Məhkəmə qərarları › İş №2(103)-4635/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4635/2024

15.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4635/2024 15.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və X3 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-323/2024 nömrəli mülki işi üzrə 30 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, vərəsəlik hüququnun tanınması və məcburi payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə dair ünvan 2u tərəfindən Cavabdeh2 verilmiş 2V-144 reyestr nömrəli xx.xx.2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, ünvan 2unda cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 4Ə-197 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinin etibarsız sayılması və onun əsasında Cavabdeh1 adına qeydiyyata alınmış xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi üzərində məcburi pay hüququna malik olan vərəsələr kimi vərəsəlik hüquqları tanınmaqla, sözügedən miras əmlak üzərində məcburi paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Müstəqil tələb irəli sürən üçüncü şəxs X4 Cavabdeh1 qarşı “məcburi pay hüququnun tanınması və evin satışından əldə edilmiş vəsaitin mütənasib şəkildə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi üzərində məcburi pay hüququna malik olmuş atası X10 vərəsəsi kimi məcburi payının müəyyən edilməsi və alqı-satqı müqaviləsi üzrə əldə edilmiş vəsaitin payına mütənasib şəkildə Cavabdeh1 onun xeyrinə tutulması barədə qətnamə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-323/2024 nömrəli mülki işi üzrə 30 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbinin təmin edilməməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddiasının təmin edilməsi, Cavabdeh2 937.5 (doqquz yüz otuz yeddi manat əlli qəpik) manat məbləğində pul vəsaitinin tutularaq X2 ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə “AZEMİS” vasitəsilə verilmişdir. İş materiallarından göründüyü kimi iddiaçılar birgə iddiaçı olmaqla, bir-biri ilə yaxın qohumluq münasibətindədir. İddiaçı3, İddiaçı1, hazırda isə İddiaçı2 nümayəndəsi və vəkili olan Vəkil1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-323/2024 nömrəli mülki işi üzrə 30 aprel 2024-cü il tarixli qətnaməsi “AZEMİS” vasitəsilə xx.xx.2024-cü il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Kollegiya hesab edir ki, İddiaçı2 qətnamədən hansı tarixdən məlumatlı olduğu və apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülüb-ötürülmədiyinin dəqiqləşdirilməsi zərurəti vardır. Belə ki, birgə iddiaçılardan İddiaçı3 apellyasiya şikayətini 18 iyun 2024-cü il tarixdə verdiyi halda, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 01 iyul 2024-cü ildə apellyasiya şikayəti vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Kollegiya qeyd edir ki, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verilməsi müzakirə olunmaq üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci və 366.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-323/2024 nömrəli mülki işi üzrə 30 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-323/2024 nömrəli mülki işi üzrə 30 aprel 2024-cü il tarixli qətnaməsindən İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar