Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4613/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” X5 qarşı iş üzrə (Açar sözlər: sığorta ödənişi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” X1rşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-2136/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. 15.01.2014-cü il tarixdə, saat 01:00 radələrində X14 yolu ilə hərəkətdə olan sürücü X2 idarə etdiyi “DAEWOOBS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə yol – nəqliyyat hadisəsi baş vermiş, ağır dərəcəli xəsarətlər alması ilə əlaqədar X8 ölümü ilə nəticələnmişdir.
2. “İcbari Sığorta Bürosu” tərəfindən verilən 021152 nömrəli “kompensasiya ödənişinin verilməsi barədə” bildirişə əsasən təqsirkar sürücü X2 qohumları tərəfindən hüzrlə əlaqədar verilmiş 4.700 manat məbləğ çıxılmaqla, faydalanan şəxs qismində çıxış edən ailə üzvü (ana) İddiaçı 300 manat məbləğində kompensasiya ödənişinin verilməsi barədə Büronun xx.xx.2024-cü il tarixli, 3/2024(1- 408/2023) nömrəli qərarı ilə ödəniş həyata keçirmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh “İcbari Sığorta Bürosu” X1rşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona ödənilməmiş 4.700 manat sığorta məbləğinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X14 yolu ilə hərəkətdə olan sürücü X2 idarə etdiyi “DAEWOOBS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol – nəqliyyat hadisəsi nəticəsində X8 ölümünə səbəb olmuş ağır dərəcəli xəsarətlər alması ilə əlaqədar ona 5.000 manat sığorta pulu verilməlidir. Lakin, cavabdeh tərəfindən həmin məbləğin 300 manatı ona verilmişdir. Bununla bağlı müraciəti “İcbari Sığorta Bürosu” tərəfindən xx.xx.2024-cü il tarixdə cavablandırılaraq bildirilmişdir ki, təqsirkar sürücü X2 qohumları tərəfindən hüzrlə əlaqədar verilmiş 4.700 manat məbləğ çıxılmaqla, faydalanan şəxs qismində çıxış edən ailə üzvü (ana) İddiaçı 300 manat məbləğində kompensasiya ödənişinin verilməsi barədə Büronun xx.xx.2024-cü il tarixli 3/2024(1-408/2023) nömrəli qərarı ilə ödəniş həyata keçirilmişdir. Qeyd edir ki, təqsirkar sürücü X2 qohumları tərəfindən hüzrlə əlaqədar verilmiş 4.700 manat yas mərasiminə ödənilmiş yardımdır. Həmin məbləğ sığorta pulunun tərkibi hesab edilə bilməz. Cavabdeh 4.700 manat pul vəsaitinin mənimsəmə edərək, sırf olaraq öz maraqlarını təmin etmək istəyir. Odur ki, cavabdehin pul vəsaitinin ödənilməsindən imtinası qanunsuz və əsassızdır.
5. Cavabdeh “İcbari Sığorta Bürosu” X10 tərəfindən iddiaya qarşı etiraz verərək göstərmişdir, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(003)- 151/2014 nömrəli hökmünün ifadələr hissəsində təqsirləndirilən şəxs X6 zərərçəkmiş şəxsin yas mərasimi üçün 4.700 manat ödədiyini, ödənişin onun qohumları tərəfindən qəbul edildiyini bildirmişdir. Eyni zamanda, zərər çəkmiş şəxsin hüquqi varisi X9 öz ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs X6 tərəfindən hüzrlə əlaqədar 4.700 manat pul verilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti olmadığını bildirərək, sonuncuya yüngül cəzanın verilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, bu fakt digər şahid ifadələrində də və prosesin yekununda çıxan məhkəmənin hökmündə də öz təsdiqini tapmışdır. Eyni zamanda, İddiaçı da öz iddia ərizəsinin məzmununda təqsirkar sürücü X2 qohumları tərəfindən onlara 4700 manat məbləğində hüzr mərasimi üçün ödəniş olduğu açıq şəkildə göstərilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir.
6. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 2136/2024 nömrəli qətnaməsi ilə (hakim A.R.Sultanova-Məmmədova) iddia təmin edilmiş, cavabdeh “İcbari Sığorta Bürosu” X3 4.700 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
7. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab etmişdir ki, iddiaçı, sığortaçı tərəfindən sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi baş verdiyindən və sığorta olunanın hərəkəti nəticəsində zərər çəkdiyindən, hazırki iddia ilə müraciət etməkdə haqlı olmuşdur.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 883.1, 884.6, 922.1, 922.2, 926.1-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56.1, 56.1.1, 56.1.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti iddiaya qarşı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin edərkən maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuş, tətbiq edilməli olan hüquq normalarını tətbiq etməmiş, icbari sığortalar haqqında qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etməmiş, işin hallarına düzgün hüquqi qiymət verməyərək iş üzrə qanunsuz və əsassız məhkəmə qətnaməsi çıxarmışdır. Məhkəmə tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktları tətbiq etməmiş, həmçinin qanunu səhv təfsir etmişdir. Məhkəmə gəldiyi nəticəni də əsaslandırmamış və formal tələblərə uyğun bir qətnamə qəbul etmişdir. Halbuki, məhkəmə qətnaməsini əsaslandırmalı, işin halları və hadisələri barədə əldə olunan sübutları, bu sübutların dəyərləndirilmə səbəblərini və məhkəmənin hansı qanun və hüquqi aktlara əsaslanaraq qətnamə qəbul etdiyini ətraflı şəkildə izah etməli idi. Cavabdehin etirazları nəzərə alınmalı və həmin etirazlar araşdırılmalı idi. Bu cür əsaslandırmanın olmaması, qətnamənin hüquq və ədalət prinsiplərinə uyğunluğunu şübhə altına alır və apellyasiya qaydasında yenidən baxılmasını zəruri edir. İSB tərəfindən İddiaçı 300 manat məbləğində kompensasiya ödənişinin verilməsindən də aydın olur ki, sığorta hadisəsinin baş verməsi və sığorta olunanın hərəkəti nəticəsində zərər çəkməsi tərəflər arasında yaranmış mübahisənin mövzusu olmamışdır. Birinci instansiya məhkəməsinə təqdim edilən etirazın dəlillərindən də aydın olur ki, mübahisə predmeti “dəfn üçün xərc və hüzr üçün xərc” anlayışlarını fərqləndirməkdən ibarət olmuş, lakin məhkəmə bunu diqqətə almayaraq formal və əsassız bir qətnamə çıxarmışdır. Qanunvericilik aktlarından aydın olur ki, qanunvericilik üçün dəfn xərci başqa, hüzr xərci isə başqa anlayışdır. Əgər təqsirkarın qohumları tərəfindən ödənilmiş 4.700 manat pul dəfn xərci üçün olsa idi, bu kompensasiya ödənişinin məbləğindən çıxılmazdı. Lakin iş materiallarında olan bütün sübutlardan da aydın olduğu kimi təqsirkarın qohumları tərəfindən ödənilmiş pul hüzr xərci ilə bağlı olub.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etdi.
13. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılması və apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
15. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 19.4. Mülki məsuliyyətin sığortası üzrə üçüncü şəxsin sağlamlığına zərər vurulması ilə əlaqədar sığortalı və ya sığorta olunan tərəfindən zərərçəkənin xeyrinə hər hansı ödəmə həyata keçirildikdə sığortaçı bu Qanuna uyğun olaraq hesablanan sığorta ödənişini bu Qanunun 19.5-ci maddəsinin tələbi nəzərə alınmaqla, sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana verir. Maddə 19.5. Mülki məsuliyyət sığortası üzrə üçüncü şəxsin sağlamlığına zərər vurulması ilə əlaqədar sığortalının və ya sığorta olunanın zərərçəkənə ödəmiş olduğu məbləğ bu Qanuna uyğun olaraq hesablanan sığorta ödənişi məbləğindən az olduqda, sığorta ödənişinin müvafiq fərqə bərabər olan hissəsi zərərçəkənə verilir. Maddə 19.9. Üçüncü şəxsin ölümü halında sığortalının və ya sığorta olunanın ödədiyi dəfn xərcləri sığorta ödənişi məbləğinə daxil edilmir. Maddə 33.1. Kompensasiya ödənişi bu ödənişi tələb etmək hüququna malik olan şəxsin həmin ödənişin verilməsinə əsas olan hadisə barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarından sonra Büroya təqdim etdiyi yazılı müraciəti əsasında ödənilir. Maddə 33.5. Kompensasiya ödənişləri hesablanarkən zərərə görə məsuliyyət daşıyan şəxs və (və ya) onun məsuliyyətini sığortalamış sığortaçı tərəfindən müvafiq zərərin əvəzinin ödənilməsi üçün zərərçəkənə verilmiş məbləğ çıxılır. Maddə 56.1.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5.000 manat müəyyən edilir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Hazırkı işdə iddia təmin olunduğundan, apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. İşdən görünür ki, sürücü X2 idarə etdiyi nəqliyyat vasitəsinin iştirakı ilə yol – nəqliyyat hadisəsi baş vermiş və X8 ölümü ilə nəticələnmişdir.
21. Həmçinin müəyyən olunur ki, “İcbari Sığorta Bürosu” X4 xx.xx.2024-cü il tarixli, 3/2024(1-408/2023) nömrəli qərarı ilə təqsirkar sürücü X2 qohumları tərəfindən hüzrlə əlaqədar verilmiş 4.700 manat məbləğ çıxılmaqla, faydalanan şəxs qismində çıxış edən ailə üzvü (ana) İddiaçı 300 manat məbləğində kompensasiya ödənişi həyata keçirilmişdir.
22. Cavabdeh hesab edir ki, təqsirkarın qohumları tərəfindən ödənilmiş 4.700 manat pul dəfn xərci üçün deyil, hüzrlə əlaqədar edilmiş ödəniş olduğundan, bu məbləğ kompensasiya ödənişinin məbləğindən çıxılmalıdır.
23. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
24. Kollegiya hesab edir ki, təqsirkar sürücünün qohumları tərəfindən mənəvi borcun icrası olaraq iddiaçıya oğlunun yas mərasimlərinin təşkili ilə bağlı edilmiş ödənişlər zərərin əvəzinin ödənilməsi üçün zərərçəkənə verilmiş məbləğ hesab edilə bilməz.
25. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
26. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.
27. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh “İcbari Sığorta Bürosu” X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 2136/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: