Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4592/2022 13.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi Vəkil1 və Cavabdeh işirakları ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4075/2021 saylı işi üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 7 saylı evin 32 saylı mənzilindən cavabdehin istifadə hüququna tərəfindən 10000 manat kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə baxışında müəyyən edilmişdir ki: -AZ-İ seriyalı 292060 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah 28 iyun 2018-ci il tarixdə ləğv edilmişdir; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışı ilə, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 7, mənzil 32 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçirilmiş və bu barədə 05 aprel 2017-ci il tarixdə qeydiyyat aparılmışdır; - Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 mart 2017-ci il tarixli, 2(001)- 207/2017 saylı qətnaməsinə əsasən İddiaçı iddiası qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 23 avqust 2002-ci il tarixdə bağlanmış, 1058 saylı qeydlə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından olan 08 noyabr 2004-cü il təvəllüdlü X5, 05 avqust 2007-ci il təvəllüdlü X2 və 04 mart 2015-ci il təvəllüdlü X3 anaları İddiaçı himayəsində saxlanılmaları, yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə Cavabdeh 136,6 manat olmaqla, cəmi 409,8 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir; - Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli 2(001)- 1901/2020 saylı qətnaməsinə əsasən ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiası və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mübahisəli mənzilə mülkiyyət hüququna dair qeydin ləğv edilməsi barədə qarşılıqlı iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi İddiaçı ailə üzvü kimi mülkiyyətçinin razılığı ilə mübahisəli mənzildə uzun illər ərzində yaşadığından həmin mənzilə mülkiyyətçi ilə bərabər istifadə hüququ yaranmış və onun mənzilə olan hüquqlarının itirilməsi və mənzildən çıxarılmasına yalnız mülkiyyətçinin təklif etdiyi bazar qiyməti ilə kompensasiya ödənilməsi şərti ilə yol verilir; - Bakı Apellyasiya Məhkəməsinin 26 yanvar 2021-ci il tarixli 2(103)-836/2021 saylı qətnaməsi ilə, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli 2(001)-1901/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; - Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin polis mayoru Məhəmməd Tağıyev tərəfindən qəbul edilmiş 06 iyul 2019-cu il tarixli cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarla 04 mart 2019-cu il tarixdə İddiaçı ərizə ilə müraciət edərək, həmin tarixdə keçmiş əri Cavabdeh ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun onu qəsdən vuraraq xəsarət yetirməsini bildirməsi faktı əsasında toplanmış ilkin yoxlama materialı olmuşdur. Aparılmış istintaqla müəyyən olunmuşdur ki, 04 mart 2019-cu il tarixdə Cavabdeh İddiaçı döyərək sonuncuya qəsdən bədən xəsarət yetirməsi sübuta yetmir. Nəticədə, Cavabdeh barəsində cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilmiş və Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir; - "Legal Prime” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 30 avqust 2021-ci il tarixli, LP-143/21 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə görə Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 7 saylı evin 32 saylı mənzilinin hazırki bazar qiyməti 105000 manat, orta aylıq kirayə haqqı 450-500 manat, tədqiqatın dəyəri 300 manat təşkil edir (l cild.7, 8, 10, 13, 20, 26, 106 ). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4075/2021 saylı işi üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2, 228.5-ci maddələrinəd istinadən qeyd edilmişdir ki, işdə olan rəydən göründüyü kimi, mübahisəli mənzilin yerləşdiyi ərazi üzrə şəraiti, sahəsi, texniki göstəriciləri baxımından oxşar mənzillərin orta kirayə haqqı 450-500 manat təşkil edir. Eyni zamanda həmin mənzilin hazırki bazar dəyəri 105000 manat təşkil edir. Kompensasiyanın məbləği hesablanarkən həmin məbləğlərin orta göstəricisi əsas götürülməlidir (450+500 / 2), yəni aylıq kirayə haqqı 475 manat məbləğində. Göründüyü kimi, həmin ərazidə oxşar mənzilin kirayə haqqı bir il üçün 5700 manat, iki il üçün 11400, üç il üçün isə 17100 manat təşkil edir. Məhkəmə, iddiaçının kompensasiyanın məbləğini təklif edərkən mənzilin yerləşdiyi ərazidə real bazar qiymətlərini nəzərə almadığını qeyd etmişdir və cavabdehə münasibətdə kompensasiyanın məbləğinin 10000 manat məbləğində təklif edilməsini ağlabatan, reallığa uyğun, həmçinin ədalətli hesab etməmişdir. Göründüyü kimi, təklif olunan məbləğ cavabdehə davamlı sürətdə və müəyyən müddət daxilində (3 il) başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir, iddiaçı əvvəlki məhkəmə iclasında mütəxəssis rəyi ilə razı olmayaraq mənzilinin ən yüksək satış qiymətinin 90000 manat olduğunu bildirmiş, cavabdeh isə mənzili həmin qiymətə ondan almağı təklif etmiş, iddiaçı isə buna razılıq vermişdir. Lakin sonradan tərəflər arasında mənzilin alqı-satqısı baş tutmamışdır. Hazırda isə iddiaçı özü bildirir ki, mənzili ondan 120000 manata almaq istəyən real alıcı var və kompensasiyanı yalnız mənzili satdıqdan sonra cavabdehə ödəyə bilər. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4075/2021 saylı iş üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qət edilməsini xahiş etmişdir. Şikayətdə Mülki Məcəllənin 228.2; Mülki Prosessual Məcəlləsinin 2.1, 9.3, 88, 103.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, nikah pozulsa da cavabdeh iddiaçıya xüsusi mülkiyyət hüququ əsasında məxsus olan mənzildə, yəni Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 7 saylı evin 32 saylı mənzilində yaşamaqda davam edir, hansı ki, onun başqa yaşayış yeri, mülkü və mənzili vardır. Lakin buna baxmayaraq cavabdeh iddiaçıya məxsus mənzildə qərəzli surətdə qalaraq ona qarşı zorakılıqlar edir və ona psixoloji, mənəvi və fiziki iztirablar verir. İddiaçı cavabdehin qanunsuz hərəkətlərindən bir neçə dəfə polisə və müxtəlif dövlət orqanalrına şikayətlər etmişdir ki, nəticə etibarilə onlar münaqişəli ailə kimi qeydiyyata alınmışlar. Bir sözlə, iddiaçı hesab edir ki, cavabdehin ona qarşı davam edən ləyaqətsiz, vicdansız və təhqiramiz hərəkətləri ucbatından bir mənzildə birgəyaşayışları qətiyyən mümkün deyildir! cavabdehlə boşandığı və aralarında barışmaz münasibətlər olduğu, o cümlədən bu günədək cavabdehin evdə mütəmadi olaraq dava-dalaş salıb onu olmazın söyüşlərlə təhqir etdiyi və incitdiyi halda birgəyaşayışları qətiyyən mümkün deyil, bir sözlə, belə bir şəraitdə yaşamaq dəhşətli və ağlasığmazdır! Məhkəmə mübahisəyə Mülki Məcəllənin göstərilən normasını tətbiq etsə də mübahisəni düzgün həll etməmiş, dolayı dəlillərlə mübahisənin həllindən yayınmışdır. Belə ki, məhkəmə, iş üzrə alınmış mütəxəssis rəyi əsasında mənzilin yerləşdiyi ərazi üzrə 3 il üçün kirayə haqqının 17100 manat təşkil etdiyi nəticəsinə gəlsə də təklif etdiyi 10000 manat kompensasiyanın həmin məbləğə qismən və ya tam surətdə uyğunlaşdırılması ilə bağlı heç bir tədqiqat aparmamışdır. Məhkəmə onun qadın olduğunu, 3 (üç) uşaqla qaldığını, 2 oğlullarının hər birinin adına yeni yaşayış binasında boş və təmirli mənzilin, habelə “Albalılıq" yaşayış massivində vaxtilə uşaqlara bağışladığı 24,0 ha torpaq sahəsində cavabdeh tərəfindən böyük bir mülk (yəni villa) inşa edildiyi, həmin mənzillərin birində və ya sözügedən villada cavabdehin yaşamaq imkanının olması, cavabdehin ona məxsus mənzilin bir otağında yaşaması hallarına göz yummuşdur. Məhkəmə iş üzrə yuxarıda göstərilən halların mövcudluğuna heç bir hüquqi qiymət verməyərək təklif etdiyi 10000 manat məbləğində kompensasiyanı ağlabatan, reallığa uyğun, həmçinin ədalətli hesab etməmiş, hansı məbləğin ağlabatan hesab ediləcəyi istiqamətində qətiyyən araşdırma aparmamış, bir sözlə, ədalətli məhkəmə çəkişməsinə, nəticə etibarilə mübahisənin həllinə qətiyyən şərait yaratmamışdır. Göstərilən normaya əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Lakin məhkəmə, həmin normadan irəli gələn hüquq və mənafeyinə etinasız yanaşmış, mübahisənin həllindən birmənalı şəkildə yayınmışdır. Məhkəmə göstərilən prosessual hüquq normasına zidd olaraq prosesin çəkişmə prinsipini təmin etməmiş, çəkişmə prinsipinin təmin edilməsindən yayınmış, onu ətraflı dindirmədən, kompensasiyanın məbləği ilə bağlı yekun mövqeyini araşdırmadan, habelə mənzilin mövcud bazar qiyməti ilə bağlı alınmış mütəxəssis rəyi ilə iş üzrə tərəflərin mövqeyinin tam fərqli olmasına əhəmiyyət verməyərək əlavə araşdırma aparmadan tələm-tələsik qətnamə çıxarmışdır.O, hüquqi savadının olmaması, habelə vəkilinin (nümayəndənin) Bakı şəhərində olmaması barədə məhkəməyə məlumat verərək onun hüquqi yardımından istifadə etmək üçün işin qısa müddətə təxirə salınmasını xahiş etmiş, lakin məhkəmə onu bir tərəf kimi ədalətli məhkəmə araşdırması hüququnun olmasına əhəmiyyət verməmiş, həmin hüququn reallaşdırılmasına şərait yaratmamış və nəticə etibarilə məhkəmə araşdırmasını natamam surətdə yekunlaşdırmışdır. Onun xahişinə cavab olaraq məhkəmə bildirmişdir ki, “İndi əvvəlki vaxt deyil, prosessual qanunlar dəyişdirlmişdir, məhkəmə heç kimi gözləməməilidir Göstərilən normaya əsasən ekspert təyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmə tərəfindən qiymətləndirilir. Lakin buna baxmayaraq məhkəmə öz vəzifəsini yalnız mübahisəli mənzil barəsində mütəxəssis rəyi alınması ilə bitmiş hesab etmiş, həmin rəyə tənqidi yanaşmamış, iş üzrə tərəflər həmin rəylə razılaşmayaraq mənzilin mövcud bazar qiyməti ilə bağlı müxtəlif, yəni mütəxəssis rəyindən fərqli qiymətlər səsləndirsə də məhkəmə iş üzrə əlavə ekspertiza təyin etməmişdir. Məhkəmə öz vəzifəsini yalnız mübahisəli mənzil barəsində mütəxəssis rəyi alınması ilə bitmiş hesab etmiş, iş üzrə tərəflərin həmin rəyə tənqidi yanaşmalarına əhəmiyyət verməmiş, nəticədə isə mübahisə həll edilməmiş qalmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı ərizə ilə müraciət edərək, cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi üçün 15000 manat təklif etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, kompensasiya məbləğinin məhkəmə tərəfindən düzgün olmayaraq üç otağa görə hesablandığını, 3 otaqlı mənzilin bir otağında cavabdehin digər otaqlarında isə iddiaçı, qızı və oğlanlarının yaşadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh edilmiş təkliflərə razı olmadığını, həmin mənzili vaxtıilə iddiaçıya hədiyyə etdiyini bildirmişdir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 62- 67; 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6, 8, 53, 123-cü maddəsinə;(münasibətlər davam edən olduğundan) qüvvədə olan Mənzil Məcəlləsinin 30, Mülki Məcəllənin 6, 11.1; 146, 152-164, 228-ci maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 2, 7-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13, 14.2, 14.3, 15, 50, 52, 76.1, 77.1, 80 - 82, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, təklif edilən 10000 manat məbləğində kompensasiyanı ağlabatan, reallığa uyğun, həmçinin ədalətli hesab etməməsi ilə bərabər, hansı məbləğin ağlabatan hesab ediləcəyi istiqamətində araşdırma aparmamış, ədalətli məhkəmə çəkişməsinə müvafiq mübahisənin həllinə şərait yaratmamış, təklif edilən məbləğin artırılması yönəmində detallı müzakirələr aparmamışdır. Tərəflər arasında mübahisənin həllinə yönəlik mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, qətnamədə göstərilmiş nəticələr işin hallarına (təzminat məbləğinin artırılmasına) uyğun gəlmədiyindən qətnamə ləğv edilməli iş üzrə yeni qətnamə qəbul edilməli, apellyasiya şikayəti təmin edilməli, göstərilən faktiki istinadlar ilə və təklif edilən 15000 manatın cavabdehə ödənilməsi şərti müqabilində iddia təmin edilməlidir. Qeyd edilməlidir ki, iddiaçının irəli sürdüyü dəlilləri istisna edən hallar tam müəyyən edilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi kompensasiya məbləğini müəyyən edərkən cavabdehin istifadə hüququnun üç otağlı mənzilə münasibətdə müzakirə etmiş və qeyd edilən mənzildən digər- iddiaçının da istifadə etməsini nəzərdən qaşırmışdır. Bununla belə, iddiaçının təzminat məbləğinin artırması, həm müəyyən edilmiş hallara, həm də ki, müəyyən edilmiş hallardan da artıq mütənasibliyin təminatına və cavabdehin oxşar şəraitə uyğun müəyyən müddət yaşamasına imkan verən ağlabatan məbləğ kimi məqbul hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4075/2021 saylı işi üzrə 09 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı iddiası təmin edilsin. İddiaçı tərəfindən 15000 (on beş min) manat kompensasiya verilməklə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 7 saylı evin 32 saylı mənzildən Cavabdeh istifadə hüququna xitam verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4592/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4592/2022
13.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver