Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4569/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 BOKT ASC və Azərbaycan Respublikası Respublika Xammal və X2 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı “ipotekaya xitam verilməsi, hərrac protokolunun və çıxarışın ləğvi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(005)-675/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 BOKT ASC və Azərbaycan Respublikası Respublika Xammal və X2 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 58, 75 saylı mənzilin Cavabdeh1 BOKT ASC qarşısında 17 iyun 2015-ci il tarixli İstehlak kreditinin təminatı kimi həmin tarixdə bağlanmış İpoteka müqaviləsi üzrə ipotekasına xitam verilməsini, hərracın yekunlarına dair protokolun və Cavabdeh1 BOKT ASC-nin adına həmin mənzilə dair verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Astara Rayon Məhkəməsinin 2(018)- 08/2018 saylı 25 yanvar 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Nümayəndə və ondan 17 iyun 2015-ci il tarixli 2015/00048-01 saylı İstehlak kredit müqaviləsi üzrə 71.755,44 ABŞ dolları məbləğində əsas borc, 9.682,48 ABŞ dolları məbləğində faiz borcu, 13.000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 94.437,92 ABŞ dolları (ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə) və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq Cavabdeh1 BOKT ASC-yə verilməsi, tutmanın iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 97.78 kv.m ümumi sahə, 76,18 kv.m yaşayış sahəsi və 21.6 kv.m yardımçı sahədən ibarət 4 otaqlı mənzilə yönəldilməsi və həmin evi açıq hərracda satılaraq tələb edilən borca ödənilməsi, mənzilin ilkin satış qiymətinin 110.000 manat məbləğində qiymətləndirilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyan şəxsə qaytarılması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Nümayəndə və ondan 17 iyun 2015-ci il tarixli, 2015/00048-01 saylı İstehlak kredit müqaviləsi üzrə Cavabdeh1 BOKT ASC-nin tələb etdiyi cərimə borcu azaldılaraq 13.000 ABŞ dolları məbləğində müəyyən olunması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəlmişdir. Belə ki, iş materiallarında olan “xxxx” MMC tərəfindən Cavabdeh1 BOKT ASC-yə, Nümayəndə və ona, Xəzər rayon İcra və probasiya şöbəsinə ünvanlanmış 07.06.2019, 18.06.2019-cu il tarixli, 01/2,02 nömrəli bildirişlərin təsdiq edilmiş surətindən görünür ki, kreditin (borcun) təminatı qismində ipoteka predmetinə tələbin yönəldilməsinə dair Astara Rayon Məhkəməsinin 2(018)-08/2018 nömrəli, 25.01.2018-ci il tarixli icra vərəqəsi üzrə ipoteka qoyulan Bakı şəhəri, Xətai rayonu, İ.İsmayıl küçəsində 58 saylı evin, 75 saylı mənzilinə yönəldilməsi, hərracda 110000 manat ilkin, təkrar hərracda 93500 manat satış qiyməti ilə satılması və müvafiq olaraq hərracın 24.06.2019-cu il, saat 11:00-da, 15.07.2019-cu il saat 11:00-da keçiriləcəyi bildirilmişdir. Hərrac təşkilatının 50/03 nörməli, 31 iyul 2019-cu il tarixli hərracın yekunları barədə protokoluna əsasən ona məxsus mənzil Cavabdeh1 BOKT ASC-yə satılmışdır. ASC həmin əmlakı təkrar hərracın baş tutmamasından sonrakı 30 təqvim günü ərzində deyil, həmin müddəti ötürülməklə əldə etmiş, lakin hərrac təşkilatı hərracın yekunlarına dair protokolu köhnə tarixə (əvvəlki tarixə) rəsmiləşdirmişdir. Hərrac təşkilatından hərracın xidmət haqqlarının ödənilməsinə dair ödəniş tapşırıqlarına və digər maliyyə mühasibatlıq sənədlərini əldə etdikdə məlum olacaqdır ki, əmlak 2019-cu ilin avqustun sonunda əldə edilmişdir. Hərracdakı iş üzrə materiallardan da görünür ki, ASC əmlakı həmin 30 təqvim günü ərzində təkrar hərracdakı satış qiymətindən 25 faiz endirimlə əldə etməsi üçün müraciət etməmişdir. Bununla bağlı hər hansı bir məktub və ya müraciət yoxdur. Belə ki, 15 avqust 2019-cu il tarixdən etibarən hərrac təşkilatına dəfələrlə müraciət etsək də, hərracın yekunlarına dair protokolun hazır olmadığı əsas gətirilərək imtina edilmişdir. Bu bir daha təsdiq edir ki, 15 avqust 2019-cu il tarixədək əmlakın ipoteka saxlayan tərəfindən əldə edilməsinə dair protokol mövcud olmamış, ASC əmlakı xeyli sonradan əldə etmiş, hərrac təşkilatı isə öz növbəsində rəsmiləşdirilməni köhnə tarixlə aparmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli 2(005)- 675/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, onun ləğv edilməsini, şikayətin təmin edilməsini, iş üzrə ədalətli və obyektv qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində maddi və prosessual normalar sadalanmaqla, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarına düzgün riayət olunmadığı və qətnamənin əsassız olduğu göstərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə aşağıdakı hallar müəyyən edilir. Astara Rayon Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli 2(018)-08/2018 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Nümayəndə və İddiaçı 17 iyun 2015-ci il tarixli, 015/00048-01 saylı istehlak kredit müqaviləsi üzrə 71755,44 ABŞ dolları məbləğində əsas borc, 9682,48 ABŞ dolları məbləğində faiz borcu, 13000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 94437,92 ABŞ dolları (ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə) və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq Cavabdeh1 BOKT ASC-yə verilməsi, tutmanın İddiaçı xüsusi mülkiyətində olan ünvan 3 ünvanında yerləşən 97,78 kv.m ümumi sahə, 76,18 yaşayış sahə və 21.6 kv.m yardımçı sahədən ibarət 4 otaqlı mənzilə yönəldilməsi və həmin evin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, mənzilin ilkin satış qiymətinin 110000 manat məbləğində qiymətləndirilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan şəxsə qaytarılması qət edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin 2(106)-1549/2018 nömrəli 17 may 2018-ci il tarixli qətnaməsi ilə Astara Rayon Məhkəməsinin 2(018)-08/2018 saylı 25 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəmənin 07 noyabr 2018-ci il tarixli 2(102)-6771/2018 saylı qərarı ilə Şirvan Apelyasiya Məhkəməsinin 17 may 2018-ci il tarixli 2(103)-1549/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli 2(011)- 8137/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 BOKT ASC-nin cavabdeh İddiaçı qarşı “mənzilin boşaldılması” tələbinə dair iddiası təmin edilmiş, cavabdeh İddiaçı Aftandi qızının iddiaçı Cavabdeh1 BOKT ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 58 saylı evin 75 saylı mənzilindən əşyaları ilə birlikdə çıxarılması və həmin mənzilin boşaldılması qət edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 3099/2020 nömrəli 18 iyun 2020-ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli 2(005)- 5009/2019 saylı qətnaməsi ilə iddiaçılar Nümayəndə və İddiaçı cavabdehlər “xxxx” MMCyə, Bakı şəhəri Maraqlı şəxsnə, Cavabdeh1 BOKT ASC-yə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhəri Ərazi İdarəsinə qarşı “ipoteka üzrə hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia tələbi təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2640/2020 nömrəli 20 fevral 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Respublika Xammal və X2 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 24.05.2019-cu tarixli, 01/1974 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 58 saylı evin 75 saylı mənzilin ilkin satış qiyməti 110000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 5500 manat olmaqla hərraca çıxarılması və hərracın 24 iyun 2019-cu il tarixdə saat 11:00-da ünvan 4 ünvanında keçiriləcəyi barədə İddiaçı, Nümayəndə və məlumat üçün Maraqlı şəxsnə və Cavabdeh1 BOKT ASC-yə məlumat verilmişdir. Azərbaycan Respublikası Respublika Xammal və X2 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 07.06.2019-cu tarixli, 01/2106 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 58 saylı evin 75 saylı mənzilin ilkin satış qiyməti 110000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 5500 manat olmaqla hərraca çıxarılması və hərracın 24 iyun 2019-cu il tarixdə saat 11:00-da ünvan 4 ünvanında keçiriləcəyi barədə İddiaçı, Nümayəndə və məlumat üçün Maraqlı şəxsnə və Cavabdeh1 BOKT ASC-yə məlumat verilmişdir. Azərbaycan Respublikası Respublika Xammal və X2 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 28.06.2019-cu tarixli, 01/2810 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişin surətinə əsasən ipoteka predmetini təşkil edən Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 58 saylı evin 75 saylı mənzilin ilkin satış qiyməti 110000- 15%=935000 manat, hərracda iştirak üçün 5% miqdarında behin məbləği 4675 manat olmaqla hərraca çıxarılması və hərracın 15 iyul 2019-cu il tarixdə saat 11:00-da ünvan 4 ünvanında keçiriləcəyi barədə İddiaçı, Nümayəndə və məlumat üçün Maraqlı şəxsnə və Cavabdeh1 BOKT ASC-yə məlumat verilmişdir. “Birja Yenilikləri” Qəzetinin 2019-cu ilə aid olan 173, 170 168 nömrəli buraxılışlarında yerləşdirilmiş elanlara əsasən Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 58 saylı evin 75 saylı mənzilin 15.07.2019-cu il və 24.06.2019-cu il tarixlərdə hərraca çıxarılması barədə məlumatlar dərc edilmişdir. “xxxx” MMC-nin Cavabdeh1 BOKT ASC, İddiaçı və Nümayəndə və məlumat üçün Maraqlı şəxsnə ünvanlanmış 19.07.2019-cu il tarixli, 01/2575 saylı ipoteka predmetinin əldə olunmasına dair təklifdən görünür ki, Maraqlı şəxs 17/74-15584-19/4933/17 saylı, 21.05.2019-cu il tarixli sifariş məktubuna əsasən borclu İddiaçı Aflandil qızına məxsus ipoteka yüklü Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 58 saylı evin 75 saylı mənzilinin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 19.07.2019cu il tarixli nömrəsində dərc edilmişdir. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 70125 manata ipoteka saxlayana təklif olunur. “İpoteka Haqqında” qanunun 43.7, 43.8-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etdiyi halda Mülki Məcəllənin 298.2, 319.3.5 maddələrinə müvafiq isə hərracın xidmət haqqını ödədikdən sonra protokol tərtib olunur. Cavabdeh1 BOKT ASC tərəfindən “xxxx” MMC-yə ünvanlanmış 24.07.2019-cu il tarixli məktubda göstərilmişdir ki, hərracı baş tutmamış, İddiaçı mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən daşınmaz əmlakı Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə, yəni 70125 manata əldə edilməsinə razıdırlar. Eyni zamanda müvafiq sənədləşdirilmənin aparılmasına dair göstəriş verilməsi xahiş edilmişdir. Hərracın yekunları barədə 31.07.2019-cu-ci il tarixli, 50/03 nömrəli protokola əsasən Astara Rayon Məhkəməsinin 2(018)-08/2018 saylı 25.01.2018-ci il tarixli icra vərəqəsi, Maraqlı şəxs 17/74-15584-19/4933/17 saylı, 21.05.2019-cu il tarixli sifariş məktubu və Cavabdeh1 BOKT ASC-nin müvafiq məktubuna əsasən ilkin hərrac qiyməti 110.000 manat və təkrar hərracdakı ilkin satış qiyməti 93500 manat olan İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsində yerləşən 58 saylı evin 75 saylı mənzili “İpoteka haqqında” Qanununun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiymətlə, yəni 70125 manata ipoteka saxlayan Cavabdeh1 BOKT ASC tərəfindən əldə etmişdir. Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 31.07.2019-cu il tarixli müqaviləyə əsasən İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsində yerləşən 58 saylı evin 75 saylı mənzil Hərracın keçirilməsinə şərait yaradan və protokol tərtib edən “xxxx” MMC tərəfindən tələbkar Cavabdeh1 BOKT ASC-yə (etibarnamə əsasında nümayəndəsi X1) 70125 manata satılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən ümumi sahəsi 97.78 kv.m olan Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsində yerləşən 58 saylı evin 75 saylı mənzili xüsusi mülkiyyət hüququ kimi Cavabdeh1 BOKT ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində 11.09.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Qanunvericilikdə yalnız iki hərracın (ilkin və təkrar) keçirilməsi nəzərdə tutulmuşdur. Mübahisəli hüquq münasibətlərinin əmələ gəldiyi vaxt qüvvədə olmuş “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5, 43.7 və 43.8-ci maddələrində müəyyən olunmuş qaydalara görə, ilkin hərrac baş tutmadıqda təkrar hərrac keçirilir və hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Təkrar hərrac baş tutmamış elan edildikdə isə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. İşin hallarından da görünür ki, keçirilmiş ilkin və təkrar hərraclar baş tutmadığından, ipoteka predmeti təkrar hərracdan satış qiyməti 25 faiz endirilməklə Cavabdeh1 BOKT ASC-yə təklif olunmuş, sonuncu da qanunla nəzərdə tutulmuş müddətdə mənzili almışdır. Belə olan halda, ipotekaya xitam verilməsi üçün əsas yaranmamışdır. İddiaçının göstərdiyi dəlillər öz təsdiqini tapmır və əksinə iş materialları ilə təkzib olunur. Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin işin müəyyən edilmiş hallarına əsasən gəldiyi nəticə düzgündür. İddia ərizəsinin və apelyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, məhkəmə iddia tələbinin rədd edilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-675/2021 saylı iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4569/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4569/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver