Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4562/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və ərazinin tikinti materiallarından təmizlənməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-411/2022 saylı, 03 mart 2022-ci il tarixli qərardadından iddiaçı Bakı şəhəri İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və ərazinin tikinti materiallarından təmizlənməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 810 ailəlik yeni yaşayış kompleksinin ərazisində qanunsuz inşa etdiyi 60 kv.m tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və ərazinin tikinti materiallarından təmizlənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-411/2022 saylı, 03 mart 2022-ci il tarixli qərardadı ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərardaddan iddiaçı Bakı şəhəri İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Kürdəxanı qəsəbəsinin ərazi olaraq Sabunçu rayonunun inzibati ərazi daxilində yerləşməsi, cavabdeh tərəfindən tikilməkdə olan qanunsuz tikilinin də məhz Bakı şəhəri İddiaçı Kürdəxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin əməkdaşlarının keçirdikləri reyd əsasında müəyyən edilməsi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 aprel 2022-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilərək birinci instansiya məhkəməsinin 03 mart 2022-ci il tarixli qərardadı ləğv edilməli və sonrakı prosessual hərəkətlər yerinə yetirilməsi üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərərək Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 810 ailəlik yeni yaşayış kompleksinin yerləşdiyi ərazinin dövlət qeydiyyatından nə vaxt keçməsi və mülkiyyət növü barədə rəsmi məlumatın verilməsi xahiş olunmuşdur. Həmin qurumdan məhkəməyə daxil olmuş məktubda əraziyə dair ətraflı və dəqiq məlumat (koordinat göstəriciləri) təqdim edildiyi halda sorğuya yenidən baxılacağı qeyd olunmuşdur. Daha sonra birinci instansiya məhkəməsi tərəfindən koordinat göstəricilər qeyd olunmaqla Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərilmiş və həmin qurumun xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, həmin ərazi vahid elektron kadastr bazasına əsasən Abşeron rayonunun inzibati ərazisi daxilində yerləşir. İşə baxan birinci instansiya məhkəməsi də qeyd edilən məktubu əsas götürərək mülki işin aidiyyatı üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsi barədə nəticəyə gəlmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən təkrar sorğu verilərkən mübahisəli ərazinin koordinatlarının haradan götürülməsi və ya hansı qaydada müəyyən olunması ilə bağlı iş materiallarında hər hansı bir məlumat mövcud deyil. Halbuki, iş materiallarına surəti əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin məktubundan da görünür ki, monitorinq nəticəsində məhz Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 810 ailəlik yeni yaşayış kompleksinin yerləşdiyi ərazisində qeyri-yaşayış obyektinin inşa edilməsi müşahidə olunmuşdur. Digər tərəfdən kollegiya qeyd edir ki, əgər mübahisəli torpaq sahəsi Abşeron rayon ərazi hüdudları daxilində yerləşməsi müəyyən olunursa, o zaman iddiaçı olan Bakı şəhəri İddiaçı qeyd edilən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilib-edilməməsi araşdırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sadalanan hallar üzrə zəruri araşdırma aparılmaqla sonrakı prosessual hərəkətlər yerinə yetirilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-411/2022 saylı, 03 mart 2022-ci il tarixli qərardadı ləğv olunsun və iş sonrakı prosessual hərəkətlər yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-4562/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4562/2022
16.06.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver