Məhkəmə qərarları › İş №2(103)-4635/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4635/2023

26.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4635/2023 26.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X3 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, nümayəndələr Nümayəndə, X1, X2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə, Cavabdeh2, "xxxx" QSC-yə və qeyrilərinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında bağlanmış 1341 nömrəli, xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinin etibarsız hesab olunmasını və həmin müqavilə əsasında birgə nikah dövründə əldə edilmiş “Geely Emqrand EX7” markalı, (2013-cü il buraxılışı olan, mühərrik №:*01690, Ban № *3073539) **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində ipoteka yüklülüyü haqqında qeydin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva, iş № 2(006)-1433/23) iddia təmin olunmamışdır. İş apellyasiya baxışında olarkən müəyyən edildi ki, "xxxx" QSC Yasamal Rayon Məhkəməsində Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə Yasamal Rayon Məhkəməsində (iş № 2(004)-38/2023) iddia qaldırmış, həmin iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və iş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır (iş № 2(103)- 3368/23). Məhkəmə kollegiyası həmçinin müəyyən etdi ki, hazırkı iş üzrə tələb həmin kredit müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab olunması barədədir. Hazırkı iş üzrə iddiaçı olan İddiaçı isə həmin işdə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işdə iştirak etməyə cəlb olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırda apellyasiya instansiyası məhkəməsində olan mülki işlər bir-biri ilə əlaqəlidir, onlara bir icraatda baxılması tərəflər arasında mövcud olan mübahisəyə daha tez və obyektiv hüquqi qiymət verilməsini təmin edə bilər. Bu baxımdan mülki işlərin bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər (maddə 43). Hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır (maddə 169.3). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43, 169.3, 263-264, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə, Cavabdeh2, "xxxx" QSC-yə və qeyrilərinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair 2(103)-4635/2023 saylı mülki iş iddiaçı "xxxx" QSC-nin Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair 2(103)-3368/2023 saylı mülki işlə bir icraatda birləşdirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar