Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4628/2023 11.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə kiçik iddiaya dair sadələşdirilmiş icraat üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3392/2023 nömrəli, 23 may 2023-cü il tarixli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı icraatda baxaraq, müəyyən etdi: İşin halları: “X15” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil PAZ********** saylı “İcbari sığorta müqaviləsi”nə əsasən "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə sığortalanmış, Cavabdeh xx.xx.2022-ci il tarixdə həmin avtomobili idarə edərkən M.N.Təhmasibə və E.Q.Alıyevə məxsus “Mercedes Benz C200” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı və “X23” markalı 90DT687 dövlət qeydiyyat nişanlı avtomobillərə maddi ziyan vurulmuşdur, hadisə nəticəsində Cavabdeh AR İXM-nin 332.1-ci və 327.2-ci maddələri ilə təqsirli bilinmiş, onun barəsində inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında Qərar tərtib olunmaqla 60 manat məbləğində cərimə olunmuşdur. Sığortaçı iddiaçı tərəfindən zərərçəkmişlərə cəmi 3130 manat (M.Təhmasibə 1390 manat; E.Alıyevə 1740 manat) məbləğində sığorta ödənişi edilmişdir. Hazırda iddiaçı Cavabdeh 3130 manat pul vəsaitinin və 51,30 manat məbləğində dövlət rüsumunun ödənilməsini tələb edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli PAZ********** saylı “İcbari sığorta müqaviləsinə dair Məlumat”ın surətindən görünür ki, sığortalı X13 “X15” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə sığorta məbləği əmlaka vurulan zərərə görə 5000, sağlamlığa vurulan zərərə görə 5000, bir hadisə üzrə 50.000 manat həddində müəyyən edilmişdir. İş materiallarında olan 926539 saylı “Nəqliyyat vasitəsini qeydiyyat Şəhadətnaməsinin” surətindən görünür ki, “Mercedes Benz C200 CDİ” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X9r. İş materiallarında olan 049563 saylı “Nəqliyyat vasitəsini qeydiyyat Şəhadətnaməsinin” surətindən görünür ki, “Hyundai Santafe” minik markalı **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X6r. İş materiallarında olan “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” ƏN-V seriyalı 119459 №-li Etibarnamənin surətindən görünür ki, X1 Etibar Zakir oğluna “X15” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyətini 3 ay müddətinə etibar etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İXP ******* saylı “İnzibati xəta haqqında” protokoldan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixində saat 16:00-da “X15” markalı **- BX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən AR İXM-nin 332.1-ci və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş xətanı törətmişdir, xəta nəticəsində X10 və X7 maddi zərər yetirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”ın surətindən görünür ki, “X23” markalı ** DT *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərər ehtiyat hissələri və zəhmət haqqı ilə birlikdə 1390 manatdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Dəymiş zərərin hesabat”ından görünür ki, “Mercedes Benz” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği cəmi 1740 manatdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Sığorta aktının surətindən görünür ki, “X23” markalı 90DT687 markalı avtomobilə dəymiş zərərin məbləği 1390 manatdır, sığorta ödənişi 1390 manatdır. Həmin məbləğ avtomobilin təmiri üçün fərdi sahibkar X5 hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli CML-4204/2022/1-AKT4388/22 saylı “Sığorta aktı”-nın surətindən görünür ki, sığortalı X13, nəqliyyat vasitəsinin markası, “X15” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı, zərərə uğramış avtomobil “Mercedes Benz C200” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı avtomobildir, əmlakın sahibi X11r, hesablanmış sığorta ödənişi 1740 manatdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli CML-4204/2022/1-AKT6005/22 saylı “Sığorta aktı”-nın surətindən görünür ki, sığortalı X13, nv-nin markası, “X15” markalı **- BX-*** dövlət qeydiyyat nişanlı, zərərə uğramış avtomobil “Hyundai” markalı **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobildir, əmlakın sahibi X6r, hesablanmış sığorta ödənişi 1390 manatdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Ölkədaxili” qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən X8 hesabına ******* saylı akta əsasən 1740 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Bankdaxili” qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən “”Pasha İnsurance” hesabına 6005/22 saylı akta əsasən 1390 manat sığorta ödənişi edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 3130 manat pul vəsaitinin və 51,30 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən X15 minimk arkalı 77BX623 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində Bakı şəhəri ərazisində 90DT687 dövlət qeydiyyat nişanlı X23 markalı avtomobili ilə və 99DE539 dövlət qeydiyyat nişanlı Mercedes Benz C200 markalı avtomobili ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində AR İXM-nin 332.1-ci və 327.2-ci maddələri ilə xx.xx.2022-ci il tarixli protokol yazılmış və AR İXM-nin 327.2-ci və 332.1-ci maddəsi ilə TP ******* qərar yazılmışdır. X23 markalı, 90DT687 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 1390 manat ödənişi verilmişdir. Mercedes Benz C200 markalı, 99DE539 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 1740 manat ödənişi verilmişdir. Bununla da sığortaçının (sığorta şirkəti) ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmə hüququ yaranır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3392/2023 nömrəli, 23 may 2023cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 3130 (üç min yüz otuz) manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 51 (əlli bir) manat 30 (otuz) qəpik tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1, 936.2, 936.5, 1096.1, 1096.2, 1108.1, 1114.1-ci maddələri, “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsi, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.3-ci maddəsi, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasın Qanunun 8.1.2-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 107, 124.1-ci maddələri ilə əsaslandıraraq göstərmişdir ki, cavabdehin mülki hüquqi məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından və zədələnmiş avtomobillərin sahibinə dəymiş zərər iddiaçı tərəfindən aradan qaldırıldığından, iddiaçı sığorta ödənişini subroqasiya qaydasında cavabehdən tələb etməkdə haqlı olmuşdur. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbinin təmin olunması nəticəsinə gəlsə də qətnamədə heç bir əsaslandırıcı sübut göstərməmişdir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin səbəbləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir. Məhkəmə göstərilən hala qiymət verməmişdir. İdarə etdiyi X16 minik markalı 77BX623 Dövlət qeydiyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə Bakı şəhər ərazisində 90DT687 dövlət qeydiyat nişanlı, X23 markalı avtomobil ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhər DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış hadisəni törədilməsini onun üstünə atmışlar. Halbuki, onun həmin hadisədə təqsiri olmamışdır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən apellyatora aid hissədə yoxlanır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən, hazırkı iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəlləsi: 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən, Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya ərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-cü maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Prosessual Məcəlləsi: 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 394-1.4. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İşin materiallarından görünür ki, “X15” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil PAZ********** saylı “İcbari sığorta müqaviləsi”nə əsasən "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə sığortalanmışdır, Cavabdeh xx.xx.2022-ci il tarixdə həmin avtomobili idarə edərkən M.N.Təhmasibə və E.Q.Alıyevə məxsus “Mercedes Benz C200” markalı **-DE-*** dövlət qeydiyyat nişanlı və “X23” markalı 90DT687 dövlət qeydiyyat nişanlı avtomobillərə maddi ziyan vurulmuşdur, hadisə nəticəsində Cavabdeh AR İXM-nin 332.1-ci və 327.2-ci maddələri ilə təqsirli bilinmiş, onun barəsində inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında Qərar tərtib olunmaqla 60 manat məbləğində cərimə olunmuşdur, sığortaçı - iddiaçı tərəfindən zərərçəkmişlərə cəmi 3130 manat (M.Təhmasibə 1390 manat; E.Alıyevə 1740 manat) məbləğində sığorta ödənişi edilmişdir. İddiaçı sığorta şirkəti olaraq ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmə hüququ yaranmasını iddia edərək hazırki iddianı qaldırmışdır. Cavabdehin isə iddiaçının tələbinə dair əsaslandırılmış etirazı birinci instansiya məhkəməsinə daxil olmasa da, verdiyi apellyasiya şikayətində idarə etdiyi X16 minik markalı 77BX623 Dövlət qeydiyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə Bakı şəhər ərazisində 90DT687 dövlət qeydiyat nişanlı, X23 markalı avtomobil ilə toqquşma hadisəsində təqsiri olmadığı halda hadisənin Bakı şəhər DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma zamanı hadisəni törədilməsini onun üstünə atılmasını göstərsə də, buna dair heç bir sübut təqdim etməmişdir. Halbuki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli TP ******* saylı İnzibati tənbehvermə haqqında elektron qərardan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 16:00-da X15 markalı, **-BX-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nin 332.1-ci və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş xətanı törətmiş, 60 manat cərimə edilmişdir. Müəyyən edilmişdir ki, həmin qərar cavabdeh tərəfindən hər hansı formada mübahisələndirilməmiş, onun ləğv edilməsi və ya etibarsız sayılmasını təsdiq edən sübut təqdim edilməmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin mülki hüquqi məsuliyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunanlara əsasən, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuş və düzgün nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla əsassız olmuşdur, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Hazırki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 394-cü maddəsiini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3392/2023 nömrəli, 23 may 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-4628/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4628/2023
11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver