pasportda mənzilə pilləkən qəfəsindən giriş-çıxış qapısının mövcud olmasını əsas olaraq götürmüşdür. Qeyd edilən qətnamə icra edilərkən qapı pilləkən qəfəsin içindən taxta parçaları ilə mismarlanmış, bu əsasla da atası mənzilinə girmək üçün evin həyət hissəsindən olan giriş-çıxış qapısından istifadə etmək məcburiyyətində qalmışdır. Atası Ə.Quliyevin vəfatından sonra binanın 6c saylı mənzil vərəsəlik qaydasında adına rəsmiləşdirildikdən sonra binanın pilləkən hissəsindən giriş-çıxış qapısı mövcud olduğu halda həmin mənzilə dair atasının adına DƏDRX tərəfindən verilmiş texniki pasportda həmin qapının göstərilməməsinin səbəblərinə aydınlıq gətirmək məqsədi ilə bu haqda müvafiq orqanlara, o cümlədən, AR Fövqaladə Hallar Nazirliyini müraciət etdim. Həmin araşdırmalar nəticəsində AR FHN-nin Tikintidə X5 Agentliyinin xx.xx.2020-ci il tarixli, 37/Q-035-90 saylı məktubu və məktuba əlavə edilmiş ”X22 lahiyə” X10 “Bakı şəhəri Yasamal rayonu, Vidadi küçəsi, 50 saylı ünvanda yerləşən 6c saylı mənzilin texniki vəziyyəti haqqında” xx.xx.2020-ci il tarixli aktı ilə müəyyən edilmişdir ki, mənzilin mülkiyyətçisi Cavabdeh1 təqdim etdiyi xx.xx.1998-ci ildə tərtib edilmiş cizgidə mənzilə pilləkən qəfəsində giriş-çıxış qapısı öz əksini tapmamış olsa da, həmin qapının bina tikilən zamandan mövcud olması, sonradan açılmaması müəyyən edilmiş, qeyd edilmiş akt və Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətin razılıq məktubu əsasında DƏDRX-nin 1 saylı ərazi idarəsi tərəfindən xx.xx.1998-ci ildə tərtib edilmiş mənzilin texniki pasportuna dəyişiklik edərək həmin mənzilə dair qapı oyuğunun binanın pilləkən qəfəsindən olmasını göstərilən xx.xx.2022-ci il tarixli, 04/850 inventar nömrəli texniki pasport verilmişdir. Belə olduğu halda hesab edir ki, məhkəmə mülkiyyətində olan 6c saylı mənzilə pilləkən qəfəsinin sol hissəsində mövcud qapı boşluğun olması, həmin qapı boşluğunun cavabdehlər tərəfindən hörülməsini təstiq edən subutları məhkəməyə təqdim edə bilmədiyinə istinad edərək qarşılıqlı iddianın rədd edilməsinə dair gəldiyi nəticə mülkiyyət və sahiblik hüquqlarının pozulmasına səbəb olmuşdur. Mülki iş üzrə çıxarılmış qətnamədən görünür ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)- 292/2023 saylı qərardadı ilə iş üzrə qaldırılmış tələblər üzrə AR FHN X16 Xidmətinin və AR X17 Komitəsi Yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsindən mütəxəsis cəlb edilməklə komisyon məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi qərara alınmış, lakin həmin qərardad əsasında Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli,10/1391 saylı rəydən görünür ki, ekspert həmin rəyi verərkən AR FHN Tikintidə X5 Agentliyinin və X16 Xidmətinin və AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsindən mütəxəsislərini cəlb etməmiş, ekspertin qarşısına yalnız ilkin iddia üzrə iddiaçının nümayəndəsinin təklif etdiyi suallar ətrafında rəy vermişdir. Bu əsasla da məhkəmə heç bir əsas göstərmədən işin hallarına tam və ətraflı qiymət vermək üçün iş üzrə əlavə komisyon məhkəmə-tikinti ekspertizasının təyin edilməsinə dair verdiyi vəsatəti təmin etməmişdir. Halbuki iş üzrə qaldırılmış hər iki tələb üzrə işin hallarını obyektiv və ədalətli araşdırılması və mülki iş üzrə tərəflərin bir birinə qarşı qaldırdığı tələblər üzrə düzgün yekun nəticəyə gəlmək üçün həm ilkin, həm də qarşılıqlı iddialarla bağlı xüsusi biliyə sahib olan mütəxəsis və ekspertlərin verəcəkləri rəylərə ehtiyac vardır. Bu əsasla da hesab edir ki, məhkəmə AR MPM-nin 97-ci maddəsinin tələblərini pozmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyət kəsb edən bu halları nəzərə almadan AR MPM-nin 14.1, 14.2, 77.1, 88 və 97-ci maddələrinin tələblərini pozmuşdur. Apellyasiya şikayətinə əlavə edilmiş vəkil sorğusuna cavab olaraq verilmiş Bakı şəhəri Yasamal RİH Yasamal rayon MKTB-nin 43 saylı MKİS-nin xx.xx.2023-cü il tarixli, 02/31 saylı məktubundan görünür ki, Bakı şəhəri Yasamal rayonu, Vidadi küçəsi, 50 saylı ünvanda yerləşən yaşayış binasının küçədən damafon vasitəsilə açılan giriş-çıxış qapısının girişi İddiaçı və Cavabdeh2 tərəfindən məhdudlaşdırılmışdır. Birinci instansiya məhkəməsinə həmin sənədin təqdim edilməməsinə əsas bu haqda xx.xx.2023-cü il tarixdə verilmiş sorğuya cavab məhkəmə qətnaməsi elan olunduqdan sonra təqdim edilməsi,xx.xx.2023-cü il tarixinə təyin edfilmiş məhkəmə iclasının təxirə alınmasına dair vəsatətimin təmin edilməməsi ilə bağlı olmuşdu. Bu səbəbdən, qətnamənin ilkin iddianın təmin edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
8. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi, eyni zamanda göstərdi ki, Cavabdeh1 mənzilindən ümumi dəhlizə olan qapı bağlanılmış, eləcə də binanın ümumi giriş qapısı da İddiaçı və Cavabdeh2 tərəfindən bağlı saxlanılır, Cavabdeh1 mənzilinə girişi məhdudlaşdırılır ki, bu hal MKİS-in verdiyi arayışla da təsdiq olunur.
9. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdilər və əlavə olaraq göstərdi ki, Cavabdeh1 iddiası aşkar əsassız olmuşdur, ümumiyyətlə isə İddiaçı onun tələbinə cavab verməli şəxs deyildir, çünki onun mənzilindən ümumi dəhlizə açılan qapı hazırda da qüvvədə olan Yasamal Rayon Məhkəməsinin 2-504/98 saylı, xx.xx.1998-ci il tarixli qətnaməsi əsasında bağlanılmışdır, binanın giriş qapısı isə bütün sakinlər üçün açıqdır, bu hal rayon məhkəməsinin keçirdiyi yerində müayinə zamanı, eləcə də apellyasiya icraatı zamanı keçirilmiş yerində müayinə zamanı da təsdiq olunmuşdur, qapıya, hər yerdə olduğu kimi, kənar şəxslərin daxil olmaması üçün kodlaşdırılmış kilid quraşdırılmışdır, ilkin iddianın təmin edilən hissəsi isə ekspert rəyləri ilə müəyyən olunmuş özbaşına tikilələrlə bağıldır, bu da tam əsaslı və qanunidir.
10. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh2 və digərləri məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:
11. 29.09.2022-ci il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin vəkil sorğusuna cavab məktubunda qeyd olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi, ev 50, mənzil 6C adı altında Cavabdeh1 adına qeydiyyata alınmış və hazırda onun mülkiyyətindədir.
12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X11 Daşınmaz Əmlakın Dövlət Reyestrdən RX seriyalı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi, ev 50, mənzil 8 xüsusi mülkiyyət hüququ üzrə 2/3 hissədə payla xx.xx.2017-ci il tarixdə İddiaçı adına 2106 nömrəli reyestr kitabının 194840 nömrəli vərəqində qeydiyyata alınmışdır.
13. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin vəkil sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, ünvan 4 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yanğın əleyhinə olan və sökülərək çıxarılmış çıxış qapısının qarşısında ucaldılmış tikiliyə dair Cavabdeh1 və X6 hər hansı hüquq müəyyənedici sənədin verilməsinə dair məlumat aşkar edilməmişdir. Eləcə də yanğın əleyhinə olan çıxış qapısının sökülməsinə dair İcra Hakimiyyəti tərəfindən hər hansı icazə verilməmişdir.
14. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X16 Xidməti 2-ci Ərazi Dövlət Yanğın Nəzarət İdarəsinin xx.xx.2022-ci il tarixli vəkil sorğusuna cavab məktubunda qeyd olunur ki, ünvan 5 ünvanında yerləşən yaşayış binasının Azərbaycan Respublikası Bakı Şəhər Yasamal rayonu İcra Hakimiyyəti Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nəznində olduğundan (köçümə) təxliyyə yollarının daim açıq vəziyyətdə olması məqsədilə, tərəfimizdən təxirə salınmaz tədbirlərin görülməsi üçün Yasamal rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin rəhbərliyinə xx.xx.2022-ci il tarixli müvafiq məzmunlu məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Bakı Şəhər Yasamal rayonu icra Hakimiyyəti Yasamal rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən xx.xx.2022-ci il tarixli məktuba cavab olaraq bildirilmişdir ki, ünvan 5 ünvanında yerləşən yaşayış binasının qanunsuz olaraq bağlanmış təxliyə (köçürmə) çıxışı, 43 saylı Mənzil Kommunal istismarı Sahəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixində sökülərək əvvəllki vəziyyəti bərpa olunması barədə məlumat vermişdir.
15. Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunur ki, Bakı şəhəri Yasamal rayonu, Vidadi küçəsi, ev 50 ünvanında yerləşən yaşayış binasında yaşayan sakinlər tərəfindən ünvanlanmış müraciətlər əməkdaşları tərəfindən araşdırılmışdır. Araşdırma zamanı ünvan 2 ünvanında yerləşən mərtəbəli yaşayış binasının təxliyyə yolunun bağlandığı müəyyən olunmuşdur. Bu da, gələcəkdə baş verə biləcək yanğın və digər fövqəladə hadisələr zamanı insanların müvəffəqiyyətlə təxliyyə olunmasını çətinləşdirir.
16. Yasamal rayon MKTB-nin xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunur ki, Bakı şəhəri Yasamal rayonu, Vidadi küçəsi, ev 50 ünvanında bağlanılmış təxliyə çıxışı xx.xx.2022-ci il tarixdə sökülərək əvvəlki vəziyyəti bərpa olunmuşdur.
17. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X11 Daşınmaz Əmlakın Dövlət Reyestrdən RX seriyalı ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi, ev 50, mənzil 6C xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2019-cu il tarixdə Cavabdeh1 adına 3011 nömrəli reyestr kitabının 281149 nömrəli vərəqində qeydiyyata alınmışdır.
18. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin Cavabdeh1 cavab məktubunda qeyd edilmişdir ki, ünvan 4 ünvanında ümumi istifadədə olan qapının açılması və sakinlərin maneəsiz giriş-çıxışına şərait yaradılması barədə İddiaçı xəbərdarlıq edilmişdir.
19. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X16 Xidməti 2-ci Ərazi Dövlət Yanğın Nəzarət İdarəsinin xx.xx.2022-ci il tarixli Cavabdeh1 cavab məktubunda qeyd olunur ki, ünvan 1 ünvanında yerləşən yaşayış binasının təxliyyə yolunun bağlanması müəyyən olunmuş, bununla bağlı xx.xx.2022-ci il tarixində təxliyyə yolunun açıq, maneəsiz saxlanılması təmin olunmuşdur.
20. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportdan müəyyən olunur ki, Cavabdeh1 məxsus Bakı şəhəri Yasamal rayonu, Vidadi küçəsi, ev 50 6 C saylı mənzil 3 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşməklə, sahəsi 13,1 kv.m olan giriş-dəhliz tikilisindən, sahəsi 1,6 kv.m olan sanitar qovşağı tikilisindən, sahəsi 20,5 kv.m olan yaşayış otağı tikilisindən və sahəsi 15,0 kv.m olan antresol tikilisindən ibarətdir.
21. 43 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2022-ci il tarixli vəkil sorğusuna cavab məktubunda qeyd olunur ki, ünvan 8 ünvanı X12 məxsusdur, üçüncü mərtəbə mənzil 8 ünvanı X4 məxsusdur.
22. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********25 saylı məktubda qeyd edilmişdir ki, Bakı şəhəri Yasamal rayonu Vidadi küçəsi 50 saylı ünvanda yerləşən 6 c saylı mənzilə dair verilmiş texniki pasportla bağlı sorğuya cavab olaraq binaın arxiv texniki pasportunda sözügedən mənzildən 1-ci mərtəbənin ümumi istifadə dəhlizinə açılan qapı oyuğu göstərilməmiş, lakin həmin qapı oyuğu faktiki olaraq əvvəldən mövcud olmuş və AR Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun xx.xx.2020-ci il tarixli aktında öz əksini tapmışdır. Sözügedən mənzilin təqdim olunmuş razılaşdırılmış layihəsinə, FHN-nin Tikintidə X5 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitunun xx.xx.2020-ci il tarixli aktına və Bakı şəhəri Yasamal RİH-nin xx.xx.2022-ci il tarixli Q108-091 saylı məktubuna əsasən sənədlərdə dəyişiklik olunaraq qapı oyuğu texniki pasporta əlavə olunmuşdur.
23. Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli Cavabdeh1 ünvanlanmış məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X18, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin xx.xx.2020-cİ il tarixli, 105-01/TN- Q-14 nömrəli məktubunu və Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin “Azərdövlətsənayelayihə" DLİ-nin 19 avqust 2020ci il tarixli aktını nəzərə alaraq, qeyd olunan ünvanda mülkiyyətinizdə olan 6C saylı mənzilin ümumi girişə açılan qapısının texniki pasporta salınmasına Yasamal rayon İcra Hakimiyyəti etiraz etmir və mənzilin mövcud vəziyyətini əks etdirən eskiz layihəsi razılaşdırılır.
24. “Azərdövlətsənayelayihə” DLİ-nin 19 avqust 2020-ci il tarixli aktda qeyd olunur ki, 6C nömrəli mənzildə qapı boşluğu sonradan açılmamışdır, vaxtı ilə bina tikilən zamandan mövcud olmuşdur, qapı boşluğunun ətrafında çat və zədələnmələr müşahidə edilməmiş, ünvan 11 ünvanda yerləşən yaşayış evi texniki cəhətdən məhdud işlək vəziyyətdədir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin, Yasamal Rayonu İcra Hakimiyyətinin və Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin məhkəmə sorğularına cavab məktublarında qeyd olunur ki, Bakı şəhəri Yasamal rayonu, Vidadi küçəsi, ev 50 ünvanında yerləşən yaşayış evinə aid 43 saylı MKİS-də plan ölçü sxemi (texniki pasport və s.) mövcud deyildir.
25. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X11 Daşınmaz Əmlakın Dövlət Reyestrdən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Vidadi küçəsi, ev 50, mənzil 8 xüsusi mülkiyyət hüququ üzrə 2/15 hissədə payla xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adına 2106 nömrəli reyestr kitabının 194840 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Yasamal rayon məhkəməsinin 2- 504/1998 saylı, xx.xx.1998-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Vidadi küçəsindəki 50 nömrəli evin birinci mərtəbəsində küçə tərəfdən olan əsas girişdə tikilmiş daş divarların sökülməsi, əsas girişə X7 mənzilindən açılmış qapı bağlanıb əsas girişin ilkin vəziyyətinin bərpa edilməsi, bərpa işlərinin X14, X13 və X8 hesabına aparılması qət edilmişdir.
26. Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 2203 nömrəli sərəncamı ilə Vidadi küçəsi, ev 50, mənzil 8-də yaşayan vətəndaş X3 yaşadığı mənzildə yenidənqurma və əsaslı təmir işləri aparılmasına icazə verilmişdir. İş materiallarında olan xx.xx.1998-ci il tarixli aktda qeyd olunur ki, 8 saylı mənzildə yaşayan S.Mahmudova tərəfindən yaşadığı mənzilin həyət tərəfindən aparılmış təmir və yenidənqurma işləri Bakı şəhər Memarlıq və Şəhərsalma baş İdarəsi tərəfindən razılaşdırılmış xx.xx.1996-il tarixli 18/04Q-809 saylı məktub və eskiz layihəsinə uyğun yerinə yetirilmişdir. Binanın memarlıq görünüşünü pozmur və binanın uçması üçün heç bir təhlükə yaratmır. Binanın fasad tərəfdənpilləkən meydançasına giriş qapısı 1-ci mərtəbədə yaşayan Ə.Quliyev tərəfindən hörgü ilə bağlanaraq mənzil kimi istifadə edilir.
27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/1391 saylı rəyində qeyd olunur ki, ünvan 2 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yerləşən Cavabdeh1 şəxsi mülkiyyətində mənzilə bitişik və yanğın yanğın əleyhinə olan çıxışın qarşısında ümumi istifadədə olan sahədə eni 0,6 m olan dəmir qapının quraşdırıldığı, quraşdırılmış qapının ünvan 2 ünvanında yerləşən binaya dair tərtib edilmiş ilkin lahiyə sənədlərində öz əksini tapmadığı müəyyən edilmişdir. Qeyd olunur ki, sözügedən dəmir qapı xx.xx.2022-ci il tarixdə tərtib edilmiş texniki pasportda göstərilən 2 saylı tikili və uzunluğu 2,1 m, eni 1,3 m olan hissə inşa edildikdən sonra quraşdırılmışdır. ünvan 2 ünvanında yerləşən binanın 1-ci mərtəbəsindəki Cavabdeh1 şəxsi mülkiyyətində olan mənzilə bitişik və yanğın əleyhinə olan çıxışın qarşısında ümumi istifadədə olan sahədə quraşdırılmış qapı binaya dair tərtib edilmiş ilkin lahiyə sənədlərində öz əksini tapmadığını nəzərə alaraq, quraşdırılmış dəmir qapının tikinti normalarına uyğun olmadığı müəyyən edilmişdir. Dəmir qapının mövcudluğunun yanğın zamanı yanğın əleyhinə olan çıxışdan istifadə etməyə maneə törədib-törətməməsinin və yanğın təhlükəsizliyi normalara uyğun olub-olmamasının müəyyən edilməsi tikinti-texniki ekspertinin həll etdiyi məsələrə aid olmadığından 6-cı sual üzrə tədqiqat aparılmamışdır. Cavabdeh1 şəxsi mülkiyyətində olan mənzilə bitişik ümumi istifadədə olan sahədə inşa edilmiş əlavə tikililər ünvan 2 ünvanında yerləşən binanın zirzəmisinin və həmin binanın 1ci mərtəbəsində ümumi istifadədə olan sahə tərəfdən girişin üstündə inşa edildiyi müəyyən edilmişdir. İddiaçı şəxsi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən binanın 3-cü mərtəbəsindəki yerləşən mənzilə əlavə edilən tikililər, Cavabdeh1 şəxsi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən binanın 1-ci mərtəbəsindəki mənzilindən kənarda yerləşdiyini nəzərə alaraq, həmin əlavə tikililərin Cavabdeh1 şəxsi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən binanın 1-ci mərtəbəsindəki mənzilinə maneə törətmədiyi müəyyən edilmişdir. Cavabdeh1 məxsus ünvan 4 saylı evin 6C saylı mənzilinə binanın piləkən qəfəsindən giriş-çıxış qapısının mövcud olması göstərilmiş, DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi tərəfindən mənzilin mülkiyyətinçının adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 04/850 inventar nömrəli texniki pasportun binanın ümumi layihə və tikinti sənədlərinə uyğun tərtib edilmədiyi müəyyən olunmuşdur. Belə ki, xx.xx.2022-ci ildə tərtib edilmiş texniki pasportda göstərilən və binanın pilləkən qəfəsinə tərəf olan qapı boşluğu xx.xx.1998-ci ildə tərtib edilmiş ilkin lahiyə sənədlərində öz əksini tapmamışdır. Cavabdeh2 məxsus ümumi sahəsi 96,48 kv.m olan Bakı şəhəri, Yasamal rayonu. Vidadi küçəsi, 50 saylı evin, 5 saylı və Cavabdeh2 ilə İddiaçınln paylı mülkiyyətində olan ümumi sahəsi 98,7 kv.m olan 8 saylı mənzillərdə əlavə tikinti-quraşdırma işləri aparıldığı və aparılmış tikinti- quraşdırma işlərinə dair tərtib edilmiş lahiyə-cizgi sənədi xx.xx.1996-cı il tarixdə Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırıldığını nəzərə alaraq, həmin işlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000- ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1,4.2.- ci bəndinin tələblərinə uyğun olduğu müəyyən edilmişdir.
28. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.1998-ci il tarixli, 2-504/98 saylı qətnaməsindən məlum olur ki, iddiaçı X1 cavabdehlər X14 və qeyrilərinə qarşı ünvan 4 saylı evin küçə tərəfdən əsas girişinin ilkin vəziyyətinin cavabdehlərin hesabına bərpa edilib ümumi istifadəyə verilməsinə dair iddia ərizəsi və cavabdehlərin mübahisəli ünvandakı evi küçə tərəfdən əsas girişini bağladıqdan sonra yaşadıqları mənzildən əsas girişə özbaşına olaraq divarı yarıb qapı açdıqlarını, həmin qapı da özbaşına açıldığından ilkin iddia tələbinin təmini ilə yanaşı həmin qapının da bağlanmasını xahiş etmiş, qətnamə ilə ilkin və əlavə iddia ərizələri təmin edilmiş, ünvan 4 saylı evin birinci mərtəbəsində küçə tərəfdən olan əsas girişdə tikilmiş daş divarların sökülməsi, əsas girişə X7 mənzilindən açılmış qapının bağlanıb, əsas girişin əvvəlki vəziyyətinin bərpa edilməsi, bərpa işlərinin X9, X13 və X8 hesabına aparılması qərara alınmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 156.1. Bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
29. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən ilkin iddia tələbinin təmin edilən hissəsində, qarşılıqlı iddia tələbi hissədə isə tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
30. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ilkin iddia tələbinin təmin edilən hissəsi barədə dəlilərini nəzərdən keçirib hesab edir ki, ekspert rəyi ilə Cavabdeh1 şəxsi mülkiyyətində olan mənzilə bitişik ümumi istifadədə olan sahədə inşa edilmiş əlavə tikililər ünvan 2 ünvanında yerləşən binanın zirzəmisinin və həmin binanın 1-ci mərtəbəsində ümumi istifadədə olan sahə tərəfdən girişin üstündə inşa edildiyi müəyyən edilmişdir. Bu baxımdan, rayon məhkəməsi iddia tələbini həmin hissədə təmin etməkdə haqlı olmuşdur, apellyasiya şikayətinin həmin dəlili əsassızdır.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qarşılıqlı iddia tələbinin “binanın piləkən qəfəsinə açılan ümumi giriş-çıxış qapının açılması, həmin qapıdan istifadəsi ilə bağlı yaradılan maneələrin aradan qaldırılması” hissəsi ilə bağlı rayon məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, müəyyən olunmuşdur ki, dəhlizə açılmış qapının bağlanması Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hazırda da qüvvədə olan xx.xx.1998-ci il tarixli, 2-504/98 saylı qətnaməsi əsasında olmuşdur. Eyni zamanda da rayon məhkəməsi tərəfindən aparılmış yerində müayinə ilə müəyyən olunmuşdur ki, binaya Vidadi küçəsi tərəfdən mövcud giriş-çıxış qapısı açıq olmaqla işləkdir. Həmin hal, yəni binanın Vidadi küçəsi tərəfdən olan ümumi giriş-çıxış qapısının açıq olduğu, sakinlərin istifadəsi üçün maneələrin olmadığı apellyasiya icraatı zamanı keçirilmiş yerində müayinə zamanı da bir daha təsdiq olunmuşdur.
33. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətin razılıq məktubu əsasında DƏDRXnin 1 saylı ərazi idarəsi tərəfindən xx.xx.1998-ci ildə tərtib edilmiş mənzilin texniki pasportuna dəyişiklik edilərək həmin mənzilə dair qapı oyuğunun binanın pilləkən qəfəsindən olması göstərilən xx.xx.2022-ci il tarixli, 04/850 inventar nömrəli texniki pasport verilmişdir.
34. Kollegiya bu dəlillə bağlı isə bildirir ki, ekspert rəyi ilə müəyyən olunmuşdur ki, DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsi tərəfindən mənzilin mülkiyyətçisinin adına tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 04/850 inventar nömrəli texniki pasportun binanın ümumi layihə və tikinti sənədlərinə uyğun tərtib edilmədiyi müəyyən olunmuşdur. Belə ki, xx.xx.2022-ci ildə tərtib edilmiş texniki pasportda göstərilən və binanın pilləkən qəfəsinə tərəf olan qapı boşluğu xx.xx.1998-ci ildə tərtib edilmiş ilkin lahiyə sənədlərində öz əksini tapmamışdır.
35. Cavabdeh apellyasiya şikayətində binaya giriş-çıxış qapısının iddiaçı tərəfindən məhdudlaşdırıldığını qeyd etmiş və bu vaxt Yasamal RİH-in Yasamal rayon MKTB-nin 43 saylı MKİS-in xx.xx.2023-cü il tarixli, 02/31 saylı məktubuna istinad etmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, Yasamal rayonu, Vidadi küçəsi, 50 saylı ünvanda yerləşən yaşayış binasının küçədən damafon vasitəsilə açılan giriş-çıxış qapısının girişi İddiaçı və Cavabdeh2 tərəfindən məhdudlaşdırılmışdır. Həmçinin cavabdeh apellyasiya şikayətində qeyd edir ki, birinci instansiya məhkəməsinə həmin sənədin təqdim edilməməsinə əsas bu haqda xx.xx.2023-cü il tarixdə verilmiş sorğuya cavabın məhkəmə qətnaməsi elan olunduqdan sonra təqdim edilməsi, xx.xx.2023-cü il tarixinə təyin edilmiş məhkəmə iclasının təxirə alınmasına dair vəsatətinin təmin edilməməsi ilə bağlı olmuşdu.
36. Bununla bağlı Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 78.1-ci maddəsinə görə, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
37. Kollegiya qeyd edir ki, MPM-in 372.2-ci maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
38. Hazırkı halda cavabdehin apellyasiya mərhələsində təqdim etdiyi həmin həmin sübut sübutların təqdim edilməsi barədə MPM-in yuxarıda qeyd edilən tələblərinə cavab vermir və həmin məktubun prosessual baxımdan sübut kimi qəbul olunması yolverilməzdir. Bundan başqa, MKİS-in həmin məktubu öz-özlüyündə mübahisələndirilən halın müəyyən edilməsi baxımından sübut hesab edilə bilməz. Çünki məktubda verilən məlumatın hansı mənbədən və hansı qaydada əldə edilməsi göstərilməmişdir. Nəticə:
39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, ilkin iddianı qismən təmin, qarşılıqlı iddia tələbini təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
40. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
41. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-292/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.