Məhkəmə qərarları › İş №2(103)-4609/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4609/2023

07.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4609/2023 07.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X21 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X11 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, iddiaçı X4 nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil1 iştirakları ilə, iddiaçı X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası ƏMDK yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X22 1 saylı Bakı Ərazi İdarəsi, LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Bakı şəhəri 29 saylı Notariat Ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mənzilin qanunsuz sahiblikdən geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2906/2022 saylı, 27 iyul 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 17 avqust 1964-cü ildə X5 rəsmi nikah əsasında X12 ilə ailə qurmuşdur. 15 fevral 1980-cı il tarixli, 14 saylı övladlığa götürmə aktına əsasən xx xxxxxxxx 1972-ci il tarixdə doğulmuş İddiaçı X12 tərəfindən X10 adı ilə övladlığa götürülmüşdür.

2. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə ərizəçi Cavabdeh1 “qohumluq faktının və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilərək, Cavabdeh1 X8 bacısı oğlu olması faktının müəyyən edilməsi, sonuncunun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, 02 saylı evin 34 saylı mənzilinin Cavabdeh1 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi və onun həmin evə mülkiyyət hüququnun tanınması qət edilmişdir.

3. 22 oktyabr 2011-ci il tarixli Çıxarışa əsasən, Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, 02 saylı evin 34 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınmışdır.

4. 29 noyabr 2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, 02 saylı evin 34 saylı mənzili 50.000 manata Cavabdeh2 Ağamməd oğluna satmış və 01 fevral 2012-ci il tarixli Çıxarışa əsasən mənzil mülkiyyət hüququ üzrə sonuncunun adına qeydə alınmışdır.

5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 iyul 2014-cü il tarixli qərardadı ilə maraqlı şəxs X4 apellyasiya şikayəti qismən təmin edilərək, məhkəməyə aid hüquq haqqında mübahisə olduğundan iş üzrə Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2011-ci il tarixli qətnaməsinin ləğv edilməsi, qohumluq faktının və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə Cavabdeh1 ərizəsinin baxılmamış saxlanılması və ərizəçi X6 ümumi əsaslarla iddia vermək hüququ izah edilmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 avqust 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı X4 Cavabdeh1 və digərlərinə qarşı “qanun üzrə yeganə vərəsə kimi tanınması, mirasa dair vərəsəlik şəhadətnaməsinin verilməsinin 12 saylı DNK-na həvalə edilməsi” barədə ilkin iddiası təmin, Cavabdeh1 Allahvar oğlunun X6 qarşı “vəsiyyətnamə üzrə vərəsəlik hüququnun tanınması” barədə qarşılıqlı iddiası rədd edilərək, X4 adına miras qalmış Bakı Şəhəri, Bakıxanov küçəsi, 02 saylı evin 34 saylı mənzilinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin 12 saylı DNK-na həvalə edilməsi qət edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 17 iyun 2015-ci il tarixli qərardadı ilə maraqlı şəxs X4 ərizəsi təmin edilərək, Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2011-ci il tarixli qətnaməsinin icrasına dönüş edilmiş, Bakı Şəhəri, Yasamal Rayonu, Bakıxanov küçəsi 02 saylı evin 34 saylı mənzilinin X8 adına qeydiyyatının bərpa edilməsi və qərardadın icrasının Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə tapşırılması qərara alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı X10 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Azərbaycan Respublikası ƏMDK yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X22 1 saylı Bakı Ərazi İdarəsi, LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Bakı şəhəri 29 saylı Notariat Ofisini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilə dair Cavabdeh1 adına verilmiş xx.xx.2011-ci il tarixli çıxarışın ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən 34 saylı mənzilə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 29 noyabr 2011-ci il tarixli, 4Ə-02/207 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 2 ünvanında yerləşən 34 saylı mənzilə dair Cavabdeh2 adına verilmiş xx.xx.2012-ci il tarixli çıxarışın ləğv edilməsi və ünvan 2 ünvanında yerləşən 34 saylı mənzilin qanunsuz sahiblikdən geri qaytarılması, mənzilin boşaldılaraq onun sahibliyinə verilməsinin cavabdehlərə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

9. İddia onunla əsaslandırılmışdır ki, X2 Nigar Məhərrəm qızı ilə xx.xx.1964-ci il tarixdə rəsmi nikaha daxil olmuş, o, onlar tərəfindən övladlığa götürülmüş, X12 14 yanvar 2011-ci İdə vəfat etmişdir. ünvan 2 ünvanında yerləşən 34 saylı mənzil X9 mülkiyyətində olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə ərizəçi Cavabdeh1 qohumluq faktının və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilərək, Cavabdeh1 X8 bacısı oğlu olması faktının müəyyən edilməsi, X8 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 34 saylı mənzilin Cavabdeh1 tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi və onun həmin evə mülkiyyət hüqununun tanınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 03 iyul 2014-cü il tarixli qərardadı ilə yuxarıda qeyd edilən qətnamədən onun tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, qətnamə ləğv edilib, iddia rədd edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilərək adına miras qalmış Bakı şəhəri, Bakıxanov küçəsi, ev 2 ünvanında yerləşən 34 saylı mənzilinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin 12 saylı DNK-na həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2015-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2011-ci il tarixli, 2(004)-5645/2011 saylı qətnaməsinin icrasında dönüş edilmiş və ünvan 2 ünvanında yerləşən 34 saylı mənzilin X8 adına qeydiyyatı bərpa edilmiş və qərardadın icrası ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilmişdir. Qərardad DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən icra edilməmiş və buna əsas kimi göstərilmişdir ki, mənzilin xx.xx.2012-ci il tarixdə Cavabdeh2 adına alqı-satqı əsasında rəsmiləşdirilib sonuncunun adına reyestrdən çıxarış verilməsinə və mənzilin xx.xx.2014-cü il və xx.xx.2015-ci il tarixlərdə "xxxx" ASCnin xeyrinə yüklü edilməsinə münasibət bildirilməmişdir. Vərəsə olaraq mülkiyyət hüququnun qeydə alınması və mənzilin sahibliyinə qaytarılması ilə bağlı onun bütün cəhdləri nəticəsiz qalmışdır. Bu səbəblə, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İddia ərizəsi üzrə təqdim edilən sənədlərdən müəyyən olunur ki, Cavabdeh1 özü barəsində həqiqətə uyğun olmayan məlumatları (guya mərhum Nigar Musayevanın yeganə vərəsəsi olması və sair) məhkəməyə təqdim etməklə qanunsuz qətnamənin çıxarılmasına nail olmuş, qətnamə qanuni qüvvəsini aldıqdan dərhal sonra çıxarış əldə etməklə mənzili özgəninkiləşdirmiş, daha sonra yeni mülkiyyətçi mənzilə dair ipoteka müqaviləsi bağlamaqla mənzili bankın xeyrinə yüklü etmişdir. Cavabdeh1 mənzilə dair mülkiyyət hüququnu yaradan qətnamə ləğv edildiyindən və həmin qətnamə qanunsuz olduğundan mənzilə dair Cavabdeh1 mülkiyyət hüququ həqiqi olmayan hüquq üzrə yaranmışdır. Odur ki, Cavabdeh1 həqiqi mülkiyyətçi olmadığından onun mənzilə dair səlahiyyətsiz şəxs olaraq bağladığı əqdlər əhəmiyyətsiz əqd olmaqla hər hansı hüquqi nəticə yaratmır. Cavabdeh1 mənzilə dair əldə etdiyi çıxarış, həmin qanunsuz çıxarış əsasında bağladığı əqd və həmin əqd əsasında digər Cavabdeh2 əldə etdiyi çıxarış, ümimilikdə mənzilə dair mülkiyyət hüququnun qeydiyyatı qanunsuz əsaslar üzrə aparıldığından, etibarlı və hüquqi nəticələr yaradan qeydiyyat hesab oluna bilməz, bu isə həmin çıxarışların ləğv edilməsini zəruri edir. Onun hazırki tələbi əmlakla bağlı aparılmış əməliyyatların nəticələrinin aradan qaldırılmasına və mənzilin qanunsuz sahiblikdən geri alınmasına əsaslanır. O, mənzlin mərhum sahibi Nigar Musayevanın yeganə vərəsəsidir və mənzilin potensial mülkiyyətçisidir. Bu hal qanunin qüvvəsini almış məhkəmə aktları ilə təsdiq olunmuşdur. Lakin cavabdehlər mənzili naturada təhvil vermirlər, mənzil faktiki sahibsiz qalmışdır. Belə vəziyyətdə mənzil öz potensial mülkiyyətiçisinin sahibliyinə qaytarılmalıdır. Bu həm də onun xeyrinə çıxarılmış məhkəmə aktının icrasına gətirib çıxaracaqdır.

10. Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil1 iddiaya etiraz təqdim edərək qeyd etmişdir ki, Cavabdeh2 mübahisə predmeti olan əmlakı vicdanlı əldə edən olmuşdur. Belə ki, Cavabdeh2 xx.xx.2011-ci il tarixdə əmlakı əldə edərkən əmlak mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olmuşdur və notariatda müqavilə bağlanarkən əmlakın Cavabdeh1 keçməsi barədə məhkəmə qərarı qüvvədə olmuş və ona qarşı hər hansı bir etiraz və ya şikayət olmamışdır. İddiaçı özü də bu faktı təsdiq edir və qeyd edir ki, həmin qətnamədən 2014-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Belə olan halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə Cavabdeh2 ilə bağlanılmış alğı-satqı müqaviləsi etibarsız sayıla bilməz və ona verilmiş mübahisəli mənzilə dair çıxarış ləğv edilə bilməz. Həmçinin, iddiaçı əqdin etibarsızlığı ilə bağlı iddia müddətini ötürmüşdür. Mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Həmçinin, iddiaçı qanunvericilikdə müəyyən edilmiş 6 ay müddətində miras payı qəbul etsəydi hazırki mübahisə yaranmazdı. İddiaçının iddia tələbləri çıxarışların ləğvi hissəsində inzibati mübahisə predmeti olduğu üçün hazırki işdə baxıla bilməz. Belə ki, qeyd olunan çıxarışlar inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestri haqqında qanuna müvafiq olaraq verilmişdir. İddiaçı, iddia tələbi alqı-satqı müqavilələrinin etibarsız sayılması hissəsində təmin edildiyi halda inzibati orqana müraciət edərək mübahisəli mənzil üzərində hüquqların qeydiyyatında dəyişikliyi tələb edə bilər. İş üzrə Cavabdeh1 əsassız varlanmış şəxsdir. Belə olan halda mənzilin bazar dəyəri üzrə varlanma miqdarı müəyyən edilməli və iddiaçıya ödənilməsi təmin edilməlidir.

11. Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 iddiaya etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının öz iddia tələbini Məcəllənin 384.0.4-cü maddəsi ilə əlaqələndirilməsi düzgün hesab edilə bilməz. Bununla əlaqədar məsələyə münasibət bildirilərkən hər bir cavabdehə münasibətdə qanunun aliliyi baxımından fərqli yanaşılmalıdır. Bu halda vicdanlı alıcının hüquqları gözlənilməlidir. İddiaçının öz hüquqlarının pozulduğunu bildiyi vaxt (gün və il baxımından) və onun öz hüquqlarının pozulduğunu bilməsini sübut edən faktlar hansılardır?! İddiaçı tərəfindən təqdim olunan Yasamal Rayon Məhkəməsinin xx.xx.2011ci il tarixli 2(004)-5645/2011 nömrəli qətnaməsindən məlum olur ki, Cavabdeh1 mübahisəli mənzilə münasibətdə mülkiyyət hüquqları tanınıb. Maraqlı şəxs hazırkı iş üzrə iddiaçı Ofeya Musayevanın şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(103)-3880/2014 saylı qərardadı əsasında Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ləğv edilərək, Cavabdeh1 ərizəsi baxılmamış saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsində xx.xx.2014-cü il tarixdə işə baxılarkən hazırkı iddiaçının aşağıdakı məzmunda ifadəsi qərarda qeyd edilib: “şikayəçiyə (yəni hazırkı iddiaçı Ofelya Musayevaya) bu yaxınlarda bəlli olmuşdur ki, ərizəçi vəsiyyətnamə əsasında ... evi öz adına keçirmişdir”. Beləliklə, hazırkı iddiaçı Ofelya Musayeva 2014-cü ildən etibarən bilmişdir ki, mübahisəli mənzilə dair Cavabdeh1 adına xx.xx.2011-ci il tarixdə dövlət reyestrindən “Çıxarış” verilmişdir. Bu baxımdan hazırkı iddiaçı 2014-cü ildə Cavabdeh1 adına dövlət reyestrində aparılmış qeyd əsasında verilmiş çıxarışın ləğvini məhkəmə qaydasında tələb etmək hüququna malik olduğunu bilmişdir. İddiaçı tərəfindən təqdim olunmuş Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-6261/2015 saylı qətnaməsindən və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)- 204/2016 saylı qətnaməsində hazırkı iddiaçı Ofelya Musayevanın aşağıdakı məzmunda ifadələri vardır: “Mübahisəli mənzilin ilkin mülkiyyətçisi miras qoyan Nigar Musayeva xx.xx.2011-ci il tarixdə rəhmətə getmişdir. Mərhum rəhmətə gedəndən sonra mübahisəli mənzilə gələrkən onlara məlum olmuşdur ki, Cavabdeh1 mənzilin açarını dəyişmiş və mənzili (evi) öz adına keçirmişdir. Bundan sonra həmin qətnamədən şikayət verərək Cavabdeh1 xeyrinə çıxarılmış qətnaməni ləğv etdirmişdir”. Eyni zamanda iddiaçının nümayəndəsi xx.xx.2015-ci il tarixli məhkəmə qətnaməsində iddiaçının mənafeyi baxımından qeyd edib ki, “Dövlət Notariat Kontoruna müraciət edən zaman DƏDRX-dən sənəd götürmək istədikdə iddiaçıya bəlli olmuşdur ki, cavabdeh miras əmlakı adına keçirmişdir”. Qeyd olunanlarla müəyyən olunur ki, iddiaçı məhz 2011-ci ildə bilmişdir ki, mənzil Cavabdeh1 adına keçirilib. İddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxt 2011ci ilə təsadüf edir. Çünki məhkəmə qətnamələrində iddiaçı və onun şahid qismində məhkəmədə dindirilmiş oğlu bildiriblər ki, Notarial kontorda DƏDRX-dən sənəd götürmək istəyərkən onlara məlum olub ki, mənzilin mülkiyyətçisi başqa şəxsdir. Cavabdeh1 adına 22 oktyabr 2011-ci ildə ********** qeydiyyat nömrəsi əsasında çıxarış verildiyi nəzərə alınarsa, onda məlum olur ki, iddiaçı oktyabr 2011-ci il tarixdən etibarən bilmişdir ki, mübahisələndirilən Bakıxanov küçəsi, 2 saylı evin 34 nömrəli mənzili Cavabdeh1 mülkiyyətinə keçirilməklə, sonuncunun adına çıxarış verilmişdir. Beləliklə, hazırkı iddiaçı Daşınmaz əmlaka dair Cavabdeh1 adına çıxarışın 2011-ci il oktyabr ayından etibarən verildiyini bildiyi halda, AR MM-nin 373-cü maddəsinin tələblərinə əsasən 10 il ümumu iddia müddətini heç bir üzürlü səbəb olmadan buraxmışdır. Yəni, iddiaçı 10 il 7 aydan sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bu baxımdan iddia müddətin tətbiqi barədə məhkəməyə ərizə təqdim olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən məlum olur ki, mübahisələndirilən 34 saylı mənzil 22 oktyabr 2011-ci il tarixdə dövlətt reyestrində Cavabdeh1 adına qeydiyyatdan keçdikdən sonra, qeyd olunan mənzil sonuncu tərəfindən 29 noyabr 2011-ci il taridə notarial alqı-satqı qaydasında Cavabdeh2 satılmışdır. İş materiallarına əlavə edilmiş alqı-satqı müqaviləsinin surətindən məlum olur ki, mübahisəli mənzil sonuncuya 50000 manata satılmışdır. Mənzili notarial alqı-satqı qaydasında əldə etmiş Cavabdeh2 mübahisələndirilən 34 saylı mənzilə dair DƏDRX-dən 01 fevral 2012- ci il tarixdə çıxarış əldə etmişdir. Nəzərə alınmalıdır ki, hazırkı mülki iş üzrə iddiaçı Ofelya Musayeva 06 avqust 2015- ci il tarixdə Yasamal Rayon Məhkəməsində məhkəmə baxışları zamanı bilmişdir ki, (hətta bilməli olduğu üçün) mübahisələndirilən mənzilin mülkiyyətçisi Cavabdeh2dur. Bu təkzib olunmaz fakt baxımından iddiaçı AR MM-nin 373-cü maddəsinin tələblərinə əsasən daşınmaz əşyalarla bağlı alqı-satqı müqaviləsini 6 il müddətində ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edə bilərdi. Göründüyü kimi belə bir hərəkət olmamışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, əqdin etibarsızlığı ilə əlaqədar iddia müddəti AR MM-də 1 il müəyyən olunub. Hər iki əsasdan iddiaçı üzrlü səbəb olmadan iddia müddətini buraxmışdır. Vicdanlı alıcıya münasibətdə iddia müddətin tətbiqi mütləqdir. İddiaçı Ofelya Musayevanın ona qarşı tələbləri üzrə iddia müddətləri üzrsüz səbəbdən buraxıldığı işin hallarından məlum olur. Eyni zamanda iddiaçının digər Cavabdeh2 münasibətdə, həm iddia müddəti buraxılıb, həm də Cavabdeh2 vicdanlı alıcıdır. Nəzərə alınmalıdır ki, o, Cavabdeh2 mənzili satana qədər şəxsən onu tanımamış, qohumluq və yaxınlıq münasibətləri olmamışdır. Qanunvericiliyin tələblərinə uyğun formada mübahisələndirilən 34 saylı mənzil həmin vaxt mövcud olmuş bazar qiymətlərinə uyğun formada alıcıya satmışdır. Məhkəmə nəzərə almalıdır ki, iddiaçının ona qarşı olan tələbi əşya hüquqları ilə əlaqəli olsada, digər cavabdehə münasibətdə həmin cavabdehin vicdanlı alıcı olması və iddiaçının 2011-2014-cü illər dövründə mübahisəli mənzilin alqı-satqı müqaviləsi əsasında sonuncuya satıldığını bilmişdir. Ona görə də Cavabdeh2 münasibətdə AR KM-nin vicdanlı alıcı ilə əlaqədar formalaşmış hüquqi mövqeyi nəzərə alınmaqla, AR MM-nin 373.2-ci maddəsinə əsasən daşınmaz əşyalarla əlaqədar müqavilə tələbi olduğundan bu halda 6 illik iddia müddəti tətbiq olunmalıdır. Məlum olduğu kimi, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddiaçının 2011-ci ildən mübahisəli mənzilin onun mülkiyyətində olması faktını bilməsi, eyni zamanda bu mənzilin digər cavabdeh tərəfindən satın alındığını bildiyi 2012-2015-ci illər dövründə hazırkı tələblə məhkəməyə müraciət etməməsi vicdanlı sahibin hüquqlarını pozmamalıdır. Çünki MM-nin 377.1-ci maddəsində iddia müddətin axımının başlanmasının ümumi qaydası müəyyən edilib. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətini deyil, müqavilədən kənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. İddiaçının hazırkı iddia tələbi üzrə mübahisələndirdiyi ünvan 3 ünvanında yerləşən 34 saylı mənzilə dair vərəsəlik hüququndan irəli gələn mübahisə olduğundan, bu mübahisə birbaşa mülkiyyətçinin pozulmuş hüququ hesab olunmamalıdır. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq 2 qrupa ayrılır; a) tam əşya hüququ - mükiyyət hüququ; b) məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik (bax. KM xx.xx.2013-cü il tarixli qərarına), girov və ipoteka aiddir. Bu qərarda şəxsin vərəsə kimi məhkəmə qaydasında tanınması və onun mirası faktiki və hüququ qəbul etməməsi ona mülkiyyətçi hüquqları vermir. KM-nin bu qərarında da tikintiyə vərəsəlik hüququ qeyd olunub. Mülkiyyət hüquqlardan istifadə edilməməsi müddətlə məhdudlaşdınlmamasına baxmayaraq, vicdanlı alıcı tərəfin hüquqlarının pozulmasına əsas olmamalıdır. Eyni zamanda vərəsə mirası faktiki və huquqi qəbul etməyib. Nəzərə alınmalıdır ki, AR MM-nin 1246-cı maddəsi vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Altı ay keçdikdən sonra qanunvericilik mirasın qəbuluna yol vermir. Bu baxımdan miras saxlayan yanvar 2011-ci ildə rəhmətə getmişdir. Hazırkı iddiaçı vərəsə kimi tanınması məqsədilə Məhkəməyə 2015-ci ildə müraciət etmişdir. Mirası faktiki və hüquqi qəbul etmədən, həmin vaxt mübahisələndirilən 34 saylı mənzil digər Cavabdeh2 mülkiyyətində olduğu halda, iddiaçının iddia tələbi əsasında xx.xx.2015-ci il tarixdə Yasamal Rayon Məhkəməsinin 2(004)-6261/2015 nömrəli qətnaməsi əsasında vərəsə kimi tanınmışdır. Hansı ki, həmin vaxt mirasın vərəsə tərəfindən qəbulu müəyyən edilməli və həmin vaxt əmlakın hazırkı mülkiyyətçisinə dair və başqalarına dair iddia tələbləri ilə iddiaçı çıxış edə bilərdi. Bu baxımdan vərəsə kimi 2015-ci ildə məhkəmə qaydasında tanınmış hazırkı iddiaçı faktiki və hüquqi baxımdan mirası qəbul etmədiyi halda, onun hal-hazırda hüquqlarından istifadə etməsi vicdanlı alıcının hüquqlarını məhdudlaşdırmamalıdır.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2906/2022 saylı 27 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 və Cavabdeh2 arasında Bakı şəhəri, Bakıxanov küçəsi, ev 2 ünvanında yerləşən 34 saylı mənzilə dair imzalanmış 29 noyabr 2011-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qeyd edir ki, iddia ərizəsi bu hissədə təmin edilməməlidir. Belə ki, Cavabdeh2 ilə Cavabdeh1 arasında ünvan 2 ünvanında yerləşən 34 saylı mənzilə dair mübahisələndirilən əqd notariat kontorunda təsdiq edilərkən qanunvericiliyin tələblərinin pozulması müəyyən edilmir. Həmçinin, qeyd edilən alqı-satqı müqaviləsi bağlanan zaman Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2011-ci il tarixli 2(004)-5645/2011 saylı qətnaməsi qüvvədə olmuş, mübahisəli mənzil Cavabdeh1 mülkiyyətində olmuşdur. Cavabdeh2 mübahisəli mənzili birbaşa Cavabdeh1 50000 manata almış və onunla alqısatqı müqaviləsi bağlamışdır. Cavabdeh1 iddia tələbinə dair etiraz ərizəsinin məzmunundan da görünür ki, o, mənzili satana qədər Cavabdeh2 tanımamışdır. Qeyd olunan hallar isə Cavabdeh2 vicdanlı tərəf olmasına dəlalət edir.

14. Həmçinin məhkəmə o halı da qeyd edir ki, iddiaçı xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanmasından on ildən artıq vaxt keçdikdən sonra, xx.xx.2022-ci il tarixdə bu əqdi məhkəmədə mübahisələndirmişdir. İddiaçı vərəsəliyin tanınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərkən, məhkəmə qərarı əsasında miras əmlakın Cavabdeh1 verildiyi ona məlum olmuş və onun tərəfindən qətnamədən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin 03 iyul 2014-cü il tarixli qərardadı ilə qətnamə ləğv edilmişdir. İddiaçı artıq məhkəmə qərarı əsasında miras əmlakın Cavabdeh1 verildiyi bildikdə, xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinin bağlanması bilmiş və ya bilməli olmuşdur. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 noyabr 2015-ci il tarixli 2(102)-4886/2015 nömrəli qərarından görünür ki, maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 4 ünvanında yerləşən 34 saylı mənzilin xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmasını göstərmişdir. xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsi mübahisələndirilən əqddir və iddiaçı alqı-satqı müqaviləsinin bağlanmasını bildiyi vaxtdan bir il ərzində müqaviləni mübahisələndirməmişdir. Bu halın mövcud olması da, iddianın həmin hissədə rədd edilməsi üçün müstəqil əsasdır.

15. Məhkəmə iddia tələbinin ünvan 5 ünvanında yerləşən 34 saylı mənzilə dair Cavabdeh1 adına verilmiş xx.xx.2011-ci il tarixli çıxarışın ləğvinə münasibətdə qeyd etmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir. Cavabdeh1 tərəfindən mənzil alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmiş, bundan sonra həmin əmlak Cavabdeh2 adında qeydiyyata alınmışdır. Göründüyü kimi, hazırda artıq Cavabdeh1 adına həmin əmlaka dair hər hansı hüquq qeydiyyata alınmamışdır. Qeyd edilənləri və iddia tələbinin mübahisəli mənzilə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyini nəzərə alaraq hesab edir ki, Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi də artıq hüquqi əhəmiyyətini itirmişdir.

16. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı Cavabdeh1 adına verilmiş çıxarışın ləğvi ilə bağlı ümumi iddia müddətini ötürmüşdür. Belə ki, mübahisəli mənzil Cavabdeh1 adına xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən 10 il müddət keçdikdən sonra çıxarışın ləğvini tələb etmiş, bununla da ümumi iddia müddətini ötürmüşdür. Cavabdeh1 iddia müddətinin tətbiqinə dair məhkəməyə yazılı ərizə təqdim etmişdir.

17. Məhkəmə gəldiyi nəticəni, Mülki Məcəllənin 144.1, 144.2, 144.3, 148.2, 149.2, 182.1, 337.1, 347.1, 373.1, 375.2, 647.1-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

18. Qətnamədən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iki cavabdeh arasında olan əqdin etibarsızdır, əqd səlahiyyətsiz şəxs tərəfindən imzalanmışdır, Cavabdeh1 mənzilə dair mülkiyyət hüququ qanunsuz qətnamə əsasında yarandığından və həmin qətnamə daha sonra ləğv edildiyindən, Cavabdeh1 əqdi imzalamaq səlahiyyəti olmamışdır. Lakin məhkəmə iddiaçı tərəfindən işin təqdim edilmiş hallarına qanunvericiliyin normalarına tətbiq etmək əvəzinə həmin xüsusatlara ümumiyyətlə qiymət verməmiş, əsassız olaraq əqdin etibarlı olması qənaətinə gəlmişdir. Bu isə Mülki Məcəllənin əqdin etibarsızlığını tənzimləyən normalarının tələblərinin pozulmasına səbəb olmuşdur. Məhkəmə Cavabdeh2 münasibətdə onun vicdanlı alıcı olmasını əsas gətirmiş və hesab etmişdir ki, əgər Cavabdeh2 vicdanlı alıcıdırsa, ona münasibətdə əqdin etibarsız hesab edilməsi üzrə istənilən tələb əhəmiyyətsizdir. Bu yanaşma işin hallarına və qanunun tələblərinə uyğun deyil. Birincisi, işdən Cavabdeh2 vicdanlı alıcı olması müəyyən olunmur. Əksinə işin hallarının tam və hərtərəfli tədqiqi bunun əksinə nəticə çıxarmaq üçün əsas verir. Cavabdeh1 mənzilə çıxarış əldə etdikdən bir neçə gün sonra mənzili real qiymətindən qatqat aşağı qiymətə satmış, daha sonrakı illər ərzində alıcı Cavabdeh2 mənzildən hər hansı formada istifadə etməmiş, mənzil sadəcə iki dəfə girov qoyulmuş və girovdan çıxarılması üçün cəhd də edilməmişdir. Beləliklə, işin bu və digər halları Cavabdeh2 vicdanlı alıcı olmasını istisna edir. İkincisi, iddiaçının irəli sürdüyü tələbin əsasını əqdin əhəmiyyətsizliyi təşkil edir. Bu vəziyyətdə cavabdehin vicdanlı alıcı olması heç bir əhəmiyyət daşımır. Məhkəmə Cavabdeh1 münasibətdə göstərmişdir ki, 10 illik iddia müddəti ötürülüb, həmçinin çıxarışın ləğvinin artıq hər hansı əhəmiyyəti yoxdur. Hazırki tələbə iddia müddətinin tətbiqi əsassızdır, iddiaçının tələbi müqavilənin etibarsızlığı ilə yanaşı mənzilin qanunsuz sahiblikdən geri qalınması ilə bağlıdır. Dolayısı ilə 354 və 384-cü maddələrinin tətbiqi iddia müddətinin tətbiq edilməsini istisna edir. Hazırki mübahisə üzrə sübutların qiymətləndirilməsi zaman qanunvericiliyin tələbləri pozulmuşdur. Bu isə qanunsuz və əsassız qətnamə çıxarılmasına gətirib çıxarmışdır. Məhkəmənin qətnaməsi işin müəyyən edilmiş hallarına, tərəflərin münasibətinə, işdə olan sübutlara deyil, cavabdehlərin formal mülhizələrinə və məhkəmənin subyektiv yanaşmasına əsaslanmışdır. Bu isə qeyd edilən normaların tələblərinə uyğun deyil və qətnamənin ləğvi üçün yetərlidir. Hər bir halda məhkəmə qətnaməsi lazımi qaydada əsaslandırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş və qanunsuz qətnamə çıxarılmış, son nəticədə iddiaçının hüquqlarını pozulmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsində ilkin icraat

21. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6645/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2906/2022 saylı, 27 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş; iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş; ünvan 2 ünvanında yerləşən 34 saylı mənzilə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 29 noyabr 2011-ci il tarixli, 4Ə-02/207 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş; ünvan 2 ünvanında yerləşən 34 saylı mənzilə dair Cavabdeh2 adına verilmiş xx.xx.2012-ci il tarixli çıxarış ləğv edilmiş; ünvan 2 ünvanında yerləşən 34 saylı mənzilin qanunsuz sahiblikdən geri qaytarılmış və mənzilin boşaldılaraq iddiaçı X1 verilməsi cavabdehlərə həvalə edilmişdir.

22. Kollegiya hesab etmişdir ki, hazırkı halda ünvan 5 ünvanında yerləşən 34 saylı mənzilə dair Cavabdeh1 adına verilmiş xx.xx.2011-ci il tarixli çıxarış artıq hüquqi əhəmiyyətini itirdiyindən həmin hissədə iddia tələbi üzrə əlavə araşdırmanın aparılmasına və təmin edilməsinə lüzum yoxdur.

23. Kollegiya qeyd etmişdir ki, Cavabdeh1 iddia müddətinin tətbiqinə dair məhkəməyə ünvanladığı ərizə münasibətdə qeyd edir ki, hazırkı mübahisəyə iddia müddəti şamil edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə görə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir.

24. Həmçinin kollegiya qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 17 iyun 2015ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2011-ci il tarixli, 2(004)-5645/2011 saylı qətnaməsinin icrasında dönüş edilməklə və ünvan 2 ünvanında yerləşən 34 saylı mənzilin X8 adına qeydiyyatının bərpa edilməsi qərara alınmış olsa da qanuni qüvvəsini almış məhkəmə aktının icra edilməməsi qanunazidd olmuşdur. Belə ki, ünvan 2 ünvanında yerləşən 34 saylı mənzilin Cavabdeh1 mülkiyyətinə verilməsini əsas olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2011-ci il tarixli 2(004)-5645/2011 saylı qətnaməsi ləğv edildiyindən və sonuncunun mübahisəli mənzilə dair hər hansı hüququ mövcud olmadığından onun tərəfindən həmin mənzilin özgəninkiləşdirməsinə dair aparılmış bütün hərəkətlər özü özülyündə əhəmiyyətsizdir. Birinci instansiya məhkəməsi işin hallarını tam, hərətərəfli və obyektiv araşdırmadan, Mülki Məcəllənin 337.1, 337.3, 404.1, 404.2-ci maddələrinin tələblərini pozaraq qeyd olunan nəticəyə gəlmişdir. Halbuki, sadalanan maddi hüquq normalarının mənasına görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Belə olan halda Cavabdeh2 vicdanlı əldə edən olmuş olsa belə, Cavabdeh1 və Cavabdeh2 arasında Bakı şəhəri, Bakıxanov küçəsi, ev 2 ünvanında yerləşən 34 saylı mənzilə dair imzalanmış 29 noyabr 2011-ci il tarixli alğı-satqı müqaviləsi əhəmiyyətsiz olmaqla etibarsızdır.

25. Həmin qətnamədən Cavabdeh2 (Vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya instasiyası məhkəməsində icraat

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1516/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2(103)-6645/2022 saylı qətnaməsi qismən, Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, 02 saylı evin 34 saylı mənzilinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 29 noyabr 2011-ci il tarixli, 4Ə-02/207 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, 02 saylı evin 34 saylı mənzilinə dair Cavabdeh2 adına verilmiş 01 fevral 2012-ci il tarixli çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, 02 saylı evin 34 saylı mənzilinin qanunsuz sahiblikdən geri qaytarılması və mənzilin boşaldılaraq iddiaçı X1 verilməsinin cavabdehlərə həvalə edilməsi hissəsində ləğv edilmiş və mülki iş həmin hissələrdə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

27. Kollegiya ilk əvvəl qeyd etmişdir ki, mübahisəli mənzilə dair Cavabdeh1la Cavabdeh2 arasında alqı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması halı mülki iş materialları ilə təsdiq edilmir. Əksinə, alqı-satqı müqaviləsinə əsasən həmin mənzil Cavabdeh2 mülkiyyətinə keçib və sonuncu mənzili Cavabdeh1 50.000 manat ödəməklə satın alıb.

28. Apellyasiya instansiyası məhkəməsi, sözügedən alqı-satqı müqaviləsinin şərtlərini təfsir edərkən mənzilin Cavabdeh1 mülkiyyətinə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 09 sentyabr 2011-ci il tarixli qətnaməsinə əsasən keçməsini, mənzilə dair sonuncu ilə Cavabdeh2 arasında alqı-satqı müqaviləsi bağlanarkən həmin qətnamənin qüvvədə olmaqla, mənzilin üzərində hər hansı yüklülüyün olmamasını nəzərə almayıb. Sözügedən əqdi əhəmiyyətsiz əqd hesab etsə də, gəldiyi nəticəni kifayət qədər əsaslandırmayıb, başqa sözlə mübahisə edilən əqdlə, əhəmiyyətsiz əqdi biri-birindən ayırmayıb.

29. Hazırki halda sözügedən əqd cavabdehlər arasında hüquqi nəticələrə səbəb olub, yəni Cavabdeh2 həmin əqdə əsasən mənzilə mülkiyyət hüququ əldə edib və mənzildə müvafiq təmir işəri apararaq orada faktiki yaşayır. Göründüyü kimi, qeyd olunan hallar mübahisələndirilən əqdin açıq-aşkar əhəmiyyətsiz əqd olması nəticəsinə gəlməyə əsas vermir.

30. Kollegiya onu da qeyd etmişdir ki, Cavabdeh2 izahatında, iddaya etiraz ərizəsində sözügedən mənzili əvəzli şəkildə, yəni alqı-satqı müqaviləsində şərtləndirilmiş 50.000 manat pulu Cavabdeh1 ödəməklə satın aldığını, sonuncunu əvvəlcədən tanımadığını, mənzili vicdanlı əldə etdiyini göstərib iddiaya etiraz etsə də, apellyasiya instansiyası məhkəməsi onun bu dəlilləri üzrə kifayət qədər araşdırma aparmayıb.

31. Apellyasiya instansiyası məhkəməsi, ümumiyyətlə Cavabdeh2 mübahisəli mənzilə münasibətdə iddiaçının mümkün iddialarından xəbərdar olub-olmadığını, onun vicdanlı əldə edən sayılıb-sayılmadığını, habelə iddiaçının cavabdehlər arasında bağlanmış 29 noyabr 2011-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılmasına əsas verən halları nə vaxtdan bildiyini və ya bilməli olduğunu lazımi şəkildə araşdırmayıb və məhz Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində iddiaçının mülkiyyətindən məhrum olmasını nəzərə almayıb.

32. Daha sonra, işdən görünür ki, sözügedən alqı-satqı müqavilələri bağlanarkən Cavabdeh2 tərəfindən Cavabdeh1 mənzilin dəyəri olaraq 50.000 manat pul ödənilib və sonuncu özü də bu pulu aldığını inkar etmir. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının tələbi üzrə alqı-satqı müqaviləsini etibarsız hesab etsə də, həmin müqavilə üzrə tərəfləri əvvəlki vəziyyətə qaytarmamaqla Mülki Məcəllənin 337.5-ci maddəsinin tələblərini də pozmuşdur. Halbuki, həmin maddənin mənasına görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidirlər

Məhkəmə icraatı iştirakçılarının izahatları

33.Məhkəmə kollegiyasının iclasında iştirak iddiaçı X4 nümayəndəsi-vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, Ali Məhkəmənin mövqeyi aydındır, 3 əsasla işi geri qaytarmışdır, restutisiya, iddia müddəti və vicdanlı alıcı. Biz bir əsasla razılaşır. Belə ki, etibarsızlıq məsələsi varsa əvvəlki vəziyyətə geri qaytarılmalıdır. Lakin kassasiya məhkəməsinin digər iki mövqeyi ilə razılaşmırlar. Vicdanlılıqla bağlı bildirmişdir ki, iş materiallarına əlavə olunmuş notariat qovluğundan görsənir ki, bütün sənədlərin sonuna Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi əlavə olunmuşdur və üzərinə yazılıb ki, qanuni qüvvəsini almış və təsdiq olunmuşdur. Məlum oldu ki, Cavabdeh2 həmin ünvanda qeyri-yaşayış sahəsi vardır. Bununla bağlı çıxarış da vardır, yəni Cavabdeh2 oraya təsadüfən gəlmiş adam deyildir. Cavabdeh2 oranın faktiki mülkiyyətçisinin kim olduğunu, orada rəhmətə gedən, miras qoyan şəxsin kim olduğunu, ona kimin baxdığını bilirdi. O, hesab edir ki, bu faktın özü vicdanlılıq məsələsini aradan qaldırır, çünki o mənzilin sahibinin kim olmasından məlumatlı idi. Əgər çıxarış var idisə, Cavabdeh1 qətnaməni əlavə etməli deyildi. İddiaçının alğı-satqı müqaviləsindən 2015-ci il tarixində məlumatı olmuşdur. Yeganə vərəsə kimi tanınma barədə qətnamə ləğv olunur, iş baxılmamış saxlanılır, sonra iddiaçı qətnamədə geri dönüş barədə ərizə verir və məhkəmə qərardad çıxarır, icra üçün reyestr xidmətinə məktub göndərir. İddiaçı tez-tez reyestr xidmətinə məktub yazır və qərardadın icrasını xahiş edirl. Reyestr xidməti 2 əsasla imtina verir. Birincisi "xxxx" ASC-də yüklülük, ikincisi isə Cavabdeh2 adına alğı-satqı mövcuddur. Həmin məsələlər həll olunmadığına görə çıxarışın X4 adına rəsmiləşdirilməsi mümkün olmamışdır. Ona görə də iddiaçı hər hansı formada iddia ərizəsi qaldırmayıbdır, apellyasiya instansiya məhkəməsinin qərardadının icrasını gözləmişdir. Qərardad icra olunmadıqdan sonra o, banka müraciət etmişdir, bank bildirib ki, arxiv sənədləri yoxdur. O, təqribi 1 il ərzində bankdan məlumat almışdır. 4 il ərzində iddiaçının məhkəməyə müraciət etməməsinin səbəbi ondan ibarətdir ki, geri dönüş qərardadına istinad edərək DƏDRX-yə müraciət etmişdir. Restutisiya ilə bağlı bildirmək istəyirəm ki, müqavilə etibarsız sayılarsa o zaman restutisiya qaydaları tətbiq oluna bilər. Müddətin tətbiqi ilə razılaşmır. Konstitsusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən MM-nin 384-cü maddəsi tətbiq olunmalıdır. Burada kəsici müddətdən söhbət gedə bilməz. 34.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil2 bildirmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə, faktlar qanuni və əsaslı olmuşdur, qətnamədə qeyd olunan fikirlər qanuni və əsaslı olmuşdur. Hesab edir ki, apellyasiya şikayəti qanunsuz və əsassızdır, Ali Məhkəmənin öz qərarında qoymuş olduğu mövqe tam qanunidir. Cavabdeh1 və Cavabdeh2 heç bir yerdə tanışlığı olmamışdır. Evin mülkiyyətçisi Cavabdeh1 doğma bibisidir. Evin ilkin mülkiyyətçisi də iddiaçının qohumudur. Uşaqlıqdan onun övladlığa götürmə sənədi var imiş. Cavabdeh1 bibisini saxlayıb, dəfn xərclərini həyata keçirmişdir. Cavabdeh1 evi öz adına keçirdikdən sonra iddiaçı həmin sənədi ortaya çıxardır. Ev satışa qoyulduqdan sonra Cavabdeh2la Cavabdeh1 tanışlığı yaranmışdır. Adam evi 2012-ci ilin dekabr ayında almışdır. İl yarımdan sonra iddiaçı məhkəmə mübahisəsini qaldırmışdır. Cavabdeh2 evi Cavabdeh1 qanuni tələblərə uyğun olaraq almışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrində əmlak Sahibin adına olmuş və üzərində heç bir məhdudiyyət olmamışdır. Cavabdeh1 qətnaməni oraya əlavə etməsinə ehtiyac yoxdur, çünki şəxsin adında DƏDRX-dən çıxarış olmuşdur. Qətnamə həmin dövrdə mübahisə predmeti olmamışdır. 2015-ci ildən 2022-ci ilə qədər iddiaçının məhkəməyə müraciət etməməsinin səbəbinə dair hər hansı cavab yoxdur. Lap səbəb qoyulmuş olsa idi belə vicdanlı alıcılıq hüququ pozula bilməzdi. Cavabdeh1 Cavabdeh2ı tanımır, ayrı-ayrı sahələrin adamlarıdır və Cavabdeh1 Cavabdeh2la hər hansı formada alğı-satqıya qədər və notarial alğı-satqıdan sonra hər-hansı bir əlaqəsi olmayan adamlardır.xx.xx.2014-cü il tarixli, 2(103)-3880/2014-cü il saylı qərardadda iddiaçı ifadəsində qeyd edir ki, hazırkı iddiaçıya bu yaxınlarda bəlli olmuşdur ki, ərizəçi vəsiyyətnamə əsasında evi öz adına keçirmişdir. Deməli, 2014-cü ilin iyul ayında tərəf bildi ki, bu ev Cavabdeh1 adına keçirilmiş, daha sonra isə ev 2012-ci ildə Cavabdeh1 adından çıxmış və Cavabdeh2 adına keçmişdir. Əqdin etibarsızlığı ilə bağlı qanunvericilikdə 1 il müddət nəzərdə tutulmuşdur. İddiaçı təqribən 8 il müddət keçdikdən sonra əqdi mübahisələndirmişdir. Cavabdeh2 vicdanlı alıcı kimi hüquqları qorunmalıdır. Cavabdeh1 və Ofelya yaxın qohumdurlar. Hər ikisi rəhmətə gedənin bacısı uşaqlarıdır. Uşaqlıda vərəsə qoyan öz bacısı qızına həmin sənədi vermişdir və bundan Cavabdeh1 məlumatı olmamışdır. Cavabdeh1 Bakıda yaşadığı və bacısı oğlu olduğu üçün bütün bu işlərə baxmışdır, onun belə bir sənədin mövcudluğundan məlumatı olmamışdır. 2014-cü ildə həmin sənəd ortaya çıxandan sonra məhkəmədə müzakirə predmeti olmuş və qərar qəbul edilmişdir. 35.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil1 bildirmişdir ki, məhkəmə işi 2014-cü il tarixində başlamışdır. Cavabdeh2 həmin əmlakı 2012-ci il tarixində əldə etmişdir. Həmin dövrdə Cavabdeh1 həmin hüquqları əldə etdiyi barədə məhkəmə qərarı olmuşdur. Və həmin məhkəmə qərarı mübahisələndirilməmiş və həmin hüquqların mübahisələndirilməsinə dair reyestrdə hər hansı qeyd mövcud olmamışdır. Cavabdeh2 DƏDRX-nin həqiqilik prezumpsiyasına inanmışdır və həmin əmlakı əvəzli şəkildə 50.000 manat ödəyərək əldə etmişdir. Qeyd edilənlər ona əsas verir ki, onun hər hansı məhkəmə qərarından məlumatı olmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsində tərəflərin izahatı mövcuddur. Orada belə bir izahat mövcuddur ki, onların 2011-ci ildə də həmin notariat işindən məlumatı olmuşdur. Yüklülüklə bağlı bildirmişdir ki, əmlakın yüklülüyü olmuşdur. Əvvəlki məhkəmə iclasında bu məsələ araşdırıldı, məlum oldu ki, 2019-cu ildə bankdan bu məktubu alıblar. Sadəcə şəxsin buna vaxtı olmayıbdır və işçilərinə tapşırmışdır ki, bu məsələ ilə məşğul olun, onların səhlənkarlığı nəticəsində bu baş vermişdir. Şəxsin əmlakı satmaq niyyəti olmadığı üçün yüklülükdən çıxarmağa maraqları olmayıbdır. Cavabdeh1 və Cavabdeh2 arasında heç bir tanışlıq olmayıbdır. Onlar sadəcə vasitəçi vasitəsilə, makler vasitəsilə tanış olublar. Makler evi təklif edib və razılaşıblar, bəyəniblər. Cavabdeh1 evi qətnamə əsasında əldə edibdir. Həmin qətnamə qanuni qüvvədə olubdur. Qətnamələrin hamısı məhkəmədə məlum oldu. Alğı-satqı müqaviləsi bağlandığı dövrdə məhkəmə mübahisəsi olmamışdır. Əmlak birinci dəfə 2016-cı il tarixində beh müqavilənin təminatı kimi ipoteka qoyulmuşdur. Alğı-satqı müqaviləsi bağlandıqdan Cavabdeh2 həmin əmlaka sahiblik etmiş, istifadə etmiş və təmir elətdirmişdir. Hazırda orada kimin yaşamasından məlumatı yoxdur. Vicdanlı alıcılıqla bağlı bildirmişdir ki, hamıya məlumdur ki, Musayeva Ofelyanın əlindən çıxmış bir əmlak vardır. Lakin o bu əmlakı Eldardan istəyə bilməz. Onun hüququ vardır ki, Cavabdeh1 qarşı dəymiş maddi ziyanın ödənilmısini tələb etsin. 36.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasında iştirak etmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi hüquq norması

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 37.140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 38.324.1-ci, 324.2-ci və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 39.337.3-cü və 337.4-cü maddələrinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 40.337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 41.567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

Tətbiq edilən prosessual hüquq norması

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

42. 14.1 və 14.2-ci maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 43.77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 44.88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 45.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 46.220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

Apelyasiya baxışının hədləri 47.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 48.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 50.Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmetini qətnamənin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1516/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2(103)-6645/2022 saylı qətnaməsinin ləğv edilmiş və yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş hissədə yoxlanılması təşkil edir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

51.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. 52.İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 avqust 2015-ci il tarixli qətnaməsi ilə onun Cavabdeh1 və digərlərinə qarşı “qanun üzrə yeganə vərəsə kimi tanınması, mirasa dair vərəsəlik şəhadətnaməsinin verilməsinin 12 saylı DNK-ya həvalə edilməsi” barədə iddianın təmin edildiyinə istinad edərək cavabdehlər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçının qənaətinə görə, Cavabdeh2 mübahisəli mənzilə dair, bu mənzili özgəninkiləşdirmək hüququ olmayan digər cavabdehdən əldə etdiyinə görə, mülkiyyət hüququnu əldə etmədi, buna görə də hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması reallığa uyğun gəlmir. 53.Kollegiya ilk öncə qeyd etməyi zəruri sayır ki, Mülki Məcəllənin 140-ci maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən isə reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və sair hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Daşınmaz əmlak barədə reyestrin məzmununun qeyri-dəqiqliyinin müəyyən olunmasını iddiaçının bunu sübut etməsi ilə əlaqələndirilmişdir. İddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur. Əksinə o, buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. 54.“S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali MəhkəməsiMülki Kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. 55.Həmçinin, həmin Qərarda göstərilmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. 56.İş materiallarından göründüyü kimi cavabdehlər arasında Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, 02 saylı evin 34 saylı mənzilin alqı-satqısına dair xx.xx.2011-ci il tarixli müqavilə bağlanılmışdır. Mübahisələndirilən əqd bağlanan zaman Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 sentyabr 2011-ci il tarixli qətnaməsi qüvvədə olmuş, həmin qətnamə Cavabdeh1 mənzilə dair mülkiyyət hüququnun müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınması üçün əsas olmuşdur. Belə olan halda aydın olur ki, Cavabdeh2 mübahisəli mənzili mülkiyyət hüququ qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmış şəxsdən əldə etmişdir. Onun vicdanlığı həm əmlakın özgəninkiləşdirilməsinə dair müqavilə bağlanan zaman, həm də bu əmlakı faktiki mülkiyyətinə keçirdiyi anda mövcud olmuşdur. 57.Sübutetmə vəzifələrinin bölgüsü baxımından kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı, Cavabdeh1 adına Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, 02 saylı evin 34 saylı mənzilinə dair mülkiyyət hüququna malik olmasını təsdiq edən qeydin olmasına baxmayaraq, sonuncunun mübahisəli mənzili özgəninkiləşdirmək üzrə hüquqa malik olmadığı və ya əldə edilmiş əmlakla bağlı üçüncü şəxslərin iddialarının mövcudluğu barədə Cavabdeh2 məlumatlı olduğunu sübut etməlidir. Mübahisələndirilən alqı-satqı müqaviləsinə dair tərtib olunmuş notariat işinə Cavabdeh1 X8 vərəsəsi olmasını təsdiq edən qətnamənin əlavə edilməsi daşınmaz əmlak barədə reyestrin məzmununun natamam və qeyri-dəqiq olmasına dəlalət etmir. 58.İş materiallarından göründüyü kimi iddiaçı yuxarıda qeyd edilən bu halları təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir, iddia ərizəsində irəli sürdüyü dəlillər isə heç bir sübut növü ilə təsdiq edilməməklə mülahizə xarakter daşıyır. Qeyd olunmalıdır ki, sözügedən əmlakın alqı-satqısına dair xx.xx.2011-ci il tarixli müqavilə bağlanarkən alıcı Cavabdeh2 müqavilənin predmeti olan mənzilin satıcının deyil, iddiaçıya məxsus olmasını bilməli deyildi və bilə bilməzdi.

59. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə görə, mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqısatqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Belə ki, MM-in 337-ci maddəsinə əsasən əqd bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla, habelə məhkəmə tərəfindən etibarsız sayılır. Bu cür əqdin məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq, mülki qanunvericiliyin tələbinə görə belə əqd bağlandığı andan etibarsız sayılır, onun bağlanmasına niyyəti olan, o cümlədən mülkiyyət hüququnun mülkiyyətçidən əldə edənə keçməsi kimi hüquqi nəticə yaratmır və bu halda ümumi qaydaya uyğun olaraq tərəfin əldə etməsinin vicdanlılığından asılı olaraq ikitərəfli restitusiya formasında etibarsız əqdin nəticələri tətbiq olunmur. MM-in 157.3-cü maddəsinin mənasına görə isə vicdanlı sahiblik o halda mövcud ola bilərdi ki, əmlak bilavasitə mülkiyyətçidən deyil, bu əmlakı özgəninkiləşdirmək hüququ olmayan şəxsdən alınmış olsun və bu cür pozuntu ilə bağlanmış əqdin nəticələri ikitərəfli restitusiya yox, əmlakın qanunsuz sahiblikdən qaytarılması ilə əlaqədar olmuş olsun (vindikasiya).

60. Hazırki iş üzrə də qeyd olunmalıdır ki, mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, 02 saylı evin 34 saylı mənzilinin iddiaçının mülkiyyətinə qaytarılması barədə iddia tələbi Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən araşdırılmalıdır. İş materiallarından göründüyü kimi Cavabdeh2 mübahisəli əmlak üzərində sahibliyinin qanuni olmaması halı öz təsdiqini tapmışdır. Beləliklə iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı müəyyən edilir. 61.Məhkəmə qanunvericilik tərəfindən etibarsız əqdlər üzrə müddətlərin kəsici müddət kimi müəyyən edildiyini, kəsici müddətin isə iddia müddətinin bir növü olduğunu nəzərə alaraq hesab edir ki, Cavabdeh2 münasibətdə iddia əsassız olması səbəbi ilə rədd edildiyindən kəsici müddətin tətbiqindən məhkəmə tərəfindən imtina edilməlidir. 62.Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri sayır ki, mübahisəli əmlakın iddiaçının iradəsinə zidd olaraq Cavabdeh1 adına dövlət reyestrində qeydə alındıqdan sonra vicdanlı üçüncü şəxsin-Cavabdeh2 əvəzli qaydada əldə etməsi mübahisələndirilən müqavilənin etibarsızlığını istisna etsə də, bu hal birinci cavabdehin adına tərtib olunmuş qeydin etibarsız sayılmasından imtina edilməsi üçün qanuni əsas ola bilməz. Əksinə Cavabdeh1 qanunsuz hərəkətləri ilə əmlakın adına mülkiyyət hüququ ilə qeydiyyata alınmasına nail olması nəticəsində adına tərtib edilmiş qeydin əhəmiyyətsizliyinin məhkəmə qaydasında təsbit edilməsi əmlakından məhrum edilmiş iddiaçıya zərər vurulmasında təqsirli olan şəxsin müəyyən edilməsi və dəymiş zərərin ödənilməsinin təmin olunması baxımından vacib əhəmiyyətə malikdir.

63. Bununla bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Cavabdeh1 adına verilmiş çıxarışın ləğvi ilə bağlı ümumi iddia müddətini ötürmüşdür. Belə ki, mübahisəli mənzil Cavabdeh1 adına xx.xx.2011-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən 10 il müddət keçdikdən sonra çıxarışın ləğvini tələb etmiş, bununla da ümumi iddia müddətini ötürmüşdür. Cavabdeh1 iddia müddətinin tətbiqinə dair məhkəməyə yazılı ərizə təqdim etmişdir.

64. Kollegiya birinci instansiya məhkəməsinin iddianın bu hissəsinə dair sərgilədiyi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, 02 saylı evin 34 saylı mənzili öz hüquqi statusuna görə daşınmaz əşyadır və bu barədə müvafiq müddətin tətbiq edilməsinə dair cavabdeh tərəfin dəlili əsaslı sayıla bilməz. Belə ki, mülki qanunvericiliyə görə fərdi-müəyyən əşyalar üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz, elə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də əldə edənin mülkiyyətinə keçmir. Odur ki, mübahisəli mənzilin Cavabdeh1 mülkiyyətinə keçməsinə əsas olmuş məhkəmə aktı ləğv edildiyindən, onun iddiaçının X8 vərəsəsi ola bilməsi barədə məlumatlı olmamasının ən azı qohum olduqları üçün mümkün olmadığından fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində cavabdehin adına aparılmış qeydiyyat əsassız sayılmalıdır.

65. Belə ki, daşınmaz əmlakın dövlət reyestrinin hazırki qeydin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildir. 66.Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər. 67.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2906/2022 saylı 27 iyul 2022-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. İddia bu hissədə qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində Azərbaycan Respublikası ƏMDK yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X22 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına xx.xx.2011-ci il tarixdə aparılmış ********** nömrəli qeydiyyat etibarsız hesab edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar