Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4623/2020 21.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, “xxxxxxxx” ASC-nin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı borcun silinməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-557/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Xətai rayonu, General Mehmandarov küçəsindəki 94 saylı evin 34-cü mənzilində elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış 1361,26 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı yaşadığı Xətai rayonu, General Mehmandarov küçəsi 94 ünvanında yerləşən 34-cü mənzilə aid abunə hesabına yığılmış 1361,26 manat məbləğində borca görə aylardır ki, mənzildə elektrik enerjisi olmadan yaşayır. Cavabdeh tərəfindən qeydə alınmış və yaşadığı mənzilə aid abunə hesabı hələ də xx.xx.2011-ci ildə vəfat etmiş və ölümü xx.xx.2012-ci il tarixində 688 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş anası X1 adınadır. Sözügedən mənzilə xx.xx.1984 və xx.xx.2006-cı il tarixində sayğaclar quraşdırılmış və xx.xx.2012-ci il tarixində sonuncu sayğac dəyişdirilmişdir. xx.xx.2016-ci il tarixində tərtib edilmiş akta əsasən həmin yaşayış yeri üzrə elektrik enerji sərfiyyatına görə 1.142,77 manat məbləğində və bağlanan aktlar əsasında 318,49 manat məbləğində, ümumilikdə isə, 100 manat məbləğində ödəniş çıxılmaqla, 1361,26 manat məbləğində debitor borc hesablanmışdır. Bu məbləğlər məhkəməyə təqdim edilmiş “Abunə haqqında” xx.xx.2019- cu il tarixli çıxarışda da öz əksini tapmaqdadır. Çıxarışdan da göründüyü kimi enerji sərfiyyatına görə hesablanmış və ümumilikdə, 1.142,77 manat məbləğində olan borclar xx.xx.1997-ci və xx.xx.2012-ci illər aralığına aiddir. Bu tarixdən sonra enerji sərfiyyatı ilə bağlı hər hansı borcu qeydə alınmamışdır. Qanunvericiliyə əsasən, beş illik müddətin keçməsi ilə əlaqədar olaraq xx.xx.1997 və xx.xx.2012-ci illər üçün hesablanmış olan borclara dair cavabdehin tələb hüququ artıq yoxdur. Buna baxmayaraq, cavabdeh hələ də qanunsuz olaraq bu borcu tələb etməyə davam edir. Qeyd edilən borc təxminən 21 il bundan əvvəldən yaranmağa başlasa da, cavabdehin indiyədək həmin borcu məhkəmə qaydasında tələb etməməsi ilə həmin məbləği ödəmək üzrə öhdəliyinə müddətin keçməsinə görə xitam verilməlidir. Müddətin ötürülməsi ilə bağlı olmayan yeganə borc-xx.xx.2015-ci il tarixinə aid '‘bağlanmış aktlara" əsasən “sayğacdan kənar işlədicilər”-ə görə hesablanmış 439,08 manat məbləğindəki ödəniş tələbidir ki, bu tələb də tamamilə əsassızdır. Belə ki, göstərilən ünvanda sayğacdan kənar hər hansı işlədicidən istifadə olunmamış və borc "xxxxxxxx” ASC tərəfindən əsassız olaraq hesablanmışdır. Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-557/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ciil tarixli qətnaməsi ilə iddia təmin edilmiş, “xxxxxxxx” ASC tərəfindən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsindəki 94 saylı evin 34 saylı mənzili üzrə (abonent kodu **********40034) elektrik enerjisinin istehlakına görə İddiaçı hesablanmış 1361,26 (bir min üç yüz altmış bir manat, iyirmi altı qəpik) manat məbləğində borcun silinməsi, 30 (otuz) manat məbləğində dövlət rüsumunun “xxxxxxxx” ASC-dən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıya real borc hesablansa da birinci instansiya məhkəməsi əsassız olaraq həmin borcu silmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək həmçinin qeyd etmişdir ki, iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan borcu 1142,77, ona hesablanmış dəbbə borcu isə 318,49 manat olmaqla, cəmi 1461,26 manat borcu olmuşdur. İddiaçı bu barədə məhkəməyə arayış təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxalanılmasını xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsinin arayışına əsasən X2 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində ölmüşdür. İş materiallarında olan “xxxxxxxx” ASC-nin Xətai Rayonu Enerji Təchizatı və Satışı İdarəsinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən İddiaçı adında Xətai Rayon Enerji Təchizatı və Satışı idarəsinin abonenti yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin “Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsindəki 94 saylı evin 34-cü mənzili üzrə istehlak edilmiş elektrik enerjisinin dəyərinə görə 1361,26 manat məbləğində borc hesablanaraq iddiaçıdan tələb edilmişdir. Buna baxmayaraq, məhkəmə araşdırması zamanı, cavabdeh tərəfindən qeyd edilən tarixlər üzrə iddiaçı tərəfindən istehlak edilmiş, lakin dəyəri ödənilməmiş elektrik enerjisinə görə borcun yarandığını sübut edən kifayət qədər mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, “xxxxxxxx” ASC tərəfindən tərtib edilən zaman ölmüş şəxs barəsində tərtib edilməklə, heç bir normativ hüquqi akta əsaslanmadığından, qanuna zidd şəkildə tərtib edilmişdir” barədə gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Başqa sözlə, elektrik enerjisi üçün tələb olunan borcun real, həqiqətən sərf olunmuş enerjiyə görə hesablanmış borc olduğu sübuta yetirilməlidir. Bu halda sübutetmə yükü enerji təchizatçısının, yəni borcu hesablamış təşkilat olan “xxxxxxxx” ASC-nin üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş enerjiyə görə hesablanmış borc olduğunu sübuta yetirilməlidir. Kollegiya hesab edir ki, iddiaçıya hesablanmış borc baxımından cavabdeh bunu sübut edə bilməmişdir, əksinə, işdəki sənədlər sözügedən borcun həqiqətən yaranmasını ciddi şübhə altına alır. Qeyd olunmalıdır ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.17-ci hissəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçıya 1142,77 manat məbləği sayğac oxunmasına görə hesablanmışdır. İddiaçı məhz həmin borc məbləği üzrə tələb etmə müddətinin keçməsi əsası ilə qeyd olunan öhdəliyinə xitam verilməsini istəmiş, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 550-ci və 552.2-ci maddələrinə istinad etmişdir. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır; belə ki, onun özünün də istinad etdiyi Mülki Məcəllənin 551.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2-ci maddəsinə əsasən, kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər; zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri beş il keçdikdən sonra qüvvəsini itirir. Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir. Məcəllənin 554.1-ci maddəsinə görə isə, müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Kollegiya hesab edir ki, hazırki iş üzrə cavabdehin tələb etmə hüququnun yaranmasının əsasını sayğac oxunmasına görə hesablanmış borcdur və həmin borcun isə Mülki Məcəllənin 551.2-ci maddəsinin təsiri altına düşür. Bununla belə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi silinməli olan borcun məbləğini düzgün hesablamamışdır. İddiaçının abonent saldosundan aydın olur ki, iddiaçıya xx.xx.2019-cu il tarixdə 14,98 manat, xx.xx.2019-cu il tarixdə isə 4,62 manat borc hesablanmışdır. Göründüyü kimi iddiaçının iddia ərizəsinin verildiyi xx.xx.2019-cu il tarixədək ödənilməyən borcu (14,98+4,62=19,6 manat) 19,6 manat məbləğindədir. Həmin borc məbləğləri xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə hesablandığı üçün Mülki Məcəllənin 551.2-ci maddəsi həmin borc məbləğlərinə şamil edilə bilməz. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi borcun silinməsi hissəsində dəyişdirilməli, iddiaçının hesablanmış və silinməli olan borc məbləği 1341,66 manat (1361,26-19,6=1341,66 manat) müəyyən edilməlidir. Kollegiya xüsusilə onu vurğulayır ki, cavabdehin təqdim etdiyi arayışdan iddiaçının ümumilikdə 1461,26 manat borcu olduğu görsənsə də, iddiaçı iddia tələbində məhkəmədən 1361,26 manat borcun silinməsini xaiş etmişdir. Buna görə də kollegiya iddia tələbindən kənara çıxmayaraq iddiaçının silinməsini tələb etdiyi 1361,26 manat borcdan ödənilməmiş və müddəti keçməyən 19,6 manat borc məbləği çıxılaraq iddiaçının hesabından silinməlidir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz, 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: “xxxxxxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-557/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qətnaməsi silinməli olan borcun məbləği hissəsində dəyişdirilsin hissəsində dəyişdirilsin. “xxxxxxxx” ASC tərəfindən Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsindəki 94 saylı evin 34 saylı mənzili üzrə (abonent kodu **********40034) elektrik enerjisinin istehlakına görə İddiaçı hesablanmış 1341,66 (bir min üç yüz qırx bir manat, altmış altı qəpik) manat məbləğində borc silinsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4623/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4623/2020
21.08.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver