Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-457/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Natiq Səmədova, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətindən imtina) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh2 və onun vəkili və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Natiq Səmədova, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin və çıxarışın qismən ləğv edilməsi, miras əmlak üzərində 1/2 hissədə pay hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2450/2023 saylı, 23 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul olunmuş məhkəmə aktları 1.İddiaçı cavabdehlər 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Natiq Səmədova, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Natiq Səmədov tərəfindən təsdiq edilmiş 19 mart 2022-ci il tarixli “Bağışlama müqaviləsi”nin qismən ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın qismən ləğv edilməsi, xx.xx.2022-ci ildə vəfat etmiş X1 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilin 1/2 hissəsinə dair onun vərəsə olaraq pay hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 08 oktyabr 2022-ci il tarixdə vəfat etmiş X1 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr., Fərman Məlikov küçəsi, 1b saylı evin 52 saylı mənzili üzərində vərəsə kimi İddiaçı 1/4 hissədə pay hüququnun tanınması qət olunmuşdur.
3. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, Fərman Məlikov küçəsi, ev 1B, mənzil 52-ə dair məcburi pay hüququ olmuşdur. Lakin, məcburi payın həcmi ilə bağlı onun dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, məcburi pay miras əmlakdan məcburi vərəsəyə mütləq şəkildə çatası pay olduğundan qanun üzrə vərəsələrdən birinci növ vərəsələr belə payı miras qoyanın iradəsindən asılı olmadan əldə edirlər. MM-də mirasda məcburi pay anlayışına istinad olunaraq qeyd olunmuşdur ki, bu pay qanun üzrə vərəsəlik zamanı vərəsələrə çatası payın yarısını təşkil etməlidir. Nəticə etibarilə, payının ¼ hissədə müəyyən olunması qənaətinə gəlmişdir. Məhkəmənin onun payının ¼ hissədə müəyyən olunması barədə qənaətini əsassız hesab edərək qeyd edir ki, Məhkəmə bağışlama müqaviləsini vəsiyyətnaməyə bərabər hüquqi qüvvə verməkdə və ona düşən payın ona qanun üzrə vərəsəlik zamanı düşən payın yarısı olaraq müəyyən etməkdə haqlı olmamışdır. Axı o, sözügedən mənzildə qeydiyyatda olmuşdur və onun xəbəri olmadan və razılığı alınmadan Təlimatın tələbləri pozularaq bağışlama müqaviləsi bağlanmışdır. Əgər Təlimatın tələbləri pozulmadan müqavilə bağlansaydı Məhkəmənin mövqeyini düzgün hesab etmək olardı. Bir halda ki, Cavabdeh2 və mərhum Mirvari Xaliqova bilərəkdən hüquqlarını pozaraq müqavilə rəsmiləşdirmişlər və Cavabdeh2 bu hərəkətinə bəraət qazandırmağa çalışmaqla faktiki etdiyi əməli Məhkəmədə etiraf etmişdir. Tərəfindən bağışlama müqaviləsinin və çıxarışın qismən ləğv edilməsinin və iddiaçının ½ hissədə pay hüququnun tanınmasının tələb edilməsinin səbəbi prosesual qənaət prinsipi olmuşdur. Bu barədə məhkəmə iclaslarında olan çıxışlarda da açıqlama verilmişdir. Lakin, təəssüf ki, məhkəmə qətnaməsində həmin çıxışların məzmunu əks etdirilməmişdir. Məhkəmə iclası audio və video yazı vasitəsilə aparıldığı üçün məhkəmə iclasları Məhkəmə kollegiyası tərəfindən izlənilə bilər. Belə ki,əgər bağışlama müqaviləsi bağlanmasaydı bu gün miras əmlak üzrə vərəsəlik işi açılaraq iddiaçı və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında vərəsəlik hüququ haqqında ½ hissədə şəhadətnamə veriləcəkdi. Hazırda isə Cavabdeh2 qanun üzrə vərəsəlik zamanı ona çatası payı bağışlama yolu ilə əldə etmişdir. Bu əsasla iddiaçı Sevda Muradova da özünə çatası ½ hissədə pay hüququnun məhkəmə tərəfindən tanınmasını tələb edir. Xüsusilə qeyd etmək zəruridir ki, tərəfindən anasının sağlığında bir övlad olaraq üzərinə düşən vəzifələr layiqincə yerinə yetirilmişdir. Bu əsasla cavabdehin bütün bildirdikləri tamamilə yalandan ibarətdir.
Apelyasiya baxışı zamanı verilən izahatlar
5. Məhkəmə kollegiyasnın iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2450/2023 saylı, 23 iyun 2023-cü il tarixli qətnaməsindən tərəfindən verilmiş apellyasiya şikayətində imtina etdiyini bildirərək, iş üzə apellyasiya icraatna xitam verilməsini xahiş etmişdir.
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 və onun nümayəndəsi -vəkili Nümayəndə2 iş üzə apellyasiya icraatna xitam verilməsinə etiaz etmədiklərini bildirmişlər.
7. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin
8. 369-cu maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur.
9. 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.
10. 369.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər.
11. 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.
Şikayətə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
12. Kollegiya İddiaçı təqdim etdiyi ərizəni iş materialları ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilərək iş üzrə apellyasiya icraatına xitam verilməlidir.
13. Belə ki, apellyasiya baxışı zamanı proses iştirakçılarının izahatlarının məzmunundan, eyni zamanda İddiaçı təqdim etdiyi ərizədən görünür ki, o, 2(103)- 457/2024 saylı mülki iş üzrə apellyasiya şikayətindən imtina etmək niyyətindədir. 14.Yuxarıda göstərilənləri və prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətindən imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mülki iş üzrə apellyasiya icraatına xitam verilməlidir.
15. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ:
İddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2450/2023 saylı, 23 iyun 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul olunsun və mülki iş üzrə apellyasiya icraatına İddiaçı münasibətdə xitam verilsin. İddiaçı cavabdehlər 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Natiq Səmədova, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin və çıxarışın qismən ləğv edilməsi, miras əmlak üzərində 1/2 hissədə pay hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2450/2023 saylı, 23 iyun 2023-cü il tarixli qətnaməsi qanuni qüvvəyə minsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova