Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4563/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İş № 2(103)-4563/21 Məhkəmə iclasının protokolu 18 may 2021-ci il Bakı şəhəri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh, onun nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı "xxxx" MTK-nın Cavabdeh, üçüncü şəxslər X8 və X6 qarşı “alqı-satqı müqaviləsinin və maliyyə arayışının ləğv edilməsi, əsassız varlanma nəticəsində əldə edilən pulun qaytarılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(004)-3364/2020 saylı qətnaməsindən üçüncü şəxs X10 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxılır. Sədrlik edən məhkəmə iclasını saat 10:00-da açır, iş üzrə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısının aparıldığını və baxılacaq işi elan edir. Sədrlik edən proses iştirakçılarının gəlib-gəlməmələri barədə məlumat vermək üçün məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi məlumat verərək bildirir ki, iddiaçının nümayəndəsi X4, Cavabdeh, onun nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iştirak edirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə üçüncü şəxslər X11 və X10 iclasda iştirak etmir və bunun səbəblərini bildirməmişdir. Sədrlik edən işdə iştirak edən şəxslərin şəxsiyyətini müəyyən edir və səlahiyyətlərini müəyyənləşdirir. İddiaçının nümayəndəsi X4 -26.03.1960-cı ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh FİN xxxxxxx Cavabdehin nümayəndəsi və vəkili X5 – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Sədrlik edən məhkəmə kollegiyasının tərkibini və məhkəmə iclas katibini elan edir, tərkibə və iclas katibinə etirazın əsaslarını izah edir və onlara etirazların olub-olmadığını soruşur. Etirazlar daxil olmadı. Sədrlik edən işdə iştirak edən şəxslərə prosessual hüquq və vəzifələrinin izahı haqqında bildirişin çatdırılıb-çatdırılmadığını müəyyən edir. Sədrlik edənin sualına cavab olaraq şəxslər bildirişə zərurət olmadığını, hüquq və vəzifələrinin onlara aydın olduğunu və bununla bağlı əlavə suallarının olmadığını bildirirlər. Sədrlik edən məhkəmə iclasında iştirak edən şəxslərdən iclasın üçüncü şəxslərin iştirakı olmadan keçirib-keçirilməməsi barədə münasibətini soruşur. İşdə iştirak edən şəxslər hər biri ayrı-ayrılıqda məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirirlər. Məhkəmə kollegiyası yerində müşavirə edərək QƏRARA ALDİ: İş üzrə üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyinə görə məhkəmə iclası onun iştirakı olmadan keçirilsin. Sədrlik edən məhkəmə iclasında iştirak edən şəxslərdən vəsatətlərinin olub-olmadığını soruşur. İddiaçının nümayəndəsi məhkəməyə şifahi vəsatətlə müraciət edir: Möhtərəm hakimlər! Bizə hüquqi yardım göstərilməsi üçün vəkilimizin iştirakı zəruridir, işə vəkilimizin iştirakı ilə baxılmasını, bunun üçün məhkəmə iclasının təxirə salınmasını xahiş edirəm. Sədrlik edən işdə iştirak edən şəxslərdən vəsatətə münasibətini soruşur. İşdə iştirak edən şəxslər hər biri ayrı-ayrılıqda məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirirlər. Məhkəmə kollegiyası yerində müşavirə edərək Q Ə R A R A A L İ R: İddiaçının nümayəndəsinin vəsatəti təmin edilsin. Məhkəmə iclası 08 iyun 2021-ci il tarixə, saat 12:40-a təxirə salınsın. Məhkəmə iclası saat 10:05-də bağlı elan edilir. Məhkəmə iclası protokolu 18 may 2021-ci il tarixində tərtib olundu. Sədrlik edən Emin Mehdiyev Məhkəmə iclas katibi Şəfəq Cəfərova İş № 2(103)-4563/21 Məhkəmə iclasının protokolu 08 iyun 2021-ci il Bakı şəhəri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və X2 ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh, onun nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı "xxxx" MTK-nın Cavabdeh, üçüncü şəxslər X8 və X6 qarşı “alqı-satqı müqaviləsinin və maliyyə arayışının ləğv edilməsi, əsassız varlanma nəticəsində əldə edilən pulun qaytarılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(004)-3364/2020 saylı qətnaməsindən üçüncü şəxs X10 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxılır. Sədrlik edən məhkəmə iclasını saat 12:40-da açır, iş üzrə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısının aparıldığını və baxılacaq işi elan edir. Sədrlik edən proses iştirakçılarının gəlib-gəlməmələri barədə məlumat vermək üçün məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi məlumat verərək bildirir ki, iddiaçının nümayəndəsi X4, Cavabdeh, onun nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iştirak edirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə üçüncü şəxslər X11 və X10 iclasda iştirak etmir və bunun səbəblərini bildirməmişdir. Sədrlik edən işdə iştirak edən şəxslərin şəxsiyyətini müəyyən edir və səlahiyyətlərini müəyyənləşdirir. İddiaçının nümayəndəsi X4 -26.03.1960-cı ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh FİN xxxxxxx Cavabdehin nümayəndəsi və vəkili X5 – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Sədrlik edən məhkəmə kollegiyasının tərkibini və məhkəmə iclas katibini elan edir, tərkibə və iclas katibinə etirazın əsaslarını izah edir və onlara etirazların olub-olmadığını soruşur. Etirazlar daxil olmadı. Sədrlik edən işdə iştirak edən şəxslərə prosessual hüquq və vəzifələrinin izahı haqqında bildirişin çatdırılıb-çatdırılmadığını müəyyən edir. Sədrlik edənin sualına cavab olaraq şəxslər bildirişə zərurət olmadığını, hüquq və vəzifələrinin onlara aydın olduğunu və bununla bağlı əlavə suallarının olmadığını bildirirlər. Sədrlik edən məhkəmə iclasında iştirak edən şəxslərdən iclasın üçüncü şəxslərin iştirakı olmadan keçirib-keçirilməməsi barədə münasibətini soruşur. İşdə iştirak edən şəxslər hər biri ayrı-ayrılıqda məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirirlər. Məhkəmə kollegiyası yerində müşavirə edərək QƏRARA ALDİ: İş üzrə üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyinə görə məhkəmə iclası onun iştirakı olmadan keçirilsin. Sədrlik edən məhkəmə iclasında iştirak edən şəxslərdən vəsatətlərinin olub-olmadığını soruşur. İddiaçının nümayəndəsi məhkəməyə şifahi vəsatətlə müraciət edir: Möhtərəm hakimlər! Biz birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsindən apellyasiya şikayəti vermişik. Bunun üçün işin məhkəmə baxışından çıxarılaraq Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş edirəm. Sədrlik edənin S/C: Bəli, qətnamədən verdiyimiz apellyasiya şikayəti məhkəmənin icraatına daxil olmuşdur. Bununla bağlı məhkəməyə sənəd təqdim edərəm. Məhkəmə kollegiyası yerində müşavirə edərək Q Ə R A R A A L İ R: İddiaçının nümayəndəsinə məhkəməyə əlavə sənədlərin təqdim edilməsi təklif edilsin. Məhkəmə iclası 14 iyun 2021-ci il tarixə, saat 15:40-a təxirə salınsın. Məhkəmə iclası saat 12:46-da bağlı elan edilir. Məhkəmə iclası protokolu 08 iyun 2021-ci il tarixində tərtib olundu. Sədrlik edən Emin Mehdiyev Məhkəmə iclas katibi Şəfəq Cəfərova İş № 2(103)-4563/21 Məhkəmə iclasının protokolu 14 iyun 2021-ci il Bakı şəhəri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh, onun nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı "xxxx" MTK-nın Cavabdeh, üçüncü şəxslər X8 və X6 qarşı “alqı-satqı müqaviləsinin və maliyyə arayışının ləğv edilməsi, əsassız varlanma nəticəsində əldə edilən pulun qaytarılması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(004)-3364/2020 saylı qətnaməsindən üçüncü şəxs X10 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxılır. Sədrlik edən məhkəmə iclasını saat 15:40-da açır, iş üzrə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısının aparıldığını və baxılacaq işi elan edir. Sədrlik edən proses iştirakçılarının gəlib-gəlməmələri barədə məlumat vermək üçün məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi məlumat verərək bildirir ki, Cavabdeh, onun nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iştirak edirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə iddiaçının nümayəndəsi, üçüncü şəxslər X11 və X10 iclasda iştirak etmir və bunun səbəblərini bildirməmişdir. Sədrlik edən işdə iştirak edən şəxslərin şəxsiyyətini müəyyən edir və səlahiyyətlərini müəyyənləşdirir. Cavabdeh FİN xxxxxxx Cavabdehin nümayəndəsi və vəkili X5 – Bakı şəhəri 11 saylı vəkil bürosunun vəkili Sədrlik edən məhkəmə kollegiyasının tərkibini və məhkəmə iclas katibini elan edir, tərkibə və iclas katibinə etirazın əsaslarını izah edir və onlara etirazların olub-olmadığını soruşur. Etirazlar daxil olmadı. Sədrlik edən işdə iştirak edən şəxslərə prosessual hüquq və vəzifələrinin izahı haqqında bildirişin çatdırılıb-çatdırılmadığını müəyyən edir. Sədrlik edənin sualına cavab olaraq şəxslər bildirişə zərurət olmadığını, hüquq və vəzifələrinin onlara aydın olduğunu və bununla bağlı əlavə suallarının olmadığını bildirirlər. Sədrlik edən məhkəmə iclasında iştirak edən şəxslərdən iclasın iddiaçının nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan keçirib-keçirilməməsi barədə münasibətini soruşur. İşdə iştirak edən cavabdeh və onun vəkili hər biri ayrı-ayrılıqda məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirirlər. Məhkəmə kollegiyası yerində müşavirə edərək QƏRARA ALDİ: İş üzrə iddiaçının nümayəndəsinə və üçüncü şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyinə görə məhkəmə iclası onun iştirakı olmadan keçirilsin. Sədrlik edən məhkəmə iclasında iştirak edən şəxslərdən vəsatətlərinin olub-olmadığını soruşur. Vəsatət daxil olmur. Sədrlik edən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(004)- 3364/2020 saylı qətnaməsindən iddiaçı "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətinin daxil olduğunu elan edir. Məhkəmə kollegiyası yerində müşavirə edərək QƏRARA ALDİ: Mülki işin baxışdan çıxarılaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərildiyini elan edir. Məhkəmə iclası saat 15:43-də bağlı elan edilir. Məhkəmə iclası protokolu 14 iyun 2021-ci il tarixində tərtib olundu. Sədrlik edən Emin Mehdiyev Məhkəmə iclas katibi Şəfəq Cəfərova
Məhkəmə qərarları › İş №2(103)-4563/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4563/2021
14.06.2021 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver