Məhkəmə qərarları › İş №2(103)-4610/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4610/2021

01.12.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4610/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və X1 ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-96/2021 saylı, 26.02.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilmiş tikililərin cavabdehin hesabına sökülməsi və maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, özünə məxsus torpaq sahəsində tikdiyi evin pəncərələrinin qarşısında Cavabdeh tərəfindən inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi və maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcraiyyə Komitəsinin 07.07.1986-cı il tarxili 11/755 saylı qərarı ilə “Gilavar” Bağçılıq-yoldaşlığının üzvlərinə Qaradağ rayonu Sıxlar qəsəbəsində bağ sahəsi ayrılmışdır. “Gilavar” Bağçılıqyoldaşlığının qərarı ilə şəxsən ona 5 sotdan ibarət 57 saylı bağ sahəsi ayrılmış, eyni zamanda baş plan layihələndirilib evin tikintisinə icazə verilmişdir. Həmin layihə əsasında ona ayrılan torpaq sahəsində ev tikmişdir. ünvan 3 onun adına 05.02.2019-cu il tarixdə DƏDRX-də xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Cavabdeh isə onunla qonşuluqda olan 47 saylı bağ sahəsini almışdır. Lakin cavabdeh 47 saylı bağ evini aldığı zaman artıq o, bağ evini tikdirmiş və orada yaşayışını təmin etmişdir. Cavabdeh ilk öncə ona məxsus bağ evinin qarşısında ağac əkmiş, daha sonra ayaqyolu tikmişdir. Sonradan o, cavabdehə kanalizasiya xəttinə qoşulmağa icazə verdikdən sonra cavabdeh həmin ayaqyolunu sökmüş, ağacları kəsərək evi ola-ola qeyri-qanuni şəkildə, heç bir icazəsi olmadan gecəqondu tikili tikmişdir.Hansı ki, həmin tikili onun evinin 90 sm uzaqlığındadır və heç bir sənədi yoxdur. Onun evinin hasarının eni ən azı 40 sm olmaqla, cavabdeh inşa etdiyi tikiliylə onun evi arasında 50 sm məsafə saxlamışdır. Cavabdehin inşa etdiyi həmin tikili onun pəncərələrinin qarşısında tikildiyindən üç otağa gələn günəş işığı tamamilə kəsilmiş, üç otaqda qaranlıq və rütubət yarandığından otaqdan istifadə yararsız hala gəlmişdir. Həmçinin evdə havalandırma mümkünsüz olmuşdur. Dəfələrlə bu barədə cavabdehə bildirsə də, heç bir nəticəsi olmamış, cavabdeh onun iradlarına məhəl qoymayaraq qanunsuz tikintini davam etdirmişdir.Cavabdeh faktiki onun evinə bitişik vəziyyətdə qanunsuz tikili tikməklə tikinti normalarını və onun hüquqlarını kobud şəkildə pozmuşdur. Sonradan həmin evin sökülməsi üçün ondan pul tələb etmiş, maddi imkan olmadığını deyəndə isə qanunsuz tikiliyi sökməyəcəyin bildirmişdir. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-96/2021 saylı, 26.02.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı məxsus ünvan 1nin pəncərələrinin qarşısında, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, 47 saylı bağ sahəsində Cavabdeh tərəfindən inşa olunmuş tikili (6,0 m. enində, 8,0 m. uzunluğunda, 3,30 m. hündürlükdə tikili) cavabdehin hesabına sökülərək maneə aradan qaldırılması, Ekspertiza xərcinə görə Cavabdeh 100 (yüz) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi (Büdcə təsnifatının kodu:142319, büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci, SAP (XİİS) hesabı: X3, kodu:210005, VÖEN:**********, müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN:**********, hesab:AZ34CTRE********************) qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı X2 və Cavabdeh ğluna Bakı şəhəri İcraiyyə Komitəsinin 07.07.1986-cı il tarixli 11/755 saylı Qərarı ilə Gilavar” Bağçılıqyoldaşlığının üzvlərin Qaradağ rayonu Şıxlar qəsəbəsində hər birinə 5 (beş) sot torpaq sahəsi ayrılmış, iddiaçıya 57 saylı, cavabdehə isə 47 saylı bağ sahəsi ayrılmış və onlar qonşudurlar, ikinci, iddiaçı X4 özünə məxsus saylı bağ sahəsini 05.02.2019-cu il tarixdə DƏDRX-də xüsusi mülkiyyət kimi qevdiyyatdan keçirmiş və çıxarış almış, iddiaçı iddia ərizəsində isə guya “cavabdeh Əliyev afiq Adışirin oğlu bağ sahəsini başqa bir şəxsdən almışdır” kimi qeyd etsə də, “Gilavar” Bağçılıq-yoldaşlığının 02 saylı 27.11.1993-cü il tarixli protokoluna əsasən Cavabdeh 47 saylı 500 m2 torpaq sahəsi ayrılmışdır” kimi qeyd edilmişdir, üçüncü cavabdeh apardığı tikinti işləri özünə məxsus toıpaq sahəsində aparmış, heç kimə maneçilik törətməmiş, yardımçı tikilini isə öz həyətində tikmiş, iddiaçının evinin divarı ilə cavabdehin tikdiyi yardımçı tikilinin ara məsafəsi l(bir) metr məsafə təşkil edir ki, bunun iddiaçıya heç bir maneçiliyi yoxdur. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.Əlavə olaraq verilən suallara cavab olaraq bildirmişdir ki, sökülməsini tələb etdiyi tikili 2015-2016-cı illərdə inşa edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdirlər.Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-cı maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası tərəfi dinləyərək, iş üzrə materialları və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-96/2021 saylı, 26.02.2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 (ümumi sahəsi 241.5 kv.m.) İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə 171 nömrəli reyestr kitabının 16961 nömrəli vərəqində ********** nömrəsi ilə 05.02.2019-cu il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 01.02.2019-cu il tarixli Texniki Pasportun surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, ev 57 İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan “Gilavar” Bağçılıq-yoldaşlığının üzvlərinin siyahısının və ərazi üzrə yerləşmə sxeminin surətlərindən, habelə fotoşəkillərdən görünür ki, Bakı şəhəri İcraiyyə Komitəsinin 07.07.1986-cı il tarixli, 11/755 nömrəli qərarı ilə İddiaçı 57 saylı bağ sahəsi və Cavabdeh 47 saylı bağ sahəsi ayrılmışdır, həmin sahələr qonşudur, tikililər birbirinə yaxın yerləşmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15.01.2021-ci il tarixli, 10/2717 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında İddiaçı məxsus evin pəncərəsinin qarşısında, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, 47 saylı bağ sahəsində inşa olunmuş 6,0 m. enində, 8,0 m. uzunluğunda, 3,30 m. hündürlükdə tikiliyə dair müvafiq icazə sənədləri olmadığını nəzərə alaraq, həmin tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının” 4.1 və 4.2-ci bəndlərinə uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilmişdir. İş materiallarında olan apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 10/2635 saylı, 28 sentyabr 2021-ci il tarixli Rəyində qeyd edilmişdir ki, ünvan 2 ünvanda yerləşən tikililərə baxış keçirilən zamanı həmin ünvanlarda yerləşən tikililərə ayrı-ayrılıqda giriş-çıxış yollarının olduğunu nəzərə alaraq iddiaçıya məxsus olan 57 saylı bağ evindən istifadəy, giriş-çıxışa məhtudiyyət yaradmadığı müəyyən edilir.Tikililərin havalandırılması və işıqlanması maneə məsələsi tikinti-texniki ekspertin səlahiyətlərindən kənar olduğundan qərardadın ikinci sualı üzrə tədqiqat aparılmadı.ünvan 3 ünvanında İddiaçı məxsus evin pəncərəsinin qarşısında, Qaradağ rayonu, Şıxlar qəsəbəsi 47 saylı bağ sahəsində inşa olunmuş 6,0 m. enində, 8,0 m. uzunluğunda 3,30 m. hündürlükdə inşa olunmuş tikiliyə dair mülki iş materialında müvafiq icazə sənədləri olmadığını nəzərə alaraq həmin tikilinin Azərbayjan Respublikası Nazirlər Kabinetinin 04.09.2000-ci il tarixli 160№-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları»nın 4.1. və 4.2. bəndlərinə uyğun inşa olunmadığından tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən ekspert rəyinə əsasən müəyyən edildi ki, iddiaçının mülkiyyətində olan ünvan 1nin pəncərələrinin qarşısında, Qaradağ rayonu, Şıxlar qəsəbəsi, 47 saylı bağ sahəsində cavabdeh tərəfindən inşa olunmuş tikili (ekspert rəyinə əsasən 6,0 m. enində, 8,0 m. uzunluğunda, 3,30 m. hündürlükdə tikili) lazımi icazələr alınmadan, tikinti qaydalarını pozmaqla tikilmiş özbaşına tikilidir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qənaətinə görə lazımi icazələr alınmadan, tikinti qaydalarını pozmaqla aparıldığından həmin tikili qanunsuz tikilidir və iddiaçıya- mülkiyyətçiyə münasibətdə hüquqlarını pozduğu nəzərə alınaraq sökülməlidir, yəni iddia tələbi əsaslı hesab olunmalıdır. Kollegiya qeyd edir ki, mübahisəli tikilinin qanunsuz tikili olması hər bir halda iddiaçıya onun sökülməsini tələb etmək üçün subyektiv hüquq vermir. Belə ki, qeyd edilən tikilinin iddiaçıya hansı maneələr yaratmaqla (Giriş-çıxışa maneə, işıqlandırma və ya havalandırmaya məhdudiyyət və.s.) hüququnu məhdudlaşdırdığı və ya pozduğu müəyyən olunmalıdır.Əks halda qanunsuz tikililərin sökülməsini tələb etmək aidiyyəti dövlət qurumlarının səlahiyyətinə aid olacaqdır. Göstərilənlərin müəyyən olunması üçün apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 10/2635 saylı, 28 sentyabr 2021-ci il tarixli Rəyində qeyd edilmişdir ki, ünvan 2 ünvanda yerləşən tikililərə baxış keçirilən zamanı həmin ünvanlarda yerləşən tikililərə ayrı-ayrılıqda giriş-çıxış yollarının olduğunu nəzərə alaraq iddiaçıya məxsus olan 57 saylı bağ evindən istifadəyə, giriş-çıxışa məhtudiyyət yaradmadığı müəyyən edilir. Həmçinin, həmin Rəydən müəyyən olunur ki, ünvan 3 ünvanında İddiaçı məxsus evin pəncərəsinin qarşısında, Qaradağ rayonu, Şıxlar qəsəbəsi 47 saylı bağ sahəsində, yəni cavabdehin özünə məxsus torpaq sahəsində mübahisəli tikili-6,0 m. enində, 8,0 m. uzunluğunda 3,30 m. hündürlükdə tikili inşa olunmuşdur. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı verilən suallara cavab olaraq bildirmişdir ki, sökülməsini tələb etdiyi tikili 2015-2016-ci illərdə inşa edilmişdir. Azərbaycan Respublikasının şəhərsalma və tikinti Məcəlləsinin 69.4.maddəsinə əsasən Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi; 69.5.2. xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi; 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; 69.5.3. yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi. İş materialları, ocümlədən Ekspertiza Rəyindən müəyyən olunur ki, ünvan 3 ünvanında İddiaçı məxsus evin pəncərəsinin qarşısında, Qaradağ rayonu, Şıxlar qəsəbəsi 47 saylı bağ sahəsində, yəni cavabdehin özünə məxsus torpaq sahəsində mübahisəli tikili- 6,0 m. enində, 8,0 m. Uzunluğunda, 3,30 m. hündürlükdə tikili inşa olunmuşdur. Belə olduğu halda cavabdehin inşa etdiyi tikili ilə iddiaçıya məxsus tikili arasındakı ara məsafəsi Azərbaycan Respublikasının şəhərsalma və tikinti Məcəlləsinin 69.4.maddəsinin tələblərinə müvafiq olduğu müəyyən olunur.( tikilinin divarının hündürlüyü 3,30 m.x divar hündürlüyünün 0,3 hissəsi = 0,99 m.) və iddiaçı bildirdiyi kimi ara məsafəsi 50 sm. deyildir. Apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 10/2635 saylı, 28 sentyabr 2021-ci il tarixli Rəyinə əsasən ünvan 2 ünvanda yerləşən tikililərə ayrı-ayrılıqda giriş-çıxış yollarının olduğunu nəzərə alaraq iddiaçıya məxsus olan 57 saylı bağ evindən istifadəyə, giriş-çıxışa cavabdehin inşa etdiyi tikili məhtudiyyət yaradmadığını müəyyən etdiyindən, həmçinin, cavabdehin inşa etdiyi tikili ilə iddiaçıya məxsus tikili arasındakı ara məsafəsi Azərbaycan Respublikasının şəhərsalma və tikinti Məcəlləsinin 69.4.maddəsinin tələblərinə müvafiq olduğundan, habelə mübahisəli tikili cavabdehin özünə məxsus torpaq sahəsində inşa edildiyindən havalandırma və işıqlanmaya dair əlavə araşdırma aparılmasına Kollegiya zərurət görmür. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinin tələbinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dairsərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında bu məsələ ilə bağlı aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən Kollegiya qeyd edir ki, Apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 10/2635 saylı, 28 sentyabr 2021-ci il tarixli Rəyinə əsasən ünvan 2 ünvanda yerləşən tikililərə ayrı-ayrılıqda giriş-çıxış yollarının olduğunu nəzərə alaraq iddiaçıya məxsus olan 57 saylı bağ evindən istifadəyə, giriş-çıxışa cavabdehin inşa etdiyi tikili məhtudiyyət yaradmadığını müəyyən etdiyindən, həmçinin, cavabdehin inşa etdiyi tikili ilə iddiaçıya məxsus tikili arasındakı ara məsafəsi Azərbaycan Respublikasının şəhərsalma və tikinti Məcəlləsinin 69.4.maddəsinin tələblərinə müvafiq olduğundan, habelə mübahisəli tikili cavabdehin özünə məxsus torpaq sahəsində inşa edildiyindən iddia əsassızdır və təmin edilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-96/2021 saylı, 26.02.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia rədd olunsun. İş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Ekspertiza xərcinə görə İddiaçı 200 (iki yüz) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. (Büdcə təsnifatının kodu:142319, büdcə səviyyəsinin kodu:3, ekspertiza xərci, SAP (XİİS) hesabı: X3, kodu:210005, VÖEN:**********, müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN:**********, hesab:AZ34CTRE********************) Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar