Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4593/2020 22.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, onun nümayəndələri X5, X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz arakəsmə tikilinin sökülməsi və giriş-çıxış yolunun açılması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)-776/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayonu Litvin Babayev küçəsi, 104 a saylı evin arxa hissəsində giriş-çıxış yolunu bağlayan və Cavabdeh tərəfindən inşa edilən arakəsmə tikilinin qanunsuz hesab edilməsi və cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin xx xxxx 2006-cı il tarixli qətnaməsi ilə onun Cavabdeh Nurəliyeviçə qarşı gediş-gəliş yolunun açılması tələbinə dair iddiası təmin edilmiş, qətnamə icra olunaraq gedişgəliş yolu açılmışdır. Son zamanlar onun uzun sürən xəstəliyindən istifadə edən Cavabdeh evin arxa hissəsinə girişi yenidən bağlamışdır. Bununla bağlı o, Bakı Apelyasiya Məhkəməsinə müraciət edərək, icra sənədinin təzələnməsini və yenidən icraya yönəldilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə ərizəsi təmin edilməmiş və səbəb kimi əvvəlki icra sənədi tam icra olunduqdan sonra cavabdeh tərəfindən giriş-çıxış yolunun bağlanmasının artıq tərəflər arasında yaranmış yeni mübahisə kimi qiymətləndirilməsi göstərilmişdir. Bu yanaşmanı absurd və məntiqsiz mövqe kimi qiymətləndirsə də, qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmadığı üçün, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)-776/2019 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını səhv tətbiq etmişdir. Belə ki, cavabdeh məhkəmə qətnaməsi ilə açılması qət edilmiş giriş-çıxış yolunu yenidən bağlamış, evin texniki pasportunda olmayan tikililər inşa etmişdir. Birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən halları tam aydınlaşdırmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun nümayəndələri hər biri ayrıayrılıqda apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdeh isə şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)- 776/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* saylı çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri Səbail rayonu Litvin Babayev küçəsində istifadədə olan 0,02077 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 77,2 kv.m yaşayış, 95,1 kv.m köməkçi sahədən ibarət 104a nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə hər birinin payı ½ hissə olmaqla Cavabdeh və İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan daşınmaz əmlakın texniki pasportundan görünür ki, ünvan 1 ünvanının hüquq subyekti Cavabdeh və İddiaçıdur. İşdə olan Bakı şəhəri 26 Bakı Komissarı Rayon Xalq Məhkəməsinin xx xxxxxx 1965-ci il tarixli 2-50 saylı qətnaməsinə əsasən iddiaçı X2 (hazırkı iş üzrə iddiaçının atası) cavabdehlər İddiaçı və 26 Bakı Komissarı Rayon Kommunal Təsərrüfatı İdarəsinə qarşı evə hüququn tanınması və evin bölünməsi barədə iddia tələbi təmin edilmiş, Bakı şəhəri 6-cı Bayıl küçəsi 104a saylı evin ½ hissəsinin mülkiyyətçisi X4, ½ hissəsinin mülkiyyətçisi İddiaçı müəyyən olunmuşdur. Həmin evdən Nurəli Məmmədova 24,75 kv.metr və 12 kv.metrdən ibarət iki otaq, ikinci mərtəbədə mətbəx, o cümlədən 20 kv.metr və 10 kv.metrdən ibarət sahə ayrılmış, mətbəxin yüngül tipli arakəsmə ilə ayrılması, iki pəncərə yerinə qapı yeri açılması və tərəflərin hesabına qapı qoyulması, eləcə də eyvanın arakəsmə ilə bölgüsünün aparılması, birinci mərtəbədə 8,66 kv.metr və 15,12 kv.metrdən ibarət iki otağın cavabdehə ayrılması, iddiaçıya ayrılmış otağın altında yerləşən, sahəsi 8,66 kv.metr olan bir otaq, vanna otağı, sanitar qovşaq ətrafındakı sahə ilə iddiaçıya ayrılması, birinci mərtəbənin həyətinin tərəflər arasında bölünməsi, cavabdehə ayrılmış otaqlar altındakı həyət hissəsi ilə İddiaçı ayrılması, iddiaçı ilə İddiaçı ayrılmış otaqların hüdudlarının arakəsmə ilə ayrılması, yeni qurulmuş hasarla qonşunun hasarı arasında iki metr olmaqla gediş-gəliş yolu saxlanılması, iddiaçıya öz hesabına küçəyə çıxmağın təmin olunması hüququ müəyyən olunmuşdur. İşdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2006-cı il tarixli 2/282/06 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh Nurəliyeviçin İddiaçı qarşı həyatyanı sahənin bərabər bölünərək hasar çəkilməsinə dair ilk iddiası, İddiaçı Cavabdeh Nurəli oğluna qarşı evin arxasında olan giriş yolunun açılmasına dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə ilk iddia təmin olunmuş, Bakı şəhəri 6-cı Bayıl küçəsi 104a saylı evin arxa hissəsində torpaq sahəsinin İddiaçı ilə Cavabdeh Nurəli oğlu arasında bərabər bölünərək hasar çəkilməsi, həmin hasarın çəkilməsi üçün xərclərin Cavabdeh Nurəli oğlunun üzərində saxlanılması, həmin ünvanda evin İddiaçı aid hissədə küçəyə çıxış hissəsi 2 metr enində bərpa edilməsi, onun Cavabdeh Nurəli oğluna qarşı evin arxasında olan giriş yolunun açılmasına dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin MİÜMK-nın xx xxxx 2006-cı il tarixli 1MK-4036/06 saylı qətnaməsinə əsasən Səbail Rayon Məhkəməsinin xx xxxx 2006-cı il tarixli qətnaməsi ləğv olunmuş, iddiaçı Cavabdeh Nurəliyeviçin cavabdeh İddiaçı qarşı həyatyanı sahənin bərabər bölünərək hasar çəkilməsi, evin cavabdehə məxsus hissəsində küçəyə çıxış 2 metr enində hissəsinin bərpa olunması barədə iddiasının təmin olunmaması, qarşılıqlı İddiaçı Cavabdeh Nurəli oğluna qarşı Bakı şəhəri 6-cı Bayıl küçəsi 104 a saylı evin arxa hissəsinə giriş yolunun açılmasına dair iddiasının təmin edilməsi, həmin evin arxa hissəsinə giriş yolunun açılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx xxxxxxxx 2006-cı il tarixli 6K-2246 saylı qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin MİÜMK-nın xx xxxx 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İşdə olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(009)- 438/2017 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikililərin sökülməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(103)-2067/2018 saylı qətnaməsi ilə Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(009)-438/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4552/2018 saylı, xx xxxx 2018-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(103)- 2067/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(009)-776/2019 nömrəli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, 8173 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri Səbail rayonu Litvin Babayev küçəsi, 104a saylı ünvanda yerləşən tikililərə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə tərtib olunmuş texniki pasportun göstəricilərindən əlavə (5,70x4,9) +(3,2x3,3)=38,5 kv.m tam başa çatmamış tikilinin, 1,5x2=3,0 kv.m sanitar qovşağının, 3,50x3,50=12,2 kv.m sahədə sanitar qovşağının və 2,30x3,0=6,9 kv.m yardımçı sahənin inşa olunduğunu nəzərə alaraq texniki pasportun məlumatlarına uyğun gəlmədiyi müəyyən edilir. Bakı şəhəri Səbail rayonu Litvin Babayev küçəsi, 104a saylı evin arxa hissəsində giriş-çıxışı bağlayan və Cavabdeh tərəfindən inşa edilən arakəsmənin iddiaçıya maneə yaradıb-yaratmaması məsələsi tikintitexniki ekspertin səlahiyyətinə aid olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır. Məhkəmə kollegiyası tərəfindən yerli baxış keçirilərkən müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail rayonu Litvin Babayev küçəsi, 104a saylı evin arxa hissəsində giriş-çıxış yolu həqiqətən bağlanmış, yəni həmin yoldan praktiki cəhətdən istifadə etmək mümkün deyildir. Həmin giriş-çıxış yolu ensiz olduğuna görə giriş-çıxış üçün əlverişli deyildir. Bundan əlavə, müəyyən edilmişdir ki, həmin giriş-çıxış yolunun qarşısında Cavabdeh tərəfindən tikililər inşa edilmiş, həmin tikililərin sökülməsi barədə İddiaçı iddiası Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(009)-438/2017 saylı qətnaməsi ilə təmin olunmamış, birinci instansiya məhkəməsinin həmin qətnaməsi Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli qətnaməsi ilə, apelyasiya məhkəməsinin qeyd olunan qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İddianı rədd edən məhkəmələr bu qənaətə gəlmişlər ki, Cavabdeh tərəfindən inşa edilmiş və İddiaçı tərəfindən sökülməsi tələb olunan həmin tikililərin (hamam, sanitar qovşağı və yarımçıq beton tikinti) İddiaçı və digər sakinlərə evdən istifadə imkanlarına hər hansı maneə yaratması müəyyən edilməmişdir. Yerli baxış zamanı həmçinin müəyyən edilmişdir ki, İddiaçı evinə digər tərəfdən giriş-çıxış yolu mövcuddur. Beləliklə, müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Apelyasiya Məhkəməsinin xx xxxx 2006-cı il tarixli 1MK-4036/06 saylı qətnaməsi qəbul olunduqdan sonra ötən 14 il ərzində mübahisəli ərazidə yeni tikililər inşa olunmuşdur. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, hazırkı iddianın qaldırılması tərəflər arasında uzun müddətdir ki, davam edən qərəzli münasibətlərin nəticəsi olub iddiaçının evinin arxa hissəsinə girişçıxış yolunun bərpa olunması məqsədlərinə xidmət etmir. Yuxarıda qeyd olunduğu kimi, həmin yol ensiz olmaqla və yolun qarşısında yeni tikililər inşa olunmaqla giriş-çıxış üçün əlverişli deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(009)-776/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4593/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4593/2020
22.09.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver